Azərbaycana 94 min dollar gətirmək istədi, 64 min manat cərimələndi .....                     “Fikirləşmirlər ki, bu adamlar yazıqdır, əziyyət çəkirlər” .....                     Lənkəranda torpaq sürüşməsi olub .....                     “Bank Avrasiya” bağlanma təhlükəsi ilə ÜZ-ÜZƏ .....                     Qarabağ Qazisi NARAZILIQ EDİR... .....                     Xalq artistinə qarşı qorxunc rüşvət iddiası .....                     Kürdəxanı sakinləri boğaza yığılıblar .....                     “Azərbaycan və Türkiyə dövlətləri hər vasitə ilə Güneydəki soydaşlarımıza dəstək olmalıdır...” .....                     14 milyonluq SİRR AÇILIR .....                     Samvel Karapetyanın ev dustaqlığı daha 3 ay uzadıldı .....                     Nazim Bəydəmirli karsdan çıxarılıb .....                     Şirvan "103"də nələr baş verir? .....                     Banklardan SOYĞUNÇULUQ .....                     İran Hörmüz boğazını açmasaydı... .....                     Sərhəd Akademiyasında intihar .....                     Özünün bu qədər əmlakı ola-ola elə formanı necə təsdiqləsin axı?! .....                     Təqaüd yaşına çatmayan vətəndaşın HAQQI YEYİLİR .....                     Əmrullayev gələndən maaşlar artmayıb... .....                     Nəcibə Nəsibova erası bitdi? .....                     “Rus dilinin qadağan olunmasının əleyhinəyəm” .....                     Peşə Təhsili Agentliyində kadr xaosu .....                     Vüsal Nəsirli də belə narazılıq yaradır .....                     Tramp İranla danışıqlarda iştirak edəcək nümayəndə heyətinin tərkibini açıqlayıb .....                     Azərbaycanda yağ və ət problemi yaşanır .....                     "Rusiyada artıq başa düşürlər ki, Azərbaycan heç bir ölkəyə bənzəmir" .....                     “Tramp marşrutu”na qarşı “qara piar” .....                     Medvedevin təhdidi: siyasi ritorika, yoxsa real hücum siqnalı? .....                     Sahil Qasımovun Əli Həsənovlu keçmişi və ad manipulyasiyası .....                     Ekranlardakı "parlaq" cinayət və uydurma eşqlər: Bizə nə izlətdirirlər? .....                     Ağalar Vəliyevin oğlunun "Kristal"ında böyük miqdarda borclanma .....                     Trampın Livana zərbələrə qadağa açıqlaması Netanyahuya şok təsiri yaradıb .....                     ABŞ Dövlət Departamentinin nümayəndələri .....                     ABŞ 17 aprel tarixinə qədər tankerlərə yüklənmiş Rusiya neftinin satışını təsdiqləyib .....                     Bir qrup şəxsə Prezident təqaüdü verildi .....                     ABŞ İsrailin Livanı bombalamasını qadağan edib .....                     Əli Əsədovla bağlı dəhşətli iddialar: məmurlara qarşı “qara kampaniya” .....                     DSMF 3,7 milyon manata 3 ofis icarəyə götürmək istəyir .....                     Azərbaycanda internetin sürətinə görə provayderlərin reytinqi açıqlanıb .....                     Əli Əsədov vəzifəsindən azad edilir .....                     "Görünür Mədəniyyət Nazirliyi razılaşaraq balansındakı binadan bir hissəni uşaq bağçasına veribmiş" .....                 

"Orta Asiya respublikalarının Məşvərət Şurası bu mənada önə çıxa bilər" - Sərdar Cəlaloğlu
Tarix: 19-11-2025, 10:13 | Çap et

“Türk Dövlətləri Təşkilatı Orta Asiyada dörd türk dövlətinin, eləcə də Azərbaycan və Türkiyənin iştirakı ilə yaradılan beynəlxalq təşkilatdır. Düzdür, bu qurum hələlik güclü birlik səviyyəsinə çatmayıb, lakin bu istiqamətdə addımlar atılır. Eyni zamanda ABŞ-ın təşəbbüsü ilə Orta Asiya respublikalarının dirçəlişi və təhlükəsizliyi ilə bağlı layihə həyata keçirilir. Bu yaxınlarda Tacikistan da daxil olmaqla, Orta Asiya ölkələrinin rəhbərləri ABŞ-a səfər edərək bir sıra müqavilələr imzaladılar. Söhbət yüz milyardlarla dollarlıq sərmayədən və iqtisadi əməkdaşlıqdan gedir”.

Bunu “Reytinq” qəzetinə açıqlamasında Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu deyib.

S. Cəlaloğlu bildirib ki, Tacikistan Türk Dövlətləri Təşkilatına (TDT) üzv olmadığı üçün Orta Asiyanı vahid platformaya çevirmək mümkün olmur: “Bu səbəbdən Məşvərət Şurası yaradılıb və Tacikistan da bu qurumda təmsil olunur. Məncə, Orta Asiya respublikalarının bir araya gətirilməsi Çin və Rusiya faktorunun zəiflədilməsinə yönəlib. Digər tərəfdən, bu dövlətlər qədim “İpək Yolu”nun üzərində yerləşirlər. Onların birləşməsi həm bu yolun təhlükəsizliyini, həm də rentabelliyini artıra bilər”.

ADP sədri əlavə edib ki, Azərbaycan coğrafi baxımdan Orta Asiya ölkəsi sayılmır:

“Azərbaycanın Orta Asiya liderlərinin Məşvərət Şurasına daxil olması müsbət haldır. Biz coğrafi olaraq Orta Asiya ölkəsi olmasaq da, həm Avropa, həm də Asiya ölkəsi kimi tanınırıq və bu məkanların qovşağında yerləşirik. Bu baxımdan Qazaxıstanın təklifi ilə Azərbaycanın tamhüquqlu üzv kimi Məşvərət Şurasına qəbul edilməsi əhəmiyyətli hadisədir”.

S. Cəlaloğlunun fikrincə, bu formatda Türkiyənin maraqlarına zidd addımlar atılmamalıdır: “Azərbaycanın bu qurumda iştirakı belə halların qarşısını almağa da kömək edə bilər. Şübhəsiz ki, Azərbaycanın bir sıra regional və beynəlxalq təşkilatlarda təmsil olunması ümumi işin xeyrinədir. Əgər məqsəd TDT-nin güclənməsinə əlavə stimul yaratmaqdırsa, bu çox önəmlidir.

Məşvərət Şurasında təmsil olunan dövlətlərin beşi türk dövlətidir. Ona görə də bu təşəbbüsü alqışlamaq lazımdır. Azərbaycanın bu prosesdə iştirakı və Prezident İlham Əliyevin məlum mövqeyi sayəsində ölkəmiz bu platformada həm də Türkiyənin maraqlarını müdafiə edə biləcək. Üstəlik, gələcəkdə Tacikistanın da TDT-yə daxil olması ümumi proseslərə qoşulmasına mane yaratmayacaq”.

Cəlaloğlu qeyd edib ki, hazırda yeni dünya nizamının müəyyənləşdirilməsi istiqamətində “axtarış mərhələsi” yaşanır: “Faktiki olaraq nə Avropa Birliyinin, nə də digər birliklərin gələcəyi tam aydın deyil. Son dövrlər bəzi təşkilatlar yaranır, bəziləri isə fəaliyyətini genişləndirir. Beləliklə, dünya ölkələri keçid mərhələsindədir. Bu mərhələ başa çatdıqdan sonra yeni dünya nizamı formalaşacaq. Mən hesab edirəm ki, Orta Asiya respublikalarının Məşvərət Şurası bu mənada önə çıxa bilər. Təbii ki, burada kənar təsirlərdən uzaqlaşmaq və regionun gələcək inkişafını təmin etmək üçün səylər birləşdiriləcək”.

Müsahibimiz sonda əlavə edib ki, dünyada süni intellekt məsələsi ön plana çıxır: “Eyni zamanda, qiymətli nadir elementlərin əhəmiyyəti getdikcə artır. ABŞ artıq Ukrayna ilə nadir elementlərlə bağlı saziş imzalayıb və digər ölkələrlə də oxşar razılaşmalar əldə edir. Orta Asiyada da çox böyük nadir element ehtiyatları mövcuddur. Əlbəttə, ABŞ bu ehtiyatlara çıxış əldə etməyə və bölgədə ciddi təsirə malik dövlətləri zəiflətməyə çalışa bilər”.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycana 94 min dollar gətirmək istədi, 64 min manat cərimələndi - TƏFƏRRÜAT
Bu gün, 11:02
“Fikirləşmirlər ki, bu adamlar yazıqdır, əziyyət çəkirlər” - NARAZILIQ VAR...
Bu gün, 10:49
Lənkəranda torpaq sürüşməsi olub
Bu gün, 10:40
“Bank Avrasiya” bağlanma təhlükəsi ilə ÜZ-ÜZƏ - Azalan kreditlər, zəifləyən kapital...
Bu gün, 10:38
Qarabağ Qazisi NARAZILIQ EDİR... - Qarabağ əlili kimi yox, mülki əlil kimi qeyd ediblər...
Bu gün, 10:37
Xalq artistinə qarşı qorxunc rüşvət iddiası - VİDEO
Bu gün, 10:32
Kürdəxanı sakinləri boğaza yığılıblar - "Üfunətdən keçmək olmur"
Bu gün, 10:26
“Azərbaycan və Türkiyə dövlətləri hər vasitə ilə Güneydəki soydaşlarımıza dəstək olmalıdır...” - ÇAĞIRIŞ
Bu gün, 10:19
14 milyonluq SİRR AÇILIR - "Atlant" işində yeni İDDİALAR
Bu gün, 10:16
Samvel Karapetyanın ev dustaqlığı daha 3 ay uzadıldı - KİV
Bu gün, 09:59
Nazim Bəydəmirli karsdan çıxarılıb
Bu gün, 09:58
Şirvan "103"də nələr baş verir? – Rəhbər özbaşınalığı və təhlükədə qalan həyatlar!
Bu gün, 09:37
Banklardan SOYĞUNÇULUQ - Faizlər görün neçə dəfə ARTIB
Bu gün, 09:31
İran Hörmüz boğazını açmasaydı... - AKTUAL
Bu gün, 09:26
Sərhəd Akademiyasında intihar - NƏ BAŞ VERİR?
Bu gün, 09:22
Özünün bu qədər əmlakı ola-ola elə formanı necə təsdiqləsin axı?! - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:20
Təqaüd yaşına çatmayan vətəndaşın HAQQI YEYİLİR - BU FAKTDIR!
Bu gün, 08:14
Əmrullayev gələndən maaşlar artmayıb... - düz 6 ildir ki...
Bu gün, 08:06
Nəcibə Nəsibova erası bitdi? - Üç prezident, 14 nazir dəyişən müşavir geri çağrılır
Bu gün, 08:03
“Rus dilinin qadağan olunmasının əleyhinəyəm” - partiya sədri
Bu gün, 07:56
Peşə Təhsili Agentliyində kadr xaosu – Boş ştatlar, bölüşdürülən maaşlar …
Bu gün, 07:53
Vüsal Nəsirli də belə narazılıq yaradır - GİLEY
Bu gün, 07:49
Tramp İranla danışıqlarda iştirak edəcək nümayəndə heyətinin tərkibini açıqlayıb
Bu gün, 07:44
Azərbaycanda yağ və ət problemi yaşanır - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 07:02
"Rusiyada artıq başa düşürlər ki, Azərbaycan heç bir ölkəyə bənzəmir" - deputat
Bu gün, 07:00
“Tramp marşrutu”na qarşı “qara piar” - İNCƏLƏMƏ
Bu gün, 06:55
Medvedevin təhdidi: siyasi ritorika, yoxsa real hücum siqnalı? - AKTUAL
Bu gün, 06:53
Sahil Qasımovun Əli Həsənovlu keçmişi və ad manipulyasiyası - EAPCA-nın Pərdəarxası
Bu gün, 06:50
Ekranlardakı "parlaq" cinayət və uydurma eşqlər: Bizə nə izlətdirirlər? - ARAŞDIRMA
Bu gün, 06:46
Ağalar Vəliyevin oğlunun "Kristal"ında böyük miqdarda borclanma - FOTO
Bu gün, 06:31
Trampın Livana zərbələrə qadağa açıqlaması Netanyahuya şok təsiri yaradıb - "Axios"
Bu gün, 06:26
ABŞ Dövlət Departamentinin nümayəndələri danışıqlar üçün Kubaya səfər edib
Bu gün, 06:24
ABŞ 17 aprel tarixinə qədər tankerlərə yüklənmiş Rusiya neftinin satışını təsdiqləyib - KİV
Bu gün, 06:21
Bir qrup şəxsə Prezident təqaüdü verildi - AÇIQLAMA
Dünən, 18:11
ABŞ İsrailin Livanı bombalamasını qadağan edib
Dünən, 18:08
Əli Əsədovla bağlı dəhşətli iddialar: məmurlara qarşı “qara kampaniya” - Onu hansı cəza gözləyir?
Dünən, 17:56
DSMF 3,7 milyon manata 3 ofis icarəyə götürmək istəyir - DETALLAR
Dünən, 17:53
Azərbaycanda internetin sürətinə görə provayderlərin reytinqi açıqlanıb - SİYAHI
Dünən, 17:42
Əli Əsədov vəzifəsindən azad edilir - SƏBƏB
Dünən, 17:31
"Görünür Mədəniyyət Nazirliyi razılaşaraq balansındakı binadan bir hissəni uşaq bağçasına veribmiş" – AQİL ABBAS
Dünən, 17:02
“Azərbaycanla müharibə bitməyib” - Çələbiyan
Dünən, 16:59
İran Hörmüz boğazını açıb - KİV
Dünən, 16:55
Bakıda keçmiş həyat yoldaşını öldürüb evi yandıran şəxslə bağlı TƏFƏRRÜATLAR
Dünən, 16:52
BOKT “Kredex”in Audit komitəsinə yeni təyinatlar
Dünən, 16:49
Səidə bu dəfə Laləyə söz atdı - “Onu belə formatda görmək istəmirəm”
Dünən, 16:31
İran heyətinin İsraillə bağlı xəbərdarlığından sonra Pakistan genişmiqyaslı əməliyyat keçirib
Dünən, 16:29
Əli Əsədovun BAŞ NAZİR MAAŞI ilə əldə etdiyi MİLYARDLAR... - AY MAŞALLAH...
Dünən, 16:25
Epidemiya Mərkəzində DAVA: iş otağında həmkarını döydü - TƏFƏRRÜAT
Dünən, 16:16
Hörmüz düyünü Avropada yanacaq qıtlığı yaradıb – Diqqətlər yenidən Azərbaycana YÖNƏLİR?
Dünən, 15:49
AAYDA-nın İdarə rəisi niyə təşviş işindədir? – Nazim Eynallı dövlətə xidməti reklama çevirib
Dünən, 15:46
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru