"Ege Hospital"da yeni doğulan körpə öldü .....                     Rusiya silahını Avropaya tuşlayır .....                     “Elə bilirlər ki, Baş nazir olmaq asandır” .....                     Paytaxtda növbəti daxili iməclik keçirilib .....                     Yadplanetlilərlə bağlı məlumatlar dərc olunacaq .....                     Bakının bu ərazilərində torpağın sotu 2 milyondur .....                     Azərbaycan-Ermənistan modeli Ukrayna üçün nümunə ola bilər .....                     Türkiyədə son hadisələrə görə, 7,5 milyonluq “YouTube” kanalı bağlandı .....                     Gəncə səhiyyəsində dəyişiklik .....                     General Müşfiq Məmmədov vəzifəsindən azad edildi .....                     İran hava məkanını beynəlxalq uçuşlar üçün qismən açıb .....                     Azərbaycana 94 min dollar gətirmək istədi, 64 min manat cərimələndi .....                     “Fikirləşmirlər ki, bu adamlar yazıqdır, əziyyət çəkirlər” .....                     Lənkəranda torpaq sürüşməsi olub .....                     “Bank Avrasiya” bağlanma təhlükəsi ilə ÜZ-ÜZƏ .....                     Qarabağ Qazisi NARAZILIQ EDİR... .....                     Xalq artistinə qarşı qorxunc rüşvət iddiası .....                     Kürdəxanı sakinləri boğaza yığılıblar .....                     “Azərbaycan və Türkiyə dövlətləri hər vasitə ilə Güneydəki soydaşlarımıza dəstək olmalıdır...” .....                     14 milyonluq SİRR AÇILIR .....                     Samvel Karapetyanın ev dustaqlığı daha 3 ay uzadıldı .....                     Nazim Bəydəmirli karsdan çıxarılıb .....                     Şirvan "103"də nələr baş verir? .....                     Banklardan SOYĞUNÇULUQ .....                     İran Hörmüz boğazını açmasaydı... .....                     Sərhəd Akademiyasında intihar .....                     Özünün bu qədər əmlakı ola-ola elə formanı necə təsdiqləsin axı?! .....                     Təqaüd yaşına çatmayan vətəndaşın HAQQI YEYİLİR .....                     Əmrullayev gələndən maaşlar artmayıb... .....                     Nəcibə Nəsibova erası bitdi? .....                     “Rus dilinin qadağan olunmasının əleyhinəyəm” .....                     Peşə Təhsili Agentliyində kadr xaosu .....                     Vüsal Nəsirli də belə narazılıq yaradır .....                     Tramp İranla danışıqlarda iştirak edəcək nümayəndə heyətinin tərkibini açıqlayıb .....                     Azərbaycanda yağ və ət problemi yaşanır .....                     "Rusiyada artıq başa düşürlər ki, Azərbaycan heç bir ölkəyə bənzəmir" .....                     “Tramp marşrutu”na qarşı “qara piar” .....                     Medvedevin təhdidi: siyasi ritorika, yoxsa real hücum siqnalı? .....                     Sahil Qasımovun Əli Həsənovlu keçmişi və ad manipulyasiyası .....                     Ekranlardakı "parlaq" cinayət və uydurma eşqlər: Bizə nə izlətdirirlər? .....                 

“Tutaq ki, qəzet çapı üçün ayrılan vəsaitə qənaət edilir, deyək ki, bununla xeyir veririk” - AKTUAL
Tarix: 5-11-2025, 06:25 | Çap et

Azərbaycan Mətbuat Şurasının sədri, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcidin qəzetlərlə bağlı dediyi fikirlər media camiyəsində müzakirə mövzusuna çevrilib. O bildirib ki, çap mətbuatının davam gətirməsi mümkünsüzdür. Onun sözlərinə görə, dövlət yazılı mətbuatın yaşaması üçün uzun illərlə dəstək olub və bunun hesabına qəzetlər fəaliyyət göstərir:
"Qəzetlərin gəlir yeri reklamlardır, bu isə yoxdur. Qəzet satışı sıfırlanıb, yeni nəsil qəzet oxumur, bəziləri isə heç onun nə olduğunu bilmir. Təəssüf ki, Azərbaycanda yazılı mətbuat son günlərini yaşayır. Mən düşünmürəm ki, onu xilas etmək mümkündür. Çünki dünya tamamilə dəyişib, yeni nəslin qəzet yaddaşı yoxdur. Yalnız köhnə nəslin nümayəndələrindən bəziləri qəzet oxuyur."
Rəşad Məcidin çap mətbuatının gələcəyi ilə bağlı irəli sürdüyü fikirlər - onun davam gətirməsinin mümkünsüzlüyü, satışın sıfırlanması, yeni nəslin qəzet yaddaşının olmaması və yazılı mətbuatın son günlərini yaşaması - bir növ qlobal reallığın Azərbaycanda da inikasıdır. O, bu vəziyyəti obyektiv amillərlə əlaqələndirir və xilasın mümkün olmadığını bildirir.
Ümumiyyətlə, bu sahə necə tənzimlənməlidir? Ölkə olaraq çap mediadan imtina etməliyikmi? Qəzet yalnız arxiv üçünmü lazımdır? Qeyd edək ki, çap olunan qəzetin hər tirajından lazım olan sayda arxiv, kitabxana, hüquq-mühafizə və s. qurumlara gedir. Prezidentin Kitabxanası bu mənada xüsusilə seçilir. Bu platformada qəzetlərdən və saytlardan yazıların yığılıb arxivləndiyinin də şahidi olmuşuq.
Beynəlxalq təcrübə isə həm problemləri, həm də çıxış yollarını göstərir. Qeyd edək ki, çap mediasından tam imtina etmək Qərb ölkələrində də qəbul edilən bir yanaşma deyil. Əksinə, bir çox inkişaf etmiş dövlət onu demokratik dəyəri, peşəkar kadr məktəbi və ictimai institut kimi qoruyur. Tənzimlənmə birbaşa məzmun üzərində deyil, əsasən iqtisadi dayanıqlılıq üzərində qurulmalıdır.
 
"Şərq" qəzetinin baş redaktoru Akif Aşırlı Oxu.Az-a açıqlamasında deyib ki, "Çap mediası dövrü bitdi" deyib tələsməməliyik, bütün dünyada qəzetlər nəşr olunur, yaşayır, hətta tirajları da artır:
"Statistikalara baxmaq lazımdır. Biz tarixən sel gəlməmiş çırmanmanı sevirik, elə bilirik ki, dağıtmaqla nəyisə yenidən qururuq. Tutaq ki, qəzet çapı üçün ayrılan vəsaitə qənaət edilir, deyək ki, bununla xeyir veririk. Bilirsiniz, ölkədə qəzet çapına ayrılan vəsait nə qədərdir? Bakı şəhərində 10-15 kilometr yol təmirinə ayrılan vəsait qəzetlərin bir illik büdcəsi deməkdir.
İkinci tərəfdən, biz qəzetlərə təkcə arxiv və tarixi yaddaş kimi baxmamalıyıq. Qəzetlər media institutunun vacib, əhəmiyyətli bir qoludur, jurnalistikamızın altyapısıdır. Bu bünövrəni uçursaq, gələcəkdə yaradıcılıq baxımından böyük risklərlə üz-üzə qalacağıq. Onsuz da Azərbaycanda qəzetlərin sayı o qədər də çox deyil - gündəlik 6, həftəlik 11 qəzet fəaliyyət göstərir. Qəzetlərin alınmamasının başlıca səbəbləri bu sahədə islahatların aparılmaması ilə bağlıdır. Yayım şəbəkələri dağıdılıb, rayonlara qəzet getmir. Belə vəziyyətdə qəzetlərin özlərinə yayım şəbəkələrinin qurulmasına şərait yaradılmalı olduğu halda bu imkanlar məhdudlaşdırıldı.
Bakının əhalinin gur olan yerlərində, keçidlərdə, rayonlarda köhnə qəzet köşklərinin satış yerləri müəyyənləşdirilməli, tender elan olunmalı, redaksiyalara öz məhsulunu satmaq imkanları yaradılmalı idi. Təəssüf ki, bu baş vermədi.
Bəzən isə deyirlər ki, saytlar, onlayn resurslar oxu baxımından qəzetləri arxada buraxıb. Araşdırma aparsaq, görərik ki, bu məsələdə də obyektivlik yoxdur. "Nə qədər oxucu informasiyanı birbaşa saytlardan alır?" sualına əvvəl cavab verilməlidir. Bu resursların əksəriyyəti sosial media şəbəkələri üzərindən izlənilir. Qəzetlər də yazıları eynən saytlar, onlayn informasiya resursları vasitəsilə yayır. Hələ üstəlik, onlayn rejimdə fəaliyyət göstərən sayt vasitəsilə bu işi görürük.
Qəzet redaksiyalarının gün ərzində fəaliyyəti iki istiqamətdə olur. Bizim səthi araşdırmamıza görə, ölkədə xəbər istehsalı və müstəqil yaradıcılıqla məşğul olan saytların sayı 15-i keçmir. Amma 40-a yaxın sayta dövlət yardım edir. Əgər söhbət rentabellikdən, ictimai rəyə təsir imkanlarından gedirsə, onda dövlətin dəstəyinə arxalanan bütün media strukturlarına eyni münasibət göstərilsin.
Kimin nə mövqe sərgiləməsindən asılı olmayaraq, çap mətbuatı yaşayacaq. O ki qaldı süni zəkadan, "ÇatGPT"dən yararlanmaq məsələsinə, araşdırılsa aydın olar ki, ən aparıcı media strukturu hesab olunanların ortaya qoyduqları süni intellekt məhsuludur, çap mətbuatında isə bu yoxdur".
 
"Yeni Müsavat" Media Qrupunun baş direktoru Ələsgər Süleymanov Oxu.Az-a açıqlamasında isə qəzetləri yaşatmağın mümkün olduğunu bildirir:
"Qəzetlərin yaşamasında müəyyən problemlər mövcuddur. Bunun obyektiv və subyektiv səbəbləri var. Subyektiv səbəblər daha çoxdur. Xüsusilə qəzetlərin yayımı və abunəsi ilə bağlı heç bir iş görülmür. Qəzet köşkləri şəhərin mərkəzi hissələrindən götürüldü, əldə yayıma qadağalar qoyuldu. Səyyar satış qadağan olundu. Bunlar da son nəticədə qəzetlərin tirajını o səviyyəyə çatdırdı ki, artıq çap mediası iflas durumundadır. Yayım firmaları demək olar ki, artıq yoxdur. Mövcud olan 2-3 firma isə öhdəliklərini yerinə yetirə bilmir. Çünki tirajlar o qədər azdır ki, qəzetin məntəqələrə çatdırılması rentabelli deyil.
Qəzetlərin bir çoxları artıq bağlanıb, az sayda qəzet qalıb. Bunu yoluna qoymaq mümkündürmü? Əlbəttə mümkündür. Buna istək lazımdır. Qəzet yayımını normal təşkil etməli və abunəlik sistemi yaradılmalıdır. Müvafiq təşkilatlar abunə edilməlidir. Bununla bağlı təkliflərimi hazırlayıb müvafiq orqanlara təqdim etmişəm. Müzakirə edilir, amma əməli iş yoxdur.
Statistikadan göründüyü kimi, dünyada heç bir ölkə hələlik print mediadan imtina etməyib və çap media sıradan çıxarılmayıb. Düzdür, elektron və sosial media sürətlə irəliləyir. Amma buna baxmayaraq, print media yaşayır, daha doğrusu yaşadılır. Bu sənəddir, salnamədir. Hər gün yüz minlərlə sənəd çap olunaraq arxivlərdə saxlanılır. Sosial media və ya elektron media günlərin bir günü yox ola bilər, bütün izi də itirmək mümkündür. Amma çap mediası arxivlərdə on illərlə qalır və gələcək nəsillər lazım olan araşdırmalarda məlumatları həmin arxivlərdən tapa bilər".
Onun sözlərinə görə, Azərbaycanda reklam bazarı heç vaxt normal olmayıb: "Reklam barədə heç vaxt ürəkaçan söz eşitməmişəm. Qəzetlər üçün reklam bazarı demək olar ki, həmişə bərbad, problemli olub. Bu gün də reklam problemi öz aktuallığını saxlayır.
Qəzetlərin PDF variantının satılması məsələsi zaman-zaman gündəmdə olub. Xeyli əvvəl bir neçə redaksiya bununla bağlı təşəbbüslə çıxış etmişdi. "Ayna-Zerkalo" redaksiyası qəzetlərin PDF variantlarının satılması nəzərdə tutulmuşdu. Amma bu baş tutmadı. Son illər Medianın İnkişafı Agentliyi bununla məşğul oldu, belə bir platforma yaratdı. Amma görünən odur ki, bunun da effekti yoxdur. Yəni Azərbaycanda bu versiya işləmir. Kartla ödəniş qaydaları hələ yeni-yeni Azərbaycanda oturuşmağa başlayıb. Buna qədər isə sosial media gəlib o bazarı da qəzetlərin əlindən aldı.
Burada əməli addımlar olmalıdır ki, qəzet oxuma ənənəsi yaddaşlara qayıtsın. Qəzeti kağızdan oxumaq ənənəsi təşkil olunmalıdır. Məsələn, istənilən rayonda şagird kitabxanaya gedib qəzetlərin nüsxələrini vərəqləmək imkanına sahib olmalıdır. Və yaxud səhiyyə təşkilatlarında və digər qurumlarda qəzetlərin nüsxələri olmalıdır. Gündəlik qəzetlər hər gün həmin qurumlara çatdırılmalıdır. Bu da abunə yolu ilə olmalıdır. Bu, həm də qəzet oxuma ənənəsini geri qaytarar.
Məktəblərdə qəzetlər olarsa, uşaqlar da qəzetləri görər, vərəqləyər və s. Beləliklə, telefondan başını qaldırıb qəzetlərlə də tanış ola bilərlər, bir oxu mədəniyyəti də formalaşar. Bu bir növ inzibati olmasa, bu sahə düzəlməyəcək, getdikcə daha da pisləşəcək. Həmçinin qəzetlərə müəyyən azadlıq verilməlidir ki, normal qaydada sosial problemləri tənqid edə bilsin, qurumların fəaliyyətinə işıq salsın. Oxucu da axtardığını orada görüb, qəzetə pul verib oxusun".










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Ege Hospital"da yeni doğulan körpə öldü
Bu gün, 12:31
Rusiya silahını Avropaya tuşlayır - GƏLİŞMƏ
Bu gün, 12:18
“Elə bilirlər ki, Baş nazir olmaq asandır” - Artur Rasizadə
Bu gün, 12:14
Paytaxtda növbəti daxili iməclik keçirilib - FOTO
Bu gün, 11:57
Yadplanetlilərlə bağlı məlumatlar dərc olunacaq - Tramp anons verdi
Bu gün, 11:52
Bakının bu ərazilərində torpağın sotu 2 milyondur - AÇIQLAMA
Bu gün, 11:35
Azərbaycan-Ermənistan modeli Ukrayna üçün nümunə ola bilər - ŞƏRH
Bu gün, 11:31
Türkiyədə son hadisələrə görə, 7,5 milyonluq “YouTube” kanalı bağlandı - KİV
Bu gün, 11:27
Gəncə səhiyyəsində dəyişiklik - ƏMR
Bu gün, 11:26
General Müşfiq Məmmədov vəzifəsindən azad edildi - ƏMR
Bu gün, 11:19
İran hava məkanını beynəlxalq uçuşlar üçün qismən açıb
Bu gün, 11:17
Azərbaycana 94 min dollar gətirmək istədi, 64 min manat cərimələndi - TƏFƏRRÜAT
Bu gün, 11:02
“Fikirləşmirlər ki, bu adamlar yazıqdır, əziyyət çəkirlər” - NARAZILIQ VAR...
Bu gün, 10:49
Lənkəranda torpaq sürüşməsi olub
Bu gün, 10:40
“Bank Avrasiya” bağlanma təhlükəsi ilə ÜZ-ÜZƏ - Azalan kreditlər, zəifləyən kapital...
Bu gün, 10:38
Qarabağ Qazisi NARAZILIQ EDİR... - Qarabağ əlili kimi yox, mülki əlil kimi qeyd ediblər...
Bu gün, 10:37
Xalq artistinə qarşı qorxunc rüşvət iddiası - VİDEO
Bu gün, 10:32
Kürdəxanı sakinləri boğaza yığılıblar - "Üfunətdən keçmək olmur"
Bu gün, 10:26
“Azərbaycan və Türkiyə dövlətləri hər vasitə ilə Güneydəki soydaşlarımıza dəstək olmalıdır...” - ÇAĞIRIŞ
Bu gün, 10:19
14 milyonluq SİRR AÇILIR - "Atlant" işində yeni İDDİALAR
Bu gün, 10:16
Samvel Karapetyanın ev dustaqlığı daha 3 ay uzadıldı - KİV
Bu gün, 09:59
Nazim Bəydəmirli karsdan çıxarılıb
Bu gün, 09:58
Şirvan "103"də nələr baş verir? – Rəhbər özbaşınalığı və təhlükədə qalan həyatlar!
Bu gün, 09:37
Banklardan SOYĞUNÇULUQ - Faizlər görün neçə dəfə ARTIB
Bu gün, 09:31
İran Hörmüz boğazını açmasaydı... - AKTUAL
Bu gün, 09:26
Sərhəd Akademiyasında intihar - NƏ BAŞ VERİR?
Bu gün, 09:22
Özünün bu qədər əmlakı ola-ola elə formanı necə təsdiqləsin axı?! - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:20
Təqaüd yaşına çatmayan vətəndaşın HAQQI YEYİLİR - BU FAKTDIR!
Bu gün, 08:14
Əmrullayev gələndən maaşlar artmayıb... - düz 6 ildir ki...
Bu gün, 08:06
Nəcibə Nəsibova erası bitdi? - Üç prezident, 14 nazir dəyişən müşavir geri çağrılır
Bu gün, 08:03
“Rus dilinin qadağan olunmasının əleyhinəyəm” - partiya sədri
Bu gün, 07:56
Peşə Təhsili Agentliyində kadr xaosu – Boş ştatlar, bölüşdürülən maaşlar …
Bu gün, 07:53
Vüsal Nəsirli də belə narazılıq yaradır - GİLEY
Bu gün, 07:49
Tramp İranla danışıqlarda iştirak edəcək nümayəndə heyətinin tərkibini açıqlayıb
Bu gün, 07:44
Azərbaycanda yağ və ət problemi yaşanır - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 07:02
"Rusiyada artıq başa düşürlər ki, Azərbaycan heç bir ölkəyə bənzəmir" - deputat
Bu gün, 07:00
“Tramp marşrutu”na qarşı “qara piar” - İNCƏLƏMƏ
Bu gün, 06:55
Medvedevin təhdidi: siyasi ritorika, yoxsa real hücum siqnalı? - AKTUAL
Bu gün, 06:53
Sahil Qasımovun Əli Həsənovlu keçmişi və ad manipulyasiyası - EAPCA-nın Pərdəarxası
Bu gün, 06:50
Ekranlardakı "parlaq" cinayət və uydurma eşqlər: Bizə nə izlətdirirlər? - ARAŞDIRMA
Bu gün, 06:46
Ağalar Vəliyevin oğlunun "Kristal"ında böyük miqdarda borclanma - FOTO
Bu gün, 06:31
Trampın Livana zərbələrə qadağa açıqlaması Netanyahuya şok təsiri yaradıb - "Axios"
Bu gün, 06:26
ABŞ Dövlət Departamentinin nümayəndələri danışıqlar üçün Kubaya səfər edib
Bu gün, 06:24
ABŞ 17 aprel tarixinə qədər tankerlərə yüklənmiş Rusiya neftinin satışını təsdiqləyib - KİV
Bu gün, 06:21
Bir qrup şəxsə Prezident təqaüdü verildi - AÇIQLAMA
Dünən, 18:11
ABŞ İsrailin Livanı bombalamasını qadağan edib
Dünən, 18:08
Əli Əsədovla bağlı dəhşətli iddialar: məmurlara qarşı “qara kampaniya” - Onu hansı cəza gözləyir?
Dünən, 17:56
DSMF 3,7 milyon manata 3 ofis icarəyə götürmək istəyir - DETALLAR
Dünən, 17:53
Azərbaycanda internetin sürətinə görə provayderlərin reytinqi açıqlanıb - SİYAHI
Dünən, 17:42
Əli Əsədov vəzifəsindən azad edilir - SƏBƏB
Dünən, 17:31
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru