Bakıda yeni oğru PEYDA OLUB: "parik"dən istifadə edir .....                     Zelenskinin Bakı səfəri: Gözləntilər nədir? .....                     İranda “işləməyən” Venesuela modeli: fanatiklərin müqaviməti hələ güclüdür .....                     Oğluma məcburən saxta toy etdirdim, pul yığdım...” .....                     Deputata məxsus olduğu deyilən şirkətə 498 min manatlıq sifariş .....                     Qaynarinfo.az 19 yaşında! .....                     Zaqatalada qəzalı vəziyyətdə olan BİNA: Yağış suları evlərə dolur .....                     AZƏRBAYCANDA MOBİL İNTERNET NİYƏ BAHALAŞIB? .....                     Bakıda yeni proses başlayır: yüzlərlə ailə köçürüləcək .....                     Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycanda işgüzar səfərdədir .....                     Yekaterinburqa dron hücumu .....                     Yeni tikililən binalarda mənzil qiymətlərinin sürətli dəyişməsinin səbəbləri .....                     İranın gizli təşkilatının rəisi İsrailə casusluğa görə edam edilib .....                     "İki aydan sonra onlar baş nazir olacaqlar” .....                     Qondarma erməni soyqırımı muzeyində qalmaqal .....                     Trampın İran strategiyası niyə iflasa uğraya bilər?.. .....                     Azərbaycan neftinin qiyməti 114 dollara yüksəlib .....                     Turizm Agentlini eyni şirkətə bir gündə iki tender verib .....                     ABŞ-nin yeni prezidenti Rubio ola bilər .....                     Gəncədə terror qurbanlarının evləri... NECƏ QANUNDAN KƏNAR OLDU... .....                     Ermənistanda Türkiyəyə “müharibə” elan edən kimlərdir? .....                     Abbas Əraqçi Pakistan ordusunun komandanı ilə görüşdü .....                     Sosial media qazancının .....                     İrana nüvə bombası atılacaq .....                     Azərbaycanda ət tapılmayacaq? .....                     “AzəriQaz” işçilərinin tək dərdi MAAŞ DEYİL Kİ... .....                     “Azercell”in 13-cü ay OYUNBAZLIĞI... .....                     Banka borcu olanlara BƏD xəbər .....                     "Dəyişən bir şey olmayacaq, amma..." .....                     TƏBİB pasiyentə xəstə kimi yox... BANKOMAT KİMİ baxır... .....                     Qadınlar niyə imkanlı kişinin məşuqəsi, sevgilisi olmaq istəyir... .....                     Aİ-də Kiyevə yardım qərarı parçalanmaya səbəb olub .....                     Eldar Mahmudovun sabiq kadrı ətrafında çənbər daralır... .....                     Xəzər sammiti Putinlə Xamenei görüşü üçün ləğv edilməyib .....                     Məktəb direktoru pedaqoji şuranın iclasında səsləndirdiyi ifadələrə görə məhkəməyə verildi .....                     ABŞ-nin İrana qarşı hərbi əməliyyat xərcləri 61 milyard dolları keçib .....                     Əmrullayevin BATIRDIĞI TƏHSİL: Daha bir məktəbdə insident... .....                     Qayıbovun YEYİNTİ ORTAQLARI... .....                     TƏBİB daxilində regional səhiyyə idarələri yaradılır? .....                     Hücum hazırlığı olmasa da, Rusiya səhvə yol verə bilər .....                 

Elməddin: “Mən toylara 7 il əvvəl yox demişəm”
Tarix: 27-10-2014, 09:03 | Çap et
Elməddin: “Mən toylara 7 il əvvəl yox demişəm”
Kulis.Az-ın “Yeməli söhbət” layihəsinin qonağı məşhur yumorist Elməddin Cəfərovdur.

- Elməddin müəllim, xoşladığınız yeməklər hansıdır?

- Birmənalı olaraq ət yeməklərini sevirəm. Qoyun, toyuq, balıq xüsusən də balığı lap çox xoşlayıram. Bircə broyler toyuqlarını sevmirəm. Onların budu çox böyük olur. Bəzən broyler toyuqlarının budlarını qoyun budlarına oxşadıram.

- Kababla aranız necədir?

- Yalnız “antrikod”u bəyənirəm.

- Yemək bişirə bilirsiz?

- Əslində, mən çox yaxşı yemək bişirirəm, amma kollektiv inanmır. İşdə yemək olmayanda dostlara deyirəm ki, mən yemək bişirim. Qoymurlar. Amma vallah mən yaxşı yemək bişirirəm. Yaxşı pomidor-yumurta və ayran hazırlaya bilirəm.

- Tələbə yeməklərini necə?

- Mən məktəbdə oxuyanda təbii ki, yeməyi anam bişirirdi. Sonra elə yaşadığım Gəncədə universitetə qəbul oldum. Universiteti bitirən kimi evləndim. Buna görə, özümə qulluq eləmək imkanım az oldu. Adam yemək bişirəndə dincəlir.

- Mən bilən, həyat yoldaşınız Zaqataladandır. Zaqatala mətbəxi ilə aranız necədir?

- Zaqatala mətbəxində xəmir xörəkləri çoxdur. Xəmir xörəklərindən xoşum gəlmədiyi üçün elə çox yemirəm. Zaqatala mətbəxi gürcü mətbəxinə yaxındır. Zaqatalada ətə turşu vururlar. Mən bunun əleyhinəyəm. Ətə turşu vuranda dadı qaçır. Hər şeydə təbiiliyin tərəfdarıyam.

- Evdə hansı mətbəxə üstünlük verirsiniz?

- Birmənalı olaraq Gəncə mətbəxi. Uşaqlar da o mətbəxi sevir. Həyat yoldaşım bilir ki, öz mətbəxlərinə uyğun yemək hazırlasa, hamısını özü yeməli olacaq. Gəncə mətbəxi çox zəngindir.

- Səncə, özəlliyi nədir?

- Gəncə mətbəxi ilə Göyçə mətbəxi oxşardır. Göyçə mətbəxinin yeməkləri ilə böyüdüyümə görə, təbii olaraq Gəncə mətbəxini də sevirəm. Gəncə mətbəxində Xan plovu var, çox bəyənirəm. Mənə elə gəlir ki, Azərbaycanda ən yaxşısı Qərb mətbəxidir.

- Toylara aparıcı kimi gedəndə nə yeyirsiniz?

- Mən 5-6 ildir toylara aparıcı kimi getmirəm. İçki olan toylara getmirəm. Bu da o deməkdir ki, 90 faiz toylara getmirəm. Toy yeməklərini, demək olar ki, yemirəm. Çünki bəzən, o yeməklər köhnə olur. Həm də ümumi bişirilən yeməklə özəl bişirilən yemək eyni deyil. Hər halda 500 nəfərə bişirilən yeməklə 4 nəfərə bişirilən yemək eyni dadı vermir. Mən yeməyi doymaq üçün yox həzz almaq üçün yeyirəm.

- Bəzi yazarlar “Toylara yox de” adlı kampaniya keçirir. Buna münasibətiniz necədir?

- Bizim toylarda 30 çeşid yemək verirlər. Mən elə insanlar tanıyıram ki, toy eləmək üçün borca girir. Biz niyə toy məsələlərində Avropaya baxmırıq. 800 manata 800 adama toy eləyirlər. 7-8 mərtəbə tort bişirirlər. 4-5 çeşid şirə, bir də balaca şirniyyat. Biz belə etsək olmaz? Bizim toylarda adamlar əlində araq tutub Allahdan evlənənlərə dua edir. Amin deyilən yerdə araq içirlər. Ailənin bünövrəsini haramla qoyurlar. Bir nəfər 50 müğənni çağırır toya, fişənglər, bahalı maşınlar... Sonra borclu qalır. Bu gün toy edəndə bütün planları bəylə gəlinin xoşbəxtliyi üzərində qurmaq lazımdır. Mən toylara 6-7 il qabaq yox demişəm. Yox deməyimin səbəblərindən biri də israfçılıqdı.

- Toylara aparıcı kimi gedən vaxtlarınızda başınıza maraqlı hadisələr gəlməmiş olmaz...

- Biz efirə təzə çıxan vaxtlarda rayonlardan birinə “palatka” toyuna getmişdik. Toyda çölə çıxmışdım. Birdə gördüm, arxadan bir nəfər qışqıra-qışqıra deyir: “Ay adam güldürən, ayaq saxla!”

- Dieta saxlayırsınız?

- Yayda mənə dostlar deyirdi ki, çox kökəlmisən, dieta saxla. Deməli iki gün ancaq çay, su içdim. Sonra baxdım ki, cəmi 200 qram arıqlamışam. Yəni tərəzidə hiss olunmurdu. Dəhşət əsəbləşdim. Gecə saat 2-də o qədər yedim ki, gördüm ölürəm. Danışa da bilmirdim.

- Fast-foodla aranız necədir?

- Fast-fooddan həmişə qaçmışam. Fast-food yemək deyil, sadəcə mədəni aldatmaqdır.

- Sevgilinizlə ilk dəfə nə yemisiniz?

- Mənim ilk sevgilim indiki həyat yoldaşımdır. Mən həyat yoldaşımla 4 il Gəncə Dövlət Universitetində bir partada oturmuşuq. Dördüncü kursda nişanlandıq. Gəncədə o vaxt indiki şərait yox idi. Yəni, tələbə yoldaşınla gedə biləcəyin bir kafe yox idi. Gəncədə bir park idi və biz o parkda oturub şirniyyat, peraşki yeyirdik. Ümumiyyətlə, mən peraşkini çox sevirəm.

- Restorana gedəndə əsasən nəyə üstünlük verirsiniz?

- Əsas xidmətə. Bunun içinə ofisiantın geyimi də daxildir. Əgər ofisiant geyiminə fikir verirsə, demək o, yeməyi də səliqəli gətirəcək. Dostlarımla həmişə getdiyimiz bir restoran var idi. Bir il hər gün naharımı orda etdim. Axırıncı dəfə həmin restorana qonağımla getdim. 3 tikə ət qoyub, 40 manat hesab istədilər. Ofisianta dedim, qardaş, efirdə görürsünüz, elə bilirsiniz, milyanerik? Yeməyi yemədən pulu verib çıxdım və bir də həmin restorana getmədim.

- Təbiət qoynunda yeyib-içməyi xoşlayırsınız?

- Kollektivlə gedirik. Amma son vaxtlar o qədər qəzalar olur ki, avtomobillə uzaq yola çıxmaqdan qorxuram. Bu yay dostlarla Lerikə getmişdik. Yeməyi özümüz bişirməsək də, yaxşı istirahət elədik. Təbiətdə insanın bütün zehni yorğunluğu çıxır.

- Ova gedirsən?

- Mənim qardaşım ovçudur. Bir dəfə onunla ova getmişdik. Sevmədim. Soyuq, söhbət edə bilməmək, ov tapmaq adamı yorur. Qardaşım dovşana güllə atanda bilərəkdən səs çıxartdım ki, qaçsın. Sonra gördüm yox e... acından ölürəm, sakit durdum, bir dovşan vurdu, yeyib qayıtdıq.

- Sənətinizdə nə yeniliklər var?

- İnşallah, gələn ay “Qız atası” serialının çəkilişinə başlayırıq. Mətanət Əliverdiyeva baş rolda çəkilib. Serialın quruluşçu rejissoru Ramin Hacıyev, ssenaristləri Ənvər Abbasov, Samid Ağayev, Elnur Hüseynovdur. Bu serialın çox uğurlu olacağına əminəm.

- Sizi kim güldürə bilir?

- Məni yumoristlərin hamısı da güldürə bilər, heç biri də. Gülmək məsələsi həm də ovqatımdan asılıdır. Azərbaycanda ən çox güldüyüm aktyor Fərdadır. Onunla çox işlədiyimə görə, zarafatlarını tam başa düşürəm.

- Elə toy olub ki, gedəsiz, pulunuzu verməyələr?

- Olub. Bir dəfə zəng gəldi ki, vallah imkanımız yoxdur, amma istəyirik toyumuzu siz aparasız. Dedim, gəl söhbət edək. Fikrimizdə kasıb bir adam canlandı. Üstündən az keçmiş, gördük, bizim kasıb dediyimiz Nissan Murano ilə gəldi. O vaxt Bakıda 3-4 Murano var idi. Fərdanın köhnə “Mercedes”i var idi. Fərda Muranonu görüb maşınını gizlətdi. Daha doğrusu, maşın özü utandığından gizləndi. Bu adama dedik ki, qardaş, hərəmiz min manata gəlirik, amma sizə güzəşt edib ikimizə 1500 alarıq. Qonağımız dedi ki, sizə cəmi 500 manat verə bilərəm. Fərda buna dedi ki, elədirsə, biz havayı gələrik. Bir sözlə, biz dediyimiz qiymətə razılaşdıq, amma toyda pul vermək istəmədi. Dedi, 500 manatdansa havayı gəlmək istəmirdiniz? Fərda sağ olsun, birtəhər 500 ala bildi. Aldığımız pulun 300 manatını yolxərci elədik.

Elə toy olub ki, dava düşüb pulsuz qayıtmışıq. Bir dəfə rayonların birinə toya çağırmışdılar. Bəy gəlinin keçmiş sevgilisinin dostu imiş. Gəlinin keçmiş sevgilisi Rusiyadan toya gəlmişdi və toyda mikrofonu alıb oğlana dedi ki, sən düz hərəkət eləmədin. Gərək mənim sevdiyim qızla evlənməzdin. Dava düşdü. Polis gəldi şadlıq evinə və toy dağıldı.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bakıda yeni oğru PEYDA OLUB: "parik"dən istifadə edir - VİDEO
Bu gün, 13:09
Zelenskinin Bakı səfəri: Gözləntilər nədir? - AKTUAL
Bu gün, 12:49
İranda “işləməyən” Venesuela modeli: fanatiklərin müqaviməti hələ güclüdür - İNCƏLƏMƏ
Bu gün, 12:43
Oğluma məcburən saxta toy etdirdim, pul yığdım...” – Meyxanaçı Samirədən ŞOK AÇIQLAMALAR
Bu gün, 12:22
Deputata məxsus olduğu deyilən şirkətə 498 min manatlıq sifariş - TƏFƏRRÜAT
Bu gün, 12:19
Qaynarinfo.az 19 yaşında! - UĞUR YOLU...
Bu gün, 12:09
Zaqatalada qəzalı vəziyyətdə olan BİNA: Yağış suları evlərə dolur - FOTO
Bu gün, 12:05
AZƏRBAYCANDA MOBİL İNTERNET NİYƏ BAHALAŞIB? - "İstehlakçılara qarşı bu cür davranış yolverilməzdir..."
Bu gün, 11:59
Bakıda yeni proses başlayır: yüzlərlə ailə köçürüləcək - Detallar
Bu gün, 11:46
Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycanda işgüzar səfərdədir - FOTO
Bu gün, 11:41
Yekaterinburqa dron hücumu − Xəsarət alan var
Bu gün, 11:40
Yeni tikililən binalarda mənzil qiymətlərinin sürətli dəyişməsinin səbəbləri - ARAŞDIRMA
Bu gün, 11:37
İranın gizli təşkilatının rəisi İsrailə casusluğa görə edam edilib -“tabnak”
Bu gün, 11:36
"İki aydan sonra onlar baş nazir olacaqlar” – Paşinyandan səs-küylü AÇIQLAMA
Bu gün, 11:26
Qondarma erməni soyqırımı muzeyində qalmaqal - "Hraparak"
Bu gün, 11:21
Trampın İran strategiyası niyə iflasa uğraya bilər?.. - YƏHUDİ EKSPERT
Bu gün, 11:17
Azərbaycan neftinin qiyməti 114 dollara yüksəlib
Bu gün, 11:15
Turizm Agentlini eyni şirkətə bir gündə iki tender verib - DETALLAR
Bu gün, 11:06
ABŞ-nin yeni prezidenti Rubio ola bilər - Politico nəşri
Bu gün, 11:03
Gəncədə terror qurbanlarının evləri... NECƏ QANUNDAN KƏNAR OLDU... - BU NƏDİ BELƏ?..
Bu gün, 10:56
Ermənistanda Türkiyəyə “müharibə” elan edən kimlərdir? – gizli planın şok detalları
Bu gün, 10:44
Abbas Əraqçi Pakistan ordusunun komandanı ilə görüşdü
Bu gün, 10:42
Sosial media qazancının görünməyən ÜZÜ…
Bu gün, 10:40
İrana nüvə bombası atılacaq - Dövlət Departamentinin keçmiş rəsmisindən şok iddia
Bu gün, 10:26
Azərbaycanda ət tapılmayacaq? - qiymətlət niyə bahalaşır
Bu gün, 10:25
“AzəriQaz” işçilərinin tək dərdi MAAŞ DEYİL Kİ... - NARAZILIQ VAR...
Bu gün, 10:20
“Azercell”in 13-cü ay OYUNBAZLIĞI... - GİLEY
Bu gün, 10:04
Banka borcu olanlara BƏD xəbər - Bundan sonra...
Bu gün, 09:28
"Dəyişən bir şey olmayacaq, amma..." - REAKSİYA
Bu gün, 08:33
TƏBİB pasiyentə xəstə kimi yox... BANKOMAT KİMİ baxır... - BUNA GÖRƏ DƏ...
Bu gün, 08:28
Qadınlar niyə imkanlı kişinin məşuqəsi, sevgilisi olmaq istəyir... - Nura Suri deyir ki...
Bu gün, 08:16
Aİ-də Kiyevə yardım qərarı parçalanmaya səbəb olub - “Politico”
Bu gün, 08:10
Eldar Mahmudovun sabiq kadrı ətrafında çənbər daralır... - Mürsəl İbrahimov NƏ EDƏCƏK...
Bu gün, 07:51
Xəzər sammiti Putinlə Xamenei görüşü üçün ləğv edilməyib - İran səfiri
Bu gün, 07:38
Məktəb direktoru pedaqoji şuranın iclasında səsləndirdiyi ifadələrə görə məhkəməyə verildi - TƏFƏRRÜAT
Bu gün, 07:36
ABŞ-nin İrana qarşı hərbi əməliyyat xərcləri 61 milyard dolları keçib - "Iran War Cost Tracker" portalı
Bu gün, 07:31
Əmrullayevin BATIRDIĞI TƏHSİL: Daha bir məktəbdə insident... - BELƏ HARA GEDİRİK?
Bu gün, 07:30
Qayıbovun YEYİNTİ ORTAQLARI... - ARAŞDIRMA
Bu gün, 07:25
TƏBİB daxilində regional səhiyyə idarələri yaradılır? - Baş həkim və direktorlar...
Bu gün, 07:16
Hücum hazırlığı olmasa da, Rusiya səhvə yol verə bilər - GƏLİŞMƏ
Bu gün, 07:01
Tehrandan beynəlxalq uçuşlar bu gündən bərpa edilir - KİV
Bu gün, 06:59
Biləsuvar Rayonunda 400 min manatlıq tender dayandırıldı - BUNA GÖRƏ
Bu gün, 06:58
İzahı olmayan hadisə: Xəzər niyə quruyur? - AKTUAL
Bu gün, 06:56
“Görünür o qadına kimlərsə himayədarlıq edir ki, mədəniyyət evini bağçaya çevirib, özbaşına etməz” - Əməkdar artistdən qalmaqallı AÇIQLAMA
Bu gün, 06:54
"Mən Paşinyan hakimiyyətinin Türkiyə-Azərbaycan münasibətlərinə yanaşmasını səmimi hesab etmirəm" - partiya sədri
Bu gün, 06:51
İcra başçısı qazi ailəsini süründürür – Hüquq müdafiəçisindən ÇAĞIRIŞ
Bu gün, 06:48
Ceyhun Cəlilov da 'KOLXOZÇU' imiş... - DƏLİXANADIR, VALLAH...
Bu gün, 06:46
Burda nə oyunlar çevrilir.... - İLGİNC FAKTLAR
Bu gün, 06:26
ABŞ Rusiya və İran neftinin alınmasına icazəni uzatmaqdan imtina edib - "Associated Press"
Bu gün, 06:22
Putin, Tramp və Si Avropa üçün rəqib qüvvələrdir - Makron belə deyir...
Bu gün, 06:18
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru