Pakistan təsdiqlədi .....                     BRİCS çoxqütblü dünyanın formalaşdırılmasına çalışır... .....                     Putinin Ermənistanla bağlı planı nədir? .....                     BOKT “Falcon Finance”nin mənfəəti 91.85 faiz .....                     Bakı metrosu yenə “sinifdə qaldı” .....                     Bağlanan şirkətlə əlaqəm qalmayıb .....                     Avropa məhkəməsi Əli Əliyevə görə Azərbaycana sorğu göndərib .....                     Sosial şəbəkələrdə QƏZƏB və KİN “VULKANI” .....                     Bu kompleksin Xankəndi filialı yaradıldı, direktor təyin olundu .....                     Evin açarlarını sayğacda gizlətdi, bütün qızılları oğurlandı .....                     Vardanyan xanımının Bakıya gəlməsini istəyir .....                     FHN 7 ədəd avtomobil alır .....                     Şeyx Əbdül ilə Şəfiqə Məmmədova BARIŞDI .....                     Azərbaycan Dövlət Kukla Teatrına direktor müavini təyin olunub .....                     Tramp İranı atəşkəsi pozmaqda ittiham edib .....                     "Hacı Mazan"nın cinayət işi açılan "Sirr-M" MMC-si batır? .....                     Əvvəllər işlədiyi tikinti şirkətindən 25 min manatlıq oğurluqda təqsirləndirilən şəxs həbs olunub .....                     Tanınmış memardan vergi xidmətinə ETİRAZ .....                     Simonyan əndazələri aşır: .....                     “Buzovna” Fizioterapiya Mərkəzi ilə bağlı şok iddialar .....                     "European Tobacco-Baku" ləğv olunur .....                     MOSSAD-ın nüfuzlu agenti həlak oldu .....                     “Dırnaq ustası studiyaya girib müğənni olur” .....                     Brüssel Ermənistanda yeni Aİ missiyasını təsdiqləyib .....                     Ermənilər Trampı şantaj etməyə başlayıb .....                     Keçmiş məmura yüksək vəzifə verildi .....                     Saxta rəy əsasında ANA TƏBİƏTİN QƏSDİNƏ DURUBLAR... .....                     Yeni tikililərdə mənzillər 13 faizdən çox bahalanıb .....                     Su basan evlərin sakinlərini nə gözləyir? .....                     TƏBİB rəhbəri bütün müşavirlərini niyə işdən çıxarır? .....                     Naxçıvanda “TAXIL İŞİ” böyüyür: Milyonlar YOXA çıxıb, sabiq nümayəndə isə... .....                     Makron gələn ay Ermənistana səfər edəcək .....                     Paşinyandan erməni kilsəsinə növbəti tələb: .....                     Zəngəzur dəhlizi ilə bağlı SENSASİYA: .....                     Ərəb ölkələri İranın bu addımından qorxur .....                     Vətəndaşı həbsdən buraxdıracağı adı ilə aldatdı .....                     İran tankeri ABŞ-ın blokadasını yararaq Hörmüz boğazından keçib .....                     Ayrı-ayrı yerlərdə arabir duman olacaq .....                     Tovuzun icra başçısı RAYONDA HƏR KƏSİN QAZANCINA ŞƏRİKDİR... .....                     Vens İranla danışıqlar üçün İslamabada gedəcək .....                 

Dövlət qurumları dələduz şirkətin əlində ƏSİR-YESİR QALIB... - FAKT BUDUR!
Tarix: 17-10-2022, 12:26 | Çap et
Dövlət qurumları dələduz şirkətin əlində ƏSİR-YESİR QALIB...
Birinci Qarabağ müharibəsinin şəhidi Zaur Bədirovun qardaşı, Sabirabad rayonunun Nəsimi kənd sakini Zahid Bədirov “Magnus” Su Təmizləmə MMC tərəfindən aldadıldığını iddia edir.

DİA.AZ Pravda.az-a istinadla xəbər verir ki, Z.Bədirov bu barədə iyul ayında Azad İstehlakçılar İctimai Birliyinə şikayət ünvanlayıb.

Onun sözlərinə görə, iyulun 22-də, təxminən, saat 21:00 da “Magnus” şirkətinin 5 əməkdaşı, dəyəri 1790 manat olan su filtrini onların evlərində quraşdırıblar: “Bizə psixoloji təsir etdilər. “Uşaqlarınızın həyatı ilə oynayırsınız, görün necə su içirsiniz, “sizin üçün sağlamlıq, yoxsa pul önəmlidir” kimi suallarla bizi günahkar çıxardılar. Satdıqları filtrlərin guya çirkli suyu şollar suyuna çevirdiyinə bizi inandırdılar. Dedilər, dövlət tərəfindən göndəriliblər ki, suyun keyfiyyətini öyrənək. Heç imkan vermədilər ki, müqavilə ilə tanış olum. Müqavilə kağızını telefon işığında imzalatdırdılar. Müqavilədə satıcı olaraq “Magnus”un direktoru kimi Kərimli Beyrək Həmdulla oğlu yazılmışdı. İmzaladıqdan sonra təklif etdilər ki, ödənişi nağd şəkildə ödəsəm, mənə 82 mm diaqonal televizor hədiyyə edəcəklər. Əlavə 300 AZN ödəsək, daha böyük diaqonal televizor verə bilərlər. Məni razı salıb ümumilikdə 2090 manat puldan 1000 AZN nağd aldılar. Qarşılığında isə qəbz vermədilər. Qalan 1090 AZN pulu televizoru gətirəndə alacaqlarını dedilər. İnternetdə araşdırdım, anladım ki, aldadılmışam. Məhsulu qaytarmaq istədim. Bir gün sonra televizoru gətirdiklərini dedilər. Mən isə məhsulu verib ödədiyim 1000 manatı qaytarmalarını tələb etdim. Dedilər ki, məhsulu qaytarsan, min manat pulun geri verilməyəcək, əlavə 400 AZN cərimə olunacaqsan. Televizoru da götürüb, çıxıb getdilər. 24 iyulda özünü “Magnus”un vəkili kimi təqdim edən bir nəfər evimizə gəldi və məhsulun geri qaytarılmayacağını, cərimə olunacağımızı dedi. Kimliyini təsdiq edən rəsmi sənədi tələb etsək də, heç nə göstərmədi. Şirkətə zəng edib pulumu yenidən geri istədim, lakin dedilər “hara istəyirsən, şikayət et”. Bu pulu əziyyətlə qazanmışam və o pulla Qarabağ döyüşlərində itkin düşmüş şəhid qardaşımın adına bulaq tikdirməyi nəzərdə tutmuşdum. Bunu da onlara dedim, amma əhəmiyyət vermədilər”.

DİA.AZ_ın məlumatına görə, Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov Pravda.az-a açıqlamasında bildirdi ki, Zahid Bədirovun şikayət məktubuna İqtisadiyyat Nazirliyinin cavabı 11 oktyabrda gəlib: “Son dərəcə kasıb vəziyyətdə yaşayan şəhid ailəsi aldadılıb. Su filtri satanlar istehlakçıları aldadırlar. Əsas məsələ isə istehlakçı hüquqlarını qorumağa cavabdeh olan Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin heç bir iş görməməsidir. Neçə aydır ki, şəhid ailəsinin şikayətini Nazirliyə ünvanlamışam. Demişəm ki, şəhid ailəsini müdafiə etmək, kömək göstərmək lazımdır. İki gün əvvəl isə Elnur Bağırovun imzası ilə heç bir məna kəsb etməyən, cümlələri ardıcıl təkrarlayan bir məktub daxil olub. Yazılıb ki, şəhid ailəsi gedib məhkəməyə müraciət etsin. Şikayət ərizəsindən də görünür ki, dövlətin digər qanunvericiliyi pozulur, şirkət vergi ödəmir, kassa qəbzi də vermir. Nazirlik heç bu məsələyə də toxunmadı. İqtisadiyyat Nazirliyinin tərkibində Vergilər Departamenti var. Necə olur ki, Antiinhisara məktub göndərirəm, onlar nazirliklərinin içindəki vergi orqanına demirlər ki, burda dövlətin vergi qanunvericiliyi pozulub. Biri digərinin işinə toxunmaq istəmir. Dövlətin qanunu pozulur, bu qurumlar isə bir-birilərinə xəbər etmirlər. Bu, məni həm bir vətəndaş kimi, həm də ictimai təşkilatın sədri kimi çox narahat edir. Nazirlikdən gələn cavab məktubu məni çox təsirləndirdi. Vətəndaşı heç kim qorumaq istəmir. Son dərəcə kasıb bir insanı. Nazirliyin İcitmaiyyətlə əlaqələr, eyni zamanda hüquq şöbəsinə dəfələrlə müraciət etdim. Çünki vətəndaşın 14 gün müddətində aldığı məhsulu geri qaytarmaq hüququ var, bizə müraciət edəndə hələ bir gün keçməmişdi. Lakin nəticəsiz qaldı”.

E.Hüseynov deyib ki, sözügedən şirkətlə də əlaqə yaradıb: “Əfsus ki, filtr satan şirkətin müdiri Beyrək Kərimliyə dəfələrlə zəng etsəm də, əlaqə qura bilmədim. Şirkətin hüquqşünası İlham adlı şəxslə də danışdım. Ondan da heç bir nəticə əldə edə bilmədik. Vətəndaşı aldadıblar. Dövlət qurumu isə şəhid ailəsinə kömək etmədi. Yerli icra strukturu da məsuliyyət daşıyır. Ölkə Prezidentinin təsdiq etdiyi “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 4-5-ci bəndində göstərilir ki, istehlakçı hüquqları pozulan zaman yerli icra hakimiyyətləri istehlakçıların hüquqlarının qorunması üçün müəyyən təşəbbüslər qaldırmalıdır. Bu barədə Sabirabad Rayon İcra Hakimiyyətinə məlumat versək də, sözügedən filtr şirkətinin əməkdaşları yenə də kənddə gəzir, camaatı aldatmağa davam edirlər. İcra strukturları isə hələ də heç bir iş görməyiblər”.

“Magnus”un direktoru Beyrək Kərimli ilə biz də əlaqə yaratmağa çalışdıq, lakin telefona şirkətin xanım əməkdaşı cavab verdi. Ondan özünü təqdim etməsini istəsək də, bundan yayındı. Şirkətin hüquqşünası İlham adlı şəxsin gün ərzində bizimlə əlaqə yaradacağını desə də, onu növbəti gün özümüz axtarası olduq.

O, Zahid Bədirovun dediklərini inkar etdi: “Heç bir halda əməkdaşlarımız “dövlət tərəfindən göndərilmişik” deyə bilməzlər. Vətəndaş istəyir ki, öz tərəfindən nəsə sübutlar gətirsin. Şirkət tərəfindən vətəndaşa qəbz verilib, həmin qəbzi təqdim edə bilərəm. Onların evlərinə vəkil də yaxınlaşmayıb. Vətəndaş müqaviləyə telefon işığında imza atdığını iddia edir, bəs niyə məmnuniyyət aktına da imza atıb? Narazı idisə, imzalamazdı. 400 manat cərimə pulu malın Türkiyə tərəfinə qayıtması üçün nəzərdə tutulub, yol məsrəfləridir. Müqavilədə şirkətin də öhdəliyi var. Qurğuda problem çıxarsa, yenisi ilə əvəzləmə öhdəliyi şirkətin üzərindədir. Şəhid ailəsi olduğu barədə də məlumatımız var. Yenə də kömək etməyə hazırıq. İki variant var -1000 manat civarında başqa qurğu veririk, filtrin dəyişim vaxtında 3 filtri hədiyyə edirik. İyulda satış olub, bu aparat artıq əmtəə nişanı xassəsini itirib. Aparatı götürürksə, 400 manat cərimə pulu tutulacaq, 600 manatı geri qaytara bilərik”.

Zahid Bədirov isə saytımıza açıqlamasında şirkətin təklifi ilə razı olmadığını, məhkəməyə müraciət edəcəyini dedi. Şirkətin quraşdırdığı filtr suyunun isə acı daddığını, aldadıldığını bildirdi.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Pakistan təsdiqlədi - Sabah İran və ABŞ arasında görüş olacaq
Bu gün, 16:45
BRİCS çoxqütblü dünyanın formalaşdırılmasına çalışır... - AMMA...
Bu gün, 16:41
Putinin Ermənistanla bağlı planı nədir? - ŞƏRH
Bu gün, 16:38
BOKT “Falcon Finance”nin mənfəəti 91.85 faiz - AZALIB
Bu gün, 16:32
Bakı metrosu yenə “sinifdə qaldı” - Ekspertdən SƏRT REAKSİYA
Bu gün, 16:26
Bağlanan şirkətlə əlaqəm qalmayıb - Sabiq deputat
Bu gün, 16:12
Avropa məhkəməsi Əli Əliyevə görə Azərbaycana sorğu göndərib
Bu gün, 16:10
Sosial şəbəkələrdə QƏZƏB və KİN “VULKANI” - “Əsas səbəblərdən biri…”
Bu gün, 16:04
Bu kompleksin Xankəndi filialı yaradıldı, direktor təyin olundu - FOTO
Bu gün, 16:02
Evin açarlarını sayğacda gizlətdi, bütün qızılları oğurlandı - BAKIDA ŞOK OLAY
Bu gün, 15:52
Vardanyan xanımının Bakıya gəlməsini istəyir
Bu gün, 15:46
FHN 7 ədəd avtomobil alır – 471 min manat ödəyəcək
Bu gün, 15:44
Şeyx Əbdül ilə Şəfiqə Məmmədova BARIŞDI - İncikliyin SƏBƏBİ...
Bu gün, 15:43
Azərbaycan Dövlət Kukla Teatrına direktor müavini təyin olunub - ƏMR
Bu gün, 15:40
Tramp İranı atəşkəsi pozmaqda ittiham edib - “Truth Social”
Bu gün, 15:28
"Hacı Mazan"nın cinayət işi açılan "Sirr-M" MMC-si batır? - 200 minlik borc
Bu gün, 15:25
Əvvəllər işlədiyi tikinti şirkətindən 25 min manatlıq oğurluqda təqsirləndirilən şəxs həbs olunub - TƏFƏRRÜAT
Bu gün, 15:19
Tanınmış memardan vergi xidmətinə ETİRAZ - "Qoy, daha bir məmur-oğru özünə restoran açsın..."
Bu gün, 15:13
Simonyan əndazələri aşır: - Azərbaycanla bağlı daha bir “ittiham”
Bu gün, 15:05
“Buzovna” Fizioterapiya Mərkəzi ilə bağlı şok iddialar - Sahib Məmmədovdan gözləntilər puç oldu?
Bu gün, 15:04
"European Tobacco-Baku" ləğv olunur
Bu gün, 14:59
MOSSAD-ın nüfuzlu agenti həlak oldu
Bu gün, 14:51
“Dırnaq ustası studiyaya girib müğənni olur” — Reper Qurd sənəti "bazara" çevirənləri hədəf aldı
Bu gün, 14:47
Brüssel Ermənistanda yeni Aİ missiyasını təsdiqləyib
Bu gün, 14:42
Ermənilər Trampı şantaj etməyə başlayıb - GƏLİŞMƏ
Bu gün, 14:35
Keçmiş məmura yüksək vəzifə verildi - YENİ TƏYİNAT
Bu gün, 14:33
Saxta rəy əsasında ANA TƏBİƏTİN QƏSDİNƏ DURUBLAR... - NARAZILIQ VAR...
Bu gün, 14:16
Yeni tikililərdə mənzillər 13 faizdən çox bahalanıb – Rəsmi
Bu gün, 14:13
Su basan evlərin sakinlərini nə gözləyir? - Həkim qorxulu fəsadları AÇIQLADI
Bu gün, 14:09
TƏBİB rəhbəri bütün müşavirlərini niyə işdən çıxarır? - AKTUAL
Bu gün, 14:04
Naxçıvanda “TAXIL İŞİ” böyüyür: Milyonlar YOXA çıxıb, sabiq nümayəndə isə... - TƏFƏRRÜAT
Bu gün, 13:57
Makron gələn ay Ermənistana səfər edəcək
Bu gün, 13:52
Paşinyandan erməni kilsəsinə növbəti tələb: - vergi ödəməlidir!
Bu gün, 13:08
Zəngəzur dəhlizi ilə bağlı SENSASİYA: - Risk yaranıb, İran çalışır ki...
Bu gün, 13:07
Ərəb ölkələri İranın bu addımından qorxur – “Röyters”
Bu gün, 13:04
Vətəndaşı həbsdən buraxdıracağı adı ilə aldatdı - 223 minlik dələduzluq işi
Bu gün, 13:00
İran tankeri ABŞ-ın blokadasını yararaq Hörmüz boğazından keçib
Bu gün, 12:56
Ayrı-ayrı yerlərdə arabir duman olacaq - belə deyirlər...
Bu gün, 12:46
Tovuzun icra başçısı RAYONDA HƏR KƏSİN QAZANCINA ŞƏRİKDİR... - FAKT BUDUR...
Bu gün, 12:45
Vens İranla danışıqlar üçün İslamabada gedəcək - "Al-Jazeera"
Bu gün, 12:35
DTX-də KADR DƏYİŞİKLİYİ - BUNDAN SONRA...
Bu gün, 12:29
Separatçılardan yeni Xankəndi HƏMLƏSİ – Bakıya qarşı ÇİRKİN kampaniya
Bu gün, 12:26
İrandan Pakistana nümayəndə heyəti getməyib - "Tasnim"
Bu gün, 12:21
Anar Bayramov daha 5 müşavirini və departament rəhbərini işdən çıxardı - ADLAR
Bu gün, 12:16
Faytonçu Nazim niyə efirlərə çıxmır? – SƏBƏBİNİ AÇIQLADI
Bu gün, 12:14
Azərbaycanda mənzillər 8% BAHALAŞIB
Bu gün, 12:11
Məhkəmə qərarı var, AMMA İCRA YOXDUR... - Yasamalda qanunsuzluq kimin himayəsindədir?
Bu gün, 12:08
"Aygünün qızı böyüyüb, vay ölənin halına" - Efir qadağası qoyulduğu deyilən mərhum müğənninin bacısı danışdı
Bu gün, 11:54
Saxta yağ qalmaqalı: Nəzarət niyə yetərli deyil? - AKTUAL
Bu gün, 11:52
Azərbaycan Ermənistandan nələri tələb edir?
Bu gün, 11:51
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru