Şamaxının icra başçısı kəndliyə qənim gəlib? - ŞİKAYƏT
Tarix: 16-06-2017, 08:12 | Çap et
 "Keçən il susuzluqdan yanan sahəni ağır texnika gətizdirib təmizləyəndə dözə bilmədim, ağladım. Elə bil, öz əziyyətimi kürüyüb çaya tökürdüm". Kənd təsərrüfatı ilə məşğul olan Şamaxı sakini Fərman Qulamov deyir, hazırda rayonda bəzi əkin sahələri susuzluqdan cadar-cadar olub. Kəndli və fermerlərin əkdikləri sahələr göz önündəcə susuzluqdan külə dönür: "Əziyyəti və xərc çəkməyi bizə qalır. Bu boyda problemin həlli bircə arxa bağlıdır. O arxı da sanki qəsdən, əhaliyə əzab vermək üçün çəkmirlər".
Fərman Qulamov 10 hektar sahədə qarğıdalı, daha 10 hektar sahədə isə günəbaxan əkib. Ancaq susuzluqdan yanan sahələr çəyirtkə və başqa həşəratlarla dolub: "Burda elə sahələr var ki, yağışdan sonra suyla dolub, əkin zay olub, elə sahələr də var ki, əksinə, su görmür. Kəndlilər yerli dövlət qurumlarına çox gözəl təkliflər irəli sürüblər. Sadəcə, bu təklifləri gerçəkləşdirməyə maliyyə lazımdır. Özü də bu maliyyə hökumət üçün elə də böyük xərc deyil. Təklifimiz odur ki, məsələn, yağıntı zamanı dolan əkin sahələrindəki suların suvarmadan kənarda qalan sahələrə ötürülməsi üçün arxlar çəkilsin. Başqa ölkələrdə kənd təsərrüfatlarında bu təcrübə var. Bir az xərci var, hökumət əlini cibinə salsa, problemimiz yerli-dibli həll olunar".
Yasər Namazovunsa, əksinə, əkin sahəsini su basıb. O, suyu çəkməyə 16 hektarlıq sahəyə xüsusi qurğular gətizdirib. Ancaq buna baxmayaraq, özü demişkən, itirdiyini itirib: "Məhsul əlli əlliyə əldən gedib. Ancaq heç olmasa, yarısını götürmək də qənimətdir.
Bir tərəfdə sahələr su altında qalıb, bir tərəfdə sahələr susuzluqdan məhv olur. Fermerlər başlarını itiriblər. Susuz sahələrə yaxın Hacıqədirlidə göl var, sanki fermerlərə gözdağıdır. Suyu ilboyu Şamaxıdakı bütün əkin sahələrinə bəs edər. Gəl ki, göldən arxlar çəkilmir. Yazıq kəndli suyu pulla alır. Su satışıyla da icra başçısının öz adamları məşğul olur. Deməli, əslində, arxlar ona görə qazılmır ki, bir neçə adam su satışından əldə etdiyi qazancı itirməsin. Bu, yüz faiz belədir".
Şamaxı rayon icra hakimiyyətindən "Qaynar xətt"ə bildirilib ki, kəndlilərin əkin sahələri ilə bağlı problemləri ilə Kənd Təsərrüfatı Nazirliyi məşğul olmalıdır. Ancaq nədənsə, kəndlilər hər dəfə icra hakimiyyətinə üz tuturlar: "Bununla belə, şikayətlərini aidiyyəti qurumlara bildiririk. Növbəti illərdə əkin sahələrinin suvarılmasında problem olmayacaq. İcrasını gözləyən müəyyən dövlət layihələri var. Ancaq indidən bu barədə danışmaq tezdir".
Elə kəndlilər də əkin sahələrini susuzluğun əlindən alacaq istənilən layihənin, dövlət proqramının tezliklə icra olunmasını arzulayırlar. Ən azı, qurumuş sahələrdən topladıqlarını çaya tökmək üçün yox, məhsulu bazara çəkmək üçün...


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Yanacaq bahalaşır, ABŞ aviaşirkətləri yüz milyonlarla zərər edir və uçuşları azaldır - "Business Insider"
Bu gün, 16:46 |
|
|
|
| • Söhrab İsmayılov həbs oluna bilər? - İDDİA
Bu gün, 16:44 |
|
|
|
| • Pezeşkian hərəkətə keçdi, İsraillə bağlı məlumat yayıldı: - “Xilasetmə” əməliyyatı başladılır
Bu gün, 16:30 |
|
|
|
| • Bərdədə Zümürxan gölü zibilliyə çevrilib - FOTO
Bu gün, 16:18 |
|
|
|
| • Keçmiş oliqarx-məmur... BU GÜN DƏ QAZANIR... - İLGİNC FAKT
Bu gün, 16:05 |
|
|
|
| • Müxalifət üçün itirilmiş ŞANS
Bu gün, 15:48 |
|
|
|
| • İran XİN rəhbəri Tehranın tələblərini Pakistana çatdırıb
Bu gün, 15:42 |
|
|
|
| • İran ordusu ABŞ-a xəbərdarlıq edib - “Fars”
Bu gün, 15:39 |
|
|
|
| • Doğdu günəş qırmızı... İməcliyə apardılar HAMIMIZI... - Nəqşi-cahanın... Talıbovdan qalma NAXŞI...
Bu gün, 15:33 |
|
|
|
| • "Özünə arxayın olmaq adamı qudurdur"
Bu gün, 15:20 |
|
|
|
| • Zelenskinin Azərbaycana səfəri Z-blogerləri qəzəbləndirdi – “ikili standartlar” yenidən gündəmdə
Bu gün, 15:05 |
|
|
|
| • Ukraynanın “marslı”sı rusları dəhşətə gətirdi – 35 min əsgər necə öldürülüb?
Bu gün, 13:19 |
|
|
|
| • “Georgian Airways” müflis ola bilər
Bu gün, 13:11 |
|
|
|
| • Bakıda yeni oğru PEYDA OLUB: "parik"dən istifadə edir - VİDEO
Bu gün, 13:09 |
|
|
|
| • Zelenskinin Bakı səfəri: Gözləntilər nədir? - AKTUAL
Bu gün, 12:49 |
|
|
|
| • İranda “işləməyən” Venesuela modeli: fanatiklərin müqaviməti hələ güclüdür - İNCƏLƏMƏ
Bu gün, 12:43 |
|
|
|
| • Oğluma məcburən saxta toy etdirdim, pul yığdım...” – Meyxanaçı Samirədən ŞOK AÇIQLAMALAR
Bu gün, 12:22 |
|
|
|
| • Deputata məxsus olduğu deyilən şirkətə 498 min manatlıq sifariş - TƏFƏRRÜAT
Bu gün, 12:19 |
|
|
|
| • Qaynarinfo.az 19 yaşında! - UĞUR YOLU...
Bu gün, 12:09 |
|
|
|
| • Zaqatalada qəzalı vəziyyətdə olan BİNA: Yağış suları evlərə dolur - FOTO
Bu gün, 12:05 |
|
|
|
| • AZƏRBAYCANDA MOBİL İNTERNET NİYƏ BAHALAŞIB? - "İstehlakçılara qarşı bu cür davranış yolverilməzdir..."
Bu gün, 11:59 |
|
|
|
| • Bakıda yeni proses başlayır: yüzlərlə ailə köçürüləcək - Detallar
Bu gün, 11:46 |
|
|
|
| • Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycanda işgüzar səfərdədir - FOTO
Bu gün, 11:41 |
|
|
|
| • Yekaterinburqa dron hücumu − Xəsarət alan var
Bu gün, 11:40 |
|
|
|
| • Yeni tikililən binalarda mənzil qiymətlərinin sürətli dəyişməsinin səbəbləri - ARAŞDIRMA
Bu gün, 11:37 |
|
|
|
| • İranın gizli təşkilatının rəisi İsrailə casusluğa görə edam edilib -“tabnak”
Bu gün, 11:36 |
|
|
|
| • "İki aydan sonra onlar baş nazir olacaqlar” – Paşinyandan səs-küylü AÇIQLAMA
Bu gün, 11:26 |
|
|
|
| • Qondarma erməni soyqırımı muzeyində qalmaqal - "Hraparak"
Bu gün, 11:21 |
|
|
|
| • Trampın İran strategiyası niyə iflasa uğraya bilər?.. - YƏHUDİ EKSPERT
Bu gün, 11:17 |
|
|
|
| • Azərbaycan neftinin qiyməti 114 dollara yüksəlib
Bu gün, 11:15 |
|
|
|
| • Turizm Agentlini eyni şirkətə bir gündə iki tender verib - DETALLAR
Bu gün, 11:06 |
|
|
|
| • ABŞ-nin yeni prezidenti Rubio ola bilər - Politico nəşri
Bu gün, 11:03 |
|
|
|
| • Gəncədə terror qurbanlarının evləri... NECƏ QANUNDAN KƏNAR OLDU... - BU NƏDİ BELƏ?..
Bu gün, 10:56 |
|
|
|
| • Ermənistanda Türkiyəyə “müharibə” elan edən kimlərdir? – gizli planın şok detalları
Bu gün, 10:44 |
|
|
|
| • Abbas Əraqçi Pakistan ordusunun komandanı ilə görüşdü
Bu gün, 10:42 |
|
|
|
| • Sosial media qazancının görünməyən ÜZÜ…
Bu gün, 10:40 |
|
|
|
| • İrana nüvə bombası atılacaq - Dövlət Departamentinin keçmiş rəsmisindən şok iddia
Bu gün, 10:26 |
|
|
|
| • Azərbaycanda ət tapılmayacaq? - qiymətlət niyə bahalaşır
Bu gün, 10:25 |
|
|
|
| • “AzəriQaz” işçilərinin tək dərdi MAAŞ DEYİL Kİ... - NARAZILIQ VAR...
Bu gün, 10:20 |
|
|
|
| • “Azercell”in 13-cü ay OYUNBAZLIĞI... - GİLEY
Bu gün, 10:04 |
|
|
|
| • Banka borcu olanlara BƏD xəbər - Bundan sonra...
Bu gün, 09:28 |
|
|
|
| • "Dəyişən bir şey olmayacaq, amma..." - REAKSİYA
Bu gün, 08:33 |
|
|
|
| • TƏBİB pasiyentə xəstə kimi yox... BANKOMAT KİMİ baxır... - BUNA GÖRƏ DƏ...
Bu gün, 08:28 |
|
|
|
| • Qadınlar niyə imkanlı kişinin məşuqəsi, sevgilisi olmaq istəyir... - Nura Suri deyir ki...
Bu gün, 08:16 |
|
|
|
| • Aİ-də Kiyevə yardım qərarı parçalanmaya səbəb olub - “Politico”
Bu gün, 08:10 |
|
|
|
| • Eldar Mahmudovun sabiq kadrı ətrafında çənbər daralır... - Mürsəl İbrahimov NƏ EDƏCƏK...
Bu gün, 07:51 |
|
|
|
| • Xəzər sammiti Putinlə Xamenei görüşü üçün ləğv edilməyib - İran səfiri
Bu gün, 07:38 |
|
|
|
| • Məktəb direktoru pedaqoji şuranın iclasında səsləndirdiyi ifadələrə görə məhkəməyə verildi - TƏFƏRRÜAT
Bu gün, 07:36 |
|
|
|
| • ABŞ-nin İrana qarşı hərbi əməliyyat xərcləri 61 milyard dolları keçib - "Iran War Cost Tracker" portalı
Bu gün, 07:31 |
|
|
|
| • Əmrullayevin BATIRDIĞI TƏHSİL: Daha bir məktəbdə insident... - BELƏ HARA GEDİRİK?
Bu gün, 07:30 |
|
|
|
|