"Yasamalda yaşayış binasının yanması və bunun nəticəsində insanların həlak olması hamımızı sarsıdıb. Bununla belə, əsas məsələ, belə halların bundan sonra qarşısının alınmasıdır..."
"DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında tanınmış hüquq müdafiəçisi Əkrəm Həsənov qeyd edib.
Bundan sonra əlaqədar qurum və şəxsləri məsuliyyətə çağıran Ə.Həsənov daha sonra bildirir:
"Əsas problem də yaşayış binalarında hökm sürən özbaşınalıqdır. Tikinti şirkətləri birbaşa və ya yaratdıqları qondarma şirkətlər vasitəsilə binaları qanunsuz idarə etməyə davam edirlər. Binaların ümumi əmlakını (məsələn, zirzəmini) da mənimsəyirlər. Bu sahəyə heç kəs nəzarət etmir. Sakinlər tikinti şirkətlərinin əlində qalıb. Bu yaxınlarda Ali Məhkəmə də yaşayış binalarında anarxiyaya yol açan qərar qəbul edib..."









