“Simonyan Türkiyəni şantaj edir” .....                     "Çəkilmə araq qoxusu var" .....                     Melonidən Solovyov barədə: .....                     Könül Ələkbərov vəzifəsindən azad edildi .....                     SEPAH sağa-sola hədə yağdırır .....                     Uşağın cinayətində əsas günahkar valideyndir .....                     YAP-ın MSK-ya göndərdiyi yeni şəxslər kimlərdir? .....                     Türkiyə Ermənistanla sərhədi Hörmüzə görə açır? .....                     "Yeni Klinika"nın direktoru bu gün vəzifəsindən AZAD EDİLİB .....                     Palata Mədəniyyət Nazirliyinin keçirdiyi satınalmalarda nöqsanlar aşkarlayıb .....                     Mirhəsən Həsənov yenidən "Azərbaycan Çernobıl Əlilləri İttifaqı" İB-yə sədri seçilib .....                     Qadının üzərinə benzin töküb yandıran sevgilisi: .....                     Erməni təşkilatları Azərbaycanı məhkəməyə veriblər .....                     Yerasx-Naxçıvan dəmir yolunun yenidən qurulması 1,5 ilə qədər vaxt aparacaq .....                     Zelenski Putinlə Moskva və Minskdən başqa istənilən paytaxtda görüşə gedəcək .....                     “Azəriqaz”da MÜHÜM POSTA TƏYİNAT .....                     YAP-ın MSK üzvlüyünə namizədləri müəyyənləşib .....                     “Nəbz” klinikasında Vüqar Səfərov necə həkim kimi çalışır? .....                     TRIPP layihəsi üzrə işlər 2026-cı ildə başlayacaq .....                     Pafoslu olmağı da bacarmayan gənc aktyorumuz .....                     Heydərov onu Xankəndiyə rəis təyin etdi .....                     SOCAR-da “Neftci” MTK KORRUPSİYASI... .....                     SOCAR-da MÜHÜM POSTA yeni təyinat olub .....                     SEPAH generalı İranın qonşularını .....                     Nazirlik 71 min manata “Toyota” alır .....                     Ukraynanın "IT ordusu" və ya "vəhşi qazlar" .....                     "TikTok"da 181 nəfəri aldadan “şirkət rəhbəri”ndən xəbər var .....                     Turizm Agentliyi İstanbul Hava Limanında reklam yerləşdirmək üçün .....                     Perinatal Mərkəzdə yanğınla bağlı məhkəmə: .....                     Gömrük Komitəsinin yeni binasının tikintisində YEYİNTİ .....                     Bakıya səfərə hazırlaşan Baş nazir NİYƏ aşağılandı? .....                     Pərvin Quliyevaya yüksək vəzifə verildi .....                     "Əli Əsədov dərhal həbs edilməlidir" .....                     Revanşistlər Bakıya YENƏ dil uzatdı .....                     Ceyhun Cəlilov Ahıllar Evinin işçilərini qapısında NÖKƏR KİMİ İŞLƏDİR .....                     Prokurorluq Gəncə Şəhər İcra Hakimiyyətində araşdırmalara BAŞLADI .....                     Pakistandan dünyaya “Taimoor” MESAJI .....                     Əli Əsədovun adamları TOY-BAYRAM İÇİNDƏ... .....                     Rusiya bu azərbaycanlını İnterpola verdi .....                     Eyni pensiya kapitalı olan şəxslərə hansı məbləğdə pensiya verilir? .....                 

Yardımlı təhsilində belə işlər də olur... - TƏFƏRRÜAT
Tarix: 30-12-2021, 09:31 | Çap et
Yardımlı təhsilində belə işlər də olur...
Təqribən bir ay öncə "DogruXeber.az" informasiya agentliyinin redaksiyasına Yardımlı rayon Separadi kənd M.A.Ağayev adına tam orta məktəbinin müəllimləri barəsində məlumat daxil olmuşdur.

Məlumatda bildirilir ki, adıçəkilən orta məktəbin müəllimləri Əliyev Bəxtiyar Xanış oğlu və Hüseynov Neman Mirhüseyn oğlu 08.10.2019-cu il tarixində "Kərbəla" ziyarətinə getmək üçün ölkədən çıxıb, 25.10. 2019-cu il tarixində ölkəyə qayıdıblar. Lakin, maraqlıdır ki, 08.10.2019-cu il tarixindən etibarən hər iki təhsil işçisinin adına Yardımlı rayon Mərkəzi Xəstəxanasında bülleten açılıb. Güya, hər iki müəllim bu müddət ərzində xəstə olduqları üçün işə çıxmayıblar.

Artıq, adıçəkilən iki müəllimdən biri - Əliyev Bəxtiyar Xanış oğlu 2020--ci ildən təqaüd yaşı çatdığına görə işindən uzaqlaşdırılıb. Digər, müəllim - ingilis dili müəllimi, Hüseynov Neman Mirhüseyn oğlu isə hazırda işini davam etdirir. Hətta, rayon Təhsil şöbəsinin müdiri Manaf Səmədzadənin "etibarlı adam"ı olaraq, artıq bir neçə müddətdir direktorsuz qalan Separadi kənd orta məktəbinin idarəçiliyi də müvəqqəti, qeyri-rəsmi olaraq Neman Hüseynova və həmin məktəbdə riyaziyyat müəlliməsi olan həyat yoldaşına həvalə edilib.

Özü də bizim Neman müəllimin yaşının az olmasına baxmayaraq, maşallah "10 barmağında 10 mərifət var imiş".

Belə ki, Astara Pedaqoji Kollecini bitirmiş, yəni orta ixtisas təhsilli, məlumatda bildirildiyinə görə diaqnostik qiymətləndirmədə cəmi 16 bal toplayan fərasətli ingilis dili müəllimi Neman Hüseynov milli adət-ənənələrimiz olan mərasimlərdə də aktiv iştirak edir.
Yaslarda molla, toylarda tamada olan Neman müəllim, yay aylarında yaşadığı Masallı rayon ərazisində yerləşən bəzi istirahət mərkəzlərində də "önəmli vəzifə" icraçısıdır. (Bu barədə ətraflı növbəti yayımlarımızda)

Bundan əlavə, redaksiyamıza daxil olan digər məlumatda deyilir ki, Yardımlı rayon təhsil şöbəsinin müdiri Manaf Səmədzadə Yardımlı rayonunda, tabeçiliyində olan bütün orta məktəblərin direktorlarına dərs bölgüsünü qadağan edib. Yəni, bütün dərs bölgülərini Manaf müəllim birbaşa özü müəyyən edir ki, buna onu "daxili ədalət"i deyil, müəyyən şəxsi maraqları vadar edir.

P.S: Məlumat daxil olan kimi biz hər zaman olduğu kimi məsələyə obyektiv yanaşaraq, İlk növbədə Yardımlı rayon Təhsil şöbəsinin müdiri Manaf Səmədzadə ilə telefon əlaqəsi saxladıq. Manaf müəllim özü haqqında deyilənləri təkzib etdi. Separadi kənd orta məktəbinin müəllimləri barəsində deyilənlərdən isə məlumatsız olduğunu, ən qısa müddətdə araşdırıb redaksiyamıza məlumat verəcəyini bildirdi.

Bundan sonra biz Yardımlı rayon Mərkəzi Xəstəxanasının baş həkimi Rasim Əkbərov ilə telefon əlaqəsi saxladıq. Rasim Əkbərov da məsələdən məlumatsız olduğunu və araşdırıb redaksiyamıza məlumat verəcəyini bildirdi.

Aradan bir neçə saat keçdikdən sonra Təhsil şöbəsinin müdirini və baş həkimi aradığımız telefon nömrəsinə zəng gəldi. Zəng edən bəhs etdiyimiz iki müəllimdən biri, Hüseynov Neman Mirhüseyn oğlu idi.

- "Salam, qardaş. Mənim barəmdə müdirə zəng etmisiniz. Nə qulluq, müəllim?"

Biz ona haqqında redaksiyamıza məlumat daxil olduğunu bildirdik.
Neman müəllim başladı cavab vermək əvəzinə bizi sorğu sual etməyə ki, -"sizə məlumatı kim verib?, İnternetlə, yoxsa əlyazma ilə yazıb?" və sair.

Neman Hüseynov:
- "Müəllim, bu şəxsi münasibətlər zəminində olmuş şeydi. Sən orda yazginən ki, biz araşdırdıq gördük yalandır. Özün də cənub tərəfə gələndə, qardaşuva xəbər elə, oturaq çay içək, söhbət edək".

Biz Neman Hüseynovun diqqətinə çatdırdıq ki, biz sadəcə məlumatın araşdırılması üçün aidiyyatı tərəflərlə əlaqə saxladıq. Kütləvi informasiya vasitələri haqqında qanunda deyilir ki, bizim yazılı, yaxud şifahi məlumat almaq ixtiyarımız var.

Bundan sonra Neman Hüseynov başladı aqressiv danışmağa.

- "Müəllim, çox elə xoddara getmə. Gah xəstəxanaya zəng edirsən, gah təhsil şöbəsinə zəng edirsən. Mən sizin haqqınızda hüquq mühafizə orqanlarına müraciət edəcəm. Özüm ikinci qrup əliləm. (uşaqlıq illərində aldığı xəsarətin nəticəsi olaraq, qolunda problemi var) Məni əsəbləşdirməyin. Gedin araşdırın. Mən də sizin haqqınızda lazımi yerlərə məlumat verəcəm. Mən YAP-ın üzvüyəm."

Deyəsən, Neman Hüseynov YAP-ın üzvü olmağın mahiyyətini yanlış anlayıb. YAP-ın üzvü olmaq istədiyin yerdə, istədiyin qanunsuzluqları törədə biləcəyin anlamına gəlmir, hörmətli Neman müəllim. YAP-ın üzvlük vəsiqəsi qeyri-qanuni əməllər üçün "yaşıl işıq" sayılmır.


Neman Hüseynov deyir:
- "Haqqımda deyilənlər hamısı yalandır. Sadəcə Təhsilin müdiri ilə baş həkim narahat olub, mən də ona görə narahatam."

Maraqlıdır, biz sadəcə məsələnin obyektiv araşdırılması üçün aidiyyatı tərəf olaraq, məlumat almaq istədik. Onları bu qədər narahat edən səbəb nədir, görəsən?

Baş həkim Rasim Əkbərov və Təhsil şöbəsinin müdiri Manaf Səmədzadə ilə telefonla danışdığımızdan 1 gün keçdikdən sonra, hələ də cavab gəlmədiyini görüncə, təkrar aramağı düşündük.

İlk olaraq, Manaf Səmədzadəyə zəng etdik. Manaf müəllim dəstəyi qaldırmadı.

Bundan sonra baş həkim Rasim Əkbərovu aradıq.

Rasim Əkbərov məlumatın doğruluğunu təsdiq etdi və bildirdi ki, "Bəli, həmin müddətdə bizim xəstəxanada həmin şəxslərin adına bülleten açılıb. Maarifə demişik surətini göndərsin araşdıraq. Artıq, Dövlət Sərhəd Xidmətindən də dəqiqləşdirmək üçün tərəfimizdən sorğu hazırlanır. Onların qeyd edilən müddətdə ölkədən çıxış-girişi barəsində."

Deyəsən rayonda bir çox sahələrdə "mükəmməl" olan Neman Hüseynovun, "6-cı hiss"i də digər istedadlarından geri qalmır. Biz Manaf müəllim və Rasim doktorla danışıb bitirən kimi, dərhal o da bizə zəng edir.

Bu dəfə də belə oldu.
Neman Hüseynov yenidən bizə zəng etdi.

Deyəsən bu dəfə əsəbləri sakitləşmişdi.

- Salam əleyküm, qardaş. Neman Hüseynovdur Yardımlıdan.
Nətərsiz?
Mənə baş həkim zəng etdi ki, "sən o vaxt ölkədən çıxmısan, çıxmamısan."
Nə məsələdir, qardaş?

Biz:
- Bizdən niyə soruşursunuz? Biz dünən sizinlə danışdıq, bitdi. Biz işimizi icra edirik.

Neman Hüseynov:
- Sən məni balaca oğlan bilməye...

Biz:
- Yox, qətiyyən biz sizi "balaca oğlan" bilmirik. Sizin barənizdə elə məlumatlar almışıq ki, yay aylarında istirahət mərkəzlərində nə kimi rolunuzun olduğunu, bəzi məmurlarla aranızda hansı bağların olduğunu, kimlərlə necə bağlantılarınızın olduğunu və kimlərə nə kimi xidmətlər göstərdiyinizi bilirik. (Bu barədə ətraflı növbəti yayımlarımızda) Təbii, ona görə də bu cür danışıq tonu sizdən gözləniləndir. Amma, o cür şərtlər altında tanıdığınız məmurlara arxalanmaq düzgün deyil.

Neman Hüseynov:
- Müəllim, xahiş edirəm, qardaşuva qulaq as. Mənə iki gün vaxt verin, iki gün bu məsələyə görə heç kimə zəng etməyin. Mən iki gün sonra Bakıya müalicəyə gələcəm. Sizin qurum harda yerləşir? Mən gəlim orda özüm danışacam. Siz kiməsə zəng etməyin.

Sözügedən məsələ ilə əlaqədar olaraq, biz Təhsil Nazirliyinin də elektron ünvanına, həmçinin "hansı hallarda bülleten açılmalıdır?", deyə, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) də elektron ünvanına rəsmi sorğu göndərdik. Aradan 2 həftə müddət keçdikdən sonra cavab gəlmədiyini görüncə, biz Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov ilə telefon əlaqəsi saxlayıb, iki həftə əvvəl sorğu göndərdiyimizi, lakin, hələ də cavabsız qaldığını bildirdik. Cəsarət müəllim isə sorğudan xəbərsiz olduğunu bildirdi və hansı email ünvanına göndərdiyimizi soruşdu. Ünvanı dediyimizdə, Cəsarət müəllim, "ona mən baxmıram, siz bu ünvana göndərin" dedi və bizə başqa bir email ünvan verdi. Yenidən, Cəsarət müəllimin verdiyi email ünvanına da sorğu göndərdik. Artıq, 3-cü həftədir ki, Cəsarət müəllimin "baxdığı" ünvana göndərdiyimiz sorğunun cavabını gözləyirik.

Biz TƏBİB-in mətbuat katibi Elnarə xanıma da zəng edib, sorğumuzu hələ də cavablandırmadıqlarını xatırlatdıq. Zəngimizdən sonra Elnarə xanım bülleten açılmasına dair qanunun "pdf" farmatını kopyalayıb bizə göndərdi.
Bu da oldu TƏBİB- in cavabı.

Biz deyilən tarixlərdə sözügedən şəxslərin ölkədən çıxmasını və ölkəyə daxil olmasını dəqiqləşdirmək üçün çox çətinliklə Dövlət Sərhəd Xidmətinin (DSX)elektron ünvanını tapıb, ora da sorğu göndərdik. Lakin, təəssüflər olsun ki, DSX də yarım aydan çox müddət keçməsinə baxmayaraq, hələ də sorğunu cavabsız qoyub.

Yəni anlayacağınız, məlumatları dərc etmədən öncə, KİV haqqında qanunun tələblərini yerinə yetirdik. Cavab verməmək isə sözügedən tərəflərin qanunları ciddi qəbul etmədiklərinin göstəricisidir - deyə düşünürük.

Ardı var...

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

DogruXeber.az










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Simonyan Türkiyəni şantaj edir”
Bu gün, 13:07
"Çəkilmə araq qoxusu var" - Paşinyanın məktəbdə dedikləri diqqət çəkdi
Bu gün, 13:04
Melonidən Solovyov barədə: - Bu karikaturaya görə yolumuzu dəyişməyəcəyik
Bu gün, 13:02
Könül Ələkbərov vəzifəsindən azad edildi - ÖZÜ TƏSDİQLƏDİ
Bu gün, 12:59
SEPAH sağa-sola hədə yağdırır - Göründüyü kimi...
Bu gün, 12:57
Uşağın cinayətində əsas günahkar valideyndir - Sosioloqdan AÇIQLAMA
Bu gün, 12:54
YAP-ın MSK-ya göndərdiyi yeni şəxslər kimlərdir? - SİYAHI
Bu gün, 12:53
Türkiyə Ermənistanla sərhədi Hörmüzə görə açır? - ŞƏRH
Bu gün, 12:45
"Yeni Klinika"nın direktoru bu gün vəzifəsindən AZAD EDİLİB - AÇIQLAMA
Bu gün, 12:40
Palata Mədəniyyət Nazirliyinin keçirdiyi satınalmalarda nöqsanlar aşkarlayıb
Bu gün, 12:38
Mirhəsən Həsənov yenidən "Azərbaycan Çernobıl Əlilləri İttifaqı" İB-yə sədri seçilib
Bu gün, 12:35
Qadının üzərinə benzin töküb yandıran sevgilisi: - “Ona başqası ilə ailə həyatı qurmaq istədiyimi bildirdim, lakin...”
Bu gün, 12:34
Erməni təşkilatları Azərbaycanı məhkəməyə veriblər - “Hraparak”
Bu gün, 12:31
Yerasx-Naxçıvan dəmir yolunun yenidən qurulması 1,5 ilə qədər vaxt aparacaq -Paşinyan
Bu gün, 12:26
Zelenski Putinlə Moskva və Minskdən başqa istənilən paytaxtda görüşə gedəcək - Rəsmi Kiyev
Bu gün, 12:25
“Azəriqaz”da MÜHÜM POSTA TƏYİNAT - ƏMR
Bu gün, 12:18
YAP-ın MSK üzvlüyünə namizədləri müəyyənləşib - SİYAHI
Bu gün, 12:13
“Nəbz” klinikasında Vüqar Səfərov necə həkim kimi çalışır? - Asiman Həsənovun əli ilə….
Bu gün, 12:11
TRIPP layihəsi üzrə işlər 2026-cı ildə başlayacaq - Paşinyan
Bu gün, 12:02
Pafoslu olmağı da bacarmayan gənc aktyorumuz - Orxan Saffari yazır...
Bu gün, 11:59
Heydərov onu Xankəndiyə rəis təyin etdi - ƏMR
Bu gün, 11:56
SOCAR-da “Neftci” MTK KORRUPSİYASI... - Buna hüquqi qiymət verilərsə...
Bu gün, 11:51
SOCAR-da MÜHÜM POSTA yeni təyinat olub - ƏMR
Bu gün, 11:44
SEPAH generalı İranın qonşularını HƏDƏLƏDİ
Bu gün, 11:42
Nazirlik 71 min manata “Toyota” alır
Bu gün, 11:38
Ukraynanın "IT ordusu" və ya "vəhşi qazlar" - Kibermüharibə nəzarətdən çıxır
Bu gün, 11:36
"TikTok"da 181 nəfəri aldadan “şirkət rəhbəri”ndən xəbər var
Bu gün, 11:34
Turizm Agentliyi İstanbul Hava Limanında reklam yerləşdirmək üçün 1,4 milyon manat xərcləyəcək
Bu gün, 11:33
Perinatal Mərkəzdə yanğınla bağlı məhkəmə: - Növbətçi həkim palatanı tərk edərək yatmağa gedib
Bu gün, 11:28
Gömrük Komitəsinin yeni binasının tikintisində YEYİNTİ - TƏFƏRRÜAT
Bu gün, 11:26
Bakıya səfərə hazırlaşan Baş nazir NİYƏ aşağılandı? – Solovyovu SUSDURMAQ zamanı
Bu gün, 11:23
Pərvin Quliyevaya yüksək vəzifə verildi - ƏMR
Bu gün, 11:22
"Əli Əsədov dərhal həbs edilməlidir" - Sərdar Cəlaloğlu
Bu gün, 11:21
Revanşistlər Bakıya YENƏ dil uzatdı - Paşinyan devrilsə...
Bu gün, 11:19
Ceyhun Cəlilov Ahıllar Evinin işçilərini qapısında NÖKƏR KİMİ İŞLƏDİR - İTTİHAM VAR...
Bu gün, 11:14
Prokurorluq Gəncə Şəhər İcra Hakimiyyətində araşdırmalara BAŞLADI - TƏFƏRRÜAT
Bu gün, 11:10
Pakistandan dünyaya “Taimoor” MESAJI - Yeni raket sınaqdan keçirildi
Bu gün, 11:01
Əli Əsədovun adamları TOY-BAYRAM İÇİNDƏ... - İLGİNC İDDİA
Bu gün, 10:57
Rusiya bu azərbaycanlını İnterpola verdi - Terror İTTİHAMI
Bu gün, 10:30
Eyni pensiya kapitalı olan şəxslərə hansı məbləğdə pensiya verilir? - AKTUAL
Bu gün, 10:25
Türkiyədə CHP-li bələdiyyə sədri saxlanıldı
Bu gün, 10:15
İranda yüksək vəzifəli məmur İsraillə əlaqəyə görə edam edilib - "Al-Jazeera"
Bu gün, 10:12
"Kürd Amo"nu xüsusi amansızlıqla öldürən şəxs yenidən məhkəmə qarşısında - TƏFƏRRÜAT
Bu gün, 10:11
Dadsız, rəngsiz POMİDORLAR - Süfrəmizə keyfiyyətsiz məhsulu kim gətirir?
Bu gün, 10:10
“Atamın şəxsi əşyalarını muzeyə verdim, Rasim Balayev bu mövzuda mənə kömək etdi”
Bu gün, 10:08
Gömrük Komitəsində işlə təmin etdirmək adı ilə 26 minlik dələduzluq etdi - MƏHKƏMƏ
Bu gün, 10:05
Vüsal Aslanov bu imtahandan “2” aldı – REPLİKA
Bu gün, 10:02
Azərbaycan nefti cüzi bahalaşıb
Bu gün, 09:47
“Rabitəbank”da yığıncaq keçiriləcək
Bu gün, 09:45
Ölüdən orqan götürmək haramdır? - İlahiyyatçı mübahisələrə son qoydu
Bu gün, 09:43
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru