Bakının bitməyən tıxac dərdi: .....                     Paşinyan ETİRAF ETDİ: .....                     Azərbaycanlı gənci güllələyib öldürən yol polisi .....                     İrəvan İran ərazisindən logistika zəncirləri və imkanları genişləndirmək istəyir .....                     "Bakı və Ankara ilə işləməyin vaxtıdır" .....                     Rusiyanın iki aeroportu fəaliyyətini dayandırıb .....                     Rüfət İsmayılovun qol saatları da müsadirə edildi .....                     Ermənistan və Rusiya bəzi müqavilələrin icrası barədə razılığa gəlib .....                     Azərbaycan Mədəniyyət Nazirliyi xalq artistindən kimin nə nəyin qisasını alır? .....                     ABB öz səhmdarlarına 200 milyon manat .....                     "Ege Hospital"da yeni doğulan körpə öldü .....                     Rusiya silahını Avropaya tuşlayır .....                     “Elə bilirlər ki, Baş nazir olmaq asandır” .....                     Paytaxtda növbəti daxili iməclik keçirilib .....                     Yadplanetlilərlə bağlı məlumatlar dərc olunacaq .....                     Bakının bu ərazilərində torpağın sotu 2 milyondur .....                     Azərbaycan-Ermənistan modeli Ukrayna üçün nümunə ola bilər .....                     Türkiyədə son hadisələrə görə, 7,5 milyonluq “YouTube” kanalı bağlandı .....                     Gəncə səhiyyəsində dəyişiklik .....                     General Müşfiq Məmmədov vəzifəsindən azad edildi .....                     İran hava məkanını beynəlxalq uçuşlar üçün qismən açıb .....                     Azərbaycana 94 min dollar gətirmək istədi, 64 min manat cərimələndi .....                     “Fikirləşmirlər ki, bu adamlar yazıqdır, əziyyət çəkirlər” .....                     Lənkəranda torpaq sürüşməsi olub .....                     “Bank Avrasiya” bağlanma təhlükəsi ilə ÜZ-ÜZƏ .....                     Qarabağ Qazisi NARAZILIQ EDİR... .....                     Xalq artistinə qarşı qorxunc rüşvət iddiası .....                     Kürdəxanı sakinləri boğaza yığılıblar .....                     “Azərbaycan və Türkiyə dövlətləri hər vasitə ilə Güneydəki soydaşlarımıza dəstək olmalıdır...” .....                     14 milyonluq SİRR AÇILIR .....                     Samvel Karapetyanın ev dustaqlığı daha 3 ay uzadıldı .....                     Nazim Bəydəmirli karsdan çıxarılıb .....                     Şirvan "103"də nələr baş verir? .....                     Banklardan SOYĞUNÇULUQ .....                     İran Hörmüz boğazını açmasaydı... .....                     Sərhəd Akademiyasında intihar .....                     Özünün bu qədər əmlakı ola-ola elə formanı necə təsdiqləsin axı?! .....                     Təqaüd yaşına çatmayan vətəndaşın HAQQI YEYİLİR .....                     Əmrullayev gələndən maaşlar artmayıb... .....                     Nəcibə Nəsibova erası bitdi? .....                 

"İsrailin belə əməliyyatlar üçün başqa marşrutları var..." - AKTUAL
Tarix: 30-09-2025, 02:21 | Çap et

Müasir dövrdə beynəlxalq münasibətlər sistemində baş verən sürətli dəyişikliklər, regionlararası əməkdaşlığın güclənməsi və informasiya müharibələrinin intensivləşməsi dövlətlərin milli maraqlarının müdafiəsini daha da aktuallaşdırır. Bu xüsusda, Türk Dövlətləri Təşkilatının (TDT) təşəbbüsü ilə keçirilən beyin mərkəzləri konfransları region dövlətlərinin strateji koordinasiyasını gücləndirməklə yanaşı, ortaq informasiya təhlükəsizliyinin təmin olunmasına da töhfə verir.
Bakıda keçirilən belə bir tədbir zamanı Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev qeyd edib ki, Azərbaycana qarşı aparılan dezinformasiya kampaniyaları artıq təkcə Ermənistan-Azərbaycan münasibətləri ilə məhdudlaşmır, eyni zamanda Yaxın Şərqdə baş verən hadisələr kontekstində də ölkəmizə qarşı yönəldilir. Bu kampaniyaları xüsusilə Türk Dövlətləri Təşkilatı daxilində parçalanma yaratmaq məqsədi güdən geosiyasi aktorlar təşkil edir. Fərid Şəfiyev Avropa İttifaqı ilə Orta Asiya ölkələrinin son yüksək səviyyəli görüşünü nümunə gətirərək bildirib ki, bəzi dairələr bu kimi təşəbbüslər vasitəsilə TDT-nin gündəliyinə təsir etməyə və təşkilatın birliyinə zərər vurmağa çalışırlar.
Belə bir şəraitdə, beyin mərkəzlərinin əməkdaşlığı və birgə fəaliyyəti, dezinformasiyaya qarşı effektiv mübarizə yollarının müəyyən olunması baxımından xüsusi əhəmiyyət kəsb edir. Azərbaycanın bu cür kampaniyalara qarşı sərgilədiyi prinsipial mövqe, dövlətimizin informasiya təhlükəsizliyi sahəsində həyata keçirdiyi siyasətin məqsədyönlü və strateji olduğunu göstərir.
 
 
Şərqşünas alim və beynəlxalq münasibətlər üzrə mütəxəssis Orxan Nəcəfov mövzu ilə bağlı Sherg.az-a açıqlama verib:
"Fərid müəllimin məruzəsində çox aktual məsələlərə toxunub. Bu mövzular günümüzün ictimai-siyasi gündəliyini müəyyən edən məsələlərlə bağlıdır. Ona görə də, bu məsələlərin məhz Bakıda keçirilən mötəbər tədbirdə, həmçinin perspektivləri çox ümidverici olan Türk Dövlətləri Təşkilatının beyin mərkəzlərinin tədbirində müzakirə olunması, təhlil edilməsi və müxtəlif problemlərin həlli yollarının axtarılması böyük əhəmiyyət daşıyır. Bizim müstəqilliyimizi qazandığımız dövrdən, eləcə də Qarabağ müharibəsinin, Ermənistanın Azərbaycana qarşı elan olunmamış müharibəsinin başlandığı vaxtdan etibarən Azərbaycana qarşı qarayaxma, dezinformasiya kampaniyaları, beynəlxalq ictimai rəyi yanlış istiqamətə yönəltmək, təbliğat kampaniyaları davamlı olaraq həyata keçirilir. Bu təbii ki, gələcəkdə də davam etdiriləcək. Öz maraqlarını qorumağa çalışan qüvvələr Azərbaycanın milli maraqlarını sarsıtmağa, dövlətimizin milli təhlükəsizliyini risk altına atmağa çalışırlar. Çox müsbət haldır ki, Türk Dövlətləri Təşkilatı bu tendensiyanın qarşısını almağa çalışır və bunu beyin mərkəzləri səviyyəsində təşkil edir. Məlumdur ki, Medianın İnkişafına Dəstək Agentliyinin təxminən bir həftə öncə yaydığı bəyanatdan məlum oldu ki, ölkəmizin Avroviziyadan çıxacağı, İsrailin də həmin müsabiqədən çıxacağı barədə xəbərlər müxtəlif mediyalarda, o cümlədən Türkiyə mediasında yayılıb. Lakin adı çəkilən təşkilat bunun tamamilə saxta məlumat olduğunu açıqladı və ölkəmizin belə bir addım atmayacağını bəyan etdi. Bundan əlavə, dövlətlərin arasına nifaq salmaq məqsədilə yayılan bu cür xəbərlər Fərid müəllimin də qeyd etdiyi kimi, dünyadakı siyasi qeyri-müəyyənliklər və beynəlxalq təşkilatların zəifliyi fonunda narazılıq yaradır".
 
Ekspert dövlətlər arasında nifaq salmağın, xüsusən bir regionda yerləşən dövlətlərin arasına “parçala və hökm et” prinsipi ilə müdaxilə etməyin qədim və məlum strategiya olduğunu söyləyib:
"Hətta siyasi çəkisi o qədər də olmayan tədbirlərdən, məsələn, Avroviziyadan belə siyasi dividentlər qazanmağa çalışan qüvvələr mövcuddur. Azərbaycanla İsrail, Azərbaycanla Fələstin, hətta Azərbaycanla Türkiyə arasında belə nifaq yaratmaq cəhdləri uğursuzdur, çünki bu iddialar məntiqə və həqiqətə uyğun deyil. Məsələn, Azərbaycan dörd dövlətlə strateji əməkdaşlıq və müttəfiqlik haqqında anlaşmalar imzalayıb və bunlardan üçü türkdilli dövlətlərdir. Türkiyə ilə olan münasibətlər Ulu Öndər Heydər Əliyevin qoyduğu “bir millət, iki dövlət” prinsipi əsasında tənzimlənir. Prezident İlham Əliyevin Şuşa Bəyannaməsini imzalaması isə həmin qüvvələri qıcıqlandırır və qorxuya səbəb olur.
Qara yaxma kampaniyalarından biri də İsrail-İran gərginliyi zamanı Azərbaycanın ərazisindən İsrailin İrana qarşı hərbi əməliyyatlar həyata keçirməsi ilə bağlı yayılan saxta xəbərlərdir. Bu məlumatlar yalan çıxdı. İsrailin belə əməliyyatlar üçün başqa marşrutları var və Azərbaycan kimi neft resurslarına malik müttəfiqinin ərazisini risk altına atması onun özünə ziyan olardı. Bu cür kampaniyalar əsasən geniş ictimaiyyəti səhv məlumatlandırmağa hesablanır və əsassızdır. Digər bir iddia da Azərbaycandan Ukraynaya hərbi yardım göstərilməsi ilə bağlıdır. Bu da həqiqətə uyğun deyil, çünki Ukrayna artıq Avropa və ABŞ-dan geniş hərbi yardım alır və Azərbaycanın hər hansı yardımına ehtiyacı yoxdur. Azərbaycan beynəlxalq müqavilələrə sadiq qalaraq, diplomatik və dövlətlərarası münasibətlərdə balanslı, ağıllı siyasət aparır və bu siyasət uğurla nəticələr verir. Dezinformasiya və qarayaxma kampaniyalarının həlli yollarından biri onların yarada biləcəyi təsirlərin və həmin kampaniyaları yayan qüvvələrin fəaliyyətlərinin diqqətlə təhlil olunmasıdır. Bu kampaniyalar çox zaman uğursuz olsa da, atalar sözündə deyildiyi kimi, “milçək bir şey deyil, ancaq ürək bulandırır". Belə ki, müəyyən səviyyədə narahatlıq yaradır. Onların qarşısını almaq üçün, xüsusən türkdilli dövlətlərin beyin mərkəzlərinin koordinasiyalı, sıx və qarşılıqlı fəaliyyəti vacibdir. Çox güman ki, Fərid müəllim nitqində aprelin 4-də Avropa İttifaqı ilə Mərkəzi Asiya ölkələrinin birgə keçirdiyi tədbiri nəzərdə tutur. Bu tədbirdə Avropa Birliyinin həmin ölkələrlə müxtəlif sahələrdə münasibətləri müzakirə olunub və müəyyən anlaşmalar əldə edilib".
 
Şərqşünas Azərbaycanın bu proseslə bağlılığının onun tranzit keçid ölkəsi kimi mühüm rolunda özünü göstərdiyini deyib:
"Mərkəzi Asiya dövlətlərinin müxtəlif məhsullarının, xüsusən neft, qaz, karbohidrogen və bərpa olunan enerji resurslarının Avropaya daşınmasında Azərbaycanın xüsusi rolu var. Buna görə də Avropa Birliyi Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlıq qurarkən, öz maraqlarını Azərbaycan üzərindən həyata keçirməyə cəhd göstərir. Həmçinin Türk Dövlətləri Təşkilatı çərçivəsində Mərkəzi Asiya ilə münasibətlərini yaxşılaşdıran və gücləndirən Azərbaycana təsir mexanizmləri tətbiq etməyə çalışır. Burada siyasi təsirlərin müxtəlif səpkidə olması mümkündür. Məlumdur ki, Avropa Birliyinin tarixində bu cür yanaşmalar daim müşahidə edilib. İstər Qarabağ münaqişəsi dövründə, istərsə də Azərbaycana qarşı digər məsələlərdə Avropa Birliyi və ABŞ ikili standartlarla hərəkət edib. Bu vəziyyət, təəssüf ki, onların xarici siyasətində müəyyən vaxtlarda ikili standartların tətbiq edilməsinə səbəb olub".
 
Alim bununla belə, Azərbaycanın həmişə ən yüksək səviyyədə-prezident səviyyəsində, digər dövlət orqanları, nazirliklər, parlament və xarici işlər nazirliyi vasitəsilə öz xarici siyasət prinsiplərini, münaqişələrə və dünyadakı mühüm problemlərə münasibətini açıq və prinsipial şəkildə ifadə etdiyini vurğulayıb:
"Lakin bu münasibətlər çox vaxt ikili standartlar prizmasından keçirildiyindən, Azərbaycanın fəaliyyəti və mövcudluğu ilə bağlı müəyyən problemlər və risklər yaranıb. Ancaq bu gün böyük əminliklə söyləyə bilərik ki, dövlətimizin, Prezident İlham Əliyevin rəhbərliyi altında aparılan daxili və xarici siyasət ona imkan verir ki, Azərbaycan dünya birliyində pragmatik, balanslaşdırılmış və nüfuzlu bir dövlət kimi öz mövqeyini möhkəmləndirsin və fəaliyyət göstərsin".










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bakının bitməyən tıxac dərdi: - “Ali məktəblərin bölgələrə köçürülməsi...”
Bu gün, 18:16
Paşinyan ETİRAF ETDİ: - "O adamların siyahısı məndədir, lazım olanda... "
Bu gün, 18:13
Azərbaycanlı gənci güllələyib öldürən yol polisi HƏBS OLUNDU
Bu gün, 18:10
İrəvan İran ərazisindən logistika zəncirləri və imkanları genişləndirmək istəyir - Paşinyan
Bu gün, 13:33
"Bakı və Ankara ilə işləməyin vaxtıdır" – Ermənistan Baş nazirindən tarixi dönüş
Bu gün, 13:22
Rusiyanın iki aeroportu fəaliyyətini dayandırıb
Bu gün, 13:21
Rüfət İsmayılovun qol saatları da müsadirə edildi
Bu gün, 13:19
Ermənistan və Rusiya bəzi müqavilələrin icrası barədə razılığa gəlib
Bu gün, 13:16
Azərbaycan Mədəniyyət Nazirliyi xalq artistindən kimin nə nəyin qisasını alır? - AXI NİYƏ?
Bu gün, 13:15
ABB öz səhmdarlarına 200 milyon manat - DİVİDEND ÖDƏYƏCƏK
Bu gün, 12:35
"Ege Hospital"da yeni doğulan körpə öldü
Bu gün, 12:31
Rusiya silahını Avropaya tuşlayır - GƏLİŞMƏ
Bu gün, 12:18
“Elə bilirlər ki, Baş nazir olmaq asandır” - Artur Rasizadə
Bu gün, 12:14
Paytaxtda növbəti daxili iməclik keçirilib - FOTO
Bu gün, 11:57
Yadplanetlilərlə bağlı məlumatlar dərc olunacaq - Tramp anons verdi
Bu gün, 11:52
Bakının bu ərazilərində torpağın sotu 2 milyondur - AÇIQLAMA
Bu gün, 11:35
Azərbaycan-Ermənistan modeli Ukrayna üçün nümunə ola bilər - ŞƏRH
Bu gün, 11:31
Türkiyədə son hadisələrə görə, 7,5 milyonluq “YouTube” kanalı bağlandı - KİV
Bu gün, 11:27
Gəncə səhiyyəsində dəyişiklik - ƏMR
Bu gün, 11:26
General Müşfiq Məmmədov vəzifəsindən azad edildi - ƏMR
Bu gün, 11:19
İran hava məkanını beynəlxalq uçuşlar üçün qismən açıb
Bu gün, 11:17
Azərbaycana 94 min dollar gətirmək istədi, 64 min manat cərimələndi - TƏFƏRRÜAT
Bu gün, 11:02
“Fikirləşmirlər ki, bu adamlar yazıqdır, əziyyət çəkirlər” - NARAZILIQ VAR...
Bu gün, 10:49
Lənkəranda torpaq sürüşməsi olub
Bu gün, 10:40
“Bank Avrasiya” bağlanma təhlükəsi ilə ÜZ-ÜZƏ - Azalan kreditlər, zəifləyən kapital...
Bu gün, 10:38
Qarabağ Qazisi NARAZILIQ EDİR... - Qarabağ əlili kimi yox, mülki əlil kimi qeyd ediblər...
Bu gün, 10:37
Xalq artistinə qarşı qorxunc rüşvət iddiası - VİDEO
Bu gün, 10:32
Kürdəxanı sakinləri boğaza yığılıblar - "Üfunətdən keçmək olmur"
Bu gün, 10:26
“Azərbaycan və Türkiyə dövlətləri hər vasitə ilə Güneydəki soydaşlarımıza dəstək olmalıdır...” - ÇAĞIRIŞ
Bu gün, 10:19
14 milyonluq SİRR AÇILIR - "Atlant" işində yeni İDDİALAR
Bu gün, 10:16
Samvel Karapetyanın ev dustaqlığı daha 3 ay uzadıldı - KİV
Bu gün, 09:59
Nazim Bəydəmirli karsdan çıxarılıb
Bu gün, 09:58
Şirvan "103"də nələr baş verir? – Rəhbər özbaşınalığı və təhlükədə qalan həyatlar!
Bu gün, 09:37
Banklardan SOYĞUNÇULUQ - Faizlər görün neçə dəfə ARTIB
Bu gün, 09:31
İran Hörmüz boğazını açmasaydı... - AKTUAL
Bu gün, 09:26
Sərhəd Akademiyasında intihar - NƏ BAŞ VERİR?
Bu gün, 09:22
Özünün bu qədər əmlakı ola-ola elə formanı necə təsdiqləsin axı?! - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:20
Təqaüd yaşına çatmayan vətəndaşın HAQQI YEYİLİR - BU FAKTDIR!
Bu gün, 08:14
Əmrullayev gələndən maaşlar artmayıb... - düz 6 ildir ki...
Bu gün, 08:06
Nəcibə Nəsibova erası bitdi? - Üç prezident, 14 nazir dəyişən müşavir geri çağrılır
Bu gün, 08:03
“Rus dilinin qadağan olunmasının əleyhinəyəm” - partiya sədri
Bu gün, 07:56
Peşə Təhsili Agentliyində kadr xaosu – Boş ştatlar, bölüşdürülən maaşlar …
Bu gün, 07:53
Vüsal Nəsirli də belə narazılıq yaradır - GİLEY
Bu gün, 07:49
Tramp İranla danışıqlarda iştirak edəcək nümayəndə heyətinin tərkibini açıqlayıb
Bu gün, 07:44
Azərbaycanda yağ və ət problemi yaşanır - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 07:02
"Rusiyada artıq başa düşürlər ki, Azərbaycan heç bir ölkəyə bənzəmir" - deputat
Bu gün, 07:00
“Tramp marşrutu”na qarşı “qara piar” - İNCƏLƏMƏ
Bu gün, 06:55
Medvedevin təhdidi: siyasi ritorika, yoxsa real hücum siqnalı? - AKTUAL
Bu gün, 06:53
Sahil Qasımovun Əli Həsənovlu keçmişi və ad manipulyasiyası - EAPCA-nın Pərdəarxası
Bu gün, 06:50
Ekranlardakı "parlaq" cinayət və uydurma eşqlər: Bizə nə izlətdirirlər? - ARAŞDIRMA
Bu gün, 06:46
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru