"Aygünün qızı böyüyüb, vay ölənin halına" .....                     Saxta yağ qalmaqalı: Nəzarət niyə yetərli deyil? .....                     Azərbaycan Ermənistandan nələri tələb edir? .....                     Rəsul Quliyev Azərbaycana qayıdır? .....                     Regionda sülh mühiti artıq formalaşır .....                     İsrailin müdafiə naziri Hizbullah liderinin etdiklərinin bədəlini başı ilə ödəyəcəyini deyib .....                     “Bizə atəşkəs yox, sülh lazımdır” .....                     İranla müharibə Rusiyanı gücləndirir, ABŞ-ı yorur .....                     Paşinyan Qarabağla bağlı xəbərdarlıq etdi .....                     FHN 7 ədəd avtomobil alır .....                     “Azər Türk Bank”da yeni təyinat .....                     Ötən ay ən çox bahalaşan və ucuzlaşan məhsullar .....                     Venesiyada küçənin adı görün NƏDİR .....                     İranda İsrail kəşfiyyatı ilə əlaqədə ittiham olunan şəxs edam edilib .....                     33 il gizlənən azərbaycanlı biznesmen TUTULDU .....                     17 gün əvvəl müşavir təyin olunmuşdu: İşdən çıxarıldı .....                     “ZN TRADE” MMC-yə ƏƏSMN-də bu şəraiti kimlər yaradır .....                     Bakının köhnə avtobus DƏRDİ .....                     "Mən onu ölümlə heç vaxt hədələməmişəm" .....                     AZTV `Ovçu Pirim`in verilişini bağladı .....                     “Günəşli İnşaat”-dan tanınmış aktrisaya 16 minlik dələduzluq .....                     Tramp İrandan zənginləşdirilmiş uranın çıxarılmasının “uzun və çətin proses” olacağını bildirib .....                     “Naxçıvanda vəziyyət heç də yaxşı deyil, deyirlər, hakimiyyət sizindir, səsinizi çıxarmayın” .....                     Azərbaycan neftinin qiyməti 110 dolları ötüb .....                     İran ABŞ ilə İslamabadda danışıqlara razılıq verib .....                     Qarabağ haqda nə qədər çox xəyal qursaq, o qədər itirəcəyik .....                     Ağcabədinin icra başçısının barəsində inanılmaz faktlar yazıldı və… .....                     Pəri Teymurovaya VƏZİFƏ VERİLDİ .....                     Şuşada 7 binanın tikintisinə 29 milyon manat ayrıldı .....                     Naxçıvanda taksi biznesini hansı məmur İNHİSARA ALIR? .....                     Tramp danışıqlar masasını pozmağa çalışır?.. .....                     Amerika erməni mafiyası Ermənistan ordusuna pul ayırır? .....                     KİÇİK marketlərə böyük ZƏRBƏ .....                     Rusiya və Çinə görə ABŞ böhrandadır .....                     Nazirlər Kabineti NİYƏ SUSUR? .....                     AzəriQaz-da müəmmalı kadr siyasəti .....                     Davinçi Estetik Klinikasında qanunsuz estetik əməliyyat icra edən kimlərdir? .....                     TENDER BAZARINDA “Leysan” effekti .....                     Azərbaycan bank sektorunun uğurları və riskləri .....                     “Azərcell”ə qarşı ABUNƏÇİ SƏFƏRBƏRLİYİ .....                 

Bəlkə Texniki Universitetin də VİLAYƏT TƏFƏKKÜRÜ ləğv olunsun... - Müəllimlər YENİ FAKTLARI AÇIQLAYIR...
Tarix: 23-12-2022, 08:55 | Çap et
Bəlkə Texniki Universitetin də VİLAYƏT TƏFƏKKÜRÜ ləğv olunsun...
DİA.AZ: -" Son illərdə Azərbaycanın təhsil sistemində, həm orta, həm də ali təhsil səviyyələrində o qədər qəribə işlər baş verir, təhsilimiz o qədər aşağı səviyyəyə enib ki, artıq bu haqda yazılanlara heç kim təəccüb etmir və heç kim də, nə aidiyyəti olan vəzifəli şəxslər, nə də rəsmi dövlət təşkilatları reaksiya vermir, tədbir görmürlər, sanki, elə belə də olmalıdır. Lakin, biz, yəni Azərbaycan Texniki Universitetinin (AzTU) müəllimlərindən bir qrupu bunlara, xüsusən də universitetimizdə son 3 ildə, yəni Vilayət Vəliyevin buraya rektor təyin olunmasından sonra onun “fəaliyyəti” nəticəsində baş verənlərə və onların nəticələrinə biganə baxa bilmirik və bu haqda məlumatlar və müraciətlərlə kütləvi informasiya vasitələrində dəfələrlə çıxış etmişik". DİA.AZ bildirir ki, bu barədə Azərbaycan Texniki Universitetinin (AzTU) müəllimləri adından edilən müraciətdə deyilir.
Müraciət müəllifləri daha sonra yazırlar: "Cari tədris ilinin başlanması günlərində cənab Prezident yeni açılan orta məktəbləri gəzib, onlarla tanış olması zamanı qeyd etdi ki, ölkənin qüdrəti onun təbii sərvətləri ilə deyil, onun elminin və təhsilinin səviyyəsi ilə müəyyən edilir. Çox təəssüf ki, bu həqiqəti bizim təhsil sistemimizin başında dayananların və təhsil müəssisələrinə rəhbərlik edənlərin bir çoxu dərk etmir, ya da dərk etmək istəmir.
Keçən yazılarımızın birində biz Azərbaycan Texniki Universitetində (AzTU) son 3 ildə, yəni Vilayət Vəliyevin rektorluğu dövründə baş verənləri böyük Mirzə Fətəli Axundovun məşhur komediyalarındakı sərgüzəştlərə bənzətmişdik. Ancaq indi görürük ki, AzTU-da son vaxtlar baş verənlərin Cəlil Məmmədquluzadənin Danabaş kəndinin əhvalatları hekayəsində vaqe olanlara daha çox bənzəri vardır. Əlbəttə, belə əhvalatlar 19-cu əsrdə Azərbaycanın ucqar bir kəndində yaşayan savadsız insanlar arasında baş verdikdə, buna təəccüblənməmək də olardı. Ancaq bu səviyyəli əhvalatlar 21-ci əsrdə, həm də ölkəmizin Texniki Universitetində və universitetə rəhbərlik edən “elmlər doktorunun”, “əməkdar elm xadiminin” səriştəsiz və hətta qərəzli fəaliyyəti nəticəsində meydana gəldikdə, buna təəccüblənməmək olmur.
Əvvəlcə son dövrdə magistraturada baş verən əhvalatlardan danışaq. 2022-ci ilin yanvar və iyun aylarında dərc olunmuş məlumatlarımızda yazmışdıq ki, bu ilin əvvəllərində birdən, gözlənilmədən universitet üzrə elan edildi ki, rektor Vilayət Vəliyev yanvar ayında kafedra müdiri və dekanları toplayaraq “təklif edib” ki, 2-ci kurs magistrantların verilmiş və artıq, əmrlə də bir il yarım bundan əvvəl təsdiq edilmiş dissertasiya mövzuları ləğv edilsin, onlara yeni dissertasiya mövzuları verilsin və ən qəribəsi də budur ki, hər 4-5 magistranta qrup halında, bir ümumi mövzu verilsin və onlar bir ümumi dissertasiya hazırlayıb, müdafiə etsinlər (???). Bunun səbəbi nədir, heç kim bilmədi. Biz iyun ayında bu haqda məlumatla mətbuatda çıxış edəndə hələ çox şey naməlum idi, yəni dissertasiyalar necə olacaq, qrup halında necə müdafiə ediləcək, verilən qiymət 4-5 nəfər arasında necə bölüşdürüləcək və s.
Bu yeni mövzuların tərtib edilməsi və qərarın rəsmiləşdirilməsi də bir neçə ay çəkdi. Təlimata görə 1-ci kurs magistrantlar dərslərə başlayandan 3 ay müddətində onların dissertasiya mövzuları təsdiq edilməlidir ki, tələbələrin dissertasiya üzərində işləməyə 2 ilə yaxın vaxtı olsun. Burada isə tələbələrin bir il yarımlıq zəhmətinin və işinin üstündən xətt çəkildi və magistraturanı bitirmələrinə İKİ AY QALMIŞ qrup halında yeni dissertasiya mövzuları verildi. Digər tərəfdən, hər tələbənin dissertasiyasının öz elmi rəhbəri var idi, onlar rəhbərlikdən kənarlaşdırılaraq, 4-5 tələbənin bir ümumi dissertasiyasına bir yeni rəhbər təyin edildi. Daha yenə də təkrar etmək istəmirik ki, bu nə qədər ağlasığmaz və sağlam məntiqdən uzaq qərar idi! Əlavə olaraq qeyd edək ki, mövcud tədris normativ sənədlərə əsasən bir elmi rəhbər eyni zamanda 2-dən artıq magistr dissertasiyasına rəhbərlik edə bilməz. Bundan əlavə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13.02.1997-ci il tarixli 15 nömrəli qərarı ilə təsdiq olunmuş “Magistr hazırlığı haqqında” Əsasnamənin əsasında Azərbaycan Respublikası Təhsil Nazirliyinin 20 aprel 1998-ci il tarixli 202 saylı Əmri ilə təsdiq edilmiş “Magistrlik dissertasiyasının hazırlanması, təqdim olunması və müdafiəsi qaydaları haqqında Əsasnamə”nin 3.1 bəndində yazılmışdır: Magistrlik dissertasiyası elmi rəhbərin rəhbərliyi altında magistrantın MÜSTƏQİL yerinə yetirdiyi elmi-tədqiqat (yaradıcılıq) və ya təcrübi-konstruktor işidir.
Bunlar baş verəndə hələ biz bilmirdik ki, bəs dissertasiya müdafiələri necə olacaq. Adətən, magistr dissertasiyalarının müdafiələri bütün iyun ayı müddətində və iyulun 7-nə qədər keçirilərdi. Bu şəraitdə isə iyun ayında müdafiələr təbiidir ki, baş tutmadı və yalnız iyulun 1-ci həftəsi ərzində hamısı tələsik keçirildi və tam formal xarakter aldı. Müdafiələr göstərdi ki, bəzi fakültələrdə 4-5 tələbənin hazırladığı dissertasiyanın yalnız biri, ən gözəgəlimlisi 5 nəfər üçün ümumi bir dissertasiya kimi seçildi və 110-120 səhifəlik bir dissertasiyanın titul vərəqində 4-5 tələbənin adı müəllif kimi yazıldı (???), halbuki, yalnız bir tələbənin dissertasiyası bu həcmdə olmalıdır. Müdafiədə isə tələbələr ardıcıl olaraq çıxış edərək, dissertasiyanın məzmununu hissə-hissə (???) məruzə etdilər. Çox gülünc bir mənzərə. Bəs qiymətlər tələbələr arasında necə bölüşdürüldü? Bəzən ata malı kimi hamıya eyni pay bölündü, bəzən də müxtəlif qiymətlər verildi.
Bəzi fakültələrdə isə 4-5 nəfərin dissertasiyası ard-arda bir birinin dalınca bir yerə toplandı və ümumi həcmi 400-500 səhifəyə çatdı. Nə əsasla, hansı təlimatın əsasında? Sual olunur, bunlar hamısı nəyə lazım idi? Heç kim bilmir, yəqin ki, Vilayət Vəliyev bilər, o da ki, bunu “sirr” kimi saxlayır və heç kimə demir. Yəqin ki, şou yaratmaq, özünü orijinal göstərmək uçun.
Maraqlıdır ki, bəs bu il magistr dissertasiyaları ilə əlaqədar vəziyyət necədir. V.Vəliyevlə 3 illik tanışlığımız onu göstərir ki, hər dəfə bir sürpriz çıxarmasaydı, Vilayət Vilayət olmazdı".

DAVAMI VAR...

İddia olunanlarla bağlı diaaz.space olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Aygünün qızı böyüyüb, vay ölənin halına" - Efir qadağası qoyulduğu deyilən mərhum müğənninin bacısı danışdı
Bu gün, 11:54
Saxta yağ qalmaqalı: Nəzarət niyə yetərli deyil? - AKTUAL
Bu gün, 11:52
Azərbaycan Ermənistandan nələri tələb edir?
Bu gün, 11:51
Rəsul Quliyev Azərbaycana qayıdır? - AÇIQLAMA
Bu gün, 11:49
Regionda sülh mühiti artıq formalaşır - ŞƏRH
Bu gün, 11:46
İsrailin müdafiə naziri Hizbullah liderinin etdiklərinin bədəlini başı ilə ödəyəcəyini deyib
Bu gün, 11:37
“Bizə atəşkəs yox, sülh lazımdır” - Rusiya Ukraynaya qarşı tələblərini sərtləşdirib
Bu gün, 11:36
İranla müharibə Rusiyanı gücləndirir, ABŞ-ı yorur - Zelenski
Bu gün, 11:32
Paşinyan Qarabağla bağlı xəbərdarlıq etdi - KİV
Bu gün, 11:31
FHN 7 ədəd avtomobil alır – 471 min manat ödəyəcək
Bu gün, 11:30
“Azər Türk Bank”da yeni təyinat - BUNDAN SONRA...
Bu gün, 11:28
Ötən ay ən çox bahalaşan və ucuzlaşan məhsullar - SİYAHI
Bu gün, 11:27
Venesiyada küçənin adı görün NƏDİR - Azərbaycanla bağlı tarixi iz
Bu gün, 11:26
İranda İsrail kəşfiyyatı ilə əlaqədə ittiham olunan şəxs edam edilib
Bu gün, 11:21
33 il gizlənən azərbaycanlı biznesmen TUTULDU - TƏFƏRRÜAT
Bu gün, 11:07
17 gün əvvəl müşavir təyin olunmuşdu: İşdən çıxarıldı - EYNİ ZAMANDA...
Bu gün, 11:00
“ZN TRADE” MMC-yə ƏƏSMN-də bu şəraiti kimlər yaradır – Anar Əliyev daha yaxşı bilər
Bu gün, 10:57
Bakının köhnə avtobus DƏRDİ – 195 və 161 nömrəli marşrutlar nə vaxt YENİLƏNƏCƏK?
Bu gün, 10:54
"Mən onu ölümlə heç vaxt hədələməmişəm" - Naxçıvanda NƏ BAŞ VERİR?..
Bu gün, 10:45
AZTV `Ovçu Pirim`in verilişini bağladı “İxtisarlar gedir, maliyyə problemi də...”
Bu gün, 10:39
“Günəşli İnşaat”-dan tanınmış aktrisaya 16 minlik dələduzluq - “Deyir ki, şikayət etsən maşınla üstündən keçəcəm”
Bu gün, 10:36
Tramp İrandan zənginləşdirilmiş uranın çıxarılmasının “uzun və çətin proses” olacağını bildirib - "Truth Social"
Bu gün, 10:26
“Naxçıvanda vəziyyət heç də yaxşı deyil, deyirlər, hakimiyyət sizindir, səsinizi çıxarmayın” - Novella Cəfəroğlu
Bu gün, 10:20
Azərbaycan neftinin qiyməti 110 dolları ötüb
Bu gün, 10:17
İran ABŞ ilə İslamabadda danışıqlara razılıq verib - KİV
Bu gün, 10:16
Qarabağ haqda nə qədər çox xəyal qursaq, o qədər itirəcəyik - Stepanyan
Bu gün, 10:06
Ağcabədinin icra başçısının barəsində inanılmaz faktlar yazıldı və… - İTTİHAM VAR...
Bu gün, 10:00
Pəri Teymurovaya VƏZİFƏ VERİLDİ - BUNDAN SONRA...
Bu gün, 09:54
Şuşada 7 binanın tikintisinə 29 milyon manat ayrıldı – Şirkətin vergi borcu var
Bu gün, 09:44
Naxçıvanda taksi biznesini hansı məmur İNHİSARA ALIR? - sürücülər ÇƏTİN DURUMDA
Bu gün, 09:41
Tramp danışıqlar masasını pozmağa çalışır?.. - YOXSA...
Bu gün, 09:33
Amerika erməni mafiyası Ermənistan ordusuna pul ayırır? - Revanşizmin Hollivud versiyası
Bu gün, 09:29
KİÇİK marketlərə böyük ZƏRBƏ – Çıxış yolu NƏ?
Bu gün, 08:14
Rusiya və Çinə görə ABŞ böhrandadır - Kadlek
Bu gün, 08:11
Nazirlər Kabineti NİYƏ SUSUR? - ortada belə bir ağır ittiham var, amma...
Bu gün, 07:34
AzəriQaz-da müəmmalı kadr siyasəti - AKTUAL
Bu gün, 07:05
Davinçi Estetik Klinikasında qanunsuz estetik əməliyyat icra edən kimlərdir? - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 06:48
TENDER BAZARINDA “Leysan” effekti - İLGİNC FAKTLAR
Bu gün, 06:45
Azərbaycan bank sektorunun uğurları və riskləri - İNCƏLƏMƏ
Bu gün, 06:41
“Azərcell”ə qarşı ABUNƏÇİ SƏFƏRBƏRLİYİ - ETİRAZ VAR!
Bu gün, 06:35
Daha bir saxta həkim qalmaqalı: Katibə cərrahlıq edir - BU NƏDİ BELƏ?
Bu gün, 06:31
"Ərəb-fars mənşəli adları dəyişdirmək lazımdır" - ÇAĞIRIŞ
Bu gün, 06:14
Görünməyən iqtisadiyyat: ölkənin səssiz şəkildə yenidən qurulması - ARAŞDIRMA
Bu gün, 06:11
"Hydrotrans Engineering Mühəndislik Mərkəzi" dövlətə borclandı - TƏFƏRRÜAT
Bu gün, 06:00
“Qızım müğənni olmaq istəsə, niyə icazə verməyim?”
Bu gün, 05:58
İran təhdidlər fonunda ABŞ ilə danışıqlara getməyəcək - Qalibaf belə deyir...
Bu gün, 05:55
Bərdədə kütləvi ağac qırğını iddiası – 5 hektar ərazi niyə boşaldılıb?
Bu gün, 05:53
İranın nüvə silahı olmayacaq - Tramp belə deyir...
Bu gün, 05:49
ABŞ-İran müharibəsinin davam etməsi üçün ciddi əsaslar qalmayıb - Sərdar Cəlaloğlu belə deyir...
Bu gün, 05:48
Keçmiş XIN rəhbərindən Ermənistana DİAQNOZ - Görünəni odur ki...
Bu gün, 05:46
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru