SOCAR-da MÜHÜM POSTA yeni təyinat olub .....                     SEPAH generalı İranın qonşularını .....                     Nazirlik 71 min manata “Toyota” alır .....                     Ukraynanın "IT ordusu" və ya "vəhşi qazlar" .....                     "TikTok"da 181 nəfəri aldadan “şirkət rəhbəri”ndən xəbər var .....                     Turizm Agentliyi İstanbul Hava Limanında reklam yerləşdirmək üçün .....                     Perinatal Mərkəzdə yanğınla bağlı məhkəmə: .....                     Gömrük Komitəsinin yeni binasının tikintisində YEYİNTİ .....                     Bakıya səfərə hazırlaşan Baş nazir NİYƏ aşağılandı? .....                     Pərvin Quliyevaya yüksək vəzifə verildi .....                     "Əli Əsədov dərhal həbs edilməlidir" .....                     Revanşistlər Bakıya YENƏ dil uzatdı .....                     Ceyhun Cəlilov Ahıllar Evinin işçilərini qapısında NÖKƏR KİMİ İŞLƏDİR .....                     Prokurorluq Gəncə Şəhər İcra Hakimiyyətində araşdırmalara BAŞLADI .....                     Pakistandan dünyaya “Taimoor” MESAJI .....                     Əli Əsədovun adamları TOY-BAYRAM İÇİNDƏ... .....                     Rusiya bu azərbaycanlını İnterpola verdi .....                     Eyni pensiya kapitalı olan şəxslərə hansı məbləğdə pensiya verilir? .....                     Türkiyədə CHP-li bələdiyyə sədri saxlanıldı .....                     İranda yüksək vəzifəli məmur İsraillə əlaqəyə görə edam edilib .....                     "Kürd Amo"nu xüsusi amansızlıqla öldürən şəxs yenidən məhkəmə qarşısında .....                     Dadsız, rəngsiz POMİDORLAR .....                     “Atamın şəxsi əşyalarını muzeyə verdim, Rasim Balayev bu mövzuda mənə kömək etdi” .....                     Gömrük Komitəsində işlə təmin etdirmək adı ilə 26 minlik dələduzluq etdi .....                     Vüsal Aslanov bu imtahandan “2” aldı .....                     Azərbaycan nefti cüzi bahalaşıb .....                     “Rabitəbank”da yığıncaq keçiriləcək .....                     Ölüdən orqan götürmək haramdır? .....                     Azərbaycanda ən çox hansı nazirliklər “bəyənilir”? .....                     Repetitorluğun ləğvi gerçəkləşir .....                     "Dinləmirlər, eşitmirlər..." .....                     Ukraynadan sonra Rusiya NATO-ya hücum edəcək .....                     Millət vəkilinə inanaqmı? .....                     2 qəpiklik borca görə, müştərini çətinə saldılar... .....                     İş yerləri ilə bağlı gözlənilməz proses başladı: nə baş verir? .....                     Bu ölkə Rusiyaya 3 min əsgər, 10 qırıcı göndərir? .....                     AzəriQaz-da ƏDALƏTSİZ növbəli iş rejimi... .....                     Bir damla yağış suyu bəs edir ki, kanalizasiya aşıb-daşsın... .....                     Daha bir vətəndaşın əlilliyi qanunsuz olaraq LƏĞV OLUNDU .....                     İran ABŞ ilə danışıqlarda iştirak məsələsini hələ nəzərdən keçirir .....                 

"Səhliyalı"nın ət məhsullarında kimyəvi qatqılardan istifadə edilir? - İTTİHAM
Tarix: 31-03-2015, 15:04 | Çap et
"Səhliyalı"nın ət məhsullarında kimyəvi qatqılardan istifadə edilir?
Qəzetimizin əvvəlki saylarında ət və süd məhsullarının istehsalı ilə məşğul olan "Səhliyalı" kiçik müəssisəsində mövcud olan qanun pozuntuları, eləcə də istehsal olunan məhsulların keyfiyyət göstəricilərinin aşağı səviyyədə olması barədə xəbər vermişdik.

Həmin yazılarda şirkətdə cərəyan edən digər qanunsuzluqlar, məsələn vergidən yayınma halları və işçilərin əmək hüquqlarının pozulmasından da bəhs etmişdik. Qeyd edək ki, 1996-cı ildə Azərbaycan bazarında iri ət təchizatçısı kimi fəaliyyətə başlayan "Səhliyalı" kiçik müəssisəsi dəfələrlə aidiyyəti qurumların tənqidinə tuş gəlib. Belə ki, İqtisadiyyat və Sənaye Nazirliyinin rəsmiləri bir müddət əvvəl müəssisədə yoxlama aparmış və məhsulun etiketinə əsasən, tərkibində kərə yağının miqdarı 52,5 faiz təşkil etdiyi halda, laborator müayinə zamanı bu məhsulun tərkibində ümumiyyətlə kərə yağı aşkar etməmişdilər. Bundan başqa, qüvvədə olan normativ sənədlərə əsasən, bu yağ "qarışıq kərə yağı" kimi etiketlənməli olduğu halda, müəssisə tərəfindən məhsulun üzərində iri formatda "HALAL KƏRƏ YAĞI", kiçik həflərlə isə, "qarışıq" sözü yazılmaqla, istehlakçıların çaşdırılmasına yol verildiyi müəyyən edilib. Qeyd olunanlarla əlaqədar nazirlik "Səhliyalı" kiçik müəssisəsində yoxlamaya başlayıb. İlkin araşdırmalar zamanı müəssisədə istehsal edilən "BS" əmtəə nişanlı əla növ bişmiş "Südlü", "Doktorskaya" və "Lyubitelskaya" kolbasalarının və əla növ "Manqalüstü" sosiskanın, yağlılığı 1,4 faiz olan ayranların, 15 faiz və 25 faiz yağlılıqlı xamaların, "Səhliyalı" brınza pendirlərinin etiketlərində saxlama müddətinin normativ sənədlərlə müəyyən edilmiş müddətdən artıq göstərildiyi, "Min bərəkət, halal nemət" əmtəə nişanlı əla növ "Ovçu", "BS" əmtəə nişanlı əla növ "Doktorskaya" kolbasalarının müvafiq resepturalar olmadan istehsal edildiyi müəyyən olunub. Bundan başqa, müəssisədə satış üçün nəzərdə tutulmuş, lakin normativ sənədlərə əsasən vaxtı ötmüş 362,7 kiloqram ət məhsulları, habelə məhsul istehsalında istifadə olunan vaxtı ötmüş 19 kiloqram inqridiyentlər aşkar edilib. Müəssisədə istehsal olunan ət və süd məhsullarından, habelə bu məhsulların istehsalı üçün istifadə olunan xammallardan nümunə götürülərək laborator müayinəyə göndərilib. Həyata keçirilən bütün tədbirlərə baxmayaraq, "Səhliyalı" kiçik müəssisəsi tərəfindən istehsal edilən ət və süd məhsullarının tərkibinin təmiz olması ilə bağlı mübahisələr davam etməkdədir. Nəzərinizə çatdıraq ki, ayrı-ayrı müəssisələr "halal" adı altında kolbasalar istehsal edirlər ki, onların əslində bu adla hər hansı əlaqəsinin olduğunu söyləmək çətindir. Xatırladaq ki, iqtidar qəzetlərindən biri "Halal nemət, min bərəkət" ticarət nişanı ilə kolbasalar istehsal edən "Səhliyalı" müəssisəsinin saxta məhsullar buraxdığını yazıb. "Məhsulların üzərində "Qafqaz Müsəlmanları İdarəsi təminat verir" ifadəsi QMİ-nin açıqlaması ilə ziddiyyət təşkil edir. Çünki QMİ-nin hallallıq zəmanəti verdiyi şirkət məhsullarının sırasında "Səhliyalı"nın adı yoxdur. Kolbasa üçün məhsullar hansısa ərəb ölkələrindən gətirilən dondurulmuş naməlum heyvan ətindən hazırlanır. Çəkilmiş farşa müxtəlif ədviyyatlar qatılır ki, donmuş ətin üfunəti hiss olunmasın", deyə qəzetin məlumatında qeyd olunub. Həmçinin şirkəti reklam edən "ATV" kanalı da tənqid atəşinə tutulub: "ATV kanalında həmin sexdəki istehsal prosesindən hazırlanan reklam çarxında buradakı ideal təmizliyi, əsas xammal kimi müəssisənin hansısa rayondakı yardımçı təsərrüfatda bəslənən və təzə kəsilmiş dana ətindən istifadə olunmasını az qala tamaşaçının beyninə yeridirlər. Bu sexdə gördüklərim isə, "halal" kolbasaların necə halallıqla hazırlanması haqda təsəvvürlərimi alt-üst etdi". Apardığımız qısa araşdırmalar nəticəsində isə aydın oldu ki, İqtisadiyyat və Sənaye Nazirliyinin, o cümlədən Standartlaşdırma Metrologiya və Patent üzrə Dövlət Komitəsinin həyata keçirdiyi müxtəlif tədbirlərə rəğmən, müəssisə rəhbərliyi qanunsuz işlərdən əl çəkmir. Əksinə, "Səhliyalı" firmasının istehsalı olan ət və süd məhsulları bazarda gündən-günə yerini daha da möhkəmləndiməkdədir. Bu da müəssisənin reklam etdiyi məhsulların keyfiyyətinə inanan minlərlə insanın sağlamlığını təhlükə qarşısında qoyur. Əldə etdiyimiz məlumatlara görə, "Səhliyalı" bir ailə müəssisəsidir: "Səhliyalı bu şirkəti quran Bəşirov qardaşlarının atasıdır. Səhv etmirəmsə, onlar əslən Ağdam rayonundandır. Sovet vaxtı Səhliyalı Bəşirovun Ağdamda fermer təsərrüfatı olub. 90-cı illərdə isə, onun oğlanları bu işə başlayıb. Firmanın emblemindəki BS loqotipi Bəşirov Səhliyalı ad-soyadının ilk baş hərflərindən götürülüb. Əslində bu, bir ailə müəssisəsidir. Bəşirovlar ailədə dörd qardaşdır. Şirkəti idarə edən isə, İlham və Fəxrəddin Bəşirovlardır. Bu ailənin biznesinin özəyini məhz "Səhliyalı" firması təşkil edir. Amma qardaşların şəhərin ayrı-ayrı yerlərində biznes obyektləri, həmçinin İsmayıllı rayonunda böyük mülkləri var. "Halal" adı altında məhsul istehsal edən müəssisədə halallıqdan, dini qayda-qanunlardan əsər-əlamət yoxdur. Camaata keyfiyyətsiz məhsulları sırıyan iş adamları hansı halallıqdan danışa bilər? Kolbasa və sosiskaların hazırlanmasında kimyəvi politenlərdən istifadə olunur. Halbuki, təbii bağırsaqdan istifadə edilməlidir". Onu da qeyd edək ki, Standartlaşdırma Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov bir müddət əvvəl mətbuata açıqlamasında Azərbaycana sosiska və kolbasa istehsalı üçün idxal edilən ət məhsullarının Braziliya və Hindistandan gətirildiyini demişdi. Bizə çatan məlumatlarda isə "Səhliyalı" kiçik müəssisəsində kolbasa və sosiska istehsalında istifadə edilən ətin mənşəyinin dəqiq bilinmədiyi vurğulanır. Həmçinin məlumatınız olsun ki, "Min bərəkət, halal nemət" nişanlı məhsulların tərkibində E 621- qlütamat və E 250- natrium nitrit maddələri var. Bu nişanla istehsal olunan bəzi məhsulların tərkibi tam göstərilmir. Bu isə "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" qanunun 3-cü maddəsinə ziddir. Qanunda göstərilir: "...malların (işlərin, xidmətlərin) miqdarı, çeşidi və keyfiyyəti haqqında dolğun və düzgün məlumat əldə etmək istehlakçıların hüququdur...". "Səhliyalı" şirkətinin məhsul istehsal etmək üçün aldığı ətin haradan gətirilməsi haqda dəqiq məlumat yoxdur. Bu haqda şirkətin rəsmi sahliyali.com saytında da məlumat yerləşdirilməyib. Qeyd edək ki, qida əlavələri, dad gücləndiriciləri, mikroorqanizmlərə qoyulan tələblərdə həmin vasitələrin halal mənbələrdən olmalı və istehsal və emal mühiti halal vasitələrlə təmin edilməlidir (AZS 731 standartı). Mütəxəssislərin dediyinə görə, Azərbaycanda natrium nitrit olmadan heç bir kolbasa və sosiska məmulatı istehsal olunmur. Bu isə o deməkdir ki, "Səhliyalı" kiçik müəssisəsinin istehsalı olan ət məhsullarında müxtəlif kimyəvi qatqılardan istifadə edilir. Bunu biz demirik, mütəxəssislər deyir. Odur ki, aidiyyəti dövlət qurumları "Səhliyalı" firması ilə bağlı irəli sürülən ittihamları ciddiyə almalı və şirkətdə dərin tərkibli yoxlamalara start verməlidir. Ümid edirik ki, İqtisadiyyat və Sənaye Nazirliyi, Standartlaşdırma Metrologiya və Patent üzrə Dövlət Komitəsi və Vergilər Nazirliyinin rəsmiləri tezliklə sözügedən müəssisədə araşdırmalara başlayıb mövcud qanun pozuntularını aşkara çıxaracaqlar. \\ gundelik-baku.com \\

Yazı ilə bağlı şirkət rəhbərliyinin də mövqeyini dərc etməyə hazırıq.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
SOCAR-da MÜHÜM POSTA yeni təyinat olub - ƏMR
Bu gün, 11:44
SEPAH generalı İranın qonşularını HƏDƏLƏDİ
Bu gün, 11:42
Nazirlik 71 min manata “Toyota” alır
Bu gün, 11:38
Ukraynanın "IT ordusu" və ya "vəhşi qazlar" - Kibermüharibə nəzarətdən çıxır
Bu gün, 11:36
"TikTok"da 181 nəfəri aldadan “şirkət rəhbəri”ndən xəbər var
Bu gün, 11:34
Turizm Agentliyi İstanbul Hava Limanında reklam yerləşdirmək üçün 1,4 milyon manat xərcləyəcək
Bu gün, 11:33
Perinatal Mərkəzdə yanğınla bağlı məhkəmə: - Növbətçi həkim palatanı tərk edərək yatmağa gedib
Bu gün, 11:28
Gömrük Komitəsinin yeni binasının tikintisində YEYİNTİ - TƏFƏRRÜAT
Bu gün, 11:26
Bakıya səfərə hazırlaşan Baş nazir NİYƏ aşağılandı? – Solovyovu SUSDURMAQ zamanı
Bu gün, 11:23
Pərvin Quliyevaya yüksək vəzifə verildi - ƏMR
Bu gün, 11:22
"Əli Əsədov dərhal həbs edilməlidir" - Sərdar Cəlaloğlu
Bu gün, 11:21
Revanşistlər Bakıya YENƏ dil uzatdı - Paşinyan devrilsə...
Bu gün, 11:19
Ceyhun Cəlilov Ahıllar Evinin işçilərini qapısında NÖKƏR KİMİ İŞLƏDİR - İTTİHAM VAR...
Bu gün, 11:14
Prokurorluq Gəncə Şəhər İcra Hakimiyyətində araşdırmalara BAŞLADI - TƏFƏRRÜAT
Bu gün, 11:10
Pakistandan dünyaya “Taimoor” MESAJI - Yeni raket sınaqdan keçirildi
Bu gün, 11:01
Əli Əsədovun adamları TOY-BAYRAM İÇİNDƏ... - İLGİNC İDDİA
Bu gün, 10:57
Rusiya bu azərbaycanlını İnterpola verdi - Terror İTTİHAMI
Bu gün, 10:30
Eyni pensiya kapitalı olan şəxslərə hansı məbləğdə pensiya verilir? - AKTUAL
Bu gün, 10:25
Türkiyədə CHP-li bələdiyyə sədri saxlanıldı
Bu gün, 10:15
İranda yüksək vəzifəli məmur İsraillə əlaqəyə görə edam edilib - "Al-Jazeera"
Bu gün, 10:12
"Kürd Amo"nu xüsusi amansızlıqla öldürən şəxs yenidən məhkəmə qarşısında - TƏFƏRRÜAT
Bu gün, 10:11
Dadsız, rəngsiz POMİDORLAR - Süfrəmizə keyfiyyətsiz məhsulu kim gətirir?
Bu gün, 10:10
“Atamın şəxsi əşyalarını muzeyə verdim, Rasim Balayev bu mövzuda mənə kömək etdi”
Bu gün, 10:08
Gömrük Komitəsində işlə təmin etdirmək adı ilə 26 minlik dələduzluq etdi - MƏHKƏMƏ
Bu gün, 10:05
Vüsal Aslanov bu imtahandan “2” aldı – REPLİKA
Bu gün, 10:02
Azərbaycan nefti cüzi bahalaşıb
Bu gün, 09:47
“Rabitəbank”da yığıncaq keçiriləcək
Bu gün, 09:45
Ölüdən orqan götürmək haramdır? - İlahiyyatçı mübahisələrə son qoydu
Bu gün, 09:43
Azərbaycanda ən çox hansı nazirliklər “bəyənilir”? - SİYAHI
Bu gün, 09:38
Repetitorluğun ləğvi gerçəkləşir - yeni model
Bu gün, 09:29
"Dinləmirlər, eşitmirlər..." - ETİRAZ
Bu gün, 08:22
Ukraynadan sonra Rusiya NATO-ya hücum edəcək - Kəşfiyyat
Bu gün, 08:09
Millət vəkilinə inanaqmı? - SÖZARDI...
Bu gün, 07:24
2 qəpiklik borca görə, müştərini çətinə saldılar... - YƏNİ BU QƏDƏR...
Bu gün, 07:11
İş yerləri ilə bağlı gözlənilməz proses başladı: nə baş verir? - AKTUAL
Bu gün, 07:04
Bu ölkə Rusiyaya 3 min əsgər, 10 qırıcı göndərir? - ŞƏRH
Bu gün, 07:02
AzəriQaz-da ƏDALƏTSİZ növbəli iş rejimi... - NARAZILIQ VAR...
Bu gün, 07:01
Bir damla yağış suyu bəs edir ki, kanalizasiya aşıb-daşsın... - GİLEY
Bu gün, 06:49
Daha bir vətəndaşın əlilliyi qanunsuz olaraq LƏĞV OLUNDU - "20 ildir ki..."
Bu gün, 06:41
İran ABŞ ilə danışıqlarda iştirak məsələsini hələ nəzərdən keçirir - KİV
Bu gün, 06:23
Azərbaycanda internet bahalaşdı – Yeni qiymət
Bu gün, 06:21
Qalmaqallı direktor necə bəraət alır? - İDDİA
Bu gün, 06:17
"Rabitəbank"da "saatlı bomba": Təhlükəli kreditlərdə 540%-lik şok - TƏFƏRRÜAT
Bu gün, 06:06
"Atam deyirdi ki, səndən adam olmayacaq"
Bu gün, 06:02
“Bu verilişlərin bağlanmasını alqışlayıram”
Bu gün, 06:01
"Bu qurumun başqa ciddi fəaliyyətini müşahidə etmirik" - ETİRAZ
Bu gün, 05:58
Azərbaycanda repetitorluq ləğv edilir? - AKTUAL
Bu gün, 05:47
Xaricdən gələn ətə möhtac qalmağımızın günahkarı kimdir? – Aqrar sektordakı "məmursayağı" əngəllər
Bu gün, 05:46
İşçisindən başçıya GİLEY OLUNDU - MÜRACİƏT
Bu gün, 05:44
"Express Bank" da bağlanır? - GÖZLƏNTİ
Bu gün, 05:29
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru