İrəvan İran ərazisindən logistika zəncirləri və imkanları genişləndirmək istəyir .....                     "Bakı və Ankara ilə işləməyin vaxtıdır" .....                     Rusiyanın iki aeroportu fəaliyyətini dayandırıb .....                     Rüfət İsmayılovun qol saatları da müsadirə edildi .....                     Ermənistan və Rusiya bəzi müqavilələrin icrası barədə razılığa gəlib .....                     Azərbaycan Mədəniyyət Nazirliyi xalq artistindən kimin nə nəyin qisasını alır? .....                     ABB öz səhmdarlarına 200 milyon manat .....                     "Ege Hospital"da yeni doğulan körpə öldü .....                     Rusiya silahını Avropaya tuşlayır .....                     “Elə bilirlər ki, Baş nazir olmaq asandır” .....                     Paytaxtda növbəti daxili iməclik keçirilib .....                     Yadplanetlilərlə bağlı məlumatlar dərc olunacaq .....                     Bakının bu ərazilərində torpağın sotu 2 milyondur .....                     Azərbaycan-Ermənistan modeli Ukrayna üçün nümunə ola bilər .....                     Türkiyədə son hadisələrə görə, 7,5 milyonluq “YouTube” kanalı bağlandı .....                     Gəncə səhiyyəsində dəyişiklik .....                     General Müşfiq Məmmədov vəzifəsindən azad edildi .....                     İran hava məkanını beynəlxalq uçuşlar üçün qismən açıb .....                     Azərbaycana 94 min dollar gətirmək istədi, 64 min manat cərimələndi .....                     “Fikirləşmirlər ki, bu adamlar yazıqdır, əziyyət çəkirlər” .....                     Lənkəranda torpaq sürüşməsi olub .....                     “Bank Avrasiya” bağlanma təhlükəsi ilə ÜZ-ÜZƏ .....                     Qarabağ Qazisi NARAZILIQ EDİR... .....                     Xalq artistinə qarşı qorxunc rüşvət iddiası .....                     Kürdəxanı sakinləri boğaza yığılıblar .....                     “Azərbaycan və Türkiyə dövlətləri hər vasitə ilə Güneydəki soydaşlarımıza dəstək olmalıdır...” .....                     14 milyonluq SİRR AÇILIR .....                     Samvel Karapetyanın ev dustaqlığı daha 3 ay uzadıldı .....                     Nazim Bəydəmirli karsdan çıxarılıb .....                     Şirvan "103"də nələr baş verir? .....                     Banklardan SOYĞUNÇULUQ .....                     İran Hörmüz boğazını açmasaydı... .....                     Sərhəd Akademiyasında intihar .....                     Özünün bu qədər əmlakı ola-ola elə formanı necə təsdiqləsin axı?! .....                     Təqaüd yaşına çatmayan vətəndaşın HAQQI YEYİLİR .....                     Əmrullayev gələndən maaşlar artmayıb... .....                     Nəcibə Nəsibova erası bitdi? .....                     “Rus dilinin qadağan olunmasının əleyhinəyəm” .....                     Peşə Təhsili Agentliyində kadr xaosu .....                     Vüsal Nəsirli də belə narazılıq yaradır .....                 

"İndiki vəziyyət bu qərar əks effekt verəcək..." - NƏ ETMƏLİ?
Tarix: 24-10-2025, 04:53 | Çap et

Gələn ildən etibarən özəl sektorda çalışan şəxslər gəlir vergisinə cəlb olunacaq.

Bu, “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsində öz əksini tapıb.

Burada göstərilir ki, özəl sektorda çalışan şəxslər üçün tətbiq edilən vergi güzəşti 7 ildən sonra ləğv olunsa da, DSMF ayırmalarına tutulan məbləğdə heç bir dəyişiklik gözlənilmir.

Hazırda Azərbaycanda əməkhaqqı 200 manatdan 8000-ə qədər olduqda: 6 manat + 10% DSMF ayırmaları tutulur. Bundan başqa, işçilər 0.5 % işsizlikdən sığorta haqqı, 2 % isə icbari tibbi sığorta haqqı ödəyir.

Sosial sığorta haqqının dərəcəsində dəyişiklik edilməyəcəyi üçün gələn il də eyni DSMF ayırmaları ödəniləcək.
Xatırladaq ki, gələn ildən özəl sektorda çalışan şəxslər əlavə olaraq 3 % də gəlir vergisi ödəyəcək.

Həm gəlir vergisi, həm DSMF ayırmalarına tutulan məbləğdə dəyişiklik olmaması vətəndaşlar üçün hansı problemlər yaradacaq?

Məsələ ilə bağlı iqtisadçı-ekspert Fuad İbrahimov “Cebheinfo.az”-a bildirib ki, gəlir vergisi ilə DSMF ödənişi fərqlidir, ancaq birini tətbiq edib, digərini yığışdırmaq anlayışı ola bilməz:

“DSMF pensiya fondunu formalaşdırır, gəlir vergisi də bütün dünyada var. Sadəcə olaraq, bizdə bunu müəyyən dövrdə ona görə yığışdırmışdılar ki, sahibkarlıq sinfi inkişafa doğru getsin. İndi baxaq görək bunu tətbiq edəndə qeyri-neft sektorumuz hansı səviyyədə idi, indi hansı səviyyədə olmalıydı.

Yəni neft amilindən asılılığın fərqini göstərməliyik. Görürük ki, elə bir ciddi dəyişiklik yoxdur. Dövlət Statisitika Komitəsinin göstəricilərinə əsasən, hazırda ölkənin ixracının 90 faizini neft və neft məhsulları təşkil edir. Bunu biz tətbiq edəndə də mövcud vəziyyət belə idi.

Əgər indi yeni qaydanı özəl sektorda tətbiq etməyə başlayırıqsa, nə baş verəcək?

Birincisi, müəyyən sövdələşmələr başlanacaq. İşi verənlə işi qəbul edən tərəf danışıqlara gedəcək ki, “gəl, qeyri-rəsmi hissəsini mənə ödə”. Ya da “kölgə iqtisadiyyat”a qayıdacağıq.

Biz nəticəni yerinə yetirməliyik. Kiçik və orta sahibkarlığın qeyri-neft sektorunda dayanıqlılığını təmin etməliyik. Necə təmin etməliyik ki, o bizim büdcə gəlirlərində öz əksini tapsın.

O ixracda, daxili dövriyyədə öz əksini tapmırsa, demək bu baş tutmayıb. Bu cür şərait olduğu halda həmin qaydanı tətbiq etmək, yenidən özəl sektoru problemli vəziyyətə sürükləyəcək.

Heç kimə sir deyil ki, bu gün ölkədə əsasən də xidmət sektorunda 400 manat əməkhaqqı üzərindən qurulan maaşlar var. Yəni 1200 manatlıq işi 3 yerə bölürlər, deyirlər ki, 3 iş yeri var. Reallıqda bu belə deyil. Hesab edirəm ki, indiki vəziyyət bu qərar əks effekt verəcək.

“Gizli iqtisadiyyat”ı stimullaşdırmaqla işi verən tərəflə, işi qəbul edən tərəf arasında müəyyən sövdələşmələrə yenidən yol açılacaq.

Bu da arzuolunmaz bir vəziyyətdir. Əslində biz bunu tamamilə elə bir vəziyyətdə tətbiq etməliyik ki, vergi aktual olsun.

Yəni büdcəmizə,iqtisadiyyatımıza sağlam gəlir gətirsin. Əgər bu dolayı yolla iqtisadiyyatımıza ziyan vuracaqsa, onun təbiqi bir qədər də gözləyə bilərdi”.

Onun sözlərinə görə, vergi iqtisadiyyatın onurğa sütunudür:

“Ancaq vətəndaşların gəliri və xərci bir-birini tamamlamayanda, tarazlıq pozulanda insanlar bütün vasitələrlə vergidən qaçmağa çalışırlar. Bu, aksiomadır. Bizdə özəl sektorda iş yerlərinin dayanıqlığının olmaması, qeyri-neft sektorunda dayanıqlı inkişaf getmədiyi bir mühitdə bu vergilərdən stimullaşdırıcı məqamlarla keçid etmək lazımdır. Belə etmək olmaz.

Bunun vaxtında aradan qaldırılması çox düzgün addım idi. Sadəcə bunu etdiyimiz dövrdə nailiyyətlərimizi tam həyata keçirə bilməmişik. Bu gün iş yerlərinin sayı reallıqda dəfələrlə çox olsaydı, eyni zamanda maaşlar minimum 400 deyil, 800 olsaydı bunu tətbiq etmək olardı. Bu qayda sağlam mühitdə tətbiq olunmalıdır. 600 manat əməkhaqqı alandan həmin pul tutulacaqsa, o da elə minimum əməkhaqqı olur.

Beləliklə, biz minimum əməkhaqqı alan sinifin həcmini artırırıq. Bizdə büdcədə qeyri-neft sektorunun həcmi 40 faizə qalxmalıdır. Əslində stimullaşdırmaq lazımdır ki, bu qalxsın”.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İrəvan İran ərazisindən logistika zəncirləri və imkanları genişləndirmək istəyir - Paşinyan
Bu gün, 13:33
"Bakı və Ankara ilə işləməyin vaxtıdır" – Ermənistan Baş nazirindən tarixi dönüş
Bu gün, 13:22
Rusiyanın iki aeroportu fəaliyyətini dayandırıb
Bu gün, 13:21
Rüfət İsmayılovun qol saatları da müsadirə edildi
Bu gün, 13:19
Ermənistan və Rusiya bəzi müqavilələrin icrası barədə razılığa gəlib
Bu gün, 13:16
Azərbaycan Mədəniyyət Nazirliyi xalq artistindən kimin nə nəyin qisasını alır? - AXI NİYƏ?
Bu gün, 13:15
ABB öz səhmdarlarına 200 milyon manat - DİVİDEND ÖDƏYƏCƏK
Bu gün, 12:35
"Ege Hospital"da yeni doğulan körpə öldü
Bu gün, 12:31
Rusiya silahını Avropaya tuşlayır - GƏLİŞMƏ
Bu gün, 12:18
“Elə bilirlər ki, Baş nazir olmaq asandır” - Artur Rasizadə
Bu gün, 12:14
Paytaxtda növbəti daxili iməclik keçirilib - FOTO
Bu gün, 11:57
Yadplanetlilərlə bağlı məlumatlar dərc olunacaq - Tramp anons verdi
Bu gün, 11:52
Bakının bu ərazilərində torpağın sotu 2 milyondur - AÇIQLAMA
Bu gün, 11:35
Azərbaycan-Ermənistan modeli Ukrayna üçün nümunə ola bilər - ŞƏRH
Bu gün, 11:31
Türkiyədə son hadisələrə görə, 7,5 milyonluq “YouTube” kanalı bağlandı - KİV
Bu gün, 11:27
Gəncə səhiyyəsində dəyişiklik - ƏMR
Bu gün, 11:26
General Müşfiq Məmmədov vəzifəsindən azad edildi - ƏMR
Bu gün, 11:19
İran hava məkanını beynəlxalq uçuşlar üçün qismən açıb
Bu gün, 11:17
Azərbaycana 94 min dollar gətirmək istədi, 64 min manat cərimələndi - TƏFƏRRÜAT
Bu gün, 11:02
“Fikirləşmirlər ki, bu adamlar yazıqdır, əziyyət çəkirlər” - NARAZILIQ VAR...
Bu gün, 10:49
Lənkəranda torpaq sürüşməsi olub
Bu gün, 10:40
“Bank Avrasiya” bağlanma təhlükəsi ilə ÜZ-ÜZƏ - Azalan kreditlər, zəifləyən kapital...
Bu gün, 10:38
Qarabağ Qazisi NARAZILIQ EDİR... - Qarabağ əlili kimi yox, mülki əlil kimi qeyd ediblər...
Bu gün, 10:37
Xalq artistinə qarşı qorxunc rüşvət iddiası - VİDEO
Bu gün, 10:32
Kürdəxanı sakinləri boğaza yığılıblar - "Üfunətdən keçmək olmur"
Bu gün, 10:26
“Azərbaycan və Türkiyə dövlətləri hər vasitə ilə Güneydəki soydaşlarımıza dəstək olmalıdır...” - ÇAĞIRIŞ
Bu gün, 10:19
14 milyonluq SİRR AÇILIR - "Atlant" işində yeni İDDİALAR
Bu gün, 10:16
Samvel Karapetyanın ev dustaqlığı daha 3 ay uzadıldı - KİV
Bu gün, 09:59
Nazim Bəydəmirli karsdan çıxarılıb
Bu gün, 09:58
Şirvan "103"də nələr baş verir? – Rəhbər özbaşınalığı və təhlükədə qalan həyatlar!
Bu gün, 09:37
Banklardan SOYĞUNÇULUQ - Faizlər görün neçə dəfə ARTIB
Bu gün, 09:31
İran Hörmüz boğazını açmasaydı... - AKTUAL
Bu gün, 09:26
Sərhəd Akademiyasında intihar - NƏ BAŞ VERİR?
Bu gün, 09:22
Özünün bu qədər əmlakı ola-ola elə formanı necə təsdiqləsin axı?! - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:20
Təqaüd yaşına çatmayan vətəndaşın HAQQI YEYİLİR - BU FAKTDIR!
Bu gün, 08:14
Əmrullayev gələndən maaşlar artmayıb... - düz 6 ildir ki...
Bu gün, 08:06
Nəcibə Nəsibova erası bitdi? - Üç prezident, 14 nazir dəyişən müşavir geri çağrılır
Bu gün, 08:03
“Rus dilinin qadağan olunmasının əleyhinəyəm” - partiya sədri
Bu gün, 07:56
Peşə Təhsili Agentliyində kadr xaosu – Boş ştatlar, bölüşdürülən maaşlar …
Bu gün, 07:53
Vüsal Nəsirli də belə narazılıq yaradır - GİLEY
Bu gün, 07:49
Tramp İranla danışıqlarda iştirak edəcək nümayəndə heyətinin tərkibini açıqlayıb
Bu gün, 07:44
Azərbaycanda yağ və ət problemi yaşanır - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 07:02
"Rusiyada artıq başa düşürlər ki, Azərbaycan heç bir ölkəyə bənzəmir" - deputat
Bu gün, 07:00
“Tramp marşrutu”na qarşı “qara piar” - İNCƏLƏMƏ
Bu gün, 06:55
Medvedevin təhdidi: siyasi ritorika, yoxsa real hücum siqnalı? - AKTUAL
Bu gün, 06:53
Sahil Qasımovun Əli Həsənovlu keçmişi və ad manipulyasiyası - EAPCA-nın Pərdəarxası
Bu gün, 06:50
Ekranlardakı "parlaq" cinayət və uydurma eşqlər: Bizə nə izlətdirirlər? - ARAŞDIRMA
Bu gün, 06:46
Ağalar Vəliyevin oğlunun "Kristal"ında böyük miqdarda borclanma - FOTO
Bu gün, 06:31
Trampın Livana zərbələrə qadağa açıqlaması Netanyahuya şok təsiri yaradıb - "Axios"
Bu gün, 06:26
ABŞ Dövlət Departamentinin nümayəndələri danışıqlar üçün Kubaya səfər edib
Bu gün, 06:24
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru