“Lahıc” Dövlət Tarix və Mədəniyyət Qoruğunun ərazisində Səttar Abbasova məxsus yaşayış evi söküləcək.
İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı müvafiq qərar qəbul olunub.
Məlumata görə, söküntü işlərinin sifarişçisi Dövlət Turizm Agentliyidir. Agentliyin sifarişi ilə söküntü işlərini “Construction Business Group” şirkəti icra edəcək.