Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) keçirdiyi açıq tender müsabiqəsinin qalibi məlum olub.
Yeniavaz.comxəbər verir ki, ANAMA-nın 86 min 549 manat 46 qəpik dəyərindəki tender müsabiqəsinin qalibi “Universal-RA” MMC (VÖEN - 1301581481) olub.
“Universal-RA” MMC ANAMA-ya itlər üçün aksesuarlar, baxım ləvazimatları (xalta, kəmər, top, daraq, əlcək, corab, su və yem qabı və s.) satacaq.
Məlumat üçün bildirək ki, ANAMA-ya it üçün aksesuarlar satacaq “Universal-RA” MMC 24 dekabr 2007-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 20 manat olan şirkətin qanuni təmsilçisi Abbasov Rəşad Bəhlul oğludur.