TRIPP layihəsi üzrə işlər 2026-cı ildə başlayacaq .....                     Pafoslu olmağı da bacarmayan gənc aktyorumuz .....                     Heydərov onu Xankəndiyə rəis təyin etdi .....                     SOCAR-da “Neftci” MTK KORRUPSİYASI... .....                     SOCAR-da MÜHÜM POSTA yeni təyinat olub .....                     SEPAH generalı İranın qonşularını .....                     Nazirlik 71 min manata “Toyota” alır .....                     Ukraynanın "IT ordusu" və ya "vəhşi qazlar" .....                     "TikTok"da 181 nəfəri aldadan “şirkət rəhbəri”ndən xəbər var .....                     Turizm Agentliyi İstanbul Hava Limanında reklam yerləşdirmək üçün .....                     Perinatal Mərkəzdə yanğınla bağlı məhkəmə: .....                     Gömrük Komitəsinin yeni binasının tikintisində YEYİNTİ .....                     Bakıya səfərə hazırlaşan Baş nazir NİYƏ aşağılandı? .....                     Pərvin Quliyevaya yüksək vəzifə verildi .....                     "Əli Əsədov dərhal həbs edilməlidir" .....                     Revanşistlər Bakıya YENƏ dil uzatdı .....                     Ceyhun Cəlilov Ahıllar Evinin işçilərini qapısında NÖKƏR KİMİ İŞLƏDİR .....                     Prokurorluq Gəncə Şəhər İcra Hakimiyyətində araşdırmalara BAŞLADI .....                     Pakistandan dünyaya “Taimoor” MESAJI .....                     Əli Əsədovun adamları TOY-BAYRAM İÇİNDƏ... .....                     Rusiya bu azərbaycanlını İnterpola verdi .....                     Eyni pensiya kapitalı olan şəxslərə hansı məbləğdə pensiya verilir? .....                     Türkiyədə CHP-li bələdiyyə sədri saxlanıldı .....                     İranda yüksək vəzifəli məmur İsraillə əlaqəyə görə edam edilib .....                     "Kürd Amo"nu xüsusi amansızlıqla öldürən şəxs yenidən məhkəmə qarşısında .....                     Dadsız, rəngsiz POMİDORLAR .....                     “Atamın şəxsi əşyalarını muzeyə verdim, Rasim Balayev bu mövzuda mənə kömək etdi” .....                     Gömrük Komitəsində işlə təmin etdirmək adı ilə 26 minlik dələduzluq etdi .....                     Vüsal Aslanov bu imtahandan “2” aldı .....                     Azərbaycan nefti cüzi bahalaşıb .....                     “Rabitəbank”da yığıncaq keçiriləcək .....                     Ölüdən orqan götürmək haramdır? .....                     Azərbaycanda ən çox hansı nazirliklər “bəyənilir”? .....                     Repetitorluğun ləğvi gerçəkləşir .....                     "Dinləmirlər, eşitmirlər..." .....                     Ukraynadan sonra Rusiya NATO-ya hücum edəcək .....                     Millət vəkilinə inanaqmı? .....                     2 qəpiklik borca görə, müştərini çətinə saldılar... .....                     İş yerləri ilə bağlı gözlənilməz proses başladı: nə baş verir? .....                     Bu ölkə Rusiyaya 3 min əsgər, 10 qırıcı göndərir? .....                 

Muxtar Respublikada MALİYYƏ MAXİNASİYALARI... - “Rabitəbank” kredit yox, sələm verirmiş...
Tarix: 13-01-2022, 08:29 | Çap et
Muxtar Respublikada MALİYYƏ MAXİNASİYALARI...
Naxçıvan Muxtar Respublikasında maliyyə maxinasiyası barədə dəfələrlə məlumat vermişik. Onu da qeyd etmişik ki, hər il Azərbaycan büdcəsindən 100 milyonlarla vəsait alan Muxtar Respublika hakimiyyəti əlinə düşən milyonları necə gəldi xərcləyir, paytaxtın ayırdığı dotasiyadan “kiçik torpaq” sakinlərinin faydalanmasına imkan vermir, nəticədə çörəklə imtahana çəkilən əhali yurd-yuvalarını tərk edib dünyanın müxtəlif ölkələrinə axışırlar. Şüurlu və ya şüursuz yerli rejim tərəfindən boşaldılan Naxçıvan Allahın umuduna buraxıldığı halda, Muxtar Respublikanın inkişafına ayrılan vəsaitlər israfçı layihələrin “reallaşmasına” sərf olunur. DİA.AZ bildirir ki, bu barədə ovqat.com saytı məlumat yayıb.

Qeyd edək ki, bu xüsus 2019-cu ilin 18 noyabr tarixində Azərbaycan Prezidenti İlham Əliyevin Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbovla görüşündə də eyhamlı üslubla qarşı tərəfin diqqətinə çatdırılmışdı. Prezident İlham Əliyev Naxçıvanda görülən işlər barədə Vasif Talıbova müxtəlif suallar vermiş, aldığı cavablara uyğun tərzdə bir az da nəzakət xətrinə onun quruculuq qabiliyyətini tərifləmiş, sonunda isə əsl sözünü demişdi: “Ancaq bir məsələyə diqqətinizi cəlb etmək istəyirəm. Naxçıvan büdcəsinin cəmi 22 faizi yerli gəlirlər hesabına formalaşır, yəni, 383 milyon manatdan cəmi 83 milyon manatı yerli gəlirlər hesabına formalaşır, qalan 300 milyon manat Bakıdan dotasiya verilir. Hesab edirəm ki, növbəti illərdə yerli gəlirlərin artırılması istiqamətində işlər aparılmalıdır ki, onların faiz nisbəti artsın”.

Sanki Prezident bununla demək istəmişdir ki, bayaqdan mənə sadaladağınız bütün böyük “yatırımlar” Muxtar Respublika büdcəsinə ildə cəmi 83 milyon manat gətiribsə, çox da sinəyə döymək lazım deyil. Üstəlik, həmin illik yığıma gömrük rüsumları da daxildir. Azərbaycanda gömrük rüsumları hardasa illik yığımların yarısını təşkil edir. Yəqin ki, Naxçıvanda da elədir. Bu hesabla, bayaqdan böyük şövqlə bəhs etdiyiniz iqtisadi layihələrdən cəmi 40-43 milyon manat vergi yığa bilmisiniz. Bu isə böyük layihələr kimi ağızdolusu təqdim etdiyiniz xəyali iqtisadiyyata ayrılan vəsaitlərin göyə sovrulmasından başqa bir şey deyil.

Azərbaycan Prezidentinin incə eyhamla xatırlatdığı həqiqətlər bu yaxınlarda Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyində keçirilən kollegiya iclasında da masaya yatırılıb.

Ovqat.com-un məlumatına görə, kollegiya iclası dövlət vəsaitlərinin səmərəli istifadəsinə, daha doğrusu, ən azı bu zamanadək səmərəsiz istifadəsinə həsr olunub və təkcə 2021-ci ildə Muxtar Respublikada 71 vəzifəli şəxs dövlət büdcəsindən “səmərəli istifadə etmədiyi” üçün cərimələnib və göyə sovrulan vəsaitlər yenidən büdcəyə qaytarılıb. İl ərzində 10 milyon manata yaxın vəsaitin əsassız xərclənməsinin qarşısı alınıb. Başqa sözlə, milyonlarla manatlıq dövlət vəsaiti korrupsiya şirinin ağzından çıxarılıb (Ərdəbil imam-cüməsi ayətullah Amilinin qulağına qurğuşun).

Muxtar Respublikanın Maliyyə Nazirliyinin kollegiya iclasında o da bildirilib ki, təşkil edilən maliyyə nəzarət tədbirləri zamanı müəssisələrin mühasibatlıq sənədləri təftiş olunub, yol verilmiş nöqsanlar və digər qanun pozuntuları nəticəsində vurulmuş ziyan müəyyənləşdirilərək təqsirli şəxslər tərəfindən dövlət büdcəsinə bərpa edilib. Bundan əlavə, 2021-ci ildə muxtar respublika üzrə, ümumilikdə, 315 min 286 manat məbləğində vəsait bərpa edilərək dövlət büdcəsinə qaytarılıb. Yerində təşkil olunmuş yoxlamalar zamanı müəssisə və təşkilatlarda əmək intizamına əməl edilməməsi, təyinatdan kənar xərc əməliyyatları, əsassız xərclərə səbəb olan qurğuların istifadəsi və enerjidən israfçılıqla istifadə halları aşkarlanaraq qanunamüvafiq qaydada rəsmiləşdirilib, 71 vəzifəli şəxsə cərimələr tətbiq edilərək, ümumilikdə, 15 min 40 manat vəsaitin dövlət büdcəsinə ödənilməsi təmin olunub.

Maraqlıdır ki, Muxtar Respublikada göyə sovrulan vəsaitlər təkcə Azərbaycan tərəfindən ayrılan dotasiyalar da deyil. Naxçıvanda fəaliyyət göstərən bir sıra banklar da paytaxtdan gələn pullara dədə malı kimi baxıb və necə gəldi istifadə edib. Bir müddət əvvəl xəbər veridiyimiz kimi, “Kapital”, “Rabitə” kimi bankların regional şöbələrində aparılan audit yoxlamalarında ciddi yeyintilər aşkarlanıb. İddialara görə, ötən ilin son aylarında “Rabitəbank”da ilk audit yoxlamaları keçirilib. Həmin vaxt yoxlamalar zamanı ciddi nöqsanlar aşkarlanmasa da, müfəttişlər Bakıya qayıtdıqdan sonra Naxçıvandakı hesabla mərkəzdəki hesab arasındakı fərq diqqəti cəlb edib. Qısa müddətdən sonra ikinci audit heyəti bölgəyə yollanıb. Məlum olub ki, sənədlərdə göstərilən külli miqdarda vəsait təyinatı üzrə transfer olunmayıb. Bankın xəzinəsində də bu vəsaitlərə rast gəlinməyib. Təxminlərə görə, Naxçıvandakı bir çox banklar, o cümlədən “Rabitəbank” vətəndaşlara kredit əvəzinə faizə pul verirmiş. Bu sələmçilik hesabına banklar yox, yerli bankirlər qazanırmış.

İddialara inansaq, “Rabitəbank”ın kassiri və rəhbəri barəsində istintaq prosesi başlayıb, digər banklarda da yenidən audit yoxlamaları başlayacağı gözlənilir.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
TRIPP layihəsi üzrə işlər 2026-cı ildə başlayacaq - Paşinyan
Bu gün, 12:02
Pafoslu olmağı da bacarmayan gənc aktyorumuz - Orxan Saffari yazır...
Bu gün, 11:59
Heydərov onu Xankəndiyə rəis təyin etdi - ƏMR
Bu gün, 11:56
SOCAR-da “Neftci” MTK KORRUPSİYASI... - Buna hüquqi qiymət verilərsə...
Bu gün, 11:51
SOCAR-da MÜHÜM POSTA yeni təyinat olub - ƏMR
Bu gün, 11:44
SEPAH generalı İranın qonşularını HƏDƏLƏDİ
Bu gün, 11:42
Nazirlik 71 min manata “Toyota” alır
Bu gün, 11:38
Ukraynanın "IT ordusu" və ya "vəhşi qazlar" - Kibermüharibə nəzarətdən çıxır
Bu gün, 11:36
"TikTok"da 181 nəfəri aldadan “şirkət rəhbəri”ndən xəbər var
Bu gün, 11:34
Turizm Agentliyi İstanbul Hava Limanında reklam yerləşdirmək üçün 1,4 milyon manat xərcləyəcək
Bu gün, 11:33
Perinatal Mərkəzdə yanğınla bağlı məhkəmə: - Növbətçi həkim palatanı tərk edərək yatmağa gedib
Bu gün, 11:28
Gömrük Komitəsinin yeni binasının tikintisində YEYİNTİ - TƏFƏRRÜAT
Bu gün, 11:26
Bakıya səfərə hazırlaşan Baş nazir NİYƏ aşağılandı? – Solovyovu SUSDURMAQ zamanı
Bu gün, 11:23
Pərvin Quliyevaya yüksək vəzifə verildi - ƏMR
Bu gün, 11:22
"Əli Əsədov dərhal həbs edilməlidir" - Sərdar Cəlaloğlu
Bu gün, 11:21
Revanşistlər Bakıya YENƏ dil uzatdı - Paşinyan devrilsə...
Bu gün, 11:19
Ceyhun Cəlilov Ahıllar Evinin işçilərini qapısında NÖKƏR KİMİ İŞLƏDİR - İTTİHAM VAR...
Bu gün, 11:14
Prokurorluq Gəncə Şəhər İcra Hakimiyyətində araşdırmalara BAŞLADI - TƏFƏRRÜAT
Bu gün, 11:10
Pakistandan dünyaya “Taimoor” MESAJI - Yeni raket sınaqdan keçirildi
Bu gün, 11:01
Əli Əsədovun adamları TOY-BAYRAM İÇİNDƏ... - İLGİNC İDDİA
Bu gün, 10:57
Rusiya bu azərbaycanlını İnterpola verdi - Terror İTTİHAMI
Bu gün, 10:30
Eyni pensiya kapitalı olan şəxslərə hansı məbləğdə pensiya verilir? - AKTUAL
Bu gün, 10:25
Türkiyədə CHP-li bələdiyyə sədri saxlanıldı
Bu gün, 10:15
İranda yüksək vəzifəli məmur İsraillə əlaqəyə görə edam edilib - "Al-Jazeera"
Bu gün, 10:12
"Kürd Amo"nu xüsusi amansızlıqla öldürən şəxs yenidən məhkəmə qarşısında - TƏFƏRRÜAT
Bu gün, 10:11
Dadsız, rəngsiz POMİDORLAR - Süfrəmizə keyfiyyətsiz məhsulu kim gətirir?
Bu gün, 10:10
“Atamın şəxsi əşyalarını muzeyə verdim, Rasim Balayev bu mövzuda mənə kömək etdi”
Bu gün, 10:08
Gömrük Komitəsində işlə təmin etdirmək adı ilə 26 minlik dələduzluq etdi - MƏHKƏMƏ
Bu gün, 10:05
Vüsal Aslanov bu imtahandan “2” aldı – REPLİKA
Bu gün, 10:02
Azərbaycan nefti cüzi bahalaşıb
Bu gün, 09:47
“Rabitəbank”da yığıncaq keçiriləcək
Bu gün, 09:45
Ölüdən orqan götürmək haramdır? - İlahiyyatçı mübahisələrə son qoydu
Bu gün, 09:43
Azərbaycanda ən çox hansı nazirliklər “bəyənilir”? - SİYAHI
Bu gün, 09:38
Repetitorluğun ləğvi gerçəkləşir - yeni model
Bu gün, 09:29
"Dinləmirlər, eşitmirlər..." - ETİRAZ
Bu gün, 08:22
Ukraynadan sonra Rusiya NATO-ya hücum edəcək - Kəşfiyyat
Bu gün, 08:09
Millət vəkilinə inanaqmı? - SÖZARDI...
Bu gün, 07:24
2 qəpiklik borca görə, müştərini çətinə saldılar... - YƏNİ BU QƏDƏR...
Bu gün, 07:11
İş yerləri ilə bağlı gözlənilməz proses başladı: nə baş verir? - AKTUAL
Bu gün, 07:04
Bu ölkə Rusiyaya 3 min əsgər, 10 qırıcı göndərir? - ŞƏRH
Bu gün, 07:02
AzəriQaz-da ƏDALƏTSİZ növbəli iş rejimi... - NARAZILIQ VAR...
Bu gün, 07:01
Bir damla yağış suyu bəs edir ki, kanalizasiya aşıb-daşsın... - GİLEY
Bu gün, 06:49
Daha bir vətəndaşın əlilliyi qanunsuz olaraq LƏĞV OLUNDU - "20 ildir ki..."
Bu gün, 06:41
İran ABŞ ilə danışıqlarda iştirak məsələsini hələ nəzərdən keçirir - KİV
Bu gün, 06:23
Azərbaycanda internet bahalaşdı – Yeni qiymət
Bu gün, 06:21
Qalmaqallı direktor necə bəraət alır? - İDDİA
Bu gün, 06:17
"Rabitəbank"da "saatlı bomba": Təhlükəli kreditlərdə 540%-lik şok - TƏFƏRRÜAT
Bu gün, 06:06
"Atam deyirdi ki, səndən adam olmayacaq"
Bu gün, 06:02
“Bu verilişlərin bağlanmasını alqışlayıram”
Bu gün, 06:01
"Bu qurumun başqa ciddi fəaliyyətini müşahidə etmirik" - ETİRAZ
Bu gün, 05:58
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru