Ermənistanda dövlət çevrilişi hazırlamaqda şübhəli bilinən 14 nəfər saxlanılıb .....                     “Pozğun qadınların atası da, qardaşı da əri də susur“ .....                     İsrail-İran müharibəsi Azərbaycanda istehlakçıları “vurdu” .....                     QANUNDANKƏNAR YASAMAL... .....                     “Baku Electronics” rəqabət qanunvericiliyini pozub .....                     Biz Silahlı Qüvvələr Gününü artıq müzəffər ordu kimi, qalib xalq kimi qeyd edirik .....                     Ərdoğan Xankəndiyə gəlir .....                     Zəngəzur dəhlizinə qarşı “Sülh kəsişməsi” iddiası: .....                     Həbsdə olan azərbaycanlı alimin həyatı təhlükədədir .....                     LEQAL QUMAR: Azərlotoreya yarıtmışdı ki, kazinolar da yarıtsın? .....                     BUNUN NƏYİ İXTİSAR OLDU Kİ? .....                     “Yaxın Şərqdə münaqişənin tam bitəcəyini, sülhün bərqərar olacağını iddia etmək doğru deyil” .....                     Qadın sərnişinlərə "padxod" edən daha bir taksi sürücüsü tutuldu .....                     Ermənistan MTX keşiş Baqrat Qalstanyanı saxlayıb .....                     Mülayim cənub küləyi əsəcək .....                     Arkoz Holdinq... ÇOBANLARA QARŞI! .....                     BƏƏ-dən 190 min manatlıq qızıl gətirməkdə təqsirləndirilən .....                     Tramp savaşa DUR dedi... DURDU! .....                     Mürsəl İbrahimova “general-mayor” ali hərbi rütbəsi verildi .....                     Prezident onlara “general-mayor” rütbəsi verdi .....                     Prezident sərəncam imzaladı .....                     Məhkəmə sabiq bələdiyyə sədrinə 9 il həbs cəzası verdi .....                     Bakıda icra başçısı birinci müavinini işdən çıxardı .....                     Azərbaycanlı müğənninin rus sevgilisi .....                     SEPAH və ETTELAAT yeni qurum yaradır .....                     Ermənistanda hakimiyyəti ələ keçirmək planı pozulub .....                     Atası da həbs edilmiş şirkət rəhbəri ilə bağlı .....                     Qazilər dərmansız qalıb: Sakitləşdirici dərmanlar 2 aydır verilmir .....                     Paşinyanın Ərdoğanla söhbəti: Rusiya bazası Ermənistandan, Ağrı gerbdən çıxarılacaq .....                     BU DA BU: Fələstində erməni xarici işlər naziri təyin edildi .....                     Qanunsuz olaraq belə işçiləri yüngül işlə təmin etməkdən imtina edirlər... .....                     Paşinyan komandasına xəbərdarlıq etdi: Hazır olun, tezliklə... .....                     İnvestisiya şirkətinin səhmdarı Müşahidə Şurasına sədrliyi başqa şəxsə həvalə edir .....                     Xəyal Rzaya ağır itki üz verib .....                     “İnşaat Konstruksiyaları” daha biri ili ZƏRƏRLƏ BAŞA VURDU .....                     Polis revanşist və irqçi keşiş Baqratın iqamətgahında axtarışa başladı... .....                     Evə girib qadına seksual hərəkətlər edən azərbaycanlıya HÖKM OXUNDU .....                     Amerika Bakıdakıl səfirliyinin qapılarını MÖHKƏMCƏ BAĞLADI... .....                     İsrail-İran SAVAŞI BİTDİMİ? .....                     Eldar Quliyevə qarşı ŞOK İTTİHAM .....                 

Beynəlxalq Bankdakı müdhiş maliyyə fırıldağı ilə bağlı yeni şok faktlar - İDDİA
Tarix: 16-09-2017, 08:55 | Çap et
Beynəlxalq Bankdakı müdhiş maliyyə fırıldağı ilə bağlı yeni şok faktlar
Bu yaxınlarda Azərbaycan Beynəlxalq Bankının keçmiş sədrinin cinayət işi üzrə məhkəmənin yekunlaşması və onun 15 illik həbs həyatının birinci ili tamam olacaq.

Sual yaranır: nə dərəcədə ədalətli oldu bu cəza? Ölkənin oğurlanan və xaricə daşınan hər 1 milyard manat sərvətinə görə cəmi 1 il həbs?! Bu hesabla, məsələn, 10 min manat mənimsəyən vəzifəli şəxs 4,3 dəqiqə həbs olunmalıdır? Absurd kimi görünür...
Ehtimal etmək olar ki, Cahangir Hacıyevin sabiq nazir qudası əziyyət çəkib məhkəmənin belə qərar verməsinə nail ola bilib. Milyardları talayan şəxsə məhkəmədə bir-iki milyon manat mənimsəmə cəzasının verilməsinin başqa izahı varmı?! Bundan sonra keçmiş bankir “burjuy” kamerasında 2-3 il “dincəlib” azadlığa çıxa bilər.

C.Hacıyevin mənimsədiyi pullar bir tərəfə, dövlətin təminat verdiyi xarici tərəfdaşları qarşısında da “gözü kölgəli” etdi. Dövlət Beynəlxalq Bankı uçurumdan qorumaq və batmış kreditlərdən təmizləmək üçün 10 milyard manatlıq istiqrazlara zamin durmuşdu ki (“Aqrokredit” ASC vasitəsilə), dərhal bankın xarici sələmçiləri baş qaldırdı və dövlət onlara olan 3 milyard dollardan çox borca da zamin durdu.
Maraqlı bir müqayisənin də yeri var: son illər ölkəyə ən böyük zərər Kür çayının daşması nəticəsində dəymişdi - 700 milyon manat. Belə çıxır ki, C.Hacıyev 21 dəfə daha artıq pulu heç “uf” demədən Kürə axıdıb. Bir az da iş başında qalsaydı, onun vurduğu zərər nəyinki daşqınlarla, hətta zəlzələ və sunamilərin vurduğu maddi zərərlə müqayisə oluna bilərdi.

Azərbaycanın maliyyə tarixinə “əsrin firildağı” kimi düşəcək bu hökmün “yubiley”i ərəfəsində bu mövzuya qayıdaraq bir daha vurulan zərəri yada salmaq zərurəti yaranır. Xüsusilə C.Hacıyevin “sağ əli” olan sabiq deputat Dunyamin Xəlilovun məhkəmə prosesinin bu günlərdə başa çatması fonunda bu cinayətdə hər gün yeni-yeni faktlar da üzə çıxır.

Real pul qarşısında - “konfet kağızı”

Uşaqlıqda hər birimiz yəqin ki, zarafatla konfeti yeyib onun parıldıyan kağızının arasına zir-zibil doldurub dosta vermişik: açsın və “sevinsin”. Kim bilərdi ki, bu primitiv uşaq zarafatını Cahangir Hacıyev özünün həyat fəlsəfəsinə, əsas fırıldaq üsüluna çevirəcək. Təbii ki, əvvəl boş “konfet kağızı” tapmaq lazımdır ki, bu məqsədlə C. Hacıyev 100-dən artıq offşor şirkətlər açır. Sonra həmin şirkətlər “konfeti” zir-zibil və ya hava ilə doldururlar - heç bir dəyəri olmayan qiymətli kağızlar (veksel, səhm və s.) buraxıb, Beynəlxalq Banka satırlar və ya girov qoyurlar. Fırıldaqçıların xərcləri cüzidir - offşor şirkəti açmaq və bir-iki yemək-içmək. Əldə edilən oğurluq gəlir isə fantastik səviyyədə-milyonlar...
Ümumiyyətlə, Cahangir Hacıyev və onun çetesi Beynəlxalq Bankın vəsaiti ilə 3,4 milyard ABŞ dolları və 1 milyarda yaxın avro həcmində veksel (“konfet kağızı”) alıblar.

Sonra “konfet kağızı” əməliyyatının ikinci mərhələsi başlayıb - C. Hacıyevin nəzərətində olan həmin offşor şirkətlər bankın vəsaitini alaraq, onunla sərbəst davranmaq imkanını əldə ediblər. Faktiki olaraq bankın vəsaiti nəğdləşdirilib və birbaşa Hacıyevin dəstəsinin ixtiyarına keçib.
Üçüncü mərhələdə (dələduzlar üçün ən ləziz mərhələ) həmin vəsait qiyməti süni şəkildə şişirdilmiş layihələrə yönəldilib və fərq “yeyilib”. Dələduzlar öz oğurluq gəlirlərini artırmaq üçün bəzi hallarda heç həyatda mövcud olmayan, ya da əvvəlcədən qeyri-real və ya zərərli layıhələr maliyyələşdirib. Nəticə isə aydındır - “Cahangirın dəstəsi” əldə olunan pulları xaricə daşıyaraq çırpışdırıblar.

Dələduzların fantaziyası sərhəd tanımırdı. Ənənəvi energetika və tikinti sahələri ilə yanaşı, yeni “innovativ” layihələrə, şou-biznesə, yalançı xeyriyyəçiliyə, hətta xaricdə “Kral Klubu”n yaradılmasına pul səpələyərək, mənimsəyiblər. Məsələn, guya İsraildə enerji istehsalı layihəsinə 38 milyon dollar xərclənib. Həmin vəsaitin real olaraq hara sərf edildiyi isə məlum deyil. Və ya, C.Hacıyev Qazaxıstanda neft layihəsinə 95 milyon dollar yönəldib - pul isə geri qayıtmayıb. Ya da, təminatsız veksel fırıldağını işə salaraq Rusiyada loqistik mərkəz tikdirmək adı ilə 77 milyon dollar mənimsənilib. 45 milyon dollar isə sintetik brilyantların istehsalı adı ilə yoxa çixıb.

Beynəlxalq Bankın “beynəlxalq” sərgüzəşləri

Bəzi hallarda isə C.Hacıyev ümumiyyətlə, heç bir təminatsız, sənədləşmə və elementar araşdırma aparmadan yüz milyonlarla dolları “xarici layihələrin maliyyələşdirməsi” adı ilə mənimsəyib.

Belə ki, C.Hacıyev Albaniyanın kriminal dairələrində yaxşı tanınan Rezart Tacı adlı bir şəxsə ona məxsus olan neft emalı zavodların alınmasına 340 milyon ABŞ dollar həcmində vəsait ayırıb. Daha doğrusu - kriminal dostlar bu pulu banka “atıblar” və aralarında bölüblər. Çunki zavodların hələ həmin dövrdə Albaniya dövlətinə, üçüncü şəxslərə külli miqdarda borcları yaranmışdır. Nəticə kimi, həmin zavodlar Albaniyada satışa çıxarılıb və Beynəlxalq Bankın ayırdığı vəsaitin qaytarılması qeyri-mümkündür. C.Hacıyevın “kriminal qardaşı” Rezart Tacı da dələduzluq və vergi borcu səbəbindən həbs olunub. İndi bu iki “podelnik” türmələrdən ancaq “Skype” ilə danışa bilərlər...

C.Hacıyev ümumiyyətlə, hər zaman kriminal dairələrlə iş görməyə həvəsli olub. Belə ki, Rusiyada “maliyyələşdirilən” (mənimsənilən) bir çox layihələrdə bankirin partnyorları keçmişdə müxtəlif cinayətlərdə iştirak etmiş şəxslər olub, bunların əksəriyyəti də Gürcüstanın kriminal dairələrinin yetirmələri idi.

Bu da fakt: Cahangir Hacıyev özü kimi dələduzlardan biri, Levan Tujba adlı şəxslə 440 milyon ABŞ dollarlıq krediti qondarma “Abxaz Respublikasına” investisiya yatırmaq adı ilə mənimsəyib. Tanınmamış Abxaziyanın illik dövlət büdcəsinin xərcləri orta hesabla 150 milyon dollar təşkil edir. Bu kreditlə üç Abxaziya almaq olardı. Təbii ki, keçmiş bankirin “ustalıqla” həyata keçirdiyi bu əməliyyatın bir məqsədi var idi - bankın vəsaitini dağıdaraq özü pul qazansın. Həmin Levan Tujba bu mənimsəməyə görə Moskvada saxlanıb dindiriləndə dedi ki, bu puldan ancaq 130 milyon dolların “üzünü” görüb. Qalan 310 milyon dolları Cahangir onun ayağına yazıb, öz cibinə qoyub. “Oğru oğruya atar da...”

Sual olunur: separatizmdən neçə illərdi əziyyət çəkən Azərbaycanın vətandaşı hansı mənəvi əsasla qondarma “Abxaz Respublikası”na pul yatırır? Dövlətin payı olan bankın rəhbəri, başqa sözlə birbaşa ölkəni təmsil edən vəzifəli şəxs və o vaxtlar “bərkgedən” bir nazirin yaxın qohumu nə ixtiyarla Azərbaycanın regionda strateji partnyoru olan Gürcüstanın separatçı bir vilayətinə investisiya yatırır?! C.Hacıyevın bu kimi əməlləri təkcə Azərbaycan iqtisadiyyatına yox, həm də ölkənin xarıci siyasətinə və imicinə zərbə vurub.

Daha bir şok fakt: C.Hacıyev Moskvada bir sıra tikinti layihələrinə 1 milyard 180 milyon dollar yatırıb (əslində, basdırıb). Həmin layihələr üzrə bankın pulunun heç olmasa bir hissəsinin qaytarılması belə indi böyük sual altındadır.

Təqdim edilən fotoya diqqət edin: sizcə. Bu çirkli hovuz nədir? Bu şəkil Cahangir Hacıyevın Moskvadakı “ümumi sahəsi 26 min kv. m olan yüksək gəlirli investisiya layıhələrindən” birinın təsviridir. Ən azından Cahangir Hacıyevin saxta sənədlərində belədir - müasir biznes kompleks. Bəs, bu çirkli hovuzun qiyməti nə qədərdir? 250 milyon dollar!!! Fırıldağın miqyasına baxın!

Daha bir şəkildəki Moskva şəhərində 55 min kv.m sahəsi olan yaşayış kompleksidir, hətta bir neçə min adam da yaşayır. “Axı bura it pişik qəzdirmək üçün zibillikdir” deməyin. 2006-ci ildən C.Hacıyev bu it-pişik məkanına nə az, nə çox, bankın düz 116 milyon dollarını “yatıraraq” mənimsəyib.

Qeyd etmək lazımdır ki, xaricdə səpələnən kreditlərin əksəriyyəti C.Hacıyevin birbaşa göstərişləri əsasında heç bir təminat olmadan, habelə müvafiq sənədləşmə aparılmadan ayrılırdı. Bundan əlavə, o, öz əməllərini ört-basdır etmək məqsədilə bankın ali orqanı olan Səhmdarların ümumi yığıncağına, Müşahidə Şurasına, Mərkəzi Banka yalan və təhrif olunmuş məlumatlar təqdim edib. C.Hacıyev pulları nə səhmdarları (əsasən dövlətin), nə əmanətçilərı, nə müştəriləri saya salmadan sağa-sola səpələyib və mənimsəyib.

Milyonçu sürücülər, cangüdənlər, dostlar, qohumlar.... və yarıda qırılmış ömür

Bu barədə mətbuat kifayət qədər yazıb - C.Hacıyevın rəhbərlik etdiyi cinayətkar qrup fiziki şəxslərə milyonlarla girovsuz kreditlər yazaraq pulları mənimsəyib və beləliklə də həmin adamları (içərisində cinayətkarların yaxın dostları və qohumları da var) qurban veriblər.
Adi vətəndaş Beynəlxalq Bankdan 1000 manat kredit alanda min cür sənəd istənildiyi, həftələrlə get-gələ salındığı halda C.Hacıyev şəxsi sürücüsünə, təkcə şəxsiyyət vəsiqəsi ilə 12 milyon dollar kredit yazdırıb. Cahangir Hacıyev və vəkilləri isə hələ də utanmadan günahsız olduqlarından danışırlar.

Nağd kreditlərlə yanaşı C.Hacıyev özünün və ailə üzvlərinin adına plastik kartlar açaraq dövlət bankının xəzinəsini də talayıblar. Açılan hesablar üzrə 16 ədəd plastik kartlar vasitəsi ilə 30.628.727 dollar və 9.368.007 avro, 3.433.931 ingilis funt sterlinq, eləcə də 8.616.062 manat mənimsənilib. Rəqəmlər sözün əsl mənasında insanı şoka salır. 5-6 il ərzində 100 milyon manata yaxın vəsaiti necə şəxsi ödənişlərə xərcləmək olar?! “İnvestisiya layihələri” adı altında milyardları oğurlayaraq xaricə ötürərək mənimsəyən C.Hacıyevin nəfsi və kirli əlləri birbaşa bankın kassasına da soxulub.

C. Hacıyevin nəfsi və pula qurban verilmiş vicdanı hətta insan həyatını da yarıyolda qırıb. Məlumata görə, Beynəlxalq Bankın London nümayəndəliyinin rəhbəri C.Hacıyevin nəfsinin qurbanı olub. Belə ki, C.Hacıyev ənənəvi London səfərlərin birində bankın nümayəndəliyinin rəhbəri Rüfət İmamverdiyevə əmr edir ki, o, bankın Mərkəzi İdarəsinə müraciət etsin və açılan kredit kartı üzrə limiti 1 milyon funt sterlinq həcminə çatdırsın. London nümayəndəliyinin rəhbəri dərhal əmri icra edir. Pullar R. İmamverdiyevin kredit hesabına otuzdurulur. Bu pulları isə nə R. İmamverdiyev, nə də London nümayəndəliyi tərəfindən xərclənmir. C.Hacıyev və ailə üzvləri bahalı şəhər olan Londonda super luks həyət tərzi sürməyə öyrəşmişdilər. Məsələn, dünyanın ən bahalı ticarət mərkəzlərindən biri olan “Harrods”da C.Haciyevin xırda bazarlığı 50-80 min dollar civarında olub. Vaxt keçir, kredit kartdan pul xərclənib (kredit də İmamverdiyevın ayağına bağlanıb), həmin krediti ödəmək lazım gəlir. London nümayəndəliyinin rəhbəri kredit məsələsini C.Hacıyevin yadına salır. Bir neçə israrlı müraciətdən sonra BB rəhbəri “məsələdən xəbərim yoxdu, pulu özün xərcləmisən, özün da bağla...”, deyib. 1 mln funt sterlinq R.İmamverdiyev üçün təbi ki, fantastik və əlçatmaz məbləğ olub. Bunun stresi gənc yaşına baxmayaraq R.İmamverdiyevin sonunu gətirir. O, dünyasını dəyişir, iki azyaşlı uşağı yetim qalır. C. Hacıyev “suçsuzam” deyəndə bu faktı ən azı yadına salsın, “insani keyfiyyəti”, işçilərə göstərdiyi “qayğı”nı unutmasın...

C. Hacıyevin cinayət əməllərinə aid qalın bir kitab yazmaq olar. Xüsusiylə, Hacıyevin dələdüz partnyoru Dünyəmin Xəlilovla törətdiyi cinayətlərdən və Azərbaycandan milyardla manatı oğurlayıb xaricdə yerləşdirilməsinə aid ayrıca kitab. Həmin kitabda Hacıyevin havalanmış başı və sərhədsiz iddiaları ilə Londonda kral cəmiyyəti açmaq, Rusiyada kino çəkmək, təzə moda evi yaratmaq, “xeyrəçilik” adı ilə bankın pulunu yemək və sair “projelərindən” bəhs etmək olar.

İndi, həbs həyatının birinci ilində “Cahangir Hacıyevə və Dünyəmin Xəlilova çox sərt cəza verilib”, “iqtisadi cinayətə görə belə cəzalandırmazlar”, “Cahangir Hacıyev kreditləri qaytara bilərdi” və s. kimi iddialar ortaya atılır. Hətta C.Hacıyevi “siyası məhbus” kimi tanınmasına cəhdlər də var.

Hazırda da C.Hacıyevin dəstəsindən olan cinayətkarlardan azadlıqda olanlar var. Eyni zamanda, C.Hacıyevin hələ də yüksək rütbəli himayədarlarının olması şübhə doğurmur. Amma bu adamlar dərk etməlidirlər ki, Cahangir Hacıyev 15 illik həbsini hələ bir istiqamətdə törətdiyi cinayətlərə görə aldı - kredit kartları və fiziki şəxslər ilə bağlı fırıldağlarına görə. Onun daha ağır cinayətlərinə çox güman bu yaxınlarda hüquqi qiymət veriləcək. Onu da nəzərə almaq lazımdır ki, Cahangir Hacıyevin törətdiyi əməllər təkçə Cinayət Məcəlləsinın maddələri ilə ölçülmür.

Bu cinayətkar təkçə Azərbaycanın maliyyə və bank sektoruna ağır zərbə vurmayıb - ölkənin bütün iqtisadiyyatı, cəmiyyət, hər bir vətəndaş onun əməllərindən hələ uzun müddət əziyyət çəkəcəklər. Ölkənin daxili və xarici borcları məhz onun “fəaliyyəti” nəticəsində ən azı 15 milyard manat həcmində artdı. Və azı 10-12 il bu borcları bağlamaq məcburiyyəti qarşısındayıq. Bu hər bir vətandaşımız, o cümlədən hər bir ailə, hər bir nəsl üçün ağır bir yükdür. Bundan əlavə - dələduzun çirkin əməllərinə görə dinamik inkişaf edən Azərbaycanın dünyada işgüzar imicinə də ləkə dəydi. Bu ümumiyytlə dövlətə, ölkəyə, millətə xəyanət deyilmi?!

“Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ermənistanda dövlət çevrilişi hazırlamaqda şübhəli bilinən 14 nəfər saxlanılıb
Bu gün, 15:19
“Pozğun qadınların atası da, qardaşı da əri də susur“
Bu gün, 15:17
İsrail-İran müharibəsi Azərbaycanda istehlakçıları “vurdu” - AKTUAL
Bu gün, 15:02
QANUNDANKƏNAR YASAMAL... - Başçısı Elşad olanın...
Bu gün, 14:57
“Baku Electronics” rəqabət qanunvericiliyini pozub - RƏSMİ İTTİHAM
Bu gün, 14:52
Biz Silahlı Qüvvələr Gününü artıq müzəffər ordu kimi, qalib xalq kimi qeyd edirik - MƏQALƏ
Bu gün, 14:49
Ərdoğan Xankəndiyə gəlir - diplomatik mənbə
Bu gün, 13:04
Zəngəzur dəhlizinə qarşı “Sülh kəsişməsi” iddiası: - Paşinyanın Türkiyəyə apardığı "layihə" açıqlandı
Bu gün, 13:01
Həbsdə olan azərbaycanlı alimin həyatı təhlükədədir
Bu gün, 12:58
LEQAL QUMAR: Azərlotoreya yarıtmışdı ki, kazinolar da yarıtsın? - GÖZÜMÜZ QORXUB...
Bu gün, 12:53
BUNUN NƏYİ İXTİSAR OLDU Kİ? - NARAZILIQ VAR...
Bu gün, 12:42
“Yaxın Şərqdə münaqişənin tam bitəcəyini, sülhün bərqərar olacağını iddia etmək doğru deyil” - deputat
Bu gün, 12:34
Qadın sərnişinlərə "padxod" edən daha bir taksi sürücüsü tutuldu - ŞOK GÖRÜNTÜLƏR
Bu gün, 12:30
Ermənistan MTX keşiş Baqrat Qalstanyanı saxlayıb
Bu gün, 12:27
Mülayim cənub küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:25
Arkoz Holdinq... ÇOBANLARA QARŞI! - İşləsələr də, pullarını ala bilmirlər...
Bu gün, 12:23
BƏƏ-dən 190 min manatlıq qızıl gətirməkdə təqsirləndirilən DGK-nın sabiq vəzifəli şəxsləri azadlığa buraxılıb
Bu gün, 12:21
Tramp savaşa DUR dedi... DURDU! - Sülhə OL desə... OLACAQMI?
Bu gün, 12:19
Mürsəl İbrahimova “general-mayor” ali hərbi rütbəsi verildi - SƏRƏNCAM
Bu gün, 11:19
Prezident onlara “general-mayor” rütbəsi verdi - ADLAR
Bu gün, 11:17
Prezident sərəncam imzaladı - ONLARI TƏLTİF ETDİ
Bu gün, 11:15
Məhkəmə sabiq bələdiyyə sədrinə 9 il həbs cəzası verdi - TƏFƏRRÜAT
Bu gün, 11:10
Bakıda icra başçısı birinci müavinini işdən çıxardı - ƏMR
Bu gün, 11:08
Azərbaycanlı müğənninin rus sevgilisi - FOTO
Bu gün, 11:01
SEPAH və ETTELAAT yeni qurum yaradır
Bu gün, 10:59
Ermənistanda hakimiyyəti ələ keçirmək planı pozulub - Paşinyan
Bu gün, 10:57
Atası da həbs edilmiş şirkət rəhbəri ilə bağlı QƏRAR
Bu gün, 10:07
Qazilər dərmansız qalıb: Sakitləşdirici dərmanlar 2 aydır verilmir - BU NƏDİ BELƏ?
Bu gün, 10:03
Paşinyanın Ərdoğanla söhbəti: Rusiya bazası Ermənistandan, Ağrı gerbdən çıxarılacaq - İLGİNC
Bu gün, 10:01
BU DA BU: Fələstində erməni xarici işlər naziri təyin edildi - Azərbaycanı tənqid edənlər SUSUR...
Bu gün, 09:59
Qanunsuz olaraq belə işçiləri yüngül işlə təmin etməkdən imtina edirlər... - AXI NİYƏ?
Bu gün, 09:57
Paşinyan komandasına xəbərdarlıq etdi: Hazır olun, tezliklə... - “İravunk”
Bu gün, 09:50
İnvestisiya şirkətinin səhmdarı Müşahidə Şurasına sədrliyi başqa şəxsə həvalə edir - BUNDAN SONRA...
Bu gün, 09:45
Xəyal Rzaya ağır itki üz verib
Bu gün, 09:43
“İnşaat Konstruksiyaları” daha biri ili ZƏRƏRLƏ BAŞA VURDU - HESABAT
Bu gün, 09:41
Polis revanşist və irqçi keşiş Baqratın iqamətgahında axtarışa başladı... - "ArmTimes"
Bu gün, 09:38
Evə girib qadına seksual hərəkətlər edən azərbaycanlıya HÖKM OXUNDU - TƏFƏRRÜAT
Bu gün, 09:35
Amerika Bakıdakıl səfirliyinin qapılarını MÖHKƏMCƏ BAĞLADI... - NƏ BAŞ VERİR?
Bu gün, 09:26
İsrail-İran SAVAŞI BİTDİMİ? - Görünəni odur ki... YOX!
Bu gün, 09:24
Eldar Quliyevə qarşı ŞOK İTTİHAM - GÖRÜN NƏ OYUNLARDAN ÇIXIB Kİ...
Bu gün, 09:20
"Bir Qazinin əziyyətlə qazandığı pul sizə görə itirildi..." - Qarabaö Qazisi şikayətçidir...
Bu gün, 09:10
Kremlin `K` variantı... - Görünəni odur ki...
Bu gün, 09:00
Bu, dələduzluq deyil... BƏS NƏDİR? - NARAZILIQ VAR...
Bu gün, 08:58
KONTAKT HOME hamını BOĞAZA YIĞIB - ETİRAZ VAR...
Bu gün, 08:51
Referendum üçün gerisayım BAŞLADI - AKTUAL
Bu gün, 08:44
Afaq Əliyeva haqqında daha bir ŞOK İDDİA: Şagirdləri 5 ildir sinifdə saxlayırmış - ortada dəlil var, sübut var...
Bu gün, 07:42
Ağstafada yaşıllığı gözgörəsi məhv edirlər - VİDEOFAKT
Bu gün, 07:35
Qağayılar XƏBƏR VERİR: Xəzər ÇİRKAB İÇİNDƏDİR... - VİDEO
Bu gün, 07:18
"Mənim ailəmdə heç kimin məhkumluğu yoxdur, siyasi fəaliyyəti yoxdur" - GİLEY
Bu gün, 07:13
“Coffeemania Next” külli miqdarda vergi borcu üzə çıxdı - FOTOFAKT
Bu gün, 07:04
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru