Yanacaq bahalaşır, ABŞ aviaşirkətləri yüz milyonlarla zərər edir və uçuşları azaldır .....                     Söhrab İsmayılov həbs oluna bilər? .....                     Pezeşkian hərəkətə keçdi, İsraillə bağlı məlumat yayıldı: .....                     Bərdədə Zümürxan gölü zibilliyə çevrilib .....                     Keçmiş oliqarx-məmur... BU GÜN DƏ QAZANIR... .....                     Müxalifət üçün itirilmiş .....                     İran XİN rəhbəri Tehranın tələblərini Pakistana çatdırıb .....                     İran ordusu ABŞ-a xəbərdarlıq edib .....                     Doğdu günəş qırmızı... İməcliyə apardılar HAMIMIZI... .....                     "Özünə arxayın olmaq adamı qudurdur" .....                     Zelenskinin Azərbaycana səfəri Z-blogerləri qəzəbləndirdi .....                     Ukraynanın “marslı”sı rusları dəhşətə gətirdi .....                     “Georgian Airways” müflis ola bilər .....                     Bakıda yeni oğru PEYDA OLUB: "parik"dən istifadə edir .....                     Zelenskinin Bakı səfəri: Gözləntilər nədir? .....                     İranda “işləməyən” Venesuela modeli: fanatiklərin müqaviməti hələ güclüdür .....                     Oğluma məcburən saxta toy etdirdim, pul yığdım...” .....                     Deputata məxsus olduğu deyilən şirkətə 498 min manatlıq sifariş .....                     Qaynarinfo.az 19 yaşında! .....                     Zaqatalada qəzalı vəziyyətdə olan BİNA: Yağış suları evlərə dolur .....                     AZƏRBAYCANDA MOBİL İNTERNET NİYƏ BAHALAŞIB? .....                     Bakıda yeni proses başlayır: yüzlərlə ailə köçürüləcək .....                     Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycanda işgüzar səfərdədir .....                     Yekaterinburqa dron hücumu .....                     Yeni tikililən binalarda mənzil qiymətlərinin sürətli dəyişməsinin səbəbləri .....                     İranın gizli təşkilatının rəisi İsrailə casusluğa görə edam edilib .....                     "İki aydan sonra onlar baş nazir olacaqlar” .....                     Qondarma erməni soyqırımı muzeyində qalmaqal .....                     Trampın İran strategiyası niyə iflasa uğraya bilər?.. .....                     Azərbaycan neftinin qiyməti 114 dollara yüksəlib .....                     Turizm Agentlini eyni şirkətə bir gündə iki tender verib .....                     ABŞ-nin yeni prezidenti Rubio ola bilər .....                     Gəncədə terror qurbanlarının evləri... NECƏ QANUNDAN KƏNAR OLDU... .....                     Ermənistanda Türkiyəyə “müharibə” elan edən kimlərdir? .....                     Abbas Əraqçi Pakistan ordusunun komandanı ilə görüşdü .....                     Sosial media qazancının .....                     İrana nüvə bombası atılacaq .....                     Azərbaycanda ət tapılmayacaq? .....                     “AzəriQaz” işçilərinin tək dərdi MAAŞ DEYİL Kİ... .....                     “Azercell”in 13-cü ay OYUNBAZLIĞI... .....                 

Bakıda daha bir MTK fırıldağı... - İş məhkəmədədir
Tarix: 11-08-2017, 08:31 | Çap et
Bakıda daha bir MTK fırıldağı...
В«Xəbər tutanda ki, ev məndən başqa daha bir nəfərə satılıb, Xətai Rayon Məhkəməsinə müraciət etdim. Onda bəlli oldu ki, sən demə, В«Əzizbəy K.MВ» MMC özü məndən əvvəl və məndən xəbərsiz həmin məhkəmədə iddia qaldıraraq mənimlə bağladığı müqaviləni ləğv etdirib. Məhkəmə qətnaməsi qüvvəyə minməmiş evi təzədən başqasına satıbВ». Füzuli köçkünü Rahib Məmmədov 8 il öncə 61 min dollar ödəyərək, В«Etalon-İnşaatВ» MTK ilə müqavilə bağlayaraq şirkətin Xətai rayonu, Xocalı küçəsi 2347-48 məhəllədə inşa etdiyi hazır binadan üçotaqlı mənzil alıb. Təmir işləri aparmaq üçün müəyyən tikinti materialları alaraq mənzilə yığıb. 2011-ci ildə təmirə başlamaq istəyəndə ona bildirilib ki, В«Etalon - İnşaat MTKВ» ləğv olunub, hazırda bina В«Əzizbəy K.MВ» MMC-nin balansındadır, bu şirkətlə ikinci müqavilə bağlanmalıdır. Rahib Məmmədov şirkətlə növbəti müqaviləni bağlayıb və mənzildə bəzi təmir işləri aparıb.

2013-cü ildə xəbər tutub ki, В«Əzizbəy K.MВ» MMC Xətai Rayon Məhkəməsində iddia qaldıraraq 2011-ci ildə bağlanmış müqaviləni ləğv etdirib. Ancaq Rahib Məmmədova bu barədə nə məhkəmə bildirişi, nə də qətnamə göndərilib: В«2013-cü ildə Xətai Rayon Məhkəməsi şirkətin iddiasına mənim iştirakım və xəbərim olmadan baxaraq qərar verib. Şirkət həmin qətnamənin qanuni qüvvəyə minməsini gözləmədən mənzili Mövsüm Məmmədov adlı şəxsə satıb. Mən qətnamədən apellyasiya şikayəti verdim, şikayətim təmin olundu, Xətai məhkəməsinin qətnaməsi ləğv olundu. Şirkət qərardan Ali Məhkəməyə kassasiya şikayəti versə də, təmin olunmadı. Şirkətin Ali Məhkəmənin Plenumuna şikayəti də təmin olunmadı. Bundan sonra iş icraya yönəldi, mənzil boşaldılaraq mənə qaytarılmalı idi. Qərar iki il icra olunmadı, məlum oldu ki, qərar ona görə icra olunmur ki, evimi məndən sonra alan şəxs milli qəhrəmandır və icraçılar da onu evdən çıxara bilmir. Mən icranın təmin olunmasını tələb edəndə Mövsüm Məmmədov Konstitusiya Məhkəməsinə müraciət etdiВ».

Mövsüm Məmmədov Konstitusiya Məhkəməsinə müraciətində yazıb ki, evin birinci sahibinin apellyasiya və digər yuxarı instansiya məhkəməsində şikayətinə baxılarkən onun iştirakı təmin olunmayıb. Konstitusiya Məhkəməsi də onun iştirakının təmin olunması üçün işə yenidən Bakı Apellyasiya Məhkəməsində baxılması ilə bağlı qərar çıxarıb.

Bakı Apellyasiya Məhkəməsində bu il fevralın 6-da hakim Etibar Nəbiyev Rahib Məmmədovun əvvəl təmin olunmuş apellyasiya şikayətinə dair qətnamə elan edib. Həmin vaxt Mövsüm Məmmədov da qarşılıqlı apellyasiya şikayəti verib. Hakim Rahib Məmmədovun müqaviləsini ləğv etməyib. Lakin mənzilin Mövsüm Məmmədova verilməsi, Rahib Məmmədova isə eyni binadan eyni ölçüdə başqa mənzilin verilməsi barədə hələ 2013-cü ildə fəaliyyəti dayandırılmış və rəhbərliyi həbs olunmuş В«Etalon-İnşaatВ» MTK-nın üzərinə öhdəlik qoyub.

Rahib Məmmədov deyir ki, nə ona mənzil verməli olan MTK mövcuddur, nə də binada mənzil var: В«İş orasındadır ki, MTK rəhbərliyi binadakı eyni mənzilləri təkrar-təkrar satdığına görə həbsdədir, MTK dağılıb, binadakı mənzillərin hamısında yaşayış var. Hakim yaxşı bilirdi ki, MTK dörd il əvvəl darmadağın olub və bunu bilə-bilə rəhbərliyi həbsdə olan şirkətin üzərinə məni mənzillə təmin etməklə bağlı öhdəlik qoyub. Yəni, hakim icrası mümkün olmayan qətnamə çıxarıbВ».

Rahib Məmmədov Bakı Apellyasiya Məhkəməsinin bu qərarından Ali Məhkəməyə kassasiya şikayəti verib. Avqustun 14-də Ali Məhkəmədə hakim Ənvər Şadıyevin sədrliyi ilə baxılacaq: В«Mən öz mənzilimi tələb edirəm, məhkəmədən də istədiyim odur ki, 2009-cu ildən pulunu tam ödədiyim və müqaviləylə mənə məxsus olan mənzilim boşaldılıb özümə qaytarılsın. Kimsə milli qəhrəman titulundan istifadə edib məhkəmələrə təzyiq göstərir, məhkəmə də başqasının mənzilinə göz dikmiş beləsindən çəkinir. Ədalətli məhkəmə araşdırması hüququndan məhrum olacağamsa, yeganə çıxış yolum bu ölkənin vətəndaşlığından imtina etməkdirВ».

İndi isə Mövsüm Məmmədovun Bakı Apellyasiya Məhkəməsində qaldırdığı iddianı təqdim edək. Vətəndaş iddia edib ki, o, mübahisəli mənzili 2013-cü ildə В«Əzizbəy K.MВ» MMC ilə müqavilə bağlayaraq alıb. Mənzildə təmir işlərini başa çatdırdıqdan sonra orada yaşamağa başlayıb. Rahib Məmmədovun 2009-cu ildə В«Etalon-İnşaatВ» MTK ilə bağladığı müqavilə etibarsızdır, çünki şirkətin fəaliyyəti həmin müqavilədən bir il əvvəl - 2008-ci ildə dayandırılıb. İlk müqavilə saxta olduğuna görə həmin saxta müqavilə əsasında 2011-ci ildə В«Əzizbəy M.KВ» MMC ilə bağlanmış müqavilə də etibarsız hesab edilməlidir.

Qeyd edək ki, məhkəmələr nə birinci, nə də ikinci müqaviləni ləğv edib.

Hələ dörd il əvvəl В«Etalon İnşaatВ» MTK-nın vəzifəli şəxsləri Xətai rayonu ərazisində tikdiyi yaşayış binasındakı mənzillərin aldatma yolu ilə təkrar ayrı-ayrı şəxslərə satması ittihamı ilə həbs olunub və müxtəlif müddətlərə azadlıqdan məhrum ediliblər. Buna baxmayaraq, 2017-ci ildə Bakı Apellyasiya Məhkəməsinin hakimi Etibar Nəbiyev vətəndaş Rahib Məmmədovun mənzillə təmin olunmasını hazırda həbsdə olan keçmiş şirkət rəhbərliyinin üzərinə qoyub.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Yanacaq bahalaşır, ABŞ aviaşirkətləri yüz milyonlarla zərər edir və uçuşları azaldır - "Business Insider"
Bu gün, 16:46
Söhrab İsmayılov həbs oluna bilər? - İDDİA
Bu gün, 16:44
Pezeşkian hərəkətə keçdi, İsraillə bağlı məlumat yayıldı: - “Xilasetmə” əməliyyatı başladılır
Bu gün, 16:30
Bərdədə Zümürxan gölü zibilliyə çevrilib - FOTO
Bu gün, 16:18
Keçmiş oliqarx-məmur... BU GÜN DƏ QAZANIR... - İLGİNC FAKT
Bu gün, 16:05
Müxalifət üçün itirilmiş ŞANS
Bu gün, 15:48
İran XİN rəhbəri Tehranın tələblərini Pakistana çatdırıb
Bu gün, 15:42
İran ordusu ABŞ-a xəbərdarlıq edib - “Fars”
Bu gün, 15:39
Doğdu günəş qırmızı... İməcliyə apardılar HAMIMIZI... - Nəqşi-cahanın... Talıbovdan qalma NAXŞI...
Bu gün, 15:33
"Özünə arxayın olmaq adamı qudurdur"
Bu gün, 15:20
Zelenskinin Azərbaycana səfəri Z-blogerləri qəzəbləndirdi – “ikili standartlar” yenidən gündəmdə
Bu gün, 15:05
Ukraynanın “marslı”sı rusları dəhşətə gətirdi – 35 min əsgər necə öldürülüb?
Bu gün, 13:19
“Georgian Airways” müflis ola bilər
Bu gün, 13:11
Bakıda yeni oğru PEYDA OLUB: "parik"dən istifadə edir - VİDEO
Bu gün, 13:09
Zelenskinin Bakı səfəri: Gözləntilər nədir? - AKTUAL
Bu gün, 12:49
İranda “işləməyən” Venesuela modeli: fanatiklərin müqaviməti hələ güclüdür - İNCƏLƏMƏ
Bu gün, 12:43
Oğluma məcburən saxta toy etdirdim, pul yığdım...” – Meyxanaçı Samirədən ŞOK AÇIQLAMALAR
Bu gün, 12:22
Deputata məxsus olduğu deyilən şirkətə 498 min manatlıq sifariş - TƏFƏRRÜAT
Bu gün, 12:19
Qaynarinfo.az 19 yaşında! - UĞUR YOLU...
Bu gün, 12:09
Zaqatalada qəzalı vəziyyətdə olan BİNA: Yağış suları evlərə dolur - FOTO
Bu gün, 12:05
AZƏRBAYCANDA MOBİL İNTERNET NİYƏ BAHALAŞIB? - "İstehlakçılara qarşı bu cür davranış yolverilməzdir..."
Bu gün, 11:59
Bakıda yeni proses başlayır: yüzlərlə ailə köçürüləcək - Detallar
Bu gün, 11:46
Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycanda işgüzar səfərdədir - FOTO
Bu gün, 11:41
Yekaterinburqa dron hücumu − Xəsarət alan var
Bu gün, 11:40
Yeni tikililən binalarda mənzil qiymətlərinin sürətli dəyişməsinin səbəbləri - ARAŞDIRMA
Bu gün, 11:37
İranın gizli təşkilatının rəisi İsrailə casusluğa görə edam edilib -“tabnak”
Bu gün, 11:36
"İki aydan sonra onlar baş nazir olacaqlar” – Paşinyandan səs-küylü AÇIQLAMA
Bu gün, 11:26
Qondarma erməni soyqırımı muzeyində qalmaqal - "Hraparak"
Bu gün, 11:21
Trampın İran strategiyası niyə iflasa uğraya bilər?.. - YƏHUDİ EKSPERT
Bu gün, 11:17
Azərbaycan neftinin qiyməti 114 dollara yüksəlib
Bu gün, 11:15
Turizm Agentlini eyni şirkətə bir gündə iki tender verib - DETALLAR
Bu gün, 11:06
ABŞ-nin yeni prezidenti Rubio ola bilər - Politico nəşri
Bu gün, 11:03
Gəncədə terror qurbanlarının evləri... NECƏ QANUNDAN KƏNAR OLDU... - BU NƏDİ BELƏ?..
Bu gün, 10:56
Ermənistanda Türkiyəyə “müharibə” elan edən kimlərdir? – gizli planın şok detalları
Bu gün, 10:44
Abbas Əraqçi Pakistan ordusunun komandanı ilə görüşdü
Bu gün, 10:42
Sosial media qazancının görünməyən ÜZÜ…
Bu gün, 10:40
İrana nüvə bombası atılacaq - Dövlət Departamentinin keçmiş rəsmisindən şok iddia
Bu gün, 10:26
Azərbaycanda ət tapılmayacaq? - qiymətlət niyə bahalaşır
Bu gün, 10:25
“AzəriQaz” işçilərinin tək dərdi MAAŞ DEYİL Kİ... - NARAZILIQ VAR...
Bu gün, 10:20
“Azercell”in 13-cü ay OYUNBAZLIĞI... - GİLEY
Bu gün, 10:04
Banka borcu olanlara BƏD xəbər - Bundan sonra...
Bu gün, 09:28
"Dəyişən bir şey olmayacaq, amma..." - REAKSİYA
Bu gün, 08:33
TƏBİB pasiyentə xəstə kimi yox... BANKOMAT KİMİ baxır... - BUNA GÖRƏ DƏ...
Bu gün, 08:28
Qadınlar niyə imkanlı kişinin məşuqəsi, sevgilisi olmaq istəyir... - Nura Suri deyir ki...
Bu gün, 08:16
Aİ-də Kiyevə yardım qərarı parçalanmaya səbəb olub - “Politico”
Bu gün, 08:10
Eldar Mahmudovun sabiq kadrı ətrafında çənbər daralır... - Mürsəl İbrahimov NƏ EDƏCƏK...
Bu gün, 07:51
Xəzər sammiti Putinlə Xamenei görüşü üçün ləğv edilməyib - İran səfiri
Bu gün, 07:38
Məktəb direktoru pedaqoji şuranın iclasında səsləndirdiyi ifadələrə görə məhkəməyə verildi - TƏFƏRRÜAT
Bu gün, 07:36
ABŞ-nin İrana qarşı hərbi əməliyyat xərcləri 61 milyard dolları keçib - "Iran War Cost Tracker" portalı
Bu gün, 07:31
Əmrullayevin BATIRDIĞI TƏHSİL: Daha bir məktəbdə insident... - BELƏ HARA GEDİRİK?
Bu gün, 07:30
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru