Yanacaq bahalaşır, ABŞ aviaşirkətləri yüz milyonlarla zərər edir və uçuşları azaldır .....                     Söhrab İsmayılov həbs oluna bilər? .....                     Pezeşkian hərəkətə keçdi, İsraillə bağlı məlumat yayıldı: .....                     Bərdədə Zümürxan gölü zibilliyə çevrilib .....                     Keçmiş oliqarx-məmur... BU GÜN DƏ QAZANIR... .....                     Müxalifət üçün itirilmiş .....                     İran XİN rəhbəri Tehranın tələblərini Pakistana çatdırıb .....                     İran ordusu ABŞ-a xəbərdarlıq edib .....                     Doğdu günəş qırmızı... İməcliyə apardılar HAMIMIZI... .....                     "Özünə arxayın olmaq adamı qudurdur" .....                     Zelenskinin Azərbaycana səfəri Z-blogerləri qəzəbləndirdi .....                     Ukraynanın “marslı”sı rusları dəhşətə gətirdi .....                     “Georgian Airways” müflis ola bilər .....                     Bakıda yeni oğru PEYDA OLUB: "parik"dən istifadə edir .....                     Zelenskinin Bakı səfəri: Gözləntilər nədir? .....                     İranda “işləməyən” Venesuela modeli: fanatiklərin müqaviməti hələ güclüdür .....                     Oğluma məcburən saxta toy etdirdim, pul yığdım...” .....                     Deputata məxsus olduğu deyilən şirkətə 498 min manatlıq sifariş .....                     Qaynarinfo.az 19 yaşında! .....                     Zaqatalada qəzalı vəziyyətdə olan BİNA: Yağış suları evlərə dolur .....                     AZƏRBAYCANDA MOBİL İNTERNET NİYƏ BAHALAŞIB? .....                     Bakıda yeni proses başlayır: yüzlərlə ailə köçürüləcək .....                     Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycanda işgüzar səfərdədir .....                     Yekaterinburqa dron hücumu .....                     Yeni tikililən binalarda mənzil qiymətlərinin sürətli dəyişməsinin səbəbləri .....                     İranın gizli təşkilatının rəisi İsrailə casusluğa görə edam edilib .....                     "İki aydan sonra onlar baş nazir olacaqlar” .....                     Qondarma erməni soyqırımı muzeyində qalmaqal .....                     Trampın İran strategiyası niyə iflasa uğraya bilər?.. .....                     Azərbaycan neftinin qiyməti 114 dollara yüksəlib .....                     Turizm Agentlini eyni şirkətə bir gündə iki tender verib .....                     ABŞ-nin yeni prezidenti Rubio ola bilər .....                     Gəncədə terror qurbanlarının evləri... NECƏ QANUNDAN KƏNAR OLDU... .....                     Ermənistanda Türkiyəyə “müharibə” elan edən kimlərdir? .....                     Abbas Əraqçi Pakistan ordusunun komandanı ilə görüşdü .....                     Sosial media qazancının .....                     İrana nüvə bombası atılacaq .....                     Azərbaycanda ət tapılmayacaq? .....                     “AzəriQaz” işçilərinin tək dərdi MAAŞ DEYİL Kİ... .....                     “Azercell”in 13-cü ay OYUNBAZLIĞI... .....                 

Şamaxı sakinləri imdad diləyir - FOTOLAR
Tarix: 27-07-2017, 10:11 | Çap et
Şamaxı sakinləri imdad diləyir
.. Bu yerin adı da özü kimidir - Keçməddin. Nə keçmək olur, nə keçilən yolu var, nə də keçməyə cığır qoyublar. Allahın ümidinə qalmış bu kənd Şamaxıdan təqribən 25 kilometr aralıda yerləşir.


Sözlə təsvir olunacaq deyil, gərək Keçməddinə gedəsən, o məşəqqəti yaşayasan, onda camaatın nə çəkdiyini anlayarsan.
Amma Şamaxı Rayon İcra Hakimiyyətinin kondisionerli kabinetlərində oturmuş səlahiyyətli şəxsləri nə bu kəndin yolunu tanıyır, nə bir dəfə ayaq basıb. Əgər bircə dəfə “UAZ”la Keçməddinə keçsələr, bir sutka bu kənddə yaşamazlar, qaçarlar.
Keçməddinin fədakar sakinləri isə illərdir ki, yurd-yuvasında zülm-zillət, sel-daşqınla üzbəüz yaşayırlar. Elə buna görədir ki, kəndin yarısı məcburiyyət qarşısında Keçməddini tərk eləməli olub.


O Keçməddini ki, ermənilər Şamaxıda kütləvi qırğınlar törədəndə bu kəndə keçə bilməyiblər. Sakinlər danışırlar ki, ermənilər kəndə hücum etmək istəyəndə geri qayıtmağa məcbur olublar.


Rəvayətə görə, ermənilərin kənddə qabaqlarına çıxan iri daşlar qaranlıq vaxtı gözlərinə insan cildində görünüb, geri dönüb arxaya baxmadan qaçıblar. O vaxtdan bəri kəndə “keçmədim” deyiblər, elə buna görə də adı Keçməddin qalıb.
İndi isə Şamaxının icra başçısı Asif Ağayev, onun 1-ci müavini, rayonun başının bəlasına çevrilmiş Qasım Qasımov Keçməddin sakinlərinin dərd-sərinə əncam eləmir.


Onların dediyinə görə, kəndə sel gəlir, həyətləri basır, mal-heyvanı aparır, təsərrüfatı məhv edir, heç bir tədbir görülmür. Sonuncu belə güclü sel mayın 16-da gəlib. Kənddə kiminin mal-qarası, kiminin ot tayaları, kiminin bağ-bostanı gedib.
Təxminən üç aya yaxın vaxt keçsə də, nə bu keçilməz Keçməddin yolu düzəldilir, nə də bəndbərkitmə işləri görülür. Bizi bu kəndə gətirən “UAZ” olmasaydı, əsla Keçməddindəki mənzərə ilə tanış ola bilməzdik.


Kənd sakini Bilal Əmrahov Bilas oğlu deyir ki, gözünü bu kənddə açıb və 70 ildir Keçməddində yaşayır: “45 il bu kəndin məktəbində müəllim işləmişəm, ayda 100 manat maaş almışam.


Əlimizin zəhməti ilə yaşamışıq. Atam müharibə əlili olub. Bizə həmişə hörmət olub. İndi sözümüzü eşidən yoxdur. Mən bu ölkənin təhsilinə xidmət göstərmişəm".


Bilal kişinin sözlərinə görə, mayın 16-da gecə sel gələndə mal-qara, ot tayaları gedib: “Bir ay icra hakimiyyətinə gedib-gəldim, dedilər, təbii fəlakətdir, nə edə bilərik?


Hələ bir əllərini ciblərinə salıb silkələyirlər ki, pulumuz yoxdur, kömək edə bilmirik. Birinci müavin Qasım Qasımov deyir ki, pulumuz yoxdur, kömək edə bilmirik. Deyirlər ki, gözləyin. Sel suları gəlir, bizi evimiz qarışıq aparacaq, necə gözləyək?!
Bu adamlar sovet dövrünün qalıqlarıdır, indi də kələyimizi kəsirlər, iliyimizi gəmirirlər. Mən 4 əsgər yetişdirmişəm. Ancaq Şamaxı icra hakimiyyətinə gedirəm, mən yaşda adamı ələ salırlar.


Görəsən, ordakıların uşaqları bu zülmə dözərmi? Hər seçkidə 10 nəfər ailə üzvümü aparıram, onda bizi sayırlar, indi niyə saymırsız?"


B.Əmrahov Fövqəladə Hallar Komissiyasına dəfələrlə zəng edib: “200 manatlıq konturum getdi. Hər dəfə dedilər ki, dayı, şikayətinizi icra hakimiyyətinə ünvanlamışıq. İcra hakimiyyəti də baxmır, deyir ki fövqəladə hallara yollamışıq.
O gün də bir məktub gəlib, guya icra hakimiyyətində komissiya təşkil olunub, baxış keçirilib. Amma vəsait yoxdur. Uçqun gəlir üstümüzə, bu zəngin dövlətin pulu yoxdur kömək eləsin biz sakinlərə?!


Mayın 16-də gecə elə güclü yağış var idi ki, sel gəldi, işıqlar kəsildi, heyvanları apardı, ot tayalarımız getdi, toyuq-cücəmiz qalmadı.


Bir özümüz qalmışıq, sel bir dəfə də bizi aparacaq. 3-4 il qabaq da sel gəlmişdi. Aidiyyəti qurumdan gəlib baxdılar, ölçüb-biçib, dedilər ki, evinizə təhlükə yoxdur.


Amma indi gəlib baxmırlar. Mayın 16-da sel gələndən quru yerlərdə yatmaqdan nəvələrimin böyrəkləri ağrıyır. Bu uşaqları necə sağlam böyüdüb əsgərliyə göndərək?"


Şikayətçi bildirir ki, ya Şamaxıda ev versinlər, ya yol açsınlar: “Heç olmasa gəlib bənd atsınlar, onu da eləmirlər. 3-4 il qabaq 1 güclü sel gəlmişdi, 20 sota yaxın torpağımızı yudu apardı, 14 min manat zərər dəydi.


Bostanımızı, bağımızı apardı, 20 qoz ağacımız, tut, əncir ağaclarımız, 25 yeşik arımız getdi. Bizə dedilər ki, sığortanız yoxdur, heç nə verə bilmərik. Görəsən, bu ölkədə bizim nəyimizin sığortası var?


Mehriban xanım Əliyevaya, Fövqəladə Hallar Nazirliyinə də yazmışıq, amma cavabı gəlmir. Bəlkə də poçtdan məktublar çatmır.


Cəmi bir dəfə icradan cavab yazılıb ki, vəsait yoxdur. Çayın da ağzı dolur, sel dəhşət olur. ARB TV də çəkmişdi, heç bir tədbir görmədilər.


Qara bulud gələn kimi canımızı dişimizə tuturuq. Bu kənddə 32 ev var. Demək olar ki, onun 15-də yaşayış yoxdur. Hamı qaçır, gedir. Mən niyə getməliyəm?


Oturub evimdə təsərrüfatımı saxlayıb yaşamaq istəyirəm. Rayona çıxırsan, heç bu kəndin adını bilən yoxdur. Təsəvvür edin ki, 90-cı illərdə kəndə bir avtobus işləyirdi, o da yoxdur. Həmin avtobus bu gün toyuq hinidir".


Kənd sakini Nüşabə Qocayeva danışır ki, Keçməddində qaz yox, yol yox, şərait yox: “Meşələr Şahdağ Milli Parkının balansına keçib. Evlərimizi qızdırmağa odun da tapmırıq. Sağ olsunlar, ”əziyyət" olub onlara, heç olmasa işıq verirlər.


Yaxşı ki, su bulaqdan gəlir. Allahın bizə yazığı gəlib. Hər dəfə yağış yağanda məktəb olmur, uşaqlar dərsə gedə bilmirlər. Uşaqlar deyir ki, məktəbdə 15 müəllim, üç şagird var. Dünyanın hansı məktəbində 3 şagird təhsil alır?"


N.Qocayeva bildirir ki, sabah yağış yağsa, təzə çəkdikləri yoldan heç tank da keçə bilməz: “Texnika göndərəndə də rüsvayçılıq olur, yanacaq pulunu bizdən alırlar. Bu boyda varlı dövlətin pulu yoxdur ki, texnikanın yanacağını versin, biz kasıb-kusubdan pul alırlar”.


N.Qocayeva deyir ki, Şamaxıda zəlzələdən sonra yarımdağınıq vəziyyətdə olan evdə yaşayır: “Uşaqları oxutmaq üçün məcbur orda qalırıq. Kəndin yollarına görə burda yaşamaq olmur.


O ev də bu gün-sabah başımıza uçacaq, Allahın ümidinə yaşayırıq. Sosial müavinət alırdım, onu da kəsiblər. Əgər aparıb “haqq” versəm, onda yenə müavinət ayrılar. Belə acınacaqlı vəziyyətdə yaşayırıq".


12 yaşlı Qocalı Orxan da rayon rəhbərliyinin laqeydliyindən zərər çəkib. Orxan uçqunda yıxılıb və xəsarət alıb. Kənd sakinləri deyir ki, Şamaxı RİH-dəki məmurlar öz övladlarını bu şəraitdə yaşamağa qoymazlar.


70 yaşlı, tək yaşayan Əntiqə Allahverdiyeva da sel gələn gün möhkəm qorxub. Qonşunun ağacları onun damına düşüb. Qadın deyir ki, şəkər xəstəliyindən əziyyət çəkir, aldığı pensiya heç dərmanlarına çatmır. Kəndin yolu da fəlakət içindədir və vaxtında həkimə gedə bilmir. Əntiqə xala gözləyir ki, yerdə qalan ömrünü Keçməddinin keçərli yolları ilə gedib-gələcək.


Həmyerlisi Rauf Allahverdiyev isə xahiş edir ki, sel gələn yerlərə bənd vurulsun, insanlar qorxu-hürküsüz, rahat yaşaya bilsinlər. Keçməddin sakinlərinin bundan sonra tək ümidi dövlətdən, prezident İlham Əliyevdən dəstək görməkdir.
Onların sözlərinə görə, bu qədər müraciətə baxmayaraq Şamaxının icra başçısı A.Ağayev və rayonda hegemonluq edən 1-ci müavin Q.Qasımov heç bir kömək göstərmək niyyətində deyil. Odur ki, ümid ölkə rəhbərliyinin göstərişinə qalıb.
Keçməddinlilər isə keçilməz kəndin yollarına intizarla baxırlar, uzaqda maşın görünəndə ümidlənirlər, bəlkə rayon rəhbərliyindən kimsə gələr, kömək edər...


Amma hər dəfə məlum olur ki, kənddə dükan olmadığına görə gələn o “UAZ” Şamaxı bazarından yavanlıq alan yerli adamları gətirir - uçqunun üstünə...


Şamaxı sakinləri imdad diləyir
Şamaxı sakinləri imdad diləyir
Şamaxı sakinləri imdad diləyir
Şamaxı sakinləri imdad diləyir
Şamaxı sakinləri imdad diləyir
Şamaxı sakinləri imdad diləyir
Şamaxı sakinləri imdad diləyir









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Yanacaq bahalaşır, ABŞ aviaşirkətləri yüz milyonlarla zərər edir və uçuşları azaldır - "Business Insider"
Bu gün, 16:46
Söhrab İsmayılov həbs oluna bilər? - İDDİA
Bu gün, 16:44
Pezeşkian hərəkətə keçdi, İsraillə bağlı məlumat yayıldı: - “Xilasetmə” əməliyyatı başladılır
Bu gün, 16:30
Bərdədə Zümürxan gölü zibilliyə çevrilib - FOTO
Bu gün, 16:18
Keçmiş oliqarx-məmur... BU GÜN DƏ QAZANIR... - İLGİNC FAKT
Bu gün, 16:05
Müxalifət üçün itirilmiş ŞANS
Bu gün, 15:48
İran XİN rəhbəri Tehranın tələblərini Pakistana çatdırıb
Bu gün, 15:42
İran ordusu ABŞ-a xəbərdarlıq edib - “Fars”
Bu gün, 15:39
Doğdu günəş qırmızı... İməcliyə apardılar HAMIMIZI... - Nəqşi-cahanın... Talıbovdan qalma NAXŞI...
Bu gün, 15:33
"Özünə arxayın olmaq adamı qudurdur"
Bu gün, 15:20
Zelenskinin Azərbaycana səfəri Z-blogerləri qəzəbləndirdi – “ikili standartlar” yenidən gündəmdə
Bu gün, 15:05
Ukraynanın “marslı”sı rusları dəhşətə gətirdi – 35 min əsgər necə öldürülüb?
Bu gün, 13:19
“Georgian Airways” müflis ola bilər
Bu gün, 13:11
Bakıda yeni oğru PEYDA OLUB: "parik"dən istifadə edir - VİDEO
Bu gün, 13:09
Zelenskinin Bakı səfəri: Gözləntilər nədir? - AKTUAL
Bu gün, 12:49
İranda “işləməyən” Venesuela modeli: fanatiklərin müqaviməti hələ güclüdür - İNCƏLƏMƏ
Bu gün, 12:43
Oğluma məcburən saxta toy etdirdim, pul yığdım...” – Meyxanaçı Samirədən ŞOK AÇIQLAMALAR
Bu gün, 12:22
Deputata məxsus olduğu deyilən şirkətə 498 min manatlıq sifariş - TƏFƏRRÜAT
Bu gün, 12:19
Qaynarinfo.az 19 yaşında! - UĞUR YOLU...
Bu gün, 12:09
Zaqatalada qəzalı vəziyyətdə olan BİNA: Yağış suları evlərə dolur - FOTO
Bu gün, 12:05
AZƏRBAYCANDA MOBİL İNTERNET NİYƏ BAHALAŞIB? - "İstehlakçılara qarşı bu cür davranış yolverilməzdir..."
Bu gün, 11:59
Bakıda yeni proses başlayır: yüzlərlə ailə köçürüləcək - Detallar
Bu gün, 11:46
Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycanda işgüzar səfərdədir - FOTO
Bu gün, 11:41
Yekaterinburqa dron hücumu − Xəsarət alan var
Bu gün, 11:40
Yeni tikililən binalarda mənzil qiymətlərinin sürətli dəyişməsinin səbəbləri - ARAŞDIRMA
Bu gün, 11:37
İranın gizli təşkilatının rəisi İsrailə casusluğa görə edam edilib -“tabnak”
Bu gün, 11:36
"İki aydan sonra onlar baş nazir olacaqlar” – Paşinyandan səs-küylü AÇIQLAMA
Bu gün, 11:26
Qondarma erməni soyqırımı muzeyində qalmaqal - "Hraparak"
Bu gün, 11:21
Trampın İran strategiyası niyə iflasa uğraya bilər?.. - YƏHUDİ EKSPERT
Bu gün, 11:17
Azərbaycan neftinin qiyməti 114 dollara yüksəlib
Bu gün, 11:15
Turizm Agentlini eyni şirkətə bir gündə iki tender verib - DETALLAR
Bu gün, 11:06
ABŞ-nin yeni prezidenti Rubio ola bilər - Politico nəşri
Bu gün, 11:03
Gəncədə terror qurbanlarının evləri... NECƏ QANUNDAN KƏNAR OLDU... - BU NƏDİ BELƏ?..
Bu gün, 10:56
Ermənistanda Türkiyəyə “müharibə” elan edən kimlərdir? – gizli planın şok detalları
Bu gün, 10:44
Abbas Əraqçi Pakistan ordusunun komandanı ilə görüşdü
Bu gün, 10:42
Sosial media qazancının görünməyən ÜZÜ…
Bu gün, 10:40
İrana nüvə bombası atılacaq - Dövlət Departamentinin keçmiş rəsmisindən şok iddia
Bu gün, 10:26
Azərbaycanda ət tapılmayacaq? - qiymətlət niyə bahalaşır
Bu gün, 10:25
“AzəriQaz” işçilərinin tək dərdi MAAŞ DEYİL Kİ... - NARAZILIQ VAR...
Bu gün, 10:20
“Azercell”in 13-cü ay OYUNBAZLIĞI... - GİLEY
Bu gün, 10:04
Banka borcu olanlara BƏD xəbər - Bundan sonra...
Bu gün, 09:28
"Dəyişən bir şey olmayacaq, amma..." - REAKSİYA
Bu gün, 08:33
TƏBİB pasiyentə xəstə kimi yox... BANKOMAT KİMİ baxır... - BUNA GÖRƏ DƏ...
Bu gün, 08:28
Qadınlar niyə imkanlı kişinin məşuqəsi, sevgilisi olmaq istəyir... - Nura Suri deyir ki...
Bu gün, 08:16
Aİ-də Kiyevə yardım qərarı parçalanmaya səbəb olub - “Politico”
Bu gün, 08:10
Eldar Mahmudovun sabiq kadrı ətrafında çənbər daralır... - Mürsəl İbrahimov NƏ EDƏCƏK...
Bu gün, 07:51
Xəzər sammiti Putinlə Xamenei görüşü üçün ləğv edilməyib - İran səfiri
Bu gün, 07:38
Məktəb direktoru pedaqoji şuranın iclasında səsləndirdiyi ifadələrə görə məhkəməyə verildi - TƏFƏRRÜAT
Bu gün, 07:36
ABŞ-nin İrana qarşı hərbi əməliyyat xərcləri 61 milyard dolları keçib - "Iran War Cost Tracker" portalı
Bu gün, 07:31
Əmrullayevin BATIRDIĞI TƏHSİL: Daha bir məktəbdə insident... - BELƏ HARA GEDİRİK?
Bu gün, 07:30
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru