Dəmir yollarında AVTORİTAR REJİM... .....                     “Rabitəbank" keşbek qaydalarını SƏRTLƏŞDİRDİ .....                     Tofiq Bakıxanov xəstəxanaya yerləşdirilib, əməliyyat olundu .....                     Məhkəmə dövlətə xəyanətdə ittiham olunan şəxslə bağlı qərar çıxardı .....                     Anar Yaradıcılıq Evinin açılışında iştirak etmədi .....                     Paşinyanın “Kinder sürpriz”i .....                     Balakəndə sevgi üstündə dava: 27 yaşlı oğlana qızı vermədilər, iş polisə düşdü .....                     Masallı səhiyyəsi: Əgər belə davam edərsə... .....                     Praktik sülhün təməli qoyulur .....                     Ağdamda 9 milyon manata evlər tikiləcək .....                     Müştəriyə açıq-aşkar zay məhsulu sırıyırlar... .....                     SOCAR-da QULDARLIQ DÖVRÜNƏ QAYIDIŞ... .....                     “Azərbaycanda əmək bazarında gərginlik yarana bilər” .....                     Makronun Mühafizə Xidmətinin sabiq rəhbəri 6 milyon dollara yaxtanı azad edəcəyini deyirdi .....                     Sankt-Peterburq hava limanlarında məhdudiyyətlər tətbiq edilib .....                     Bakı AŞ PA ilə barışır? .....                     Hacıyevin ABŞ səfəri: “907-ci düzəliş” Minsk Qrupunun “yanına” gedir? .....                     Bu, İlham Əliyevin tələbləri ilə bağlı deyil .....                     UZUN ÖMRÜN SİRRİ: Hər halda iylənmiş suda deyil... .....                     "Kapitalbank" mücərrəd ayı söhbəti haradan çıxdı? .....                     Köhnə dəllal Zakir Quliyev İŞ BAŞINDA .....                     Müdafiə Nazirliyinin əməkdaşı iş vaxtı damarlarını niyə doğrayıb? .....                     Ermənistanda absurd savaş xəyalları... .....                     Fərhad Əhmədovun 20 milyonluq mülkü əlindən alınır .....                     Revanşist ermənilər: nə qədər praqmatikdirlər? .....                     Zəngəzur dəhlizi an məsələsidir... .....                     Peşə təhsili siyasəti iflas həddində... .....                     Əlyazmalar İnstitutunda NƏ BAŞ VERİR? .....                     Zəngəzur dəhlizi Tehran üçün hansı əhəmiyyətə malikdir? .....                     Məktəbli formaları anbarda qalıb: Alan yoxdur? .....                     "Nepal hadisələrinin Ermənistanda eyni ssenari ilə təkrarlanması real deyil" .....                     ABŞ “Tramp dəhlizi” üçün Ermənistana ilk yardım tranşını ayırıb .....                     Regionda ciddi risk: yeni ərazi bölgüsü yaxınlaşır .....                     "Ola bilər Rusiya PUA-ları Polşaya yanlışlıqla keçib" .....                     Paşinyan bir sıra məmurları vəzifələrindən azad edib .....                     ABŞ-da sabiq senator Menendesin erməni həyat yoldaşı azadlıqdan məhrum edilib .....                     Ermənistan daha bir türk ölkəsi ilə yollarını açır .....                     Təcili yardım maşınlarının təmiri 1 milyona başa gələcək .....                     Zaxarova Alla Puqaçovanı riyakar adlandırdı .....                     “Azərbaycan Sənaye Bankı”nın İdarə Heyətinə təyinat olub .....                 

“ROYAL BANK”DA MÜDHİŞ OĞURLUĞUN PƏRDƏARXASI
Tarix: 29-07-2012, 13:05 | Çap et
“ROYAL BANK”DA MÜDHİŞ OĞURLUĞUN PƏRDƏARXASI

KEÇMİŞ NAZİR MÜAVİNİNİN DƏ BULAŞDIĞI BANK FIRILDAQÇILARI ŞƏBƏKƏSİ

DİA.AZ: - Azərbaycan Mərkəzi Bankı tərəfindən lisenziyası ləğv edilən “Royal Bank”la bağlı məlumatlar səngimək bilmir. Bank fəaliyyətini dayandırsa da, hələ də özü ilə bağlı fərqli məlumatların hesabına gündəmdə olaraq qalır.

Daxil olan yeni məlumatlarda adı çəkilən bankda həyata keçirilən başqa maxinasiya faktlarından bəhs edilir. Qeyd edək ki, biz, ötən günlərdə bu bankla bağlı ardıcıl yazılar dərc etmiş və bankın səlahiyyətli şəxslərinin həyata keçirdiyi böyük maxinasiyalar barədə məlumat vermişdik. Bu dəfəki məlumatlar da eyni xarakterlidir.

Belə ki, keçən yazılarımızda da haqqında bəhs etdiyimiz “Royal Bank”ın 1 saylı filialının müdiri Hikmət Rəcəbovun da “şagird”i olan və ən son adı çəkilən bankın Əhmədli filialının rəhbər postunu tutan Müşviq adlı bankirin həyata keçirdiyi maxinasiyalarla bağlı ilginc məlumatlar əldə etmişik.

Onu da bildirək ki, mətbuatda Hikmət Rəcəbovdan çox yazılıb. Onun Almaniyadan avtobomilləri oğurlayıb Azərbaycana gətirib satan dəstə ilə əlbir olduğu barədə verilən məlumatlardan sonra nədənsə, heç bir hüquq-mühafizə orqanları bu məsələnin üstünə getmədi, H.Rəcəbovu çağırıb, məsələ ilə bağlı dinləmədi.

Biz, elə o zamandan H.Rəcəbovun polis sistemi tərəfindən niyə bu formada qorunduğunu araşdırmağa başladıq və çox ilginc məlumatlar əldə etdik. Belə ki, əldə etdiyimiz məlumata görə, H.Rəcəbov keçmiş daxili işlər naziri müavini olan Natiq Talıbovun yeznəsidir. Həmçinin, onu da öyrənə bildik ki, Natiq Talıbov “Royal Bank”ın son günlərinəcən bu bankın Müşahidə Şurasının üzvü olub.

Qeyd edək ki, əslən bakılı olan N.Talıbov 90-cı illərdə Ayaz Mütəllibovun hakimiyyəti dövründə daxili işlər nazirinin müavini postuna qədər yüksəlmişdi. Ancaq AXC hakimiyyətə gəldikdən və İsgəndər Həmidov daxili işlər naziri təyin olunduqda sonra N.Talıbov 50 yaşı tamam olduğu zaman tutduğu vəzifədən azad edilmişdi. Son dövrlərə qədər isə o, fəaliyyətini Ədliyyə Nazirliyində Penitensiar Xidməti idarəsinin rəis müavini vəzifəsində çalışırdı.

Bakıda kifayət qədər hörmət və nüfuz sahibi olan N.Talıbov elə bu üzdən də təqaüddə çıxaraq, “Royal Bank”ın Müşahidə Şurasının üzvü seçilir. Bundan sonra isə “Royal Bank”ın qapıları Rəcəbov qardaşlarının üzünə taybatay açılır. Onlar N.Talıbovun başını uca etmək üçün fəaliyyətə başlayırlar.

H.Rəcəbov bu bankda 1 saylı filial müdiri olarkən, N.Talıbovun da köməkliyi ilə qardaşı Mehdi Rəcəbovu “Royal Bank”ın Qaradağ filialına müdir təyin etdirir.

Qardaşı H.Rəcəbovun Almaniyadan oğurlanaraq Azərbaycanda satılan maşın biznesində əli olduğunu bilən Mehdi Rəcəbov da bu işdən uzaq qalmamaq qərarına gəlir. Qeyd edək ki, M.Rəcəbov “Royal Bank”ın Qaradağ filialının müdiri olduğu dövrdən bəri o, həm də avtomobil biznesi ilə məşğul olur. Hazırda onun şəhərin bir neçə yerində avtosalonu var. Bu biznesdə isə M.Rəcəbova “Şəkili” qruplaşması yardımçı olurdu. Bu qruplaşma üzvləri M.Rəcəbovun “Royal Bank”da həyata keçirdiyi iri maxinasiya əməliyyatlarında da ona köməklik göstərən əsas adamlardandır.

Mehdi Rəcəbovun “Şəkili” qruplaşmasının üzvləri ilə “Royal Bank”ın Qaradağ filialında həyata keçirdiyi maxinasiya sistemi isə alqışa layiqdir. Onlar müthiş zəka işlədərək, bu bankda 5 milyon manatlıq maxinasiyaya yol veriblər. Adı çəkilən şəxslərin metodu ilə tanış olduqda, siz də eynən bizim kimi düşünəcəksiniz.

Belə ki, “Şəkili” qruplaşmasına etibar edən avtomobil sahibləri özlərinin 200-250 min manat dəyərində olan maşınlarını satması üçün onların avtosalonuna satlığa qoyurdular. Həmin avtomobillərin texniki pasportları isə sahiblərindən xəbərsiz Mehdi Rəcəbov tərəfindən kopyalanır, yeni saxta texniki pasport çıxarılırdı. Daha sonra avtomobil 1 saatlıq DİN-nin BDYP-ya diaqnostikaya aparılırdı. Orda isə M.Rəcəbovun və “Şəkili” qruplaşmasının yaxın adamı olan diaqnostikanın işçisi, əslən tovuzlu Mehdi adlı şəxs çox asanlıqla və saxta yolla həmin avtomobili diaqnostikadan keçirirdi. Saxta texpasportda başqa bir şəxsin ad-soyadı yazılaraq, qeyd yerinə maşının “Royal Bank”ın Qaradağ filialı tərəfindən girova qoyulduğu qeyd olunurdu.

Bunun ardınca avtomobil yenidən salona qaytarılırdı. Maşının orijinal texniki pasportu isə “Şəkili”lər də qalırdı. Təzə və saxta texpasport vasitəsilə isə “Royal Bank”ın Qaradağ filialından maşının maya dəyəri qədər pul çıxarılaraq, M.Rəcəbovla “Şəkili” qruplaşması arasında bölünürdü.

Bu barədə məlumat verən mənbəmiz bildirir ki, daha sonra bu maxinasiya sistemi adi hala çevrilib və adı çəkilən şəxslər bu yolla qeyd olunan bankdan 5 milyon manata yaxın pul çıxarıblar.

Bu müthiş maxinasiyanın üstü isə belə açılır: Öz avtomobilini “Şəkili”lərin avtosalonuna qoyan şəxslərdən biri bir müddət sonra avtomobil satılmadığı üçün onu salondan çıxarır və Bakıda sürməyə başlayır. Günlərin birində isə “Royal Bank”ın problemli kreditlər şöbəsinin işçiləri avtomobilin qarşısını kəsir və onun sahibinə maşının banka məxsus olduğunu və dərhal onu təhvil verməsini bildirir. Bank işçiləri bildirir ki, uzun müddət bu maşına görə götürülən kredit ödənilmir. Avtomobilin sahibi söhbətin hansı kreditdən getdiyini soruşduqda isə ona bildirirlər ki, 250 min manat qiyməti olan həmin maşına görə, “Royal Bank”ın Qaradağ filialından elə 250 min manat məbləğində kredit çıxarılıb. Buna görə də maşın banka aiddir. Maşının sahibi isə avtomobilin orijinal texpasportunu bank işçilərinə göstərir və bildirir ki, avtomobil ona məxsusdur və heç vaxt “Royal Bank”dan kredit götürməyib.

Bankın işçiləri isə əllərindəki saxta texpasportla orijinalını tutuşdurduqda anlayırlar ki, sürücü haqlıdır və avtomobil ona məxsusdur, məsələnin günahkarı isə filial müdiri Mehdi Rəcəbovdur.

Bunun ardınca M.Rəcəbovun bu əməllərindən bankın Müşahidə Şurasının sədri Əli Cam xəbər tutur.

DİA.AZ-a daxil olan məlumatda o da bildirilir ki, Mehdi Rəcəbov bir sıra avtosalon müdirlərinə 2 min manatlıq “faiz” verərək, guya maşını baha satacağını və əlavə gəlir götürəcəyini bildirərək, həmin maşını “müştəriyə göstərmək” üçün avtosalondan bir saatlıq çıxarır, bu bir saat ərzində avtomobilə saxta texniki pasport hazırlayır, onu dostu Mehdinin əli ilə diaqnostikadan keçirir və dərhal da rəhbərlik etdiyi filialdan külli miqdarda kredit çəkirmiş.

Daha sonra isə maşını salona qaytarır, müştərinin maşını bəyənmədiyini bildirərək onu salon sahibinə təhvil verir. Əvvəlcədən ödədiyi 2 min manatı isə geri istəmir. Çünki bilir ki, gec-tez avtosalon sahibləri ona narazçılıqlarını bildirəcəklər və onda da M.Rəcəbov onlara aldıqları 2 min manatı xatırladacaq. Sonda elə bu cür də olur. Mehdi həmin avtosalalon sahiblərinə onunla əlbir olub, az miqdarda olsa da, pul qazandıqlarını xatırladır.

Qeyd edək ki, bütün bu cinayətlərin üstü 2009-ci ildə Əli Cam tərəfindən açılıb. Ancaq nədənsə, nə Rəcəbov qardaşları, nə “Şəkili” qruplaşmasının üzvləri, nə də BDYP-nin diaqnostika şöbəsinin Mehdi adlı işçisi hüquq-mühafizə orqanları tərəfindən məsuliyyətə cəlb olunmayıb.

Maxinasiyalarının üstü açıldıqdan sonra “Şəkili” qruplaşmasının üzvləri Mehdi Rəcəbovla birgə bankdan çıxardıqları pulların yarısını – 2,5 milyon manatı “Royal Bank”a geri qaytarıb və bildiriblər ki, pulun digər yarısı M.Rəcəbovdadır. Mənbəmiz deyir ki, o zamanlar bankın Müşahidə Şurasının üzvü olan N.Talıbov Hikmət və Mehdi Rəcəbov qardaşlarının cinayət məsuliyyətinə cəlb olunmaması üçün çox əziyyət çəkib.

Ancaq həqiqət budur ki, Rəcəbovlar öz məsuliyyətlərindən boyun qaçıra bilsələr də, “Royal Bank” Mərkəzi bankın qarşısındakı məsuliyyətindən boyun qaçıra bilmədi.

Onu da bildirək ki, yazıda adları çəkilən hər bir şəxsin mövqeyini yayımlamağa hazırıq.

Qeyd edək ki, növbəti günlərdə oğurluq avtomobil mafiyasında kimlərin əli olduğu barədə yazacağıq. MTK- “Olimpus” Elmir, “Avtosalon” Feruz və Telman, “Əlibayramlı” Cahid, Tovuzda “Pioner Vahid”in oğlu Üzeyir, “Kor” ləqəbli Mahir və s.-nin fəaliyyətləri barədə silsilə yazılar dərc edəcəyik.

Bizi izləməyə davam edin.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Dəmir yollarında AVTORİTAR REJİM... - İŞƏ MƏHKƏMƏ QARIŞDI...
Bu gün, 10:52
“Rabitəbank" keşbek qaydalarını SƏRTLƏŞDİRDİ – Müştəriləri narazı salan QƏRAR
Bu gün, 10:46
Tofiq Bakıxanov xəstəxanaya yerləşdirilib, əməliyyat olundu - AÇIQLAMA
Bu gün, 10:43
Məhkəmə dövlətə xəyanətdə ittiham olunan şəxslə bağlı qərar çıxardı
Bu gün, 10:41
Anar Yaradıcılıq Evinin açılışında iştirak etmədi - Səbəbini özü AÇIQLADI
Bu gün, 10:32
Paşinyanın “Kinder sürpriz”i – Arvadının göstərişi ilə ONU GƏTİRİR
Bu gün, 10:29
Balakəndə sevgi üstündə dava: 27 yaşlı oğlana qızı vermədilər, iş polisə düşdü - TƏFƏRRÜAT
Bu gün, 10:26
Masallı səhiyyəsi: Əgər belə davam edərsə... - TƏFƏRRÜAT
Bu gün, 10:20
Praktik sülhün təməli qoyulur - ŞƏRH
Bu gün, 10:14
Ağdamda 9 milyon manata evlər tikiləcək - QALİB ŞİRKƏT AÇIQLANDI
Bu gün, 10:12
Müştəriyə açıq-aşkar zay məhsulu sırıyırlar... - ƏVƏZİNDƏ İSƏ...
Bu gün, 09:49
SOCAR-da QULDARLIQ DÖVRÜNƏ QAYIDIŞ... - NƏ BAŞ VERİR?
Bu gün, 09:29
“Azərbaycanda əmək bazarında gərginlik yarana bilər” - NƏ ETMƏLİ?
Bu gün, 09:19
Makronun Mühafizə Xidmətinin sabiq rəhbəri 6 milyon dollara yaxtanı azad edəcəyini deyirdi – MƏHKƏMƏ ZALINDAN
Bu gün, 09:07
Sankt-Peterburq hava limanlarında məhdudiyyətlər tətbiq edilib
Bu gün, 08:57
Bakı AŞ PA ilə barışır? - TƏDARÜK VAR
Bu gün, 08:54
Hacıyevin ABŞ səfəri: “907-ci düzəliş” Minsk Qrupunun “yanına” gedir? - GƏLİŞMƏ
Bu gün, 08:08
Bu, İlham Əliyevin tələbləri ilə bağlı deyil - Xaçatryan
Bu gün, 08:05
UZUN ÖMRÜN SİRRİ: Hər halda iylənmiş suda deyil... - NARAZILIQ VAR...
Bu gün, 08:03
"Kapitalbank" mücərrəd ayı söhbəti haradan çıxdı? - Professordan şərh
Bu gün, 07:56
Köhnə dəllal Zakir Quliyev İŞ BAŞINDA - TƏFƏRRÜAT
Bu gün, 07:52
Müdafiə Nazirliyinin əməkdaşı iş vaxtı damarlarını niyə doğrayıb? – ELMAN QULİYEV ŞOK FAKTLARI AÇIQLADI
Bu gün, 07:36
Ermənistanda absurd savaş xəyalları... - NƏ QƏDƏR REALDIR...
Bu gün, 07:27
Fərhad Əhmədovun 20 milyonluq mülkü əlindən alınır - Ramiz Mehdiyevin adı hallanır
Bu gün, 07:25
Revanşist ermənilər: nə qədər praqmatikdirlər? - AKTUAL
Bu gün, 07:16
Zəngəzur dəhlizi an məsələsidir... - Görünəni odur ki...
Bu gün, 07:12
Peşə təhsili siyasəti iflas həddində... - BU FAKTDIR...
Bu gün, 07:08
Əlyazmalar İnstitutunda NƏ BAŞ VERİR? - Teymur Kərimli Nigar Babaxanlını özündən sonra direktor təyin edilməsini istəyir?
Bu gün, 07:02
Zəngəzur dəhlizi Tehran üçün hansı əhəmiyyətə malikdir? - İNCƏLƏMƏ
Bu gün, 06:55
Məktəbli formaları anbarda qalıb: Alan yoxdur? - BU NƏDİ BELƏ?
Bu gün, 06:46
"Nepal hadisələrinin Ermənistanda eyni ssenari ilə təkrarlanması real deyil" - ÇÜNKİ...
Bu gün, 06:44
ABŞ “Tramp dəhlizi” üçün Ermənistana ilk yardım tranşını ayırıb - GƏLİŞMƏ
Bu gün, 06:40
Regionda ciddi risk: yeni ərazi bölgüsü yaxınlaşır – Azərbaycanı nə gözləyir?
Bu gün, 06:37
"Ola bilər Rusiya PUA-ları Polşaya yanlışlıqla keçib" - Tramp MALALAYIR
Bu gün, 06:32
Paşinyan bir sıra məmurları vəzifələrindən azad edib - KİV
Bu gün, 06:21
ABŞ-da sabiq senator Menendesin erməni həyat yoldaşı azadlıqdan məhrum edilib - “Bloomberg”
Bu gün, 01:43
Ermənistan daha bir türk ölkəsi ilə yollarını açır
Dünən, 18:12
Təcili yardım maşınlarının təmiri 1 milyona başa gələcək
Dünən, 18:06
Zaxarova Alla Puqaçovanı riyakar adlandırdı
Dünən, 18:04
“Azərbaycan Sənaye Bankı”nın İdarə Heyətinə təyinat olub - BUNDAN SONRA...
Dünən, 17:59
“Sea Breeze”ə yaxın daha bir şirkət təsis edilib
Dünən, 17:57
Ter-Petrosyan Zəngəzur Nəqliyyat Qovşağı ifadəsindən istifadəni daha düzgün hesab edir
Dünən, 17:51
"Bu cür bacarıqsız işçilərə “gözün üstə qaşın var” deyən olmur" - ETİRAZ VAR...
Dünən, 17:48
Müdafiə Nazirliyindən iki şirkətə 2,8 milyon manatlıq sifariş - TƏFƏRRÜAT
Dünən, 17:41
"Buna ciddi ehtiyac var" - Ekspert danışır...
Dünən, 17:37
Porno saytın təsisçisi həbs olundu
Dünən, 17:19
Keçmiş arvadı barışmadığı üçün onu bıçaqlayan kişi HƏBS OLUNDU - TƏFƏRRÜAT
Dünən, 17:13
Eks-sevgilisindən Hidayətə ittihamlar: “550 min pulumu ələ keçirib, məni dəfələrlə döyüb” - FOTOLAR
Dünən, 17:02
İmişlidə başçının adamı İTTİHAM OLUNUR - "Biabırçı vəziyyətdir..."
Dünən, 16:58
Bu şirkətin 600 min borcu var: Rəhbərinə "stop" qoyuldu - TƏFƏRRÜAT
Dünən, 16:49
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru