İrəvan İran ərazisindən logistika zəncirləri və imkanları genişləndirmək istəyir .....                     "Bakı və Ankara ilə işləməyin vaxtıdır" .....                     Rusiyanın iki aeroportu fəaliyyətini dayandırıb .....                     Rüfət İsmayılovun qol saatları da müsadirə edildi .....                     Ermənistan və Rusiya bəzi müqavilələrin icrası barədə razılığa gəlib .....                     Azərbaycan Mədəniyyət Nazirliyi xalq artistindən kimin nə nəyin qisasını alır? .....                     ABB öz səhmdarlarına 200 milyon manat .....                     "Ege Hospital"da yeni doğulan körpə öldü .....                     Rusiya silahını Avropaya tuşlayır .....                     “Elə bilirlər ki, Baş nazir olmaq asandır” .....                     Paytaxtda növbəti daxili iməclik keçirilib .....                     Yadplanetlilərlə bağlı məlumatlar dərc olunacaq .....                     Bakının bu ərazilərində torpağın sotu 2 milyondur .....                     Azərbaycan-Ermənistan modeli Ukrayna üçün nümunə ola bilər .....                     Türkiyədə son hadisələrə görə, 7,5 milyonluq “YouTube” kanalı bağlandı .....                     Gəncə səhiyyəsində dəyişiklik .....                     General Müşfiq Məmmədov vəzifəsindən azad edildi .....                     İran hava məkanını beynəlxalq uçuşlar üçün qismən açıb .....                     Azərbaycana 94 min dollar gətirmək istədi, 64 min manat cərimələndi .....                     “Fikirləşmirlər ki, bu adamlar yazıqdır, əziyyət çəkirlər” .....                     Lənkəranda torpaq sürüşməsi olub .....                     “Bank Avrasiya” bağlanma təhlükəsi ilə ÜZ-ÜZƏ .....                     Qarabağ Qazisi NARAZILIQ EDİR... .....                     Xalq artistinə qarşı qorxunc rüşvət iddiası .....                     Kürdəxanı sakinləri boğaza yığılıblar .....                     “Azərbaycan və Türkiyə dövlətləri hər vasitə ilə Güneydəki soydaşlarımıza dəstək olmalıdır...” .....                     14 milyonluq SİRR AÇILIR .....                     Samvel Karapetyanın ev dustaqlığı daha 3 ay uzadıldı .....                     Nazim Bəydəmirli karsdan çıxarılıb .....                     Şirvan "103"də nələr baş verir? .....                     Banklardan SOYĞUNÇULUQ .....                     İran Hörmüz boğazını açmasaydı... .....                     Sərhəd Akademiyasında intihar .....                     Özünün bu qədər əmlakı ola-ola elə formanı necə təsdiqləsin axı?! .....                     Təqaüd yaşına çatmayan vətəndaşın HAQQI YEYİLİR .....                     Əmrullayev gələndən maaşlar artmayıb... .....                     Nəcibə Nəsibova erası bitdi? .....                     “Rus dilinin qadağan olunmasının əleyhinəyəm” .....                     Peşə Təhsili Agentliyində kadr xaosu .....                     Vüsal Nəsirli də belə narazılıq yaradır .....                 

"Mənim ağlım yerindədir" - Aqil Abbasdan REAKSİYA
Tarix: 30-10-2025, 06:37 | Çap et

Süni intellekt (AI) bu gün dünyanın ən çox müzakirə olunan texnoloji yeniliklərindən biridir. İnformasiyanın toplanması, emalı və yaradıcı fəaliyyətin müxtəlif sahələrində tətbiqi artıq qlobal trendlərdən birinə çevrilib. Bununla belə, süni intellektin imkanları, etibarlılığı və insana təsir dərəcəsi ilə bağlı mübahisələr də davam edir.
Hətta Albaniya Baş naziri Edi Rama məlumat verib ki, Albaniyanın süni intellekt əsasında yaradılmış AI naziri Diella (alban dilində “Günəş” mənasını verir) 83 uşağa “hamilədir”. Baş nazir qeyd edib ki, rəqəmsal nazirin “uşaqları” parlament üzvlərinin köməkçiləri olacaq. Lakin Albaniya Prezidenti Bayram Beqay Ramanın təqdim etdiyi digər hökumət üzvləri Aİ nazirini təsdiqləməyib.
Azərbaycanda da süni intellekt gündəmdən düşməyən mövzulardan birinə, ictimai-siyasi dairələrin diqqət mərkəzinə çevrilib. Prezident İlham Əliyev “Azərbaycan Respublikasının 2025-2028-ci illər üçün süni intellekt Strategiyası”nın təsdiq edilməsi haqqında sərəncam qəbul edib.
Eləcə də, III Şuşa Qlobal formunda "Süni intellektdən istifadə edirsinizmi?" sualına Azərbaycan Respublikasının prezidenti "Mən süni intellektdən istifadə etmirəm. Amma ailə üzvlərimdən bəziləri istifadə edir. Ola bilər gələcəkdə mən də istifadə edim, çünki bu sürətlə inkişaf edir"-deyə cavab verib.
Maraqlıdır Albaniyada AI nazir olduğu halda, bəs görəsən Azərbaycan parlamentariləri süni intellektdən istifadə edirlərmi?
 
Sherg.az Azərbaycan Respublikası Milli Məclisinin üzvləri arasında sorğu keçirib:
 
Millət Vəkili Aqil Abbas Sİ-dən istifadə etmədiyini söylədi: 
"Mənim ağlım yerindədir, süni intellektdən istifadə etmirəm. Hər şey internetdə var, Sİ-yə güvənmirəm. Sİ-nin insandan ağıllı olduğunu heç kim sübut edə bilməz. Çünki onu insan idarə edir. O, adamdan ağıllı deyil".
 
Hikmət Babaoğlu bildirdi ki, süni intellektin bütün kombinasiyaları müstəqil deyil:
"İstifadə edirəm, bəli. AI-ni bəzən müstəqil intellekt kimi təqdim edirlər, amma süni intellekt imkanlarını təqdim edən bütün kombinasiyaların heç biri müstəqil deyil. AI sadəcə internet resursları, google axtarış sistemində olan informasiyaları bir yerə toplayıb onun məcmusunu təqdim edir. Süni intellektin bəzən analitik qabiliyyətinin, proqnozlaşdırma imkanlarının olduğunu iddia edirlər. Fikrimcə AI hələ bu mərhələyə çatmayıb. Süni intellekt hətta o dərəcədə zəifdir ki, bəzən google axtarış sistemində daha maraqlı məlumatlar əldə edilir, yetər ki özünüz o məlumatları əlaqələndirib, analitik materela çevirə biləsiniz. Mən ChatGBT-dən istifadə edirəm. Video və foto kontent yaratmaq formalarından yararlanıram.
AI hələlik mükəmməl deyil, hələ uzun müddət bundan sonra sadəcə homosapinesin nəzarətində olan internet resursu kimi qalacaq. Süni intellektin müstəqil idraki subyekt kimi təqdim etməyimiz tezdir".
 
Telefon zəngimizi açan Parlamentari Siyavuş Novruzov isə sualımızı cavablandırmağa imkanının olmadığını bildirdi:
"Xanım iclasdayam, qonağım var".
 
Millət Vəkili Azər Allahverənov AI-dən maraqlı kontentlərin düzəldilməsində istifadə edir. O, şeirlərinin mahnı halına salınması üçün süni intelektdən yararlandığını qeyd etdi:
"Araşdırma apararkən bir neçə platformalara müraciət edirəm. Amma tək axtarışlar və araşdırma üçün yox, həm də hansısa məhsulun hazırlanması prosesində məsələn şəkillərin hazırlanmasında AI-dən yararlanıram.
Zamanında yazdığım şeirləri AI vasitəsi ilə musiqiyə çevirdik. Süni intelekt vasitəsi ilə mahnı yazıldı və səsləndirildi. Sonra da AI-nin yardımı ilə həmin mahnının nümaişini hazırladıq. Bununla bağlı videokrit hazırlamaq olardı. Lakin mən o mərhələyə qədər getmədim. Çünki mənə əsas maraqlı və vacib olan o mahnının hazırlanma prosesi və əldə olunacaq məhsul idi".
 
Deputat Səbinə Salmanova AI-dən axtarış məqsədi ilə yararlandığını dedi:
"Bəli, istifadə edirəm. Hansısa axtarış lazım olanda özüm axtarmıram, süni intelektdən yararlanıram. Lakin yazılarımda, açıqlamalarımda istifadə etmirəm. amma süni intellektin məlumatlarına tam güvənmirəm, ondan sonra digər araşdırmaları da edirəm".
 
Millət Vəkili Fazil Mustafa süni intellektdən çox az hallarda istifadə etdiyini bildirdi:
"Bir sıra elmi kəşflərlə bağlı məlumatların alınmasında AI köməyimizə gəlir. Lakin hər hansısa yazı, məqalə və başqa motivli çalışmalarda istifadə etməyi xoşlamıram. Çünki insanın öz yaradıcılığı əsas götürülməlidir. Süni intellektin təsiri altında qalmağa üstünlük vermirəm. Yazını özüm yazır, fikri özüm düşünürəm. Bəlkə də gələcəkdə buna bir yönəlmə ola bilər, amma indiki vəziyyətdə özümü bu vərdişə yönəltmək istəmirəm. Lakin bir sıra informativ məlumatların, xüsusi ilə də elmi yeniliklərlə, dünyada baş verən proseslərlə bağlı hansısa gerçək vəziyyəti öyrənmək üçün AI-dən istifadə etmək mümkündür. Bunu da ara-sıra edirəm".
Əlaqə saxlamağa çalışdığımız digər 22 deputat isə təəssüf ki, telefon zəngimizi açmadılar. Milli Məclis üzvləri arasında apardığımız sorğuda bəzi deputatlar AI-ni faydalı vasitə kimi görərək ondan informasiya axtarışı, kontent istehsalı və yaradıcı layihələrdə istifadə etdiklərini bildirdilər. Digərləri isə süni intellektə ehtiyatla yanaşaraq, insan düşüncəsinin və yaradıcılığının texnologiya ilə əvəz oluna bilməyəcəyini vurğuladılar.
Aparılan sorğunun nəticələri göstərir ki, Azərbaycan parlamentində süni intellektlə bağlı fikirlər müxtəlif olsa da, ümumi maraq və müzakirə meyli artıq formalaşıb. Bu da onu göstərir ki, AI təkcə texnoloji deyil, həm də sosial və siyasi düşüncə səviyyəsində gündəmin bir parçasına çevrilməkdədir.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İrəvan İran ərazisindən logistika zəncirləri və imkanları genişləndirmək istəyir - Paşinyan
Bu gün, 13:33
"Bakı və Ankara ilə işləməyin vaxtıdır" – Ermənistan Baş nazirindən tarixi dönüş
Bu gün, 13:22
Rusiyanın iki aeroportu fəaliyyətini dayandırıb
Bu gün, 13:21
Rüfət İsmayılovun qol saatları da müsadirə edildi
Bu gün, 13:19
Ermənistan və Rusiya bəzi müqavilələrin icrası barədə razılığa gəlib
Bu gün, 13:16
Azərbaycan Mədəniyyət Nazirliyi xalq artistindən kimin nə nəyin qisasını alır? - AXI NİYƏ?
Bu gün, 13:15
ABB öz səhmdarlarına 200 milyon manat - DİVİDEND ÖDƏYƏCƏK
Bu gün, 12:35
"Ege Hospital"da yeni doğulan körpə öldü
Bu gün, 12:31
Rusiya silahını Avropaya tuşlayır - GƏLİŞMƏ
Bu gün, 12:18
“Elə bilirlər ki, Baş nazir olmaq asandır” - Artur Rasizadə
Bu gün, 12:14
Paytaxtda növbəti daxili iməclik keçirilib - FOTO
Bu gün, 11:57
Yadplanetlilərlə bağlı məlumatlar dərc olunacaq - Tramp anons verdi
Bu gün, 11:52
Bakının bu ərazilərində torpağın sotu 2 milyondur - AÇIQLAMA
Bu gün, 11:35
Azərbaycan-Ermənistan modeli Ukrayna üçün nümunə ola bilər - ŞƏRH
Bu gün, 11:31
Türkiyədə son hadisələrə görə, 7,5 milyonluq “YouTube” kanalı bağlandı - KİV
Bu gün, 11:27
Gəncə səhiyyəsində dəyişiklik - ƏMR
Bu gün, 11:26
General Müşfiq Məmmədov vəzifəsindən azad edildi - ƏMR
Bu gün, 11:19
İran hava məkanını beynəlxalq uçuşlar üçün qismən açıb
Bu gün, 11:17
Azərbaycana 94 min dollar gətirmək istədi, 64 min manat cərimələndi - TƏFƏRRÜAT
Bu gün, 11:02
“Fikirləşmirlər ki, bu adamlar yazıqdır, əziyyət çəkirlər” - NARAZILIQ VAR...
Bu gün, 10:49
Lənkəranda torpaq sürüşməsi olub
Bu gün, 10:40
“Bank Avrasiya” bağlanma təhlükəsi ilə ÜZ-ÜZƏ - Azalan kreditlər, zəifləyən kapital...
Bu gün, 10:38
Qarabağ Qazisi NARAZILIQ EDİR... - Qarabağ əlili kimi yox, mülki əlil kimi qeyd ediblər...
Bu gün, 10:37
Xalq artistinə qarşı qorxunc rüşvət iddiası - VİDEO
Bu gün, 10:32
Kürdəxanı sakinləri boğaza yığılıblar - "Üfunətdən keçmək olmur"
Bu gün, 10:26
“Azərbaycan və Türkiyə dövlətləri hər vasitə ilə Güneydəki soydaşlarımıza dəstək olmalıdır...” - ÇAĞIRIŞ
Bu gün, 10:19
14 milyonluq SİRR AÇILIR - "Atlant" işində yeni İDDİALAR
Bu gün, 10:16
Samvel Karapetyanın ev dustaqlığı daha 3 ay uzadıldı - KİV
Bu gün, 09:59
Nazim Bəydəmirli karsdan çıxarılıb
Bu gün, 09:58
Şirvan "103"də nələr baş verir? – Rəhbər özbaşınalığı və təhlükədə qalan həyatlar!
Bu gün, 09:37
Banklardan SOYĞUNÇULUQ - Faizlər görün neçə dəfə ARTIB
Bu gün, 09:31
İran Hörmüz boğazını açmasaydı... - AKTUAL
Bu gün, 09:26
Sərhəd Akademiyasında intihar - NƏ BAŞ VERİR?
Bu gün, 09:22
Özünün bu qədər əmlakı ola-ola elə formanı necə təsdiqləsin axı?! - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:20
Təqaüd yaşına çatmayan vətəndaşın HAQQI YEYİLİR - BU FAKTDIR!
Bu gün, 08:14
Əmrullayev gələndən maaşlar artmayıb... - düz 6 ildir ki...
Bu gün, 08:06
Nəcibə Nəsibova erası bitdi? - Üç prezident, 14 nazir dəyişən müşavir geri çağrılır
Bu gün, 08:03
“Rus dilinin qadağan olunmasının əleyhinəyəm” - partiya sədri
Bu gün, 07:56
Peşə Təhsili Agentliyində kadr xaosu – Boş ştatlar, bölüşdürülən maaşlar …
Bu gün, 07:53
Vüsal Nəsirli də belə narazılıq yaradır - GİLEY
Bu gün, 07:49
Tramp İranla danışıqlarda iştirak edəcək nümayəndə heyətinin tərkibini açıqlayıb
Bu gün, 07:44
Azərbaycanda yağ və ət problemi yaşanır - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 07:02
"Rusiyada artıq başa düşürlər ki, Azərbaycan heç bir ölkəyə bənzəmir" - deputat
Bu gün, 07:00
“Tramp marşrutu”na qarşı “qara piar” - İNCƏLƏMƏ
Bu gün, 06:55
Medvedevin təhdidi: siyasi ritorika, yoxsa real hücum siqnalı? - AKTUAL
Bu gün, 06:53
Sahil Qasımovun Əli Həsənovlu keçmişi və ad manipulyasiyası - EAPCA-nın Pərdəarxası
Bu gün, 06:50
Ekranlardakı "parlaq" cinayət və uydurma eşqlər: Bizə nə izlətdirirlər? - ARAŞDIRMA
Bu gün, 06:46
Ağalar Vəliyevin oğlunun "Kristal"ında böyük miqdarda borclanma - FOTO
Bu gün, 06:31
Trampın Livana zərbələrə qadağa açıqlaması Netanyahuya şok təsiri yaradıb - "Axios"
Bu gün, 06:26
ABŞ Dövlət Departamentinin nümayəndələri danışıqlar üçün Kubaya səfər edib
Bu gün, 06:24
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru