Palata Mədəniyyət Nazirliyinin keçirdiyi satınalmalarda nöqsanlar aşkarlayıb .....                     Mirhəsən Həsənov yenidən "Azərbaycan Çernobıl Əlilləri İttifaqı" İB-yə sədri seçilib .....                     Qadının üzərinə benzin töküb yandıran sevgilisi: .....                     Erməni təşkilatları Azərbaycanı məhkəməyə veriblər .....                     Yerasx-Naxçıvan dəmir yolunun yenidən qurulması 1,5 ilə qədər vaxt aparacaq .....                     Zelenski Putinlə Moskva və Minskdən başqa istənilən paytaxtda görüşə gedəcək .....                     “Azəriqaz”da MÜHÜM POSTA TƏYİNAT .....                     YAP-ın MSK üzvlüyünə namizədləri müəyyənləşib .....                     “Nəbz” klinikasında Vüqar Səfərov necə həkim kimi çalışır? .....                     TRIPP layihəsi üzrə işlər 2026-cı ildə başlayacaq .....                     Pafoslu olmağı da bacarmayan gənc aktyorumuz .....                     Heydərov onu Xankəndiyə rəis təyin etdi .....                     SOCAR-da “Neftci” MTK KORRUPSİYASI... .....                     SOCAR-da MÜHÜM POSTA yeni təyinat olub .....                     SEPAH generalı İranın qonşularını .....                     Nazirlik 71 min manata “Toyota” alır .....                     Ukraynanın "IT ordusu" və ya "vəhşi qazlar" .....                     "TikTok"da 181 nəfəri aldadan “şirkət rəhbəri”ndən xəbər var .....                     Turizm Agentliyi İstanbul Hava Limanında reklam yerləşdirmək üçün .....                     Perinatal Mərkəzdə yanğınla bağlı məhkəmə: .....                     Gömrük Komitəsinin yeni binasının tikintisində YEYİNTİ .....                     Bakıya səfərə hazırlaşan Baş nazir NİYƏ aşağılandı? .....                     Pərvin Quliyevaya yüksək vəzifə verildi .....                     "Əli Əsədov dərhal həbs edilməlidir" .....                     Revanşistlər Bakıya YENƏ dil uzatdı .....                     Ceyhun Cəlilov Ahıllar Evinin işçilərini qapısında NÖKƏR KİMİ İŞLƏDİR .....                     Prokurorluq Gəncə Şəhər İcra Hakimiyyətində araşdırmalara BAŞLADI .....                     Pakistandan dünyaya “Taimoor” MESAJI .....                     Əli Əsədovun adamları TOY-BAYRAM İÇİNDƏ... .....                     Rusiya bu azərbaycanlını İnterpola verdi .....                     Eyni pensiya kapitalı olan şəxslərə hansı məbləğdə pensiya verilir? .....                     Türkiyədə CHP-li bələdiyyə sədri saxlanıldı .....                     İranda yüksək vəzifəli məmur İsraillə əlaqəyə görə edam edilib .....                     "Kürd Amo"nu xüsusi amansızlıqla öldürən şəxs yenidən məhkəmə qarşısında .....                     Dadsız, rəngsiz POMİDORLAR .....                     “Atamın şəxsi əşyalarını muzeyə verdim, Rasim Balayev bu mövzuda mənə kömək etdi” .....                     Gömrük Komitəsində işlə təmin etdirmək adı ilə 26 minlik dələduzluq etdi .....                     Vüsal Aslanov bu imtahandan “2” aldı .....                     Azərbaycan nefti cüzi bahalaşıb .....                     “Rabitəbank”da yığıncaq keçiriləcək .....                 

Səlim Müslümovun nəzarət zonasında məmur çəkişməsi - Nəyi bölə bilmirlər...
Tarix: 2-04-2015, 14:25 | Çap et
Səlim Müslümovun nəzarət zonasında məmur çəkişməsi
"Bizim şəhər və rayonlarda elə tibbi-sosial ekspert komissiyaları var ki, onlar hər kəsə əlillik dərəcəsi verir. Bu sadəcə dəhşətli bir hadisədir. Bütün bunlar vətəndaşlarda yalnız nifrət hissi oyadır. Lakin cəmiyyət bilir ki, həmin komissiyalar nələrin hesabına min oyundan çıxırlar". Bunu keçirdiyi iclasların birində əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib. Bəli, həqiqətən də bu gün bəzi tibbi-sosial ekspert komissiyalarının fəaliyyətində kifayət qədər nöqsanlı məqamlar mövcuddur. Yəni onlar nəyinsə müqabilində bu və digər şəxsə saxta əlillik dərəcəsi verir, bu yolla maraqlarını təmin etməyə çalışırlar.

Mövzu ilə bağlı əldə etdiyimiz bilgilərə görə, ölkədə fəaliyyət göstərən tibbi-sosial ekspert komissiyalarının işinə nəzarət etməli olan qurumun - Respublika Tibbi və Sosial Ekspertiza Mərkəzinin direktoru Məmməd Xasıyev bütün bunlardan xəbərdar olsa da, nədənsə olub-bitənlərə seyirci mövqeyi sərgiləyir. Bu məsələdə Məmməd Xasıyevin də müəyyən marağının ola biləcəyinə işarə edən məlumatlı şəxsin sözlərinə görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tabeliyində olan Respublika Tibbi və Sosial Ekspertiza Mərkəzi vəzifələrini, eləcə də funskiyalarını normal şəkildə icra etmir: "Nəzərinizə çatdırım ki, bu mərkəzin əsas vəzifələri tibbi, sosial-əmək ekspertizası sahəsində ali ekspertiza işlərini həyata keçirmək, əlilliyi doğuran faktorların öyrənilməsi və əlilliyin profilaktikası, əlillərin reabilitasiyası üçün müvafiq tədbirlər işləyib hazırlamaq, ilkin tibbi-sosial ekspert komissiyalarının fəaliyyətinə nəzarət etməkdir. Mərkəzin funksiyalarına gəlincə, bura mürəkkəb ekspertiza hallarında ilkin tibbi-sosial ekspert komissiyalarına şifahi və yazılı məsləhət vermək, lazım gəldikdə əyani müayinə əsasında qərar qəbul etmək, ilkin tibbi-sosial ekspert komissiyalarının qərarından narazı olan vətəndaşları şikayət qaydasında müayinə edib qərar vermək, ilkin əlilliyi nəzarət qaydasında təsdiq etmək, ilkin komissiyaların əsassız hesab edilən qərarlarını dəyişdirmək və digər mühüm məsələlər daxildir. Ancaq nədənsə Respublika Tibbi və Sosial Ekspertiza Mərkəzi qeyd olunan məsələlərə laqeyd münasibət bəsləyir. Yəqin elə bu səbəbdəndir ki, artıq bir müddətdir bu mərkəzin işinə son verilməsi məsələsi əsas müzakirə mövzularından birinə çevrilib".

Səlim Müslümov əmək və əhalinin sosial müdafiəsi naziri postuna gəldikdən bir qədər sonra Respublika Tibbi və Sosial Ekspertiza Mərkəzinin fəaliyyətinə toxunduğunu qeyd edən məlumatlı şəxs bildirir ki, nazir adıçəkilən qurumun işinə son verilməsinin məqsədə uyğunluğunu bəyan edib: "Cənab general Səlim Müslümov nazir kimi işə başladıqdan bir müddət sonra mətbuata verdiyi açıqlamasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində fəaliyyət göstərən Respublika Tibbi-Sosial Ekspertiza Mərkəzinin ləğv olunacağını bildirib. Belə ki, o, tibbi-sosial ekspert komissiyalarının rəhbərlərinin iştirak etdiyi görüşdə "Bizə belə bir qurum lazım deyil. Müvafiq dəyişiklikləri hazırlayın. Bununla bağlı biz Nazirlər Kabinetinə müraciət edəcəyik", deyə bununla bağlı tapşırıq verib". Nəzərinizə çatdıraq ki, əmək və əhalinin sosial müdafiəsi naziri həmin görüşdə bu sahədə mövcud olan nöqsanlardan da danışıb. "Əgər Respublika Tibbi-Sosial Ekspertiza Mərkəzində arayışları kimsə satırdısa, o zaman siz (tibbi-sosial ekspert komissiyaları nəzərdə tutulur) nə işlə məşğul idiniz?" deyən Səlim Müslülmovun sözlərinə görə, bəzi rayon tibbi-sosial ekspert komissiyaları əhalinin 50 faizinə əlillik haqqında arayış verib.

Bu arada, bir neçə gün öncə ölkə başçısının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Respublika Tibbi-Sosial Ekspertiza Mərkəzinin bazasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin yaradılması ilə bağlı sərancam imzaladığını deyən mənbənin sözlərinə görə, məhz bu amil onu deməyə əsas verir ki, Respublika Tibbi və Sosial Ekspertiza Mərkəzinin direktoru Məmməd Xasıyev, eləcə də nazirliyin əlillərin sosial müdafiə siyasəti şöbəsinin müdiri Saday Abdullayev vəzifə borcunu layiqincə icra edə bilmir: "Xatırlayırsınızsa, 2013-cü ilin noyabr ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əlillərin sosial müdafiəsi siyasəti şöbəsinin müdir müavini, tibbi sosial ekspertiza və əlillərin reabilitasiyası məsələləri sektorunun müdiri Saday Abdullayev işində yol verdiyi nöqsanlara görə tutduğu postdan kənarlaşdırılmışdı. Lakin, qısa müddət sonra o, yenidən vəzifəsinə bərpa olundu. Ötən ilin iyun ayında isə, Saday Abdullayev nazirliyin aparatının əlillərin sosial müdafiəsi siyasəti şöbəsinin müdiri vəzifəsinə təyin olundu. Görünür, 1975-ci ildən müxtəlif səhiyyə müəssisələrində həkim kimi fəaliyyət göstərən Saday Abdullayevin güclü himayədarı olduğundan o, üzərinə düşən vəzifəni layiqincə icra edə bilmədiyi halda heç kim ona irad tutmağa cəsarət etmir. Halbuki bu gün ölkəmizdə ən ciddi problemlərdən biri də sağlamlığını itirmiş əlil vətəndaşlarımızın üzləşdiyi çətinliklərdir. Problemin ən önəmli tərəfi isə əlillik dərəcəsi almaq istəyən insanlarla bağlıdır. Belə ki, son illər Azərbaycanda əlillik dərəcələrinin təyin olunması sahəsində müvafiq islahatlar aparılsa da, mövcud sahədə xeyli neqativ hallar müşahidə edilməkdədir. Xəstələrin düzgün müayinə olunmaması sonradan ciddi çatışmazlıqlar yaranmasına səbəb olur. Bunun məsuliyyəti isə Respublika Tibbi və Sosial Ekspertiza Mərkəzinin direktorunun və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əlillərin sosial müdafiə siyasəti şöbəsinin müdirinin üzərinə düşür".

İş o yerə çatıb ki, artıq bir sıra millət vəkilləri də tibbi-sosial ekspert komissiyalarında baş verən qanun pozuntularını, neqativ halları açıq şəkildə bəyan etməkdən çəkirmirlər. Məsələn, Milli Məclisin sosial-siyasət komitəsinin sədri Hadı Rəcəbli bir müddət əvvəl mətbuata verdiyi açıqlamasında sözügedən məsələ ilə bağlı bunları deyib: "Bu gün Azərbaycanda həqiqətən əlil olan şəxslər əlillik vəsiqəsi ala bilmir. Əlillik statusunun sənədləşməsində bürokratik əngəllər var. Ona görə də belə halların qarşısının alınması üçün əlilliyin yenidən tərtibatlaşması məsələsi ortaya çıxır. Yəni birinci, ikinci və üçüncü qrup yox, fiziki imkanlar kateqoriyası ortaya düşməlidir. Bu məsələyə yenidən baxılmalıdır, inqilabi addımlar atılmalıdır. Belə olarkən obyektiv səbəbdən əlillərin sayı arta bilər. Həqiqətən əlil olan insanlar əlillik dərəcəsi alacaq. Bu səbəbdən əlillərin sayı arta bilər". Söz yox ki, deputatın vurğuladığı məsələ həqiqətən də aktual problemlərdən biridir. Çünki hazırda əlillik dərəcəsini müəyyən edən tibbi-sosial ekspert komissiyalarının əksəriyyətində qanunvericiliyin tələbləri kobud surətdə pozulur və saxta sənədlərlə əlillik statusu almaq istəyənlərə kimlərsə tərəfindən "yaşıl işıq" yandırılır. Bu və digər önəmli məqamlarla bağlı əldə etdiyi bilgiləri redaksiyamızla paylaşan məlumatlı şəxs iddia edir ki, sağlam insanların müxtəlif yollarla saxta əlillik vəsiqəsi alması prosesi bölgələrdə daha kütləvi yayılıb: "Heç şübhəsiz ki, Respublika Tibbi və Sosial Ekspertiza Mərkəzinin direktoru Məmməd Xasıyevin və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əlillərin sosial müdafiə siyasəti şöbəsinin müdiri Saday Abdullayevin olub-bitənlərdən xəbəri var. Lakin son zamanlar onların başı tamam başqa məsələlərə qarışıb. Belə ki, adıçəkilən şəxslər yeni yaradılacaq qurumun - Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin rəhbəri olmaq uğrunda gərgin mübarizəyə start veriblər. Hər iki şəxs bu qurumun başına keçməkdən ötrü əlaqələrini işə salıb və bəzi nüfuz sahiblərinə minnətçi düşüblər. Bu mübarizənin sonda kimin qələbəsilə nəticələnəcəyini demək bir qədər çətin olsa da, görünən odur ki, hər iki tərəf ciddi cəhdlə yeni vəzifəyə təyinat almağa çalışır. Lakin unutmaq lazım deyil ki, son qərarı cənab general, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov verəcək".










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Palata Mədəniyyət Nazirliyinin keçirdiyi satınalmalarda nöqsanlar aşkarlayıb
Bu gün, 12:38
Mirhəsən Həsənov yenidən "Azərbaycan Çernobıl Əlilləri İttifaqı" İB-yə sədri seçilib
Bu gün, 12:35
Qadının üzərinə benzin töküb yandıran sevgilisi: - “Ona başqası ilə ailə həyatı qurmaq istədiyimi bildirdim, lakin...”
Bu gün, 12:34
Erməni təşkilatları Azərbaycanı məhkəməyə veriblər - “Hraparak”
Bu gün, 12:31
Yerasx-Naxçıvan dəmir yolunun yenidən qurulması 1,5 ilə qədər vaxt aparacaq -Paşinyan
Bu gün, 12:26
Zelenski Putinlə Moskva və Minskdən başqa istənilən paytaxtda görüşə gedəcək - Rəsmi Kiyev
Bu gün, 12:25
“Azəriqaz”da MÜHÜM POSTA TƏYİNAT - ƏMR
Bu gün, 12:18
YAP-ın MSK üzvlüyünə namizədləri müəyyənləşib - SİYAHI
Bu gün, 12:13
“Nəbz” klinikasında Vüqar Səfərov necə həkim kimi çalışır? - Asiman Həsənovun əli ilə….
Bu gün, 12:11
TRIPP layihəsi üzrə işlər 2026-cı ildə başlayacaq - Paşinyan
Bu gün, 12:02
Pafoslu olmağı da bacarmayan gənc aktyorumuz - Orxan Saffari yazır...
Bu gün, 11:59
Heydərov onu Xankəndiyə rəis təyin etdi - ƏMR
Bu gün, 11:56
SOCAR-da “Neftci” MTK KORRUPSİYASI... - Buna hüquqi qiymət verilərsə...
Bu gün, 11:51
SOCAR-da MÜHÜM POSTA yeni təyinat olub - ƏMR
Bu gün, 11:44
SEPAH generalı İranın qonşularını HƏDƏLƏDİ
Bu gün, 11:42
Nazirlik 71 min manata “Toyota” alır
Bu gün, 11:38
Ukraynanın "IT ordusu" və ya "vəhşi qazlar" - Kibermüharibə nəzarətdən çıxır
Bu gün, 11:36
"TikTok"da 181 nəfəri aldadan “şirkət rəhbəri”ndən xəbər var
Bu gün, 11:34
Turizm Agentliyi İstanbul Hava Limanında reklam yerləşdirmək üçün 1,4 milyon manat xərcləyəcək
Bu gün, 11:33
Perinatal Mərkəzdə yanğınla bağlı məhkəmə: - Növbətçi həkim palatanı tərk edərək yatmağa gedib
Bu gün, 11:28
Gömrük Komitəsinin yeni binasının tikintisində YEYİNTİ - TƏFƏRRÜAT
Bu gün, 11:26
Bakıya səfərə hazırlaşan Baş nazir NİYƏ aşağılandı? – Solovyovu SUSDURMAQ zamanı
Bu gün, 11:23
Pərvin Quliyevaya yüksək vəzifə verildi - ƏMR
Bu gün, 11:22
"Əli Əsədov dərhal həbs edilməlidir" - Sərdar Cəlaloğlu
Bu gün, 11:21
Revanşistlər Bakıya YENƏ dil uzatdı - Paşinyan devrilsə...
Bu gün, 11:19
Ceyhun Cəlilov Ahıllar Evinin işçilərini qapısında NÖKƏR KİMİ İŞLƏDİR - İTTİHAM VAR...
Bu gün, 11:14
Prokurorluq Gəncə Şəhər İcra Hakimiyyətində araşdırmalara BAŞLADI - TƏFƏRRÜAT
Bu gün, 11:10
Pakistandan dünyaya “Taimoor” MESAJI - Yeni raket sınaqdan keçirildi
Bu gün, 11:01
Əli Əsədovun adamları TOY-BAYRAM İÇİNDƏ... - İLGİNC İDDİA
Bu gün, 10:57
Rusiya bu azərbaycanlını İnterpola verdi - Terror İTTİHAMI
Bu gün, 10:30
Eyni pensiya kapitalı olan şəxslərə hansı məbləğdə pensiya verilir? - AKTUAL
Bu gün, 10:25
Türkiyədə CHP-li bələdiyyə sədri saxlanıldı
Bu gün, 10:15
İranda yüksək vəzifəli məmur İsraillə əlaqəyə görə edam edilib - "Al-Jazeera"
Bu gün, 10:12
"Kürd Amo"nu xüsusi amansızlıqla öldürən şəxs yenidən məhkəmə qarşısında - TƏFƏRRÜAT
Bu gün, 10:11
Dadsız, rəngsiz POMİDORLAR - Süfrəmizə keyfiyyətsiz məhsulu kim gətirir?
Bu gün, 10:10
“Atamın şəxsi əşyalarını muzeyə verdim, Rasim Balayev bu mövzuda mənə kömək etdi”
Bu gün, 10:08
Gömrük Komitəsində işlə təmin etdirmək adı ilə 26 minlik dələduzluq etdi - MƏHKƏMƏ
Bu gün, 10:05
Vüsal Aslanov bu imtahandan “2” aldı – REPLİKA
Bu gün, 10:02
Azərbaycan nefti cüzi bahalaşıb
Bu gün, 09:47
“Rabitəbank”da yığıncaq keçiriləcək
Bu gün, 09:45
Ölüdən orqan götürmək haramdır? - İlahiyyatçı mübahisələrə son qoydu
Bu gün, 09:43
Azərbaycanda ən çox hansı nazirliklər “bəyənilir”? - SİYAHI
Bu gün, 09:38
Repetitorluğun ləğvi gerçəkləşir - yeni model
Bu gün, 09:29
"Dinləmirlər, eşitmirlər..." - ETİRAZ
Bu gün, 08:22
Ukraynadan sonra Rusiya NATO-ya hücum edəcək - Kəşfiyyat
Bu gün, 08:09
Millət vəkilinə inanaqmı? - SÖZARDI...
Bu gün, 07:24
2 qəpiklik borca görə, müştərini çətinə saldılar... - YƏNİ BU QƏDƏR...
Bu gün, 07:11
İş yerləri ilə bağlı gözlənilməz proses başladı: nə baş verir? - AKTUAL
Bu gün, 07:04
Bu ölkə Rusiyaya 3 min əsgər, 10 qırıcı göndərir? - ŞƏRH
Bu gün, 07:02
AzəriQaz-da ƏDALƏTSİZ növbəli iş rejimi... - NARAZILIQ VAR...
Bu gün, 07:01
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru