Fransa Ermənistanın Azərbaycanla şərti sərhədinə yaxın ərazilərə nüvə tullantıları daşıyır .....                     İki əsr geridə qalan Pyotr təfəkkürü... .....                     “Eurofighter” qırıcılarının Türkiyəyə satışı ilə bağlı Britaniyadan açıqlama .....                     "Vergini bu qiymətlə necə ödəyək?" .....                     Sabunçuda əməlli-başlı DƏRƏBƏYLİKDİR... .....                     Ararat Mirzoyan KTMT Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak etməyəcək .....                     ABŞ və Hindistan saziş imzalamağa yaxındır .....                     İyunun 30-u akademik Cəlal Əliyevin doğum günüdür .....                     OPTİMALLAŞDIRMA adı altına ÖZBAŞINALIQ... .....                     Burda xarab məhsul satırlar, həm də... .....                     Müştərilər `Kontakt Home`la NƏ ETSİN? .....                     Rus icmasının sədr müavini heyrət içində .....                     Etnik təmizləmə aparan Rusiya öz içindəki qeyri-rusları NƏ EDƏCƏK? .....                     İranın məğlubiyyət sindromu: Tehranın avantürası Bakıya sıçraya bilərmi? .....                     Rusiyada şovinizm dövlət səviyyəsinə keçib .....                     Bakıda polisə müqavimət göstərən narkotacir zərərsizləşdirildi .....                     Xamenei niyə Azərbaycanla müharibə aparır? .....                     Simonyan Paşinyanı təhqir etdi .....                     Subhani də erməni müxalifəti kimi RUS AĞZI ilə HÜRÜR .....                     Ağdamda polis əməkdaşı minaya düşərək xəsarət alıb .....                     Yekaterinburq QƏTLİAMI .....                     Manana anasının arzusunu gerçəkləşdirdi .....                     Putinin əli azərbaycanlıların qanına batıb .....                     "Toylara ən çox aparılan müğənnidir, amma səsi yoxdur" .....                     Azərbaycanlı şahmatçını küsdürdülər, ölkədən getdi… .....                     "Əgər Putin onları cəzalandırmasa, biz bunun qarşılığını verməyi bilirik" .....                     Yekaterinburqda zorakılıqla saxlanılan azərbaycanlıların məhkəməsi başa çatıb .....                     İran Azərbaycanı bununla “vurur”: ermənilər sevinir .....                     Yekaterinburqda “qara bayram” .....                     Rusiya ilə Azərbaycanda keçirilməsi nəzərdə tutulan mədəniyyət tədbirləri ləğv edilir .....                     Uydurma keçmişin əsarəti altında .....                     “Rasim Balayevlə yoldan keçən adi adama eyni qonorarı vermək olmaz” .....                     Rusiyanın terrorçu 'OMON'çularına Azərbaycan DTX-da cinayət işi açılmalıdır .....                     Dost ölkənin ordusuna dəhşətli hücum: Yeni müharibə başlayır? .....                     Deputatın qudasının şirkəti "Carçıoğlu Group"un vergi borcu 220 min manatı keçdi .....                     “Bədheybət poqonlular”in zühuru .....                     Rusiyanın Yekaterinburq şəhərində saxlanılan azərbaycanlıların məhkəmə prosesi başlayıb .....                     Əmrullayevin işçilərindən ŞÜBHƏLİ ALIŞ-VERİŞ... .....                     Növbəti RUS VƏHŞİLİYİ... .....                     Boğaza qədər zibilin içində olan səhiyyəmiz... .....                 

Haqqı tapdanan Bakı sakini çarəsiz durumda... - ŞOK ÖZBAŞINALIQ
Tarix: 11-01-2019, 09:26 | Çap et
Haqqı tapdanan Bakı sakini çarəsiz durumda...
“Hürriyyət”in redaksiysına məmur özbaşınalığı, rüşvətxorluq və korrupsiya ilə bağlı növbəti şikayət məktubu daxil olub. Bakı sakini Abbasova Solmaz Həsən qızı tərəfindən daxil olan həmin məktubu olduğu kimi sizə təqdim edirik:

“Mən, Abbasova Solmaz Həsən qızı, 1953-cü ildə Bakıda anadan olmuşam. Himayəmdə 1978-ci il doğumlu 1-ci qrup anlaqsız ruhi xəstə oğlum var, həyat yoldaşım 1999-cu ildə dünyadan köçüb.

Mənim əslən Naxçıvanın Şərur rayonundan olan rəhmətlik atam, polkovnik Əliyev Həsənbala Qüdrət oğlu İkinci Dünya Müharibəsinin iştirakçısı olub. Müharibədə göstərdiyi şücaətə görə mərhum prezident Heydər Əliyev ona Bakı şəhərinin Sabunçu rayonu, Vişnovka-1 qəsəbəsində 12 sot torpaq və 14 kv.metrlik 901 saylı bağ evi hədiyyə etmişdi. Onu da deyim ki, anam Mixxtirova Edis yəhudidir və torpaq sahəsi atama hədiyyə ediləndə onlar rəsmi nigahda olublar, yəni torpaq atamla anamın ortaq mülkiyyətidir (müqavilənin arxasında həmçinin bacımla qardaşımın adı da qeyd edilib). Amma nə torpaq, nə də həmin torpaq sahəsində tikilən ev özəlləşdirilmədiyindən dövlət qeydiyyatında idi.

2004-cü ildə, atamın yaşlı və xəstə vaxtında (gözləri tutulmuşdu, anam həmin vaxt İsraildə idi, hazırda da İsraildə yaşayır) iki qadın onu aldadır. Onlardan biri, atamdan 50 yaş kiçik olan Javliyeva Suqra atamla anamın rəsmi nigahı olduğu halda, qeyri-qanuni yolla onunla nigaha girir və atamın Maştağadakı evini öz adına keçirtdirir. İkinci qadın - Quliyeva Zenfira Sədrəddin qızı isə atamın Vişnyovkadakı 901 saylı 14 kv. metrlik bağ evini anamdan gizlin, onun imzası olmadan özəlləşdirir (atamın korluğundan istifadə eərək ona pensiya ilə bağlı sənəd imzalatdırdığını bildirir).

“Torpağı və evi öz adıma keçirməkçün dəfələrlə aidiyyati qurumlara müraciət etsəm də, bütün müraciətlərim nəticəsiz qalıb”

Qeyri-qanuni nigahı ləğv etdirib, evi Javliyeva Suqradan ala bilsək də (həmin evi satıb pulunu o zaman ağır xəstəlikdən əziyyət çəkən rəhmətlik qardaşımın müalicəsinə xərclədik), bağ evi 2008-ci ildə Zenfira Quliyeva tərəfindən Abşeron rayonu, Fatmayi kəndinin sakini Ağarəşidov Arzu Süleyman oğluna satılır. Amma alqı-satqı qanuni olmadığından ev Arzu Ağarəşidovun adına keçirilməyib, yəni atama kələk gələn qadın bu məsələdə də fırıldaq işləyib.

2009-cu ildə atam dünyasını dəyişir və bağ evinin satıldığı məlum olur. Atamın yeganə vərəsəsi olduğumdan torpağı və evi öz adıma keçirmək üçün dəfələrlə aidiyyati qurumlara müraciət etsəm də, bütün müraciətlərim nəticəsiz qalıb. 2015-ci ildənsə rəsmi vərəsəlik sənədim var. Amma 2017-ci ildə Əmlak Komitəsi cinayət işləyərək alqı-satqı müqaviləsi olmadan atamdan qalan 12 sot torpağı 3 min manata Zenfira Quliyevaya satıb.

“Müraciət etdiyim məhkəmələr Zenfira Quliyevadan pul alıb onun xeyrinə qərar çıxarırlar”

Maraqlıdır ki, Əmlak Komitəsi özəlləşdirilməmiş torpağı, alqı-satqı müqaviləsi olmadan necə sata bilər? Bu açıq-aşkar cinayətdir. Amma müraciət etdiyim məhkəmələr Zenfira Quliyevadan pul alıb, onun xeyrinə qərar çıxarırlar.

Əvvəlcə sözügedən işə Sabunçu rayonunun məhkəməsində baxılırdı. O zaman hakim İmran Burcayevdən soruşdum ki, sizcə, atam özəlləşdirilməmiş evi, yaxud torpağı kiməsə necə sata bilərdi? Həmçinin, anamın və ailə üzvlərimizin razılıq imzası olmadan bağ evimizin satılması qanunidirmi?

Hakim mənim haqlı olduğumu qəbul etsə də, sonradan Zenfira Quliyevadan rüşvət alıb, onun xeyrinə qərar çıxardı. Çünki saxtakar Zenfira Quliyevanın arxasında Əmlak Komitəsi durur və həmin cinayətdə əli olan insanlar - Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Ərazi İdarəsinin rəisi Şəmsi Şahvələdov, Əmək Məsələləri Dövlət Komitəsinin Bakı Ərazi Şöbəsinin rəis müavini Zəfər Abdulov, ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rəisi Hikmət Mustafayevdir. Əmlak Məsələləri Dövlət Komitəsinin sədr müavini Rafiq Cəlilov cinayət əməllərini ört-basdır etmək məqsədi ilə Zenfira Quliyevaya havadarlıq edirlər.

Hazırda iş Bakı Appelyasiya Məhkəməsində, hakim Xumar Mərdanovadadır. O da Zenfira Quliyevadan yüksək məbləğdə rüşvət istəyib. Bilirəm ki, istədiyi pulu alacaq və atamdan qalan evlə torpaq bu dəfə də mənə qaytarılmayacaq.

“7 ay evimdə mənimlə birgə yaşayan, çörək kəsdiyim, inandığım bir ailənin başıma belə bir iş açacağını ağlıma gətirməzdim”

Amma təəssüf ki, problemlər bununla bitmir. Bundan da böyük problemim var. Əslində artıq problemlikdən çıxıb, mənim üçün də, xəstə balam üçün də böyük dərdə çevrilib.

12 ildir dələduz adamların, fırıldaqçıların ucbatından qapılarda qalmışıq. Düz bir il qəbirstanlıqda gecələməli olmuşuq, xəstə övladıma xəstəxanada sifarişlə işgəncə veriblər, onu aradan götürmək üçün müxtəlif yollara əl atıblar, oğlumun sol bud oynaq sümüyünü və burnunu sındırıb ölümcül döyüblər (bu hadisə 2006-cı ildə Maştağadakı 1 saylı Ruhi Əsəb Dispanserində baş verib), oğlumu böyük çətinliklə müalicə etsəm də, bu günədək yeriyəndə ayağını çəkir. Döymədiyim qapı qalmayıb, amma dərdimə əlac edən, məni düşdüyüm bu müşgüldən xilas edən bir kimsə tapılmır ki, tapılmır.

Söhbət qanunsuz yolla əlimizdən alınan, içində yarım milyonluq malım olan beşotaqlı mənzilimizdən gedir. Bunu təsdiq edən sənəddə 11 nəfərin imzası var. Mənzilin kupçası (Mülk kağızı) məndədir. 2005-ci ildə məhkəmə yolu ilə evimi qaytarıb, 10 ay orda yaşamışam. Amma pulla alınan hakim yenidən fırıldaqçıların xeyrinə qərar verib və məni xəstə balamla birgə halalca mənzilimdən çıxarıb küçəyə atıblar.

Məsələ ondadır ki, beşotaqlı mənzilimin iki otağında ailəsi ilə birgə kirayənişin qalan Hüseynov Cabir Mirzə oğlu evimin sənədlərinin banka təqdim etmək üçün çıxartdırdığım surətləri ilə qanunsuz alqı-satqı əməliyyatı həyata keçirərək, məni evsiz qoyub.

“Cabir Hüseynov Mənzil İstismar idarəsinə oğlumla birgə avtomobil qəzasında həlak olduğumu bildirərək, mənzilimi satıb”

7 ay evimdə mənimlə birgə yaşayan, çörək kəsdiyim, inandığım bir ailənin başıma belə bir iş açacağını ağlıma belə gətirməzdim.

Oğlumu xəstəxanaya qoyub xəstə anama baş çəkməyək üçün İsrailə getmişdim. Qayıdanda gördüm ki, lələ köçüb, yurdu qalıb. Evimin sənədlərinin surətlərini ələ keçirən Cabir Hüseynov Mənzil İstismar idarəsinə oğlumla birgə avtomobil qəzasında həlak olduğumu bildirərək, mənzilimi satıb.

İsrailə, ordan da oğlumun sənədləri ilə əlaqədar Moskvaya getmək üçün borc pul axtardığım vaxt (mənzilimi banka girov qoyub pul götürmək istəyirdim, müəyyən səbəblərə görə alınmadı) Cabir Hüseynov mənə öz köməyini təklif etdi. Hələ bir neçə il evimdə qalacaqlarını bildirən ailə başçısı mənə 3 min manat verib, bunu kirayə haqqı kimi qəbul etməyimi xahiş etdi. Mən də razılaşdım.

Artıq qeyd etdiyim kimi, məhkəmə yolu ilə mənzilimi qaytardım, amma 10 aydan sonra Apellyasiya Məhkəməsinin hakimi Lətif Nəbiyev rüşvət alıb, evin bizə aid olmadığına dair qərar verdi, bizi qeydiyyatdan çıxarıb mənzilimizi əlimizdən aldı.

“Düzünü deyim ki, çox yorulmuşam, amma geri çəkilmək fikrim yoxdur, sona qədər mübarizə aparmağa qərarlıyam”

(Ardı var)

Haqqı tapdanan Bakı sakini çarəsiz durumda...










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Fransa Ermənistanın Azərbaycanla şərti sərhədinə yaxın ərazilərə nüvə tullantıları daşıyır - BƏYANAT
Bu gün, 09:29
İki əsr geridə qalan Pyotr təfəkkürü... - deputatdan REAKSİYA
Bu gün, 09:25
“Eurofighter” qırıcılarının Türkiyəyə satışı ilə bağlı Britaniyadan açıqlama - KİV
Bu gün, 09:15
"Vergini bu qiymətlə necə ödəyək?" - ETİRAZ VAR...
Bu gün, 09:12
Sabunçuda əməlli-başlı DƏRƏBƏYLİKDİR... - BU NƏDİ BELƏ?
Bu gün, 09:06
Ararat Mirzoyan KTMT Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak etməyəcək
Bu gün, 08:59
ABŞ və Hindistan saziş imzalamağa yaxındır - “Politico”
Bu gün, 08:57
İyunun 30-u akademik Cəlal Əliyevin doğum günüdür - ANIM
Bu gün, 08:48
OPTİMALLAŞDIRMA adı altına ÖZBAŞINALIQ... - Əgər QANUN buna yol vermirsə...
Bu gün, 08:45
Burda xarab məhsul satırlar, həm də... - GİLEY
Bu gün, 08:38
Müştərilər `Kontakt Home`la NƏ ETSİN? - AKTUAL
Bu gün, 08:28
Rus icmasının sədr müavini heyrət içində - “Əsl şokdur! İnana bilmirəm!”
Bu gün, 07:23
Etnik təmizləmə aparan Rusiya öz içindəki qeyri-rusları NƏ EDƏCƏK? - AKTUAL
Bu gün, 06:53
İranın məğlubiyyət sindromu: Tehranın avantürası Bakıya sıçraya bilərmi? - İNCƏLƏMƏ
Bu gün, 06:43
Rusiyada şovinizm dövlət səviyyəsinə keçib - ONA GÖRƏ DƏ...
Bu gün, 06:31
Bakıda polisə müqavimət göstərən narkotacir zərərsizləşdirildi - TƏFƏRRÜAT
Bu gün, 06:29
Xamenei niyə Azərbaycanla müharibə aparır? - VİDEO
Bu gün, 06:26
Simonyan Paşinyanı təhqir etdi - İlk dəfə deyil...
Bu gün, 06:23
Subhani də erməni müxalifəti kimi RUS AĞZI ilə HÜRÜR - FAKT BUDUR!
Bu gün, 06:19
Ağdamda polis əməkdaşı minaya düşərək xəsarət alıb
Bu gün, 06:16
Yekaterinburq QƏTLİAMI - deputat ŞƏRH EDİR
Bu gün, 00:44
Manana anasının arzusunu gerçəkləşdirdi - VİDEO
Bu gün, 00:42
Putinin əli azərbaycanlıların qanına batıb - AzTV
Bu gün, 00:39
"Toylara ən çox aparılan müğənnidir, amma səsi yoxdur"
Dünən, 18:07
Azərbaycanlı şahmatçını küsdürdülər, ölkədən getdi… - AXI NİYƏ?..
Dünən, 18:04
"Əgər Putin onları cəzalandırmasa, biz bunun qarşılığını verməyi bilirik" - Partiya sədrindən SƏRT açıqlama
Dünən, 18:01
Yekaterinburqda zorakılıqla saxlanılan azərbaycanlıların məhkəməsi başa çatıb - TƏFƏRRÜAT
Dünən, 17:58
İran Azərbaycanı bununla “vurur”: ermənilər sevinir - KİV
Dünən, 12:21
Yekaterinburqda “qara bayram” - Qubernator hücumdan əvvəl Azərbaycan konsuluna nə deyib?
Dünən, 12:18
Rusiya ilə Azərbaycanda keçirilməsi nəzərdə tutulan mədəniyyət tədbirləri ləğv edilir - Nazirlik
Dünən, 12:14
Uydurma keçmişin əsarəti altında - AKTUAL
Dünən, 10:32
“Rasim Balayevlə yoldan keçən adi adama eyni qonorarı vermək olmaz” - ETİRAZ
Dünən, 10:29
Rusiyanın terrorçu 'OMON'çularına Azərbaycan DTX-da cinayət işi açılmalıdır - ÇAĞIRIŞ
Dünən, 10:24
Dost ölkənin ordusuna dəhşətli hücum: Yeni müharibə başlayır? - GƏLİŞMƏ
Dünən, 10:18
Deputatın qudasının şirkəti "Carçıoğlu Group"un vergi borcu 220 min manatı keçdi – cəmi 17 günə / FOTO+ VİDEO
Dünən, 10:08
“Bədheybət poqonlular”in zühuru - Aeroportda gözləyən “qara lentli maşınlar” dönəmi qayıdır
Dünən, 10:02
Rusiyanın Yekaterinburq şəhərində saxlanılan azərbaycanlıların məhkəmə prosesi başlayıb - FOTOLENT
Dünən, 09:59
Əmrullayevin işçilərindən ŞÜBHƏLİ ALIŞ-VERİŞ... - DETALLAR
Dünən, 09:00
Növbəti RUS VƏHŞİLİYİ... - NƏ ETMƏLİ?
Dünən, 08:58
Boğaza qədər zibilin içində olan səhiyyəmiz... - TƏBİB məlhəm ola bilmirsə...
Dünən, 08:52
"Gəncə Memorial Hospital"da DVX ƏMƏLİYYAT KEÇİRDİ - Cərimələndi / Külli miqdarda borcu da var
Dünən, 08:48
Qarşıdakı aylar həlledici olacaq: Qərbyönlü Paşinyan, yoxsa rusiyayönlü kilsə? - İNCƏLƏMƏ
Dünən, 08:27
"Rusiyada azərbaycanlılara qarşı baş verənlər artıq sistem xarakterlidir" - HƏQİQƏTƏN DƏ...
Dünən, 08:22
"Səs var oxumaq üçündür, səs də var, qatıq satmaq üçün..." - ETİRAZ
Dünən, 08:17
İran yeni savaş astanasında: sərhəddə aktivlik – Azərbaycanlılar silahlandırılır…
Dünən, 08:14
Rəsmi Bakı vətəndaşının arxasındadır: qarşısında kim olursa, olsun... - AKTUAL
Dünən, 08:11
Masallıda baş verən cinayət işinin motivi məlum olub
Dünən, 08:06
Masallıda kişi of tügəngilə qayınanasını öldürüb, qohumlarına xəsarət yetirib - TƏFƏRRÜAT
Dünən, 05:11
Postimperial və Putinal şovinizm - Ey, Kreml, ey, Kilsə, nə gündəsiniz ki...
Dünən, 02:46
Avropanın baş diplomatı İrəvana gəlir
Dünən, 02:41
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru