Rusiyadan Azərbaycana qarşı növbəti vandalizm: .....                     "Kafeyə basqın edib, bizi döyə-döyə kabab bişirtdirib, yeyib içdilər" .....                     Rusiyada qeyri-rus xalqlarına qarşı dövlət terroru başlayıb .....                     Rusiyada öldürülən qardaşların əmisi oğlu da .....                     Paşinyan Ermənistanın Milli Təhlükəsizlik Xidmətinə yeni direktor təyin edib .....                     Səfərovlar ailəsinə sübh tezdən edilən basqının TƏFƏRRÜATLARI .....                     Yekaterinburqda öldürülən azərbaycanlıların nəşlərinin gətirilməsi ilə bağlı tədbirlər görülür .....                     Zaqatalada sel TƏHLÜKƏSİ: 100 dən çox ev su altında qala bilər .....                     “Gəncəli Mübariz” xərçəngə tutuldu .....                     "Qardaşlarımı Qarabağda dəfn etmək istəyirik" .....                     Azərbaycan XİN-dən Yekaterinburqdakı vəhşiliyə REAKSİYA .....                     AZAL Bakı-Təl-Əviv reyslərini bərpa edir .....                     Rusiyada qardaşları öldürülən jurnalist danışdı: .....                     Ermənistanda gərginlik böyüyür .....                     Çox gözəl sözlərdir: Tramp Putini təriflədi .....                     Azərbaycanlıların kütləvi həbsi ilə bağlı ilk rəsmi AÇIQLAMA .....                     Direktor müəllimə qoyun sağdırır, şagird restoran ofisiantıdır... .....                     "Qocalıqdan çox qorxuram" .....                     İrəvanda KİLSƏ-DÖVLƏT DAVASI... .....                     Nəsə bu dəfə qanun işləmədi... .....                     Belə marketinq olmur... belə reklam olmur! .....                     II Qareginin keçmiş cangüdənindən şok ittihamlar .....                     Bu gün Azərbaycan milli mətbuatının banisi Həsən bəy Zərdabinin doğum günüdür .....                     İranda İsraillə münaqişədə ölən hərbi rəhbərlərin dəfn mərasimi başlayıb .....                     Demokratiyanın avropalı "təəssübkeşləri" İrəvana nədən GÖZ ATMIR? .....                     İsrail-İran müharibəsi Orta Asiyanın yolunu bağlayıb? .....                     ABŞ-li instruktorların təşkil etdiyi batalyon Sumı istiqamətinə göndərilib .....                     Sənədsiz evlərlə bağlı mühüm YENİLİK .....                     FHN-dən növbəti bahalı alış-veriş .....                     İrəvan məhkəməsi arxiyepiskop Mikael Acapaxyanı həbs edib .....                     Saçını boyamaq istədi, dərisini yandırdılar .....                     Deputatın alayarımçıq PARK ƏCƏMİ layihəsi... .....                     Bu ünvanda Azərbaycan qanunları işləmir .....                     `Azəriqaz`da AÇIQ QARƏT: rayonbarayon FAKTLAR... .....                     Qosqoca dövlət qurumunda oyun oynamaq da TENDERLƏ İMİŞ... .....                     Əgər rəsmi Tehran Mehdi Sobhaninin ağzından vurmursa... .....                     Tramp bu il Çini ziyarət edəcək .....                     "Məcnun Məmmədov ciddi düşünsün" .....                     "Mingəçevirin tarixi energetika mərkəzi kimi mövqeyi bu layihə ilə yeni nəfəs aldı" .....                     “Uşaqların başı imtahanlarla xarab olur” .....                 

Elmar Vəliyevin “sağ əli”nə qarşı milyonluq ittihamlar - GƏLİŞMƏ
Tarix: 4-09-2018, 09:08 | Çap et
Elmar Vəliyevin “sağ əli”nə qarşı milyonluq ittihamlar
“Elmar Vəliyev və onun dəstəsinin Gəncə şəhərini son 6 ildə talan etməsi ilə bağlı ciddi araşdırmalar başlayıb. Şəhərin mərkəzində və şəhərətrafı ərazilərdə 100 hektarlarla torpaq sahəsini, habelə xeyli tikilini faktiki sahiblərinin əllərindən zorla, təhdidlə alaraq müxtəlif adamlara saxta, qanunsuz sənədlərlə satıblar. Bu işləri isə birbaşa Gəncə şəhər Memarlıq və Şəhərsalma İdarəsinin rəisi, sabiq başçı Elmar Vəliyevin əsas pultoplayanı kimi tanınan Məharət Mustafayev həyata keçirib. Yeni başçı Niyazi Bayramov onu ötən həftə işdən çıxardı və fəaliyyətinin araşdırılması üçün komissiya yaratdı. Komissiyanın ilkin təftişi zamanı çoxsaylı qanunsuzluqlar fiksə olunub. Habelə, Məharət Mustafayevin işdən çıxarılmasından sonra onun mal-mülkünü mənimsədiyi şəxslər də hüquq-mühafizə orqanlarına müraciətlər etməyə başlayıblar”.

Bunu müsavat.com-a Gəncədəki mənbə deyib. Qaynaq qeyd edib ki, Məharət Mustafayev Elmar Vəliyevin “qara kassası” olub və Gəncədə mülkiyyət, torpaq yağmalamaları məhz onun vasitəsilə həyata keçirilib: “Elmar Vəliyev Gəncədən əvvəl Yevlağın icra başçısı olarkən də Məharət Mustafayev həmin rayonda onun torpaq alverçisi olub. O, Yevlaxda rayon torpaq şöbəsinin müdiri işləyirdi, Yevlaxda da torpaqları yağmalayıb, sahiblərinin əlindən təhdidlə alıb iş adamlarına, müxtəlif şəxslərə satırdı. Elmar Gəncəyə gələndə onu da özü ilə gətirdi və Gəncənin torpaq sahələrinin daha çox olduğu Nizami rayonuna icra başçısı təyin etdirdi. Məharət Mustafayevin zülmü bu rayonda ərşə qalxmışdı, hətta məcburi köçkünlərin məskunlaşdığı torpaqları, onların örüş yerlərini də əllərindən alıb satırdı. O, əndazəni aşdığına görə bu vəzifədən azad edildi, az sonra isə Elmar Vəliyev onu Gəncə şəhər Memarlıq və Şəhərsalma İdarəsinin rəisi təyin etdi. Bundan sonra bütün Gəncəyə ”qan uddurmağa" başladı.

Elmar Vəliyevin, Məharət Mustafayevin şəhərdə hara gözü düşdüsə, sahibinin əlindən zorla alırdılar; ya orada özlərinin biznesini qururdular, ya da baha qiymətə başqasına saxta sənədlə satırdılar. Mülkün faktiki sahibi məhkəməyə müraciət edib, haqqını tələb edəndə isə Elmar Vəliyev nüfuzundan istifadə edib, ya məhkəmədən işi geri qaytarırdı, ya da qərarın icrasına imkan vermirdi. Bununla yanaşı, Məharət Mustafayev bir neçə iş adamına qiyməti 200 min, 1 milyon manat dəyərində olan mülklər satıb, lakin onlara saxta sənədlər verib. Bəzi şəxslər sənədlərin saxta, mülkiyyətin faktiki olaraq başqasına aid olduğunu biləndə Məharətdən pullarını geri tələb ediblər. Lakin onlar hədələniblər, təhdid ediliblər. Son olaylardan sonra isə həmin adamlar Məharət Mustafayevdən pullarını geri tələb edirlər, o isə həmin adamlardan qaçır. Söhbət bir neçə milyon manatdan gedir.

Bəzilərinə isə deyir ki, pulları Elmar Vəliyevə verib. Bir neçə vətəndaş isə onun tərəfindən dələduzluğa məruz qalması ilə bağlı hüquq-mühafizə orqanlarına, yeni başçının yaratdığı komissiyaya müraciətlər edib. Bu şikayətlər əsasında Məharət Mustafayevin həbsi qaçılmazdır, çünki bu cinayət xarakterli, mülkiyyət əleyhinə qanunsuzluqlar birbaşa onun rəsmi imzası ilə reallaşıb. Həmçinin şəhərin mərkəzi hissələrində Məharət Mustafayevin “haqq” tələb etdiyi, ala bilmədikdə yerlə-yeksan etdiyi onlarla obyektin sahibi də şikayətçidir".

Mənbə maraqlı bir məlumat da verdi. Belə ki, Məharət Mustafayevin oğlu Sərxan Mustafayev Gəncədə “avtoş” kimi tanınır. O, şəhərdə davamlı olaraq avtoxuliqanlıqla məşğul olub, amma atası Elmar Vəliyevin “sağ əli” olduğundan əməlləri cəzasız qalıb. Maraqlısı isə odur ki, iddiaya görə, ad-soyadını yazanda belə səhv edən Sərxan Mustafayev bütün gününü əyləncələrdə keçirsə də, sənəd üzərində Gəncə Şəhər İcra Hakimiyyətinin Hüquq söbəsinin işçisi olub. Lakin onu heç zaman işdə görən olmayıb...

Sonda qeyd edək ki, Gəncə Şəhər İcra Hakimiyyətində Elmar Vəliyevin adı korrupsiyaya bulaşmış kadrlarının təmizlənməsi prosesi davam edir. Belə ki, yeni başçı sentyabrın 3-də E.Vəliyevin yaxın adamlarından biri olan Hacızadə Tural Yaşar oğlunu icra başçısının köməkçisi vəzifəsindən azad edib.

Yazıda adları keçən şəxslərin mövqeyini çap etməyə hazırıq.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Rusiyadan Azərbaycana qarşı növbəti vandalizm: - Kreml Bakıdan üzr istəməlidir!
Bu gün, 00:36
"Kafeyə basqın edib, bizi döyə-döyə kabab bişirtdirib, yeyib içdilər" - Yekaterinburqda işgəncə görən azərbaycanlı
Dünən, 23:49
Rusiyada qeyri-rus xalqlarına qarşı dövlət terroru başlayıb
Dünən, 23:43
Rusiyada öldürülən qardaşların əmisi oğlu da - QƏTLƏ YETİRİLDİ
Dünən, 12:06
Paşinyan Ermənistanın Milli Təhlükəsizlik Xidmətinə yeni direktor təyin edib
Dünən, 12:03
Səfərovlar ailəsinə sübh tezdən edilən basqının TƏFƏRRÜATLARI - Bütün kişiləri döyüb apardılar
Dünən, 11:57
Yekaterinburqda öldürülən azərbaycanlıların nəşlərinin gətirilməsi ilə bağlı tədbirlər görülür
Dünən, 11:55
Zaqatalada sel TƏHLÜKƏSİ: 100 dən çox ev su altında qala bilər - FOTO
Dünən, 11:33
“Gəncəli Mübariz” xərçəngə tutuldu – Vəziyyəti ağırdır
Dünən, 10:56
"Qardaşlarımı Qarabağda dəfn etmək istəyirik" - Seyfəddin Hüseynli
Dünən, 10:52
Azərbaycan XİN-dən Yekaterinburqdakı vəhşiliyə REAKSİYA - "Zorakılığı törədənlərin qısa müddət ərzində..."
Dünən, 10:47
AZAL Bakı-Təl-Əviv reyslərini bərpa edir - DİQQƏT
Dünən, 10:42
Rusiyada qardaşları öldürülən jurnalist danışdı: - “OMON evə basqın edən zaman…”
Dünən, 10:30
Ermənistanda gərginlik böyüyür - Söhbət ölkənin gələcək müqəddəratından gedir
Dünən, 10:18
Çox gözəl sözlərdir: Tramp Putini təriflədi - Rusiya prezidenti nə deyib?
Dünən, 10:16
Azərbaycanlıların kütləvi həbsi ilə bağlı ilk rəsmi AÇIQLAMA - TƏFƏRRÜAT
Dünən, 10:11
Direktor müəllimə qoyun sağdırır, şagird restoran ofisiantıdır... - Qusar təhsilində yeni biabırçılıqlar
Dünən, 10:06
"Qocalıqdan çox qorxuram"
Dünən, 10:00
İrəvanda KİLSƏ-DÖVLƏT DAVASI... - GƏLİŞMƏ
Dünən, 09:52
Nəsə bu dəfə qanun işləmədi... - NAZİRİN NƏZƏRİNƏ...
Dünən, 09:49
Belə marketinq olmur... belə reklam olmur! - ETİRAZ
Dünən, 09:39
II Qareginin keçmiş cangüdənindən şok ittihamlar - ""KQB"agentidir, çevriliş planlaşdırır, övladları var..."
Dünən, 09:34
Bu gün Azərbaycan milli mətbuatının banisi Həsən bəy Zərdabinin doğum günüdür - ANIM
Dünən, 09:32
İranda İsraillə münaqişədə ölən hərbi rəhbərlərin dəfn mərasimi başlayıb
Dünən, 09:30
Demokratiyanın avropalı "təəssübkeşləri" İrəvana nədən GÖZ ATMIR? - HƏQİQƏTƏN DƏ...
Dünən, 09:25
İsrail-İran müharibəsi Orta Asiyanın yolunu bağlayıb? - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 09:19
ABŞ-li instruktorların təşkil etdiyi batalyon Sumı istiqamətinə göndərilib - TASS
Dünən, 09:17
Sənədsiz evlərlə bağlı mühüm YENİLİK – Bundan sonra…
Dünən, 09:16
FHN-dən növbəti bahalı alış-veriş TƏDARÜKÜ
Dünən, 09:02
İrəvan məhkəməsi arxiyepiskop Mikael Acapaxyanı həbs edib - KİV
Dünən, 08:59
Saçını boyamaq istədi, dərisini yandırdılar - BU NƏDİ BELƏ?
Dünən, 08:51
Deputatın alayarımçıq PARK ƏCƏMİ layihəsi... - "3-4 aya yaxın müddət keçib..."
Dünən, 08:44
Bu ünvanda Azərbaycan qanunları işləmir - GİLEY
Dünən, 08:37
`Azəriqaz`da AÇIQ QARƏT: rayonbarayon FAKTLAR... - dövlətin sərvətinə YAĞI MÜNASİBƏTİ
Dünən, 08:21
Qosqoca dövlət qurumunda oyun oynamaq da TENDERLƏ İMİŞ... - Hər şeylərini dövlətin ayağına yazırlar...
Dünən, 08:10
Əgər rəsmi Tehran Mehdi Sobhaninin ağzından vurmursa... - AKTUAL
Dünən, 08:04
Tramp bu il Çini ziyarət edəcək - KİV
Dünən, 07:01
"Məcnun Məmmədov ciddi düşünsün" - ÇAĞIRIŞ
Dünən, 06:52
"Mingəçevirin tarixi energetika mərkəzi kimi mövqeyi bu layihə ilə yeni nəfəs aldı" - deputat
Dünən, 06:46
“Uşaqların başı imtahanlarla xarab olur” – Nazirliyə ETİRAZ
Dünən, 06:43
Yaşıl siyasət, bahalı qiymət: Təmiz vicdan neçəyə başa gəlir? - ARAŞDIRMA
Dünən, 06:38
Ermənistanda keşiş “ovu” – Paşinyan arxiyepiskopları “dənləyir”
Dünən, 06:36
İmtahanla bağlı qaranlıq məqam: Bu müəllimləri nə gözləyir? - AKTUAL
Dünən, 06:32
Türkiyə-Azərbaycan birliyinin güclənməsi sərtə çevrilib - ÇÜNKİ...
Dünən, 06:30
ABŞ-yə qarşı hörmətli münasibəti geri qaytarmışam - Tramp
Dünən, 06:25
"Səhnə qurban tələb edir"
Dünən, 06:23
Rusiyada azərbaycanlıların öldürülməsində ŞOK detal – Gerçəklər heyrətə salır
Dünən, 06:21
36 nəfərin zəhərləndiyi dönər evinin sahibi AzTV-nin əməkdaşlarına hücum etdi - AÇIQLAMA
Dünən, 01:46
"4 gün idi ki, mütəmadi olaraq burnumdan qan gəlirdi" - Əməkdar artist
Dünən, 01:39
Azərbaycanlı jurnalistin qardaşları Rusiyada öldürülüb - TƏFƏRRÜAT
Dünən, 01:35
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru