Yanacaq bahalaşır, ABŞ aviaşirkətləri yüz milyonlarla zərər edir və uçuşları azaldır .....                     Söhrab İsmayılov həbs oluna bilər? .....                     Pezeşkian hərəkətə keçdi, İsraillə bağlı məlumat yayıldı: .....                     Bərdədə Zümürxan gölü zibilliyə çevrilib .....                     Keçmiş oliqarx-məmur... BU GÜN DƏ QAZANIR... .....                     Müxalifət üçün itirilmiş .....                     İran XİN rəhbəri Tehranın tələblərini Pakistana çatdırıb .....                     İran ordusu ABŞ-a xəbərdarlıq edib .....                     Doğdu günəş qırmızı... İməcliyə apardılar HAMIMIZI... .....                     "Özünə arxayın olmaq adamı qudurdur" .....                     Zelenskinin Azərbaycana səfəri Z-blogerləri qəzəbləndirdi .....                     Ukraynanın “marslı”sı rusları dəhşətə gətirdi .....                     “Georgian Airways” müflis ola bilər .....                     Bakıda yeni oğru PEYDA OLUB: "parik"dən istifadə edir .....                     Zelenskinin Bakı səfəri: Gözləntilər nədir? .....                     İranda “işləməyən” Venesuela modeli: fanatiklərin müqaviməti hələ güclüdür .....                     Oğluma məcburən saxta toy etdirdim, pul yığdım...” .....                     Deputata məxsus olduğu deyilən şirkətə 498 min manatlıq sifariş .....                     Qaynarinfo.az 19 yaşında! .....                     Zaqatalada qəzalı vəziyyətdə olan BİNA: Yağış suları evlərə dolur .....                     AZƏRBAYCANDA MOBİL İNTERNET NİYƏ BAHALAŞIB? .....                     Bakıda yeni proses başlayır: yüzlərlə ailə köçürüləcək .....                     Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycanda işgüzar səfərdədir .....                     Yekaterinburqa dron hücumu .....                     Yeni tikililən binalarda mənzil qiymətlərinin sürətli dəyişməsinin səbəbləri .....                     İranın gizli təşkilatının rəisi İsrailə casusluğa görə edam edilib .....                     "İki aydan sonra onlar baş nazir olacaqlar” .....                     Qondarma erməni soyqırımı muzeyində qalmaqal .....                     Trampın İran strategiyası niyə iflasa uğraya bilər?.. .....                     Azərbaycan neftinin qiyməti 114 dollara yüksəlib .....                     Turizm Agentlini eyni şirkətə bir gündə iki tender verib .....                     ABŞ-nin yeni prezidenti Rubio ola bilər .....                     Gəncədə terror qurbanlarının evləri... NECƏ QANUNDAN KƏNAR OLDU... .....                     Ermənistanda Türkiyəyə “müharibə” elan edən kimlərdir? .....                     Abbas Əraqçi Pakistan ordusunun komandanı ilə görüşdü .....                     Sosial media qazancının .....                     İrana nüvə bombası atılacaq .....                     Azərbaycanda ət tapılmayacaq? .....                     “AzəriQaz” işçilərinin tək dərdi MAAŞ DEYİL Kİ... .....                     “Azercell”in 13-cü ay OYUNBAZLIĞI... .....                 

“Biz sazı ayağımızın arasından keçirməmişik” - Aşıq Əhliman
Tarix: 20-03-2015, 12:10 | Çap et
“Biz sazı ayağımızın arasından keçirməmişik”
Biz tərəfin “barmağından qan daman” aşıqları kimi adamın anasını ağlatmır... Oxuyur, oynayır, uşaqlar üçün yazıbmış kimi sadə, şad-şalayın şeirlər deyir. Nağayırsın?! Onsuz da dərdimiz çoxdu. Aşığınkı odu ki, bir az bu dərdin üstündən ala, adamın kefini aça. Yoxsa Ədalət Nəsibova qulaq asandı elə bilirsən Məhşər qapının ağzını kəsdirib. Tüklərin biz-biz olur. Öz gün-güzəranımız bir yana yüz illərin o üzünün də dərd-ağrısını dartıb gətirir. Dəlidi o kişi! Tərs kimi Aşıq Əhlimanın iş otağında, Mədəniyyət və İncəsənət Universitetinin Aşıq sənəti kafedrasına da vurulub Ədlətin şəkli. Qucağında saz, sifətində əyub peyğəmbərin əzadı... Təkcə, Ədalət yox, çox sənətkarın iri foto və rəsmləri var burda. Qurbani, Aşıq Ələsgər, Aşıq Şəmşir, Aşıq Mirzə, Kamandar Əfəndiyev, Aşıq İsfəndiyar, Aşıq Şakir, Aşıq Pənah və başqaları... Amma ən çox diqqətimi çəkən Aşıq Əhlimanın geyim-kecimi idi. Kostyum, qalstuk... Aşıqdan başqa kimə desən oxşatmaq olardı. Arada xahiş elədim ki, sazı əlinə götür, bir foto çəkək, yoxsa adamlar aşıqla görüşdüyümə inanmazlar.

- Sıxılmırsız bu geyimdə?

- İşdə rəsmi geyinməlisən. Sıxılsan da, sıxılmasan da... Amma burdan kənarda belə gəzməyi xoşlamıram. Ən azı qalstuku çıxardıram.

- Elə rəsmi opturubsuz, elə bil bələdiyyə sədrisiz, mən də torpaq almağa gəlmişəm... Aşıq hara, belə rəsmiyyətçilik, quruluq, vəzifə ədaları hara...

- (Gülür) Ayə, mən sadə adamam, kiri! Tanımırsanmı məni?

- Zarafatsız burda nə iş görürsüz? Sazı ya çalırlar, ya da yox. Bu piano deyil ki, notla öyrənəsən.

- Sazın da öz sirləri var. Aşıq sənətindəki ustad-şəyird münasibətlərini modernləşdirmişik. Eyni şeylər öyrədilir. Artıq on beş ildir institutun nəzdində saz tədris olunur. 2008-ci ildən isə ayrıca kafedra yaradılıb. 6 müəllimimiz var. Hörmətli professorumuz Məhərrəm Qasımlı da dərs deyir burda. Saz sənətinin tarixi və nəzəriyyəsini öyrədir. İxtisasçılardan Fəzail müəllimdi, Altay müəllimdi, Nemət Qasımlıdı, Aşıq Samirədi... Məzunlarımız hazırda kolleclərdə, musiqi məktəblərində dərs deyirlər. Amma savadsızdırlar...

- Niyə?

- Elmdən uzaqdılar. Saz çalmaqda əjdahadırlar, kitab oxumaqda, şeir bilməkdə axsayırlar.

- Müəllim kimi nə tədbir görürsüz?

- Tədbir görürük, şeir yazdırırıq, əzbərlədirik, amma canlarında yoxdu. Ümid verən cavanlar azdır.

- Burda Borçalı yolu tədris olunur?

- Hamısı tədris olunur.

- Amma ustadların arasında Aşıq Əmrah Gülməmmədovun şəklini görmədim. Halbuki sizin indi çaldığınız və tədris etdiyiniz sazı o təkmilləşdirib, havaları o sahmana salıb, köklər, simlər, pərdələr artırıb. Sazın Sadıqcanı deyirlər ona...

- Aşıq Kamandar var, İmran var.

- Kamandar da onun şəyirdidi. Bax, deyirəm, Zəlimxan Yaqub eşitsə yaxşı olmaz.

- İnanın, bu şəkilləri öz gücümə tapmışam. Amma söz verirəm ki, Aşıq Əmrahı da əlavə edəcəm. Əlbəttə, böyük sənətkardır.

- Əhliman müəllim, aşıqlar niyə bu qədər yaltaq olur?

- Rəhmətlik Ələsgərin bir sözü var, deyir

Aşığın sinəsi haq bazarıdı
Dediyi sözləri ləl-mirvarıdı
Alimin elmiynən, helmi yarıdı...

İndi nə elm var, nə helm. Helm sözünü bəzi adamlar fırıldaq, kələk kimi başa düşür. Helm sözünün mənası qabiliyyət, bacarıq, öz bacarığını insanlar üçün tətbiq etməkdir. Elmlə helm birləşəndə qala üstdən qala yapmaq olur.

- Bir yerliniz vardı... O vaxt Moskvada dekadada saz çala-çala Kremlin başına dolanıb...

- Yox, belə bir fakt eşitməmişəm.

- Aşıq Pənah olub deyəsən... Amma səhv edə bilərəm...

- Yox. Ola bilməz. Aşıq Şakir, Aşıq Pənah Kremldə çox çıxışlar ediblər, amma belə bir fakt eşitməmişəm.

- Dadaloğlu deyirdi, fərman padşahındı, dağlar bizimdi. Amma indi harda bir imkanlı, vəzifəli adam var bizim əksər aşıqlar orda quyruq bulayır.

- Hərə özünə cavabdehdi. Başqaları haqqında danışa bilmərəm, özüm haqda deyə bilərəm ki, mən heç vaxt bu yola qulluq eləməmişəm, şöhrət düşkünü olmamışam.

- Bilirsiz, niyə deyirəm; sazı hörmətdən salan belə aşıqlardır. İndi, saat kimi meyli haqqa dolanan sənətkar tapmaq çətin məsələdir. Tamaşaçı da ayıqdı, onu aldatmaq olmur, görür bununku sənət deyil, ona-buna yarınıb irəli düşməkdir, o saat kanalı dəyişir. Saza da musiqi aləti kimi yox, çömçə kimi baxıb lağa qoyur.

- Razıyam sizinlə.

- Sazla meymunluq edənlərə münasibətiniz necədir?

- Mənim heç bir münasibətim yoxdu onlara. Nə münasibətim olacaq?

- Bu, bir mütəxəssis, Aşıq sənəti kafedrasının müdiri kimi həm də vəzifə borcunuzdur...

- Yenə Aşıq Ələsgərdən bir misal gətirəcəm. Onun məşhur “Gərəkdi” qoşmasında belə bir misra var:

Naməhrəmdən şərm eyləyə, utana...

Şərm sözünün mənası bilirsiniz nədir?

- Utanmaq.

- Şərm sözü abır-həyanı gözləməkdi. İndi kimsə bunu gözləmirsə, mən nə edə bilərəm.

- Bir səfeh dostum var, deyir, elə Aşıq Əhliman özü də efirdə oynayır, sazı atıb-tutur...

- Mən sazı heç vaxt atıb-tutmamışam. Amma Ədalət Nəsibov kimi boynumun arxasına çalmışam. Biz neyləsək də, sazı ayağımızın arasından keçirməmişik. Bunları nə qədər tənqid elədilər, hətta təhqir edənlər oldu, xeyri yoxdu.

- Amma tamaşaçı onlara baxır...

- Savadsız tamaşaçı! Mənə bunnan bağlı o qədər irad bildirən tamaşaçılar olur ki...

- Onların səmimiyyətinə inanmayın. Sizə belə deyirlər, amma gedib o meymunluq edənlərə baxırlar, toylara onları çağırırlar.

- Bilirəm... Neyləyim... Mənim bir şeirim var, klip də çəkilib: “Oğul, qayıt kəndə gəl” Nə qədər adam buna görə qayıdıb Azərbaycana gəldi. Belə faktlar da var.

- Ora kefə getməyiblər ki... Çörək dalınca gediblər.

- Yox, çörək qazanmasınlar demirəm, amma öz vətənlərini də unutmasınlar.

- Bax bu şəkildən şahanə görkəmlə baxan Aşıq Kamandarla da müsahibəm olub vaxtıyla. O, sizin Şirvan yolunu birmənalı olaraq qəbul eləmirdi. Deyirdi, yüngüllük edirlər, oynayırlar, saz çala bilmirlər, balabanın kölgəsində baş girələyirlər, ifaları saz yox, muğam-mahnı üstündədir və s.

- Kamandar şübhəsiz ki, böyük ifaçı idi. Hərənin sənət haqqında öz fikri ola bilər. Hamı eyni cür düşünmür. Bir dəfə Aşıq Kamandar Kürdəmirdə Aşıq Şakirin qonağı idi. Şakir orda Qərb yolu ilə bir “Qəhrəmanı” oxudu, hamı heyran qaldı. Kamandar mənim də evimdə qonaq olub və bu həyatımın ən unudulmaz xatirələrindən biridir.

- Düz deyir də, sizdə çalğı dominant deyil. Güllərin, xalların heç on faizini vurmursuz.

- Aha, bax, gəldik əsl mətləb üstünə. Bizim bu kafedranın da məqsədi odu ki, Azərbaycan sazına aid bütün bilikləri bütün regiondan olan cavanlara öyrədək, universal olsunlar. Şirvan yolu da, Qərb yolu da ayrıca öyrədilir, eyni zamanda bunu öyrənənlər o, onu öyrənənlər bu məktəbi öyrənir. O ki qaldı, oynamağa, məncə, aşıq sənətində rəqs vacibdir, amma həddində! Bu sənətdə hər şey ağayana olmalıdır.

- Novruzla aranız necədir?

- Çox gözəl.

- Harda olacaqsız?

- Rayonda. Ucarda.

- Bayramınızı təbrik edirəm. Yeni iliniz uğurlu olsun.

- Mən də sizi və bütün oxucularınızı təbrik edirəm. Allah amanında.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Yanacaq bahalaşır, ABŞ aviaşirkətləri yüz milyonlarla zərər edir və uçuşları azaldır - "Business Insider"
Dünən, 16:46
Söhrab İsmayılov həbs oluna bilər? - İDDİA
Dünən, 16:44
Pezeşkian hərəkətə keçdi, İsraillə bağlı məlumat yayıldı: - “Xilasetmə” əməliyyatı başladılır
Dünən, 16:30
Bərdədə Zümürxan gölü zibilliyə çevrilib - FOTO
Dünən, 16:18
Keçmiş oliqarx-məmur... BU GÜN DƏ QAZANIR... - İLGİNC FAKT
Dünən, 16:05
Müxalifət üçün itirilmiş ŞANS
Dünən, 15:48
İran XİN rəhbəri Tehranın tələblərini Pakistana çatdırıb
Dünən, 15:42
İran ordusu ABŞ-a xəbərdarlıq edib - “Fars”
Dünən, 15:39
Doğdu günəş qırmızı... İməcliyə apardılar HAMIMIZI... - Nəqşi-cahanın... Talıbovdan qalma NAXŞI...
Dünən, 15:33
"Özünə arxayın olmaq adamı qudurdur"
Dünən, 15:20
Zelenskinin Azərbaycana səfəri Z-blogerləri qəzəbləndirdi – “ikili standartlar” yenidən gündəmdə
Dünən, 15:05
Ukraynanın “marslı”sı rusları dəhşətə gətirdi – 35 min əsgər necə öldürülüb?
Dünən, 13:19
“Georgian Airways” müflis ola bilər
Dünən, 13:11
Bakıda yeni oğru PEYDA OLUB: "parik"dən istifadə edir - VİDEO
Dünən, 13:09
Zelenskinin Bakı səfəri: Gözləntilər nədir? - AKTUAL
Dünən, 12:49
İranda “işləməyən” Venesuela modeli: fanatiklərin müqaviməti hələ güclüdür - İNCƏLƏMƏ
Dünən, 12:43
Oğluma məcburən saxta toy etdirdim, pul yığdım...” – Meyxanaçı Samirədən ŞOK AÇIQLAMALAR
Dünən, 12:22
Deputata məxsus olduğu deyilən şirkətə 498 min manatlıq sifariş - TƏFƏRRÜAT
Dünən, 12:19
Qaynarinfo.az 19 yaşında! - UĞUR YOLU...
Dünən, 12:09
Zaqatalada qəzalı vəziyyətdə olan BİNA: Yağış suları evlərə dolur - FOTO
Dünən, 12:05
AZƏRBAYCANDA MOBİL İNTERNET NİYƏ BAHALAŞIB? - "İstehlakçılara qarşı bu cür davranış yolverilməzdir..."
Dünən, 11:59
Bakıda yeni proses başlayır: yüzlərlə ailə köçürüləcək - Detallar
Dünən, 11:46
Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycanda işgüzar səfərdədir - FOTO
Dünən, 11:41
Yekaterinburqa dron hücumu − Xəsarət alan var
Dünən, 11:40
Yeni tikililən binalarda mənzil qiymətlərinin sürətli dəyişməsinin səbəbləri - ARAŞDIRMA
Dünən, 11:37
İranın gizli təşkilatının rəisi İsrailə casusluğa görə edam edilib -“tabnak”
Dünən, 11:36
"İki aydan sonra onlar baş nazir olacaqlar” – Paşinyandan səs-küylü AÇIQLAMA
Dünən, 11:26
Qondarma erməni soyqırımı muzeyində qalmaqal - "Hraparak"
Dünən, 11:21
Trampın İran strategiyası niyə iflasa uğraya bilər?.. - YƏHUDİ EKSPERT
Dünən, 11:17
Azərbaycan neftinin qiyməti 114 dollara yüksəlib
Dünən, 11:15
Turizm Agentlini eyni şirkətə bir gündə iki tender verib - DETALLAR
Dünən, 11:06
ABŞ-nin yeni prezidenti Rubio ola bilər - Politico nəşri
Dünən, 11:03
Gəncədə terror qurbanlarının evləri... NECƏ QANUNDAN KƏNAR OLDU... - BU NƏDİ BELƏ?..
Dünən, 10:56
Ermənistanda Türkiyəyə “müharibə” elan edən kimlərdir? – gizli planın şok detalları
Dünən, 10:44
Abbas Əraqçi Pakistan ordusunun komandanı ilə görüşdü
Dünən, 10:42
Sosial media qazancının görünməyən ÜZÜ…
Dünən, 10:40
İrana nüvə bombası atılacaq - Dövlət Departamentinin keçmiş rəsmisindən şok iddia
Dünən, 10:26
Azərbaycanda ət tapılmayacaq? - qiymətlət niyə bahalaşır
Dünən, 10:25
“AzəriQaz” işçilərinin tək dərdi MAAŞ DEYİL Kİ... - NARAZILIQ VAR...
Dünən, 10:20
“Azercell”in 13-cü ay OYUNBAZLIĞI... - GİLEY
Dünən, 10:04
Banka borcu olanlara BƏD xəbər - Bundan sonra...
Dünən, 09:28
"Dəyişən bir şey olmayacaq, amma..." - REAKSİYA
Dünən, 08:33
TƏBİB pasiyentə xəstə kimi yox... BANKOMAT KİMİ baxır... - BUNA GÖRƏ DƏ...
Dünən, 08:28
Qadınlar niyə imkanlı kişinin məşuqəsi, sevgilisi olmaq istəyir... - Nura Suri deyir ki...
Dünən, 08:16
Aİ-də Kiyevə yardım qərarı parçalanmaya səbəb olub - “Politico”
Dünən, 08:10
Eldar Mahmudovun sabiq kadrı ətrafında çənbər daralır... - Mürsəl İbrahimov NƏ EDƏCƏK...
Dünən, 07:51
Xəzər sammiti Putinlə Xamenei görüşü üçün ləğv edilməyib - İran səfiri
Dünən, 07:38
Məktəb direktoru pedaqoji şuranın iclasında səsləndirdiyi ifadələrə görə məhkəməyə verildi - TƏFƏRRÜAT
Dünən, 07:36
ABŞ-nin İrana qarşı hərbi əməliyyat xərcləri 61 milyard dolları keçib - "Iran War Cost Tracker" portalı
Dünən, 07:31
Əmrullayevin BATIRDIĞI TƏHSİL: Daha bir məktəbdə insident... - BELƏ HARA GEDİRİK?
Dünən, 07:30
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru