SOCAR-da MÜHÜM POSTA yeni təyinat olub .....                     SEPAH generalı İranın qonşularını .....                     Nazirlik 71 min manata “Toyota” alır .....                     Ukraynanın "IT ordusu" və ya "vəhşi qazlar" .....                     "TikTok"da 181 nəfəri aldadan “şirkət rəhbəri”ndən xəbər var .....                     Turizm Agentliyi İstanbul Hava Limanında reklam yerləşdirmək üçün .....                     Perinatal Mərkəzdə yanğınla bağlı məhkəmə: .....                     Gömrük Komitəsinin yeni binasının tikintisində YEYİNTİ .....                     Bakıya səfərə hazırlaşan Baş nazir NİYƏ aşağılandı? .....                     Pərvin Quliyevaya yüksək vəzifə verildi .....                     "Əli Əsədov dərhal həbs edilməlidir" .....                     Revanşistlər Bakıya YENƏ dil uzatdı .....                     Ceyhun Cəlilov Ahıllar Evinin işçilərini qapısında NÖKƏR KİMİ İŞLƏDİR .....                     Prokurorluq Gəncə Şəhər İcra Hakimiyyətində araşdırmalara BAŞLADI .....                     Pakistandan dünyaya “Taimoor” MESAJI .....                     Əli Əsədovun adamları TOY-BAYRAM İÇİNDƏ... .....                     Rusiya bu azərbaycanlını İnterpola verdi .....                     Eyni pensiya kapitalı olan şəxslərə hansı məbləğdə pensiya verilir? .....                     Türkiyədə CHP-li bələdiyyə sədri saxlanıldı .....                     İranda yüksək vəzifəli məmur İsraillə əlaqəyə görə edam edilib .....                     "Kürd Amo"nu xüsusi amansızlıqla öldürən şəxs yenidən məhkəmə qarşısında .....                     Dadsız, rəngsiz POMİDORLAR .....                     “Atamın şəxsi əşyalarını muzeyə verdim, Rasim Balayev bu mövzuda mənə kömək etdi” .....                     Gömrük Komitəsində işlə təmin etdirmək adı ilə 26 minlik dələduzluq etdi .....                     Vüsal Aslanov bu imtahandan “2” aldı .....                     Azərbaycan nefti cüzi bahalaşıb .....                     “Rabitəbank”da yığıncaq keçiriləcək .....                     Ölüdən orqan götürmək haramdır? .....                     Azərbaycanda ən çox hansı nazirliklər “bəyənilir”? .....                     Repetitorluğun ləğvi gerçəkləşir .....                     "Dinləmirlər, eşitmirlər..." .....                     Ukraynadan sonra Rusiya NATO-ya hücum edəcək .....                     Millət vəkilinə inanaqmı? .....                     2 qəpiklik borca görə, müştərini çətinə saldılar... .....                     İş yerləri ilə bağlı gözlənilməz proses başladı: nə baş verir? .....                     Bu ölkə Rusiyaya 3 min əsgər, 10 qırıcı göndərir? .....                     AzəriQaz-da ƏDALƏTSİZ növbəli iş rejimi... .....                     Bir damla yağış suyu bəs edir ki, kanalizasiya aşıb-daşsın... .....                     Daha bir vətəndaşın əlilliyi qanunsuz olaraq LƏĞV OLUNDU .....                     İran ABŞ ilə danışıqlarda iştirak məsələsini hələ nəzərdən keçirir .....                 

Ramiz Həsənovun komitəsində müəmmalı oyunlar - Xidmət rəisi Əbülfət İmanov sahibkarlarla necə işləyir?
Tarix: 17-03-2015, 12:06 | Çap et
Ramiz Həsənovun komitəsində müəmmalı oyunlar
Son vaxtlar Ramiz Həsənovun rəhbərlik etdiyi Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ilə bağlı narazılıqlar artır. Sahibkarlar adıçəkilən komitənin onların normal fəaliyyətinə müxtəlif maneələr yaratmağa çalışdığı barədə yüksək səslə danışmağa başlayırlar. Halbuki ölkə rəhbərliyi sahibkarlıq fəaliyyətinə qanunsuz müdaxilələrin aradan qaldırılmasına dair dövlət orqanlarına ciddi tapşırıqlar verir.

İş adamlarının adıçəkilən komitədən artan narazılıqlarının kökündə dayanan isə Ramiz Həsənova yaxınlığı ilə tanınan Texniki Tənzimlmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinin rəisi Əbülfət İmanovdur. İddialara görə, Ə. İmanov komitə sədrinin "sağ əli" kimi tanınır və sözügedən komitənin bütün "qara işlər"ini həyata keçirir.
Bildirilir ki, Xidmət rəisi bu postdan əvvəl - Əli Nağıyevin nazir olduğu dövrdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində şöbə müdiri vəzifəsini yerinə yetirib. O, burada da xüsusi "ad çıxarmağı" bacarıbmış, belə ki, həmin postda işləyərkən də İmanovla bağlı kifayət qədər şikayətlər ortaya çıxırmış.
Eyni "ənənə" indi onun Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimlmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinin rəisi postunu icra edərkən də yaşanır. Qurumun "əsas yük"ünü çiyinlərində daşıyan Xidmət rəisi hətta Ramiz Həsənovun komitəsinin kadr məsələlərinə də aşkar müdaxilə səlahiyyətinə malikdir. Qeyd edilir ki, Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinin rəisi əməkdaşların işə qəbulu məsələsində ciddi qanun pozuntularına yol verir. Belə ki, o,sırf şəxsi mövqeyinə əsaslanaraq, dövlət qulluğuna qəbul qaydalarına müvafiq şəkildə işə götürülmüş əməkdaşları heç bir əsas olmadan vəzifələrindən azad edir.Vakant yerlərə isə bir çox hallarda ixtisası uyğun olmayan, qeyri-peşəkar şəxsləri bəlli maraqlar müqabilində işə qəbul etdirir. Bildirilir ki, bir çox hallarda Ə. İmanovun kadr seçimi hətta komitə sədrinin özünü çətin vəziyyətdə qoya biləcək xarakter daşıyır. Məsələn, onun "xeyir-duası" ilə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin regional idarələrindən birinə rəis təyin olunmuş şəxsin iqtisadi təhsili yoxdur. O həmin vəzifəyə Xidmət rəisinin himayəsi altında tamamilə fərqli peşədən gətirilib.
Hesab olunur ki, Ə.İmanovun bu cür yanlış kadr seçimləri Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin fəaliyyətindən artan şikayət və narazılıqların əsas motivlərindən biridir.
Bundan başqa, Xidmət rəisi ölkədə fəaliyyət göstərən bir çox istehsalat müəssisələrini yoxlamalar sayəsində "taska"ya oturtmağa başlayıb. Vaxtlı-vaxtında "haqq" ödəmək məcburiyyətində qalan belə istehsalçıların sayı kifayət qədərdir. Onlar yaradılan bu "oyun qaydasını" pozmaq istəyərlərsə, hansı təhlükə ilə qarşılaşacaqlarının fərqindədirlər. Odur ki, əksər hallarda susmağa və qeyd-şərtsiz qarşılarına qoyulan tələbə tabe olmağa məcburdurlar.
Ancaq son vaxtlar xeyli sahibkarın yaradılmış bu vəziyyətdən cana doyduqları və ölkə rəhbərliyindən kömək istəməyə hazırlaşdıqları bildirilir. Qeyd edilir ki, onlar Ramiz Həsənov və "sağ əl"indən şikayətlərini yuxarı dairələrə açıq şəkildə çatdırmaq niyyətindədirlər. Bu cür "qiyam" isə narazılıqların əsas ünvanı olan Əbülfət İmanovun vəzifəsinə ciddi təhlükə yarada bilər.
Məhz bu cür fəaliyyətin nəticəsidir ki, Xidmət rəisi özünə geniş biznes şəbəkəsi yarada bilib. Bu biznes şəbəkəsi xeyli genişdir: məsələn, Ə.İmanovun tikinti sektorunda fəaliyyət göstərən bir neçə şirkətdə paya sahib olduğu deyilir.Hətta bir müddət əvvəl onun pay sahibi olduğu şirkətlərdən birinin Ukraynada yaşayış evlərinin tikintisi ilə məşğul olduğu barədə məlumatlar yayılmışdı.
Bundan başqa, Xidmət rəisinin bazarının, şəhərin bir çox ünvanlarında ticarət nöqtələrinin olduğu da sirr deyil. Eyni zamanda onun qiyməti xeyli yüksək rəqəmlərlə ifadə olunan bir neçə mülkünün varlığına dair də iddialar mövcuddur.
Bu qədər sərvətin necə əldə edildiyini ətraflı izah etməyə isə yəqin ki, ehtiyac yoxdur. Hər halda, İmanov onlara vəzifə maaşı hesabına sahiblənməyib. Bütün bu sadaladıqlarımızın əldə olunması məhz onun qulluq mövqeyindən "bacarıqla" istifadə etməsi sayəsində mümkün olub.
Vəziyyət belə davam edərsə, bunun həm Xidmət rəisinin özünə, həm də İmanovun fəaliyyətinin qaranlıq tərəfləri barədə məlumatlı olduğu halda müdaxilə etməyən Ramiz Həsənova xoşagəlməz situasiya yaradacağına isə şübhə yoxdur. Bunu sahibkarların adıçəkilən Komitədən və onun tabeliyindəki Xidmətdən narazılıqlarının pik nöqtəyə çatması əyani şəkildə göstərir.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
SOCAR-da MÜHÜM POSTA yeni təyinat olub - ƏMR
Bu gün, 11:44
SEPAH generalı İranın qonşularını HƏDƏLƏDİ
Bu gün, 11:42
Nazirlik 71 min manata “Toyota” alır
Bu gün, 11:38
Ukraynanın "IT ordusu" və ya "vəhşi qazlar" - Kibermüharibə nəzarətdən çıxır
Bu gün, 11:36
"TikTok"da 181 nəfəri aldadan “şirkət rəhbəri”ndən xəbər var
Bu gün, 11:34
Turizm Agentliyi İstanbul Hava Limanında reklam yerləşdirmək üçün 1,4 milyon manat xərcləyəcək
Bu gün, 11:33
Perinatal Mərkəzdə yanğınla bağlı məhkəmə: - Növbətçi həkim palatanı tərk edərək yatmağa gedib
Bu gün, 11:28
Gömrük Komitəsinin yeni binasının tikintisində YEYİNTİ - TƏFƏRRÜAT
Bu gün, 11:26
Bakıya səfərə hazırlaşan Baş nazir NİYƏ aşağılandı? – Solovyovu SUSDURMAQ zamanı
Bu gün, 11:23
Pərvin Quliyevaya yüksək vəzifə verildi - ƏMR
Bu gün, 11:22
"Əli Əsədov dərhal həbs edilməlidir" - Sərdar Cəlaloğlu
Bu gün, 11:21
Revanşistlər Bakıya YENƏ dil uzatdı - Paşinyan devrilsə...
Bu gün, 11:19
Ceyhun Cəlilov Ahıllar Evinin işçilərini qapısında NÖKƏR KİMİ İŞLƏDİR - İTTİHAM VAR...
Bu gün, 11:14
Prokurorluq Gəncə Şəhər İcra Hakimiyyətində araşdırmalara BAŞLADI - TƏFƏRRÜAT
Bu gün, 11:10
Pakistandan dünyaya “Taimoor” MESAJI - Yeni raket sınaqdan keçirildi
Bu gün, 11:01
Əli Əsədovun adamları TOY-BAYRAM İÇİNDƏ... - İLGİNC İDDİA
Bu gün, 10:57
Rusiya bu azərbaycanlını İnterpola verdi - Terror İTTİHAMI
Bu gün, 10:30
Eyni pensiya kapitalı olan şəxslərə hansı məbləğdə pensiya verilir? - AKTUAL
Bu gün, 10:25
Türkiyədə CHP-li bələdiyyə sədri saxlanıldı
Bu gün, 10:15
İranda yüksək vəzifəli məmur İsraillə əlaqəyə görə edam edilib - "Al-Jazeera"
Bu gün, 10:12
"Kürd Amo"nu xüsusi amansızlıqla öldürən şəxs yenidən məhkəmə qarşısında - TƏFƏRRÜAT
Bu gün, 10:11
Dadsız, rəngsiz POMİDORLAR - Süfrəmizə keyfiyyətsiz məhsulu kim gətirir?
Bu gün, 10:10
“Atamın şəxsi əşyalarını muzeyə verdim, Rasim Balayev bu mövzuda mənə kömək etdi”
Bu gün, 10:08
Gömrük Komitəsində işlə təmin etdirmək adı ilə 26 minlik dələduzluq etdi - MƏHKƏMƏ
Bu gün, 10:05
Vüsal Aslanov bu imtahandan “2” aldı – REPLİKA
Bu gün, 10:02
Azərbaycan nefti cüzi bahalaşıb
Bu gün, 09:47
“Rabitəbank”da yığıncaq keçiriləcək
Bu gün, 09:45
Ölüdən orqan götürmək haramdır? - İlahiyyatçı mübahisələrə son qoydu
Bu gün, 09:43
Azərbaycanda ən çox hansı nazirliklər “bəyənilir”? - SİYAHI
Bu gün, 09:38
Repetitorluğun ləğvi gerçəkləşir - yeni model
Bu gün, 09:29
"Dinləmirlər, eşitmirlər..." - ETİRAZ
Bu gün, 08:22
Ukraynadan sonra Rusiya NATO-ya hücum edəcək - Kəşfiyyat
Bu gün, 08:09
Millət vəkilinə inanaqmı? - SÖZARDI...
Bu gün, 07:24
2 qəpiklik borca görə, müştərini çətinə saldılar... - YƏNİ BU QƏDƏR...
Bu gün, 07:11
İş yerləri ilə bağlı gözlənilməz proses başladı: nə baş verir? - AKTUAL
Bu gün, 07:04
Bu ölkə Rusiyaya 3 min əsgər, 10 qırıcı göndərir? - ŞƏRH
Bu gün, 07:02
AzəriQaz-da ƏDALƏTSİZ növbəli iş rejimi... - NARAZILIQ VAR...
Bu gün, 07:01
Bir damla yağış suyu bəs edir ki, kanalizasiya aşıb-daşsın... - GİLEY
Bu gün, 06:49
Daha bir vətəndaşın əlilliyi qanunsuz olaraq LƏĞV OLUNDU - "20 ildir ki..."
Bu gün, 06:41
İran ABŞ ilə danışıqlarda iştirak məsələsini hələ nəzərdən keçirir - KİV
Bu gün, 06:23
Azərbaycanda internet bahalaşdı – Yeni qiymət
Bu gün, 06:21
Qalmaqallı direktor necə bəraət alır? - İDDİA
Bu gün, 06:17
"Rabitəbank"da "saatlı bomba": Təhlükəli kreditlərdə 540%-lik şok - TƏFƏRRÜAT
Bu gün, 06:06
"Atam deyirdi ki, səndən adam olmayacaq"
Bu gün, 06:02
“Bu verilişlərin bağlanmasını alqışlayıram”
Bu gün, 06:01
"Bu qurumun başqa ciddi fəaliyyətini müşahidə etmirik" - ETİRAZ
Bu gün, 05:58
Azərbaycanda repetitorluq ləğv edilir? - AKTUAL
Bu gün, 05:47
Xaricdən gələn ətə möhtac qalmağımızın günahkarı kimdir? – Aqrar sektordakı "məmursayağı" əngəllər
Bu gün, 05:46
İşçisindən başçıya GİLEY OLUNDU - MÜRACİƏT
Bu gün, 05:44
"Express Bank" da bağlanır? - GÖZLƏNTİ
Bu gün, 05:29
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru