İQTİDAR ELÇİBƏYİN DAHA BİR KADRINI YOLA SALIR
Tarix: 16-08-2012, 12:50 | Çap et
CAVİD QURBANOV HAQQINDA ƏKSƏRİYYƏTİN BİLMƏDİYİ ŞOK FAKTLAR
DİA.AZ: - Kimdir Cavid Qurbanov? Nəqliyyat Nazirliyinin “Azəravtoyol” departamentinin rəhbəri vəzifəsinə necə təyin edilmişdir? Əgər xatırlayırsınızsa, mərhum prezident Heydər Əliyev 1994-cü il 15 noyabr tarixli fərmanı ilə onu vəzifəsindən uzaqlaşdırmışdı.
Fərmanda yazılırdı: “ Cavid Qəmbər oğlu Qurbanov işdə ciddi nöqsanlara yol verdiyinə və vəzifəsindən sui-istifadə etdiyinə görə AzərbaycanRespublikası “Azəravtoyol” Dövlət Şirkətinin prezidenti vəzifəsindən azad edilsin.”
Bütün sivil ölkələrdə prezidentin bu qərarından sonra həmin şəxs vəzifə üzünə əbədi həsrət qalır. Çünki vəzifə səlahiyyətlərindən istifadə etmək məmur etikasından kənar bir haldır. Lakin Cavid Qurbanov qayıtdı. O,vəzifə kürsüsünə o zaman qayıtdı ki, artıq Heydər Əliyevin səhhətində problemlər vardı və o, müalicə olunurdu. Belə bir zaman kəsiyində Ziya Məmmədov prezidentin fərmanını bir kənara qoyaraq Cavid Qurbanovu yenidən vəzifəyə qaytardı və onu departament rəisi vəzifəsinə təyin etdi.
Ziya Məmmədovla Cavid Qurbanovu illərin dostluğu bağlayırdı. Bu, elə bir dostluq idi ki, prezident fərmanından da ona üstün idi. Ziya Məmmədov DDY idarəsinin rəisi vəzifəsində çalışdığı zaman onu işə götürmüş, mühüm vəzifələrdən birini ona həvalə etmişdir. C.Qurbanovun bu vəzifəyə təyini Prezident Aparatında hamını çaşdırmışdı.
Bir məqamı qeyd edək ki,istər Cavid Qurbanov, istərsə də onun arası Qəmbər Qurbanov Əbülfəz Elçibəyin hakimiyyəti dövründə yüksək məmur statusu almışlar. Qəmbər Qurbanov 4 aprel 1993-cü il tarixində Elçibəyin fərmanı ilə Kəlbəcər rayonunun icra başçısı vəzifəsinə təyin edilmişdir.
Qəmbər Qurbanovun fəaliyyəti isə Heydər Əliyevin xoşuna gəlmirmiş. Əgər belə olmasaydı, Heydər Əliyev prezident seçildikdən sonra Qəmbər Qurbanov tutduğu vəzifədən prezidentin fərmanı ilə azad edilməzdi. Cavid Qurbanov da “Azəravtoyol” Dövlət Şirkətinin prezidenti vəzifəsinə məhz Elçibəyin hakimiyyəti illərində keçmişdi. Bu vəzifələrə mənsub olan ailənin Elçibəyə yaxın adamlar olması artıq danılmaz faktdır.
Deməli, Cavid Qurbanov Elçibəyin yetirməsidir. Doğrudur burada bir qəbahət yoxdur. Amma fakt faktlığında qalır.
Qeyd edək ki, Cavid Qurbanovla bağlı bu bilgiləri təsadüfən açıqlamadıq. Elçibəyin keçmiş kadrı olan bu oliqarx-məmur bu gün hətta hakimiyyətiçi oyunların belə “qəhrəmanına” çevriləcək həddə qədər şişib.
DİA.AZ-ın apardığı araşdırmalar nəticəsində aydın olur ki, onun rəhbərlik etdiyi qurum hələ 2005-ci ildə əsaslı şəkildə təmir edilmişdir. Onun özünəməxsus geniş biznes şəbəkəsi vardır. Cavid Qurbanovun Bakının müxtəlif yerlərində gözqamaşdırıcı villaları vardır. “Vişnyovka” adı ilə məşhur olan ərazidə Cavid Qurbanova məxsus villa demək olar ki, bütün məmur villalarından seçilir.
Bu barədə danışan mənbə bildirir ki, Cavid Qurbanova məxsus villalardan biri də varlılar məkanı kimi tanınan Badamdar qəsəbəsində yerləşir. Onun gəlir gətirən obyektlərindən biri “Fidan” restoranıdır. Əvvəllər bura şadlıq sarayı idi. İndi isə onun həyətində kiçik evciklər də peyda olub. Deyilənə görə həmin obyekti o, Ziya Məmmədovla şərikinə işlədir.
Qeyd edək ki, bu, onların ilk şərikli biznesləri deyil. Məlumata görə, Cavid Qrubanovun başçılıq etdiyi şirkət astar və üzlük alçıları, daş, mərmər piltələr, əsaslı, kosmetik təmir üçün lazım olan tikinti materialları istehsal edilir. Cavid Qurbanovun obyektlərindən biri isə Binəqədi rayonunda yerləşir.
Məlumatlardan o da aydın olur ki, Elçibəyin kadrı hesab olunan Cavid Qurbanovun YAP iqtidarındakı dönəmi başa çatmaq üzərədir. Çünki artıq ASC prezidenti onu hər zaman hifz edən Ziya Məmmədova asi olub. Bu barədə yaxın günlərdə çox ilginc faktları diqqətinizə çatdıracağıq. Bizi izləməkdə davam edin...


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Putin İrəvanda son kartını oynayır - İNCƏLƏMƏ
Bu gün, 10:47 |
|
|
|
| • Belarusa hücum olarsa, bu, Rusiya ilə toqquşma deməkdir - Lukaşenko
Bu gün, 10:43 |
|
|
|
| • İran parlamentinin rəhbəri Hörmüz boğazı ilə bağlı qeyri-müəyyənliyin qaldığını deyib
Bu gün, 10:01 |
|
|
|
| • Daha bir müştərisi ABB-dən imtina etdi - ETİRAZ
Bu gün, 09:59 |
|
|
|
| • Madyar Ukraynanın maliyyələşdirilməsini dəstəkləmək niyyətində deyil - “L'Antidiplomatico” portalı
Bu gün, 09:28 |
|
|
|
| • Erməni saxtakarlığı – xəritə yalanı və onun ifşası
Bu gün, 09:25 |
|
|
|
| • Bu, AB-ni Rusiyaya olan bağlılıqdan azad edə bilər - Fitso
Bu gün, 08:38 |
|
|
|
| • Türkiyədə təhdid dolu paylaşımlar edən şagirdin evindən Azərbaycan bayrağı və hərbi ləvazimatlar çıxıb - VİDEO
Bu gün, 08:35 |
|
|
|
| • Bakının yaratdığı yeni reallıq - GƏLİŞMƏ
Bu gün, 08:20 |
|
|
|
| • Azərbaycan-Rusiya münasibətləri: Güllələnmiş “dostluq” - AKTUAL
Bu gün, 08:16 |
|
|
|
| • Hüquqi statusu olmayan ELİZA SCHOOL Mədəniyyət Mərkəzinin binasına necə yerləşdirilib? - ARAŞDIRMA
Bu gün, 08:13 |
|
|
|
| • "Gül salonum var..."
Bu gün, 08:09 |
|
|
|
| • "Son 25 ildə təhsilə dair açıq və nəticəli müzakirələr görmədik..." - MALƏSƏF...
Bu gün, 08:05 |
|
|
|
| • Nuru Əliyevin qalmaqallı oğlu şirkətə rəhbər keçib? - Nurgün Group dövlətə külli miqdarda borclandı
Bu gün, 07:57 |
|
|
|
| • ABŞ-İran danışıqları irəliləsə də, Hörmüz boğazı ətrafında gərginlik qalmaqdadır - "Reuters"
Bu gün, 07:39 |
|
|
|
| • Əli Əsədovun Mədəniyyət sarayını zəbt etməkliyi... - SƏN DEMƏ...
Bu gün, 07:30 |
|
|
|
| • Fuad Nəcəfli HƏBS OLUNA BİLƏR... - İLGİNC
Bu gün, 07:21 |
|
|
|
| • "Qəbulda olmuşam, zənglər etmişəm, lakin..." - Çernobıl əlili haqqını tələb edir...
Bu gün, 07:05 |
|
|
|
| • TƏBİB-də niyə bu ölkənin qanunları İŞLƏMİR? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:58 |
|
|
|
| • Əslində savaş bu iki dövlət arasında gedir... - İNCƏLƏMƏ
Bu gün, 06:46 |
|
|
|
| • AzəriQaz oğurluq üçün ZƏMİN YARADIR... - NARAZILIQ VAR...
Bu gün, 06:41 |
|
|
|
| • "Əgər heç bir işlə məşğul olmursa, Nazirlər Kabinetinin qalmasının mənası nədir?" - partiya sədri
Bu gün, 06:35 |
|
|
|
| • "Ölkədə köklü islahatlar həyata keçirilməlidir..." - ÇAĞIRIŞ
Bu gün, 06:31 |
|
|
|
| • Bakının bitməyən tıxac dərdi: - “Ali məktəblərin bölgələrə köçürülməsi...”
Dünən, 18:16 |
|
|
|
| • Paşinyan ETİRAF ETDİ: - "O adamların siyahısı məndədir, lazım olanda... "
Dünən, 18:13 |
|
|
|
| • Azərbaycanlı gənci güllələyib öldürən yol polisi HƏBS OLUNDU
Dünən, 18:10 |
|
|
|
| • İrəvan İran ərazisindən logistika zəncirləri və imkanları genişləndirmək istəyir - Paşinyan
Dünən, 13:33 |
|
|
|
| • "Bakı və Ankara ilə işləməyin vaxtıdır" – Ermənistan Baş nazirindən tarixi dönüş
Dünən, 13:22 |
|
|
|
| • Rusiyanın iki aeroportu fəaliyyətini dayandırıb
Dünən, 13:21 |
|
|
|
| • Rüfət İsmayılovun qol saatları da müsadirə edildi
Dünən, 13:19 |
|
|
|
| • Ermənistan və Rusiya bəzi müqavilələrin icrası barədə razılığa gəlib
Dünən, 13:16 |
|
|
|
| • Azərbaycan Mədəniyyət Nazirliyi xalq artistindən kimin nə nəyin qisasını alır? - AXI NİYƏ?
Dünən, 13:15 |
|
|
|
| • ABB öz səhmdarlarına 200 milyon manat - DİVİDEND ÖDƏYƏCƏK
Dünən, 12:35 |
|
|
|
| • "Ege Hospital"da yeni doğulan körpə öldü
Dünən, 12:31 |
|
|
|
| • Rusiya silahını Avropaya tuşlayır - GƏLİŞMƏ
Dünən, 12:18 |
|
|
|
| • “Elə bilirlər ki, Baş nazir olmaq asandır” - Artur Rasizadə
Dünən, 12:14 |
|
|
|
| • Paytaxtda növbəti daxili iməclik keçirilib - FOTO
Dünən, 11:57 |
|
|
|
| • Yadplanetlilərlə bağlı məlumatlar dərc olunacaq - Tramp anons verdi
Dünən, 11:52 |
|
|
|
| • Bakının bu ərazilərində torpağın sotu 2 milyondur - AÇIQLAMA
Dünən, 11:35 |
|
|
|
| • Azərbaycan-Ermənistan modeli Ukrayna üçün nümunə ola bilər - ŞƏRH
Dünən, 11:31 |
|
|
|
| • Türkiyədə son hadisələrə görə, 7,5 milyonluq “YouTube” kanalı bağlandı - KİV
Dünən, 11:27 |
|
|
|
| • Gəncə səhiyyəsində dəyişiklik - ƏMR
Dünən, 11:26 |
|
|
|
| • General Müşfiq Məmmədov vəzifəsindən azad edildi - ƏMR
Dünən, 11:19 |
|
|
|
| • İran hava məkanını beynəlxalq uçuşlar üçün qismən açıb
Dünən, 11:17 |
|
|
|
| • Azərbaycana 94 min dollar gətirmək istədi, 64 min manat cərimələndi - TƏFƏRRÜAT
Dünən, 11:02 |
|
|
|
| • “Fikirləşmirlər ki, bu adamlar yazıqdır, əziyyət çəkirlər” - NARAZILIQ VAR...
Dünən, 10:49 |
|
|
|
| • Lənkəranda torpaq sürüşməsi olub
Dünən, 10:40 |
|
|
|
| • “Bank Avrasiya” bağlanma təhlükəsi ilə ÜZ-ÜZƏ - Azalan kreditlər, zəifləyən kapital...
Dünən, 10:38 |
|
|
|
| • Qarabağ Qazisi NARAZILIQ EDİR... - Qarabağ əlili kimi yox, mülki əlil kimi qeyd ediblər...
Dünən, 10:37 |
|
|
|
| • Xalq artistinə qarşı qorxunc rüşvət iddiası - VİDEO
Dünən, 10:32 |
|
|
|
|