Nazirlik qonaqları üçün bilet və otel xidmətini .....                     Əməyin ödənilməsinin hansı təminatları var? .....                     Bakının bu ərazisində torpağın 1 sotu 97 min manata yaxın bahalaşıb .....                     "Daltonlar"- gəncləri tələyə salancinayət təşkilatı .....                     Pezeşkianın Paşinyana xəbərdarlığı: İrəvan eşidəcəkmi? .....                     İlkin Süleymanovun kassasiya şikayəti icraata götürüldü .....                     Paşinyan açıqladı: Bu ərazilər Bakıya qaytarılacaq .....                     Qazilər arasında dava: Tüfənglə “Prado”nu yararsız hala saldı... .....                     Azərbaycanda şirkətlər qrupuna yeni direktor təyin edilib .....                     SOCAR "RabitəBank"dan imtina etdi .....                     10 manatlıq şirkətin 655 min manatdan çox vergi borcu var .....                     "İcra şöbəsi hansısa maraqlarına görə şikayətə baxmır..." .....                     Sabunçuda televizor pultu silaha çevrildi .....                     Gənclər və İdman Nazirliyi müqavilə bağladı, “Flora Holland” MMC icra edə biləcəkmi .....                     Ermənistanla yekun sülh sazişi bu tarixdə imzalanacaq .....                     Dostu tərəfindən döyülən şəxs məhkəmədə onu bağışladı .....                     Azərbaycanda sabiq rektor vəfat etdi .....                     Dövlət qurumu 3,4 milyonluq elektrik mallarını .....                     Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin olunub .....                     Diasporumuza qarşı “xüsusi əməliyyat” .....                     Bu şirkət müştəri ilə işləməyi hələ öyrənməyib... .....                     Rusiyanın ölkəmizə qarşı daha bir absurd addımı .....                     “Ulduz”u sönən məşhurlar .....                     Rusiya 10 noyabr 2020-ci il sənədinə qayıtmaq üçün fürsət gözləyir .....                     ABŞ NATO-ya Ukrayna üçün təhlükəsizlik zəmanətlərində minimal rol oynayacağını bildirib .....                     "1 ildir ki, bu iki qurumun arasında qalmışam" .....                     "Bazarstore" mağazalarında 1 milyondan çox vergi borcu .....                     Rayon bazarlarında qiymət paradoksu: Göy-göyərti baha, lobya isə lüks qiymətdə .....                     İFŞA: “Poz-Qazan” BİZİ BELƏ QARƏT EDİR... .....                     Möhtəşəm cütlüyün NÖVBƏTİ MƏZƏSİ .....                     "Azərbaycanla sülh pozularsa, bu, Ermənistan dövlətinin sonunu gətirə bilər" .....                     Başçının Baş məsləhətçisi əgər oliqarxdırsa... .....                     Kino Agentliyi “Quşlar susanda” filminin çəkilişi üçün 459 min manat xərcləyəcək .....                     Teymur Musayevin ölüvay susqunluğu .....                     Abituriyent sayı niyə plan yerlərini üstələdi? .....                     Rusiyada türk xalqlarının hüquqları: söz və gerçəklik arasında .....                     Britaniya Ukraynaya kontingent göndərə bilmir .....                     "Əgər Donald Tramp həmin dövrdə prezident olsaydı..." .....                     Son 10 günün ən mühüm hadisəsi: Paşinyan bu sirri açdı .....                     Rusiyada azərbaycanlı bloger Hüseyn Həsənovun şirkəti ləğv edilib .....                 

FAZİL MƏMMƏDOV ŞƏKİDƏ “QOÇU” SAXLAYIR
Tarix: 12-08-2012, 11:24 | Çap et
FAZİL MƏMMƏDOV ŞƏKİDƏ “QOÇU” SAXLAYIR

NAZİRLİYİN 11 SAYLI ƏRAZİ VERGİLƏR İDARƏSİ SAHIBKARLARA QAN UDDURUR

DİA.AZ: - Şəki şəhəri, F.Xoyski küçəsi ev 2 ünvanda yaşayan Həmidov Vüqar Telman oğlu tərəfindən redaksiyamıza şikayət məktubu daxil olub. Məktubdan anlaşılanı odur ki, narazı Şəki sakini 11 saylı Ərazi Vergilər İdarəsinin rəisi Səməd Vəliyevin, sözügedən idarənin əməkdaşı Səfər Qafarovun və digər əməkdaşlarının özbaşınalğı barədədir. Vüqar Həmidov bildirir ki, adını çəkdiyi şəxslər qanun və prezident fərmanlarına hörmətsizlik etməklə yanaşı talançı qrup şəklində regionda fəaliyyətdədirlər ki, bu da nəticədə “Quba hadisələri”nin Şəkidə təkrarlanma ehtimalını artırır.

DİA.AZ-a daxil olan şikayət məktubunda deyilir: “Bildirirəm ki, mənə 11 saylı Ərazi Vergilər İdarəsi (bundan sonra 11 saylı ƏVİ) tərəfindən, vergi borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə mənə məxsus əmlakı - “Opel” markalı nəqliyyat vasitəsini siyahıya almaq niyyətində olduğunu bildirən 13.07.2012-ci il tarixli məktub göndərilib. Halbuki, artıq vergi borcuna görə mənə məxsus əmlak siyahıya alınmış və həmin əmlakın hərracdan satılmasına dair məhkəmədə iddia qaldırılmışdı. ƏVİ-nin məktubuna cavab olaraq mən, ərizə ilə 11 saylı ƏVİ-yə müraciət etdim.

Mən, 11 saylı ƏVİ-nin bu hərəkətlərini qanunsuz, özbaşınalıq hesab edirəm.

Bildirirəm ki, 11 saylı ƏVİ-nin hərəkətləri təqibdir, mənim tərəfimdən 11 saylı ƏVİ-nin əməkdaşlarının özbaşınalığından, qanunsuz hərəkətlərindən (iş şərikimin vergi orqanında qeydiyyatdan çıxarılmasına, adına olan NKA-nın qeydiyyatdan çıxarılmasına və mənim adıma NKA-nın qeydiyyata alınmasına maneələrin törədilməsinə dair verilmiş şikayətlərə görə tətbiq edilən “cəzadır”.

Halbuki, AR Konstitusiyasının 57-maddəsinə əsasən, vətəndaşlarının dövlət orqanlarına müraciətlər göndərmək və onların, onların vəzifəli şəxslərinin işini tənqid etmək hüququ vardır. Tənqidə görə təqib qadağandır.

Təqibin əsasında aşağıda göstərilən hadisələr durur.

Mən sahibkarlıq fəaliyyətimi şərikim Teymurov Qorxmaz Bəylər oğlu ilə birgə həyata keçirirdim. Teymurov Qorxmaz fəliyyətinə xitam verilməsi, vergi orqanında qeydiyyatdan çıxmaq və NKA nın qeydiyyatdan çıxarılması məqsədi ilə 11 saylı ƏVİ-yə müraciət edib. 11 saylı ƏVİ-i Teymurov Qorxmazı aylarla süründürmüş və maneələr yaratmışdı. Səbəbi hər bir sahibkara aydındır. Səməd Vəliyev və Səfər Qaffarov qanunsuz gəlir mənbəsini itirmək istəmirdi. Şərikim Teymurov Qorxmaz qeydiyyatdan çıxdıqdan sonra mən qeydiyyata düşmək üçün 11 saylı ƏVİ-yə müraciət etdim. Səməd Vəliyev və Səfər Qaffarov mənə əvvəlki qaydada, yəni qanunsuz əlavə ödənişlər etmək şərti ilə işləməyi təklif etdilər. Mən etirazımı bildirdim.

Bundan sonra 11 saylı ƏVİ-nin bizə qarşı təqibi başladı. 11 saylı ƏVİ-nin əməkdaşlarının vizitləri, yoxlamaları, hərəkətləri telekanalların “xəbərlər” proqramlarının başlığında deyilən “ermənilərin Azərbaycana təcavüzü davam edir” sözlərini xatırladırdı.
Vergi işçilərinin kassa aparatı alveri

İşlədiyim mağazaya NKA qoymaq üçün NKA -nın qeydiyyata alınması məqsədi ilə 11 saylı ƏVİ-ə müraciət etdim. Başladılar məni süründürməyə. Bütün (dəfələrlə etdiyim) müraciətlərim nəticəsiz qalırdı. Çoxlu saylı müraciətlərimdən sonra problem guya həll olundu. NKA -nın qeydiyyata alınması ilə bağlı sənədləri 11 saylı ƏVİ-nin Şəkidə yerləşən terminalına təqdim etdim .19-01-2012 tarixdən başladım fəaliyyətə.Kassa nəticələrinə uyqun verci ödədim. Fevral ayının əvvəllərində 11 saylı ƏVİ-dən Telman Mustafayev mənə zəng vurub nə əsasla vergi ödədiyimi soruşdu, mən də kassaya əsasən vergi ödədiyimi söylədim. Sonradan həmin şəxs mənə zəng vurub dedi ki, mənim adıma NKA yoxdur. 21-02-2012 tarixdə 11 saylı ƏVİ-nın əməkdaşları bildirdilər ki, heç bir NKA sizin adınıza qeydiyyata alınmayıb və məsuliyyətə cəlb edərək cərimələdilər.NKA MERKURİ tipli olduğu üçün qeydiyyatdan keçirmədilər və bildirdilər ki, Orion tipli NKA almaq lazımdır. Bu onunla izah olunurdu ki, Orion tipli kassa apparatlarının satışında 11 saylı ƏVİ-nın əməkdaşlarının maddi maraqları var idi. Sonunda əlimizdəki NKA-nı alıb bir gün sonra yeni NKA verdilər. BƏHANƏ də o oldu ki, guya eyni nömrəli NKA Respublikada iki ədəd imiş.

Bundan sonra da təqibi davam etdirdilər və bu zamanadək əməllərindən əl çəkməyiblər.

Əlavə olaraq bildiririk ki, AR Vergilər Nazirliyi “Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” Qanunun tələblərini pozaraq hər dəfə onlara ünvanladığımız şikayətləri baxılması üçün qanuna zidd hərəkətlərindən şikayət etdiyim orqana - 11 saylı ƏVİ-yə göndərirdi.

“Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” Qanunun 7-ci maddəsinə əsasən, vətəndaşların şikayətlərini baxılmaq üçün, qanuna zidd hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilən orqanlara və ya vəzifəli şəxslərə göndərmək qadağandır.

Bu baxımdan Vergilər Nazirliyinin hərəkətləri qanunsuzdur”.

Şəkili sahibkar geridə qalmağımızı necə izah edir?

Daha sonra Vüqar Həmidov eyni zamanda bir sıra dövlət qurumlarına ünvanladığı şikayət məktubunda davam edir: “Yaxşı olardı ki, 11 saylı ƏVİ-nin rəhbərliyi AR normativ-hüquqi aktların, o cümlədən “Vergi Nazirliyi haqqında Əsasnamə” nin 9.3 maddəsinin tələblərinə hörmətlə yanaşsın. Öz hərəkətləri ilə dövlətin adına xələl gətirməsin, sosial gərginlik yaratmasın, dövlətə qarşı nifrət hissi oyatmasın, dünya ictimayətində Azərbaycan dövlətinin avtoritar, qeyri-demokratik olması barədə fikir yaratmasın, “Quba hadisələri” kimi vəziyyətin yaradılmasına vətəndaşları sövq etməsinlər.

FAZİL MƏMMƏDOV ŞƏKİDƏ “QOÇU” SAXLAYIR

Bir çox vətəndaşlar vətəndaşlıqdan imtina edirlər. Vətəndaşları bu hərəkətləri etməyə məcbur edən Səməd Vəliyev və Səfər Qafarov kimilərinin özbaşınalığıdır.

Səməd Vəliyev və Səfər Qafarov kimilərinin hərəkətləri nəticəsində müsəlman xalqlarını barbar, geridə qalmış, avtoritar, mədəniyyətsiz, öz xalqını tapdalayan insanlardan ibarət hesab edirlər. Nə qədər ki, onlar kimiləri var biz həmişə başqa xalqların məişətinə, inkişafına, həyat tərzinə qibtə edəgəyik.

Səməd Vəliyev və Səfər Qafarov kimiləri bilməlidirlər ki, onların aldıqları məvacib (o cümlədən “əlavələr”) vətəndaşların (o cümlədən mənim) ödədiyim vergi ödənişləridir. Onlara səlahiyyətləri və məvacibi verməyiblər ki, sahibkarların qanını içsinlər, vəzifədən özləri üçün istifadə etsinlər.

AR Vergilər Nazirliyinin 11 saylı Ərazi Vergilər İdarəsi Azərbaycan Respublikasının məqsəd və funksiyalarının bir qismini həyata keçirən bir qurumdur. Və borcu qanunvericiliyi və dövlət orqanlarının qəbul etdikləri başqa normativ hüquqi aktları həyata keçirmək, Əsasnaməsinin 9.3. bəndində göstərilən vergi qanunvericiliyinə riayət olunmasını təmin etməkdir.

AR Konstitusiyasının 12-ci maddəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, AR vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir.

11 saylı ƏVİ-nin vəzifəli şəxslərinin hərəkətləri AR Prezidentinin “Sahibkarlığın inkişafına mane olan müdaxilələrin qarşısının alınması haqqında” Fərmanına da ziddir.

Belə ki, həmin Fərmanla, ölkədə sahibkarlığın inkişafına mane olan əsassız müdaxilələrin qarşısını almaq məqsədi ilə Vergilər Nazirliyinə vergilərin ödənilməsində yol verilən nöqsanların aradan qaldırılması, vergi orqanları tərəfindən həyata keçirilən səyyar vergi yoxlamalarının sayını azaldılması və bir-birini təkrarlayan əsassız yoxlamaların qarşısını alınması, vergi ödəyicilərinə xidmət sahəsində süründürməçiliyin aradan qaldırılmasının təmin edilməsi, vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayətlərə vaxtında və obyektiv baxılmasını təmin edən müvafiq tədbirlər görülməsi, vergi orqanları tərəfindən təsərrüfat subyektlərinin fəaliyyətinin məhdudlaşdırılması hallarının qarşısının alınması, vergi nəzarəti işinin qanunvericiliyə uyğun olaraq aparılmasını təmin edilməsi, habelə əsassız vergi yoxlamalarının qarşısının alınması göstərişi verilib.

Habelə, AR Prezidentinin “İstehsalat, xidmət, maliyyə-kredit fəaliyyətinə dövlət nəzarətinin qaydaya salınması və əsassız yoxlamaların qadağan edilməsi barədə", "Dövlət nəzarəti sisteminin təkmilləşdirilməsi və sahibkarlığın inkişafı sahəsində süni maneələrin aradan qaldırılması haqqında" fərmanlarına əməl edilməsi kimi hüquqi zəminlər də 11 saylı ƏVİ üçün uzaqda olan qanunlardır.

11 saylı ƏVİ-nin əməkdaşları isə, fərmanlara hörmətsiz yanaşır, tələblərinə zidd gedir, hələ bu azmış kimi sahibkarlardan qanunverigilikdə nəzərdə tutulmamiş “vergi” alırlar.
Onların hərəkətlərini “quldurluq” və vətəndaşları talamaq kimi qiymətləndirilməlidir. Vergi orqanları vergi ödəyicilərinin hüquqlarını gözləməyə və müdafiə etməyə borcludur”.

“Aydındır ki, 11-saylı ƏVİ məni təqib edir”

Vüqar Həmidov yenə də bildirir: “Biz hüquqi dövlətdə yaşayırıq. Bu baxımdan hüquqların müdafiəsi üçün bütün qanuni vasitələrdən istifadə etmək, o gümlədən həm məhkəmə qaydasında, həm də inzibati qaydada müraciət etmək vətəndaşın hüququdur.

İlk növbədə, 11 saylı ƏVİ-i tərəfindən məndən alınan qeyri-qanuni, qeyri- rəsmi, qanunla qanunvericilikdə nəzərdə tutulmayan “vergilər”, “ödənişlərə” hüquqi qiymət verilməlidir. Tətbiq edən orqan kimi, bu “ödənişlər”in nüansları barədə Səməd Vəliyev və Səfər Qafarovun çox gözəl məlumatları var.

AR Konstitusiyasının 73-cü maddəsinə əsasən, heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergiləri və başqa ödənişləri odəməyə məcbur edilə bilməz.

Hesab edirəm ki, bu “ödənişlərə” və bank hesablarına AR Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyası, Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi və digər müvafiq orqanlar Cinayət Məcəlləsini və “Korrupsiyaya qarşı mübarizə haqqında” AR qanunun müvafiq müddaaları baxımından hüquqi qiymət verməlidirlər. Sözsüz ki, bu hallar barədə, AR Prezidenti, AR İnsan Hüquqları üzrə Müvəkkili məlumatlandırılmalıdır.

Yuxarıda göstərilənlərin nəzərə alınmasını vacib hesab edərək, xahiş edirəm ki, 11 saylı ƏVİ-i tərəfindən vergi ödəyicisinin hüquqlarının pozulmasını doğuran səbəb və şəraitin aradan qaldırılması üçün tədbirlər görülməsində, 11 saylı ƏVİ-yə ünvanladığım ərizənin mahiyyəti üzrə baxılmasına köməklik göstərəsiniz, 11 saylı ƏVİ-nin qanunsuz hərəkətləri və özbaşınalığına hüquqi qiymət verəsiniz, habelə 11 saylı Ərazi Vergilər İdarəsinin sahibkarları təqib eütməsinə son qoyasınız”.

Onu da bildirək ki, bu şikayət məktubu Vergilər Naziri Fazil Məmmədovun əyalətdəki qoçularının fəaliyyətini əks etdirən faktlardan yalnız biridir və bu kimi hallar yetərincədir. Qarşı tərəfin də mövqeyini dərc etməyə hazır olduğumuzu bildirməklə yanaşı, bu məsələ ilə əlaqədar Vergilər Nazirliyinin də münasibətini öyrənməyə çalışacağıq.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Nazirlik qonaqları üçün bilet və otel xidmətini - BU ŞİRKƏTLƏRDƏN ALDI
Bu gün, 10:40
Əməyin ödənilməsinin hansı təminatları var? - Ekspert danışır...
Bu gün, 10:35
Bakının bu ərazisində torpağın 1 sotu 97 min manata yaxın bahalaşıb
Bu gün, 10:16
"Daltonlar"- gəncləri tələyə salancinayət təşkilatı - TikTokda təhlükə
Bu gün, 10:12
Pezeşkianın Paşinyana xəbərdarlığı: İrəvan eşidəcəkmi? - GƏLİŞMƏ
Bu gün, 10:02
İlkin Süleymanovun kassasiya şikayəti icraata götürüldü
Bu gün, 09:49
Paşinyan açıqladı: Bu ərazilər Bakıya qaytarılacaq - “Respublika Meydanı”
Bu gün, 09:47
Qazilər arasında dava: Tüfənglə “Prado”nu yararsız hala saldı... - TƏFƏRRÜAT
Bu gün, 09:44
Azərbaycanda şirkətlər qrupuna yeni direktor təyin edilib - BUNDAN SONRA...
Bu gün, 09:43
SOCAR "RabitəBank"dan imtina etdi
Bu gün, 09:40
10 manatlıq şirkətin 655 min manatdan çox vergi borcu var - TƏFƏRRÜAT
Bu gün, 09:37
"İcra şöbəsi hansısa maraqlarına görə şikayətə baxmır..." - NARAZILIQ VAR...
Bu gün, 09:30
Sabunçuda televizor pultu silaha çevrildi – ailə qalmaqalının sonu həbs oldu
Bu gün, 09:24
Gənclər və İdman Nazirliyi müqavilə bağladı, “Flora Holland” MMC icra edə biləcəkmi – Fərid Qayıbovun nəzərinə
Bu gün, 09:21
Ermənistanla yekun sülh sazişi bu tarixdə imzalanacaq - sensasion iddia
Bu gün, 09:15
Dostu tərəfindən döyülən şəxs məhkəmədə onu bağışladı - “Şikayətçi deyiləm”
Bu gün, 09:08
Azərbaycanda sabiq rektor vəfat etdi - FOTO
Bu gün, 08:54
Dövlət qurumu 3,4 milyonluq elektrik mallarını - BU ŞİRKƏTDƏN ALDI
Bu gün, 08:52
Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin olunub - ƏMR
Bu gün, 08:49
Diasporumuza qarşı “xüsusi əməliyyat” - Bakıdan reaksiya
Bu gün, 08:47
Bu şirkət müştəri ilə işləməyi hələ öyrənməyib... - NƏ VAXTA QƏDƏR...
Bu gün, 08:38
Rusiyanın ölkəmizə qarşı daha bir absurd addımı - BAŞLARI QAÇIB...
Bu gün, 08:26
“Ulduz”u sönən məşhurlar - Qətl, şantaj, dələduzluq...
Bu gün, 08:24
Rusiya 10 noyabr 2020-ci il sənədinə qayıtmaq üçün fürsət gözləyir - Bakıdan reaksiyalar
Bu gün, 08:14
ABŞ NATO-ya Ukrayna üçün təhlükəsizlik zəmanətlərində minimal rol oynayacağını bildirib - "Politico" nəşri
Bu gün, 07:24
"1 ildir ki, bu iki qurumun arasında qalmışam" - GİLEY
Bu gün, 07:22
"Bazarstore" mağazalarında 1 milyondan çox vergi borcu - FOTO
Bu gün, 07:16
Rayon bazarlarında qiymət paradoksu: Göy-göyərti baha, lobya isə lüks qiymətdə - NƏ ETMƏLİ?
Bu gün, 07:03
İFŞA: “Poz-Qazan” BİZİ BELƏ QARƏT EDİR... - BU DA FAKT...
Bu gün, 07:01
Möhtəşəm cütlüyün NÖVBƏTİ MƏZƏSİ - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 06:48
"Azərbaycanla sülh pozularsa, bu, Ermənistan dövlətinin sonunu gətirə bilər" - FAKT BUDUR!
Bu gün, 06:44
Başçının Baş məsləhətçisi əgər oliqarxdırsa... - BU NƏDİ BELƏ?
Bu gün, 06:40
Kino Agentliyi “Quşlar susanda” filminin çəkilişi üçün 459 min manat xərcləyəcək
Bu gün, 06:35
Teymur Musayevin ölüvay susqunluğu və ya xəstənin üstündə “qılınc-qılınc” oynadanlar
Bu gün, 06:34
Abituriyent sayı niyə plan yerlərini üstələdi? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:31
Rusiyada türk xalqlarının hüquqları: söz və gerçəklik arasında - GƏLİŞMƏ
Bu gün, 06:29
Britaniya Ukraynaya kontingent göndərə bilmir - "The Telegraph"
Bu gün, 06:27
"Əgər Donald Tramp həmin dövrdə prezident olsaydı..." - deputat
Bu gün, 06:24
Son 10 günün ən mühüm hadisəsi: Paşinyan bu sirri açdı - AKTUAL
Bu gün, 06:20
Rusiyada azərbaycanlı bloger Hüseyn Həsənovun şirkəti ləğv edilib - TƏFƏRRÜAT
Bu gün, 06:17
Avropa lider böhranı ilə üzləşib - Professor
Dünən, 18:11
İrəvanda ilk Azərbaycan səfiri - “Böyük məsuliyyət daşıyacaq”
Dünən, 18:09
Azərbaycanda ilk yaşanır: bu şəxslər də vergi ödəməli olacaqlar
Dünən, 18:06
Kirayə mənzil bazarındakı təklif-tələb balanssızlığı qiymət artımına səbəb olub
Dünən, 18:02
Dövlət Xidməti 6 milyon manata nələr alır? - TENDERLƏR, ŞƏRTLƏR
Dünən, 18:00
Azərbaycan Moskvada keçiriləcək müsabiqədə iştirakdan imtina edib - DETALLAR..
Dünən, 17:56
Rusiya Britaniyaya qarşı cavab sanksiyaları tətbiq edib
Dünən, 17:53
Kremlin soyuq müharibəsinin yeni dalğası: - Podolyak Azərbaycana qarşı görün nə dedi
Dünən, 17:51
"Bakı Metropoliteni"nin Müşahidə Şurasının tərkibi dəyişib
Dünən, 17:50
Overçuk İrəvana səfər edib, Paşinyanla görüşüb - TƏFƏRRÜAT
Dünən, 17:16
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru