Ağalar Vəliyevin oğlunun "Kristal"ında böyük miqdarda borclanma .....                     Trampın Livana zərbələrə qadağa açıqlaması Netanyahuya şok təsiri yaradıb .....                     ABŞ Dövlət Departamentinin nümayəndələri .....                     ABŞ 17 aprel tarixinə qədər tankerlərə yüklənmiş Rusiya neftinin satışını təsdiqləyib .....                     Bir qrup şəxsə Prezident təqaüdü verildi .....                     ABŞ İsrailin Livanı bombalamasını qadağan edib .....                     Əli Əsədovla bağlı dəhşətli iddialar: məmurlara qarşı “qara kampaniya” .....                     DSMF 3,7 milyon manata 3 ofis icarəyə götürmək istəyir .....                     Azərbaycanda internetin sürətinə görə provayderlərin reytinqi açıqlanıb .....                     Əli Əsədov vəzifəsindən azad edilir .....                     "Görünür Mədəniyyət Nazirliyi razılaşaraq balansındakı binadan bir hissəni uşaq bağçasına veribmiş" .....                     “Azərbaycanla müharibə bitməyib” .....                     İran Hörmüz boğazını açıb .....                     Bakıda keçmiş həyat yoldaşını öldürüb evi yandıran şəxslə bağlı .....                     BOKT “Kredex”in Audit komitəsinə yeni təyinatlar .....                     Səidə bu dəfə Laləyə söz atdı .....                     İran heyətinin İsraillə bağlı xəbərdarlığından sonra Pakistan genişmiqyaslı əməliyyat keçirib .....                     Əli Əsədovun BAŞ NAZİR MAAŞI ilə əldə etdiyi MİLYARDLAR... .....                     Epidemiya Mərkəzində DAVA: iş otağında həmkarını döydü .....                     Hörmüz düyünü Avropada yanacaq qıtlığı yaradıb .....                     AAYDA-nın İdarə rəisi niyə təşviş işindədir? .....                     “Nəcibə xanıma görə həmin qonşu ilə əlaqəmi kəsdim” .....                     Əmrullayevi tənqid atəşinə tutdular .....                     Rektor fəlsəfə doktorunu müdir təyin etdi .....                     Zelenski Putinlə Türkiyədə görüşməyə hazırdır .....                     “Qoç Ət” restoranı müştəriləri necə aldadır? .....                     Azərbaycanda bu məmurların əmlakları dövlətə qaytarıla bilər .....                     Zakir Fərəcov sakinlərin problemlərini yerində araşdırdı .....                     Peter Madyar Baş nazir kimi and içəcəyi tarixi açıqlayıb .....                     İran məsələsi Güney Azərbaycansız həll edilməyəcək .....                     Azərbaycan Kredit Bürosunun Müşahidə Şurasına .....                     Əbülfəs Qarayev dövlətin bağışladığı evi pulla satıb? .....                     Marketdə 20 qəpiyə satılan yumurta BƏƏ-yə 10 qəpiyə satılıb .....                     İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər .....                     “Məzarlıqdan keçərkən əli üzə sürtmək xurafatdır, belə salavat göndərmək yoxdur” .....                     AAYDA Ağdam-Xankəndi yolunun təmirini yarımçıq qoydu .....                     “NEFTÇİ” MTK YEYİNTİSİ: şikayətlər çoxdur, amma... .....                     AAYDA-ya məxsus şirkət ləğv olunur .....                     Göygöl Rayon İcra Hakimiyyətində yeni təyinat olub .....                     Sürücü maşında ola-ola oğurluq edənə .....                 

"Türkiyənin türk dövlətləri ilə münasibətlərini möhkəmləndirməsi Rusiyanı qıcıqlandırdı" - Sərdar Cəlaloğlu
Tarix: 17-12-2025, 10:05 | Çap et

“ABŞ-da Donald Tramp hakimiyyətə gəldikdən sonra təkcə Rusiya-Türkiyə münasibətləri deyil, bütövlükdə bir sıra ölkələrin münasibətlərində dəyişiklik olub. Məsələn, prezident Bayden açıq şəkildə Türkiyənin əleyhinə çıxış edir, bəyanat verirdi ki, seçkilər vasitəsilə Ərdoğanı hakimiyyətdən uzaqlaşdıracağıq. Eyni zamanda, Bayden Rusiyaya qarşı Ukraynanı birmənalı dəstəkləyirdi. Ona görə də, Rusiya və Türkiyənin maraqları ABŞ-a münasibətdə üst-üstə düşürdü. Bu səbəbdən də onlar arasında müttəfiqlik güclü görünürdü. Amma Donald Tramp hakimiyyətə gəldikdən sonra Baydenin siyasətinə yenidən baxdı, Rusiyaya qarşı Ukraynanı birmənalı şəkildə dəstəkləmədi, Türkiyəni yaxın müttəfiq kimi seçdi, bir sıra bölgələrdə Türkiyənin siyasi maraqlarını qəbul etdi və s. Nəticə olaraq Türkiyə üçün ABŞ-dan gələn təhlükə azaldı”.

Bunu “Reytinq” qəzetinə açıqlamasında Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu Türkiyə-Rusiya münasibətlərinin hazırkı vəziyyətini şərh edərkən deyib.

Onun sözlərinə görə, Bayden hakimiyyətindən fərqli olaraq hazırda ABŞ-dan ciddi təhlükə olmadığından Türkiyə Rusiya ilə birləşməyə ehtiyac görmür.

S. Cəlaloğlu əlavə edib ki, ikinci səbəb Türkiyənin Ukrayna taxılını daşıması, Rusiya neft və qazının dünya bazarına çıxarmasından əldə etdiyi mənfəətdir: “Amma Rusiyaya qarşı sanksiyalar ciddiləşdikcə Rusiyadan xammal alınması, satılması qadağan edildi. Bu da Türkiyə-Rusiya münasibətlərində müəyyən soyuqluq yaratdı”.

Üçüncü səbəbə gəldikdə, ADP sədrinin fikrincə, bu, Rusiyanın türk dövlətlərinə olan münasibətidir: “Türkiyənin türk dövlətləri ilə münasibətlərini möhkəmləndirməsi Rusiyanı qıcıqlandırdı. Rusiya buna əks olaraq müəyyən addımlar atırdı”.

S. Cəlaloğlu dördüncü səbəb kimi Suriya və ya Yaxın Şərq məsələsini görür: “Bu regionda Türkiyə Rusiyanın maraqlarına ciddi vuran bir çox addımlar atdı”.

Müsahibimiz qeyd edib ki, Suriyada Bəşər Əsəd rejiminin iflası, Əsədin ölkədən qovulması və yeni hakimiyyətin Türkiyə ilə yaxın olması da Moskva-Ankara münasibətlərində gərginlik yaradıb: “Ukrayna müharibəsinin gedişatında Rusiyanın Türkiyə maraqlarına zərbə vurması məsələsi də var. Məsələn, Türkiyənin neft və ya digər yük daşıyan tankerlərinin vurulması, rusların Qara dənizdə hegomonluğunu qurmaq cəhdləri və s. Bütün bunlar, habelə Rusiyadan Türkiyəyə gələn turizm imkanlarının getdikcə azalması halları var. Yəni iki ölkə arasında münasibətlərin nisbətən daha isti olmaması üçün çoxlu səbəblər mövcuddur. Donald Trampın hakimiyyətə gəlişindən sonra elə ciddi dəyişikliklər baş verdi ki, bu fonda Rusiya-Türkiyə münasibətləri əvvəlki şəkildə qala bilməzdi”.

Cəlaloğlunun ehtimalına görə, bu siyasət davam etdikcə Rusiya və Türkiyə arasında münasibətlər soyuqlaşacaq: “Məsələn, əgər ABŞ Türkiyəyə “Patriot” sistemləri və ya “F-16” qırıcıları verəcəksə, bu zaman Rusiyadan alınan “S-400” sistemləri arxa plana keçəcək. Burada Akkuyu elektrik stansiyası məsələsi də var. Həmçinin Türkiyə Somalidə özünün kosmodromunu tikir, halbuki buna qədər rusların imkanlarından istifadə edib. Qısası, son illər ərzində geopolitik proseslər sürətlə bir-birini əvəz edir, çoxlu sayda səbəblər meydana çıxıb və bu, iki ölkə arasında münasibətlərin tədricən dəyişilməsini qaçılmaz hala gətirir. Burada heç bir təsadüf yoxdur, dünyada baş verən proseslərlə əlaqəlidir”.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ağalar Vəliyevin oğlunun "Kristal"ında böyük miqdarda borclanma - FOTO
Bu gün, 06:31
Trampın Livana zərbələrə qadağa açıqlaması Netanyahuya şok təsiri yaradıb - "Axios"
Bu gün, 06:26
ABŞ Dövlət Departamentinin nümayəndələri danışıqlar üçün Kubaya səfər edib
Bu gün, 06:24
ABŞ 17 aprel tarixinə qədər tankerlərə yüklənmiş Rusiya neftinin satışını təsdiqləyib - KİV
Bu gün, 06:21
Bir qrup şəxsə Prezident təqaüdü verildi - AÇIQLAMA
Dünən, 18:11
ABŞ İsrailin Livanı bombalamasını qadağan edib
Dünən, 18:08
Əli Əsədovla bağlı dəhşətli iddialar: məmurlara qarşı “qara kampaniya” - Onu hansı cəza gözləyir?
Dünən, 17:56
DSMF 3,7 milyon manata 3 ofis icarəyə götürmək istəyir - DETALLAR
Dünən, 17:53
Azərbaycanda internetin sürətinə görə provayderlərin reytinqi açıqlanıb - SİYAHI
Dünən, 17:42
Əli Əsədov vəzifəsindən azad edilir - SƏBƏB
Dünən, 17:31
"Görünür Mədəniyyət Nazirliyi razılaşaraq balansındakı binadan bir hissəni uşaq bağçasına veribmiş" – AQİL ABBAS
Dünən, 17:02
“Azərbaycanla müharibə bitməyib” - Çələbiyan
Dünən, 16:59
İran Hörmüz boğazını açıb - KİV
Dünən, 16:55
Bakıda keçmiş həyat yoldaşını öldürüb evi yandıran şəxslə bağlı TƏFƏRRÜATLAR
Dünən, 16:52
BOKT “Kredex”in Audit komitəsinə yeni təyinatlar
Dünən, 16:49
Səidə bu dəfə Laləyə söz atdı - “Onu belə formatda görmək istəmirəm”
Dünən, 16:31
İran heyətinin İsraillə bağlı xəbərdarlığından sonra Pakistan genişmiqyaslı əməliyyat keçirib
Dünən, 16:29
Əli Əsədovun BAŞ NAZİR MAAŞI ilə əldə etdiyi MİLYARDLAR... - AY MAŞALLAH...
Dünən, 16:25
Epidemiya Mərkəzində DAVA: iş otağında həmkarını döydü - TƏFƏRRÜAT
Dünən, 16:16
Hörmüz düyünü Avropada yanacaq qıtlığı yaradıb – Diqqətlər yenidən Azərbaycana YÖNƏLİR?
Dünən, 15:49
AAYDA-nın İdarə rəisi niyə təşviş işindədir? – Nazim Eynallı dövlətə xidməti reklama çevirib
Dünən, 15:46
“Nəcibə xanıma görə həmin qonşu ilə əlaqəmi kəsdim” - aktrisanın yaşadığı evdən REPORTAJ
Dünən, 15:37
Əmrullayevi tənqid atəşinə tutdular - “Bacarırsansa, təmirsiz məktəblərə get”
Dünən, 15:32
Rektor fəlsəfə doktorunu müdir təyin etdi - ƏMR
Dünən, 15:29
Zelenski Putinlə Türkiyədə görüşməyə hazırdır - XİN rəhbəri
Dünən, 15:16
“Qoç Ət” restoranı müştəriləri necə aldadır? – FOTOFAKT
Dünən, 15:11
Azərbaycanda bu məmurların əmlakları dövlətə qaytarıla bilər – Açıqlama
Dünən, 15:03
Zakir Fərəcov sakinlərin problemlərini yerində araşdırdı - FOTO
Dünən, 15:01
Peter Madyar Baş nazir kimi and içəcəyi tarixi açıqlayıb - "Reuters"
Dünən, 14:59
İran məsələsi Güney Azərbaycansız həll edilməyəcək - MÜSAHİBƏ
Dünən, 14:57
Azərbaycan Kredit Bürosunun Müşahidə Şurasına - YENİ SƏDR SEÇİLİB
Dünən, 14:49
Əbülfəs Qarayev dövlətin bağışladığı evi pulla satıb? - Özü danışdı
Dünən, 14:39
Marketdə 20 qəpiyə satılan yumurta BƏƏ-yə 10 qəpiyə satılıb – Rəsmi
Dünən, 14:28
İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər - "Reuters"
Dünən, 14:17
“Məzarlıqdan keçərkən əli üzə sürtmək xurafatdır, belə salavat göndərmək yoxdur” - İlahiyyatçı
Dünən, 13:28
AAYDA Ağdam-Xankəndi yolunun təmirini yarımçıq qoydu – Video
Dünən, 13:26
“NEFTÇİ” MTK YEYİNTİSİ: şikayətlər çoxdur, amma... - RƏSMİLƏR SUSUR...
Dünən, 13:24
AAYDA-ya məxsus şirkət ləğv olunur
Dünən, 13:01
Göygöl Rayon İcra Hakimiyyətində yeni təyinat olub - ƏMR
Dünən, 12:56
Sürücü maşında ola-ola oğurluq edənə HÖKM OXUNDU
Dünən, 12:53
Mehindən özünü “ulduz” kimi aparanlara: - “Komplekslərini ört-basdır edirlər”
Dünən, 12:47
İcra Hakimiyyəti binasının tikintisi niyə gecikib? - Səbəb milyonluq "otkat" işi imiş
Dünən, 12:45
Tipik Rusiya sxemi: - "Pulu verəcəyik, amma günahkarlar yoxdur"
Dünən, 12:29
Bakıda "moyşik" yuduğu maşını qaçıraraq qəza törətdi – HƏBS
Dünən, 12:23
Kərə yağı Azərbaycana Türkiyədən 18, İrandan isə 9 manata gətirilir - SİYAHI
Dünən, 12:21
Büdcədən asılı olan DSMF 1 milyonluq ofis icarələyir
Dünən, 12:18
Mülayim cənub-qərb küləyi əsəcək - belə deyirlər...
Dünən, 12:13
Quru sərhədlər bu şəxslər üçün açıla bilər - DİQQƏT
Dünən, 12:11
Azərbaycanda marketlər şəbəkəsinin rəhbəri dəyişdirildi - BUNDAN SONRA...
Dünən, 12:09
AAYDA-nın bu qurumu ləğv olunduğunu elan etdi
Dünən, 12:01
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru