Elm və Təhsil Naziriyi ilə “REM SERVİS”in qanunsuz bağça tenderi – “Üç dəfə isti yemək” müəmması…
Tarix: 28-12-2023, 09:08 | Çap et
 Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev sahibkarlara dəstək məqsədilə bir çox fərman və sərəncamlar imzalayıb. Prezidentin 2018-ci il 14 dekabr tarixli fərmanı ilə ölkədə kənd təsərrüfatı məhsullarının istehsalını, emalnı stimullaşdırmaq, satın alınmanı mərkəzləşdirmək üçün Kənd Təsərrüfatı Nazirliyinin Tabeliyində “Aqrar Tədarük və Təchizat” Açıq Səhmdar Cəmiyyəti yaradılıb. Bütün dövlət sifarişləri ilə bağlı alqı-satqı əməliyatları ATT-nin elektron portalında qeydiyyatdan keçməlidir. Bir müddət bu qaydalara əməl olunsa da, lakin bəzi qrumlar, dövlət orqanları və nazirlikləri portaldan kənar Prezidentin fərmanına zidd olaraq öz daxili sistemlərində tenderlər elan edir və istədikləri adamları qalib edirlər. Misal olaraq , Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi tender keçirib və “REM SERVİS” şirkətini tenderin qalibi elan edib. Tenderin şərtlərinə görə, həmin şirkət pilot layihə adı ilə bağçaları gündə 3 dəfə isti yeməklə təmin etməlidir. Azinforum.az-ın araşdırmasına görə, hələlik Bakının 4 rayonu: Nəsimi, Nərimanov, Səbail və Nizami rayonundakı dövlət bağçalarını əhatə edən bu layihə yalnız kağız üzərində icra olur. Yenə adi, köhnə qaydada ərzaq daşınır və yeməklər köhnə qayda ilə bağçalarda hazırlanır. Məlum məsələdir ki, əvvəlki 1 uşaq normasına ayrılan dövlət vəsaiti ilə indiki arasında bir günə azı 2 manat çox pul xərclənir. Yəni, dövlətə dəyən ziyanın hesabına kimlərsə varlanır. Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi 2022-ci ilin dekabr ayından başlayaraq bağçalara isti yemək verilməsinin icrasına “başlayıb”. İsti yeməklərin çatdırılması, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 14 oktyabr tarixli 393 nömrəli qərarı ilə “Ərzaq məhsullarının dövlət sifarişi ilə satın alınması” elektron portalında barəsində məlumatlar yerləşdirilən istehsalçıların, eləcə də satıcıların fəaliyyətinin monitorinqinin aparılması qaydalarına uyğun olaraq Xüsusi Katerinqlər tərəfindən icra edilməsi nəzərdə tutulurdu. Elm və Təhsil Nazirliyinin ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdiri Elnur Əliyev çıxışında qeyd edib ki, ketrinq şirkəti qəbul edilən vahid standartlara uyğun, əvvəlcədən razılaşdırılmış menyu və qramajlarla yeməyi bişirir və bağçalara təqdim edir. Bağçalarda isə vəziyyət hec də belə deyil. Yenə köhnə qayda da təzə menyu əsasında yeməklər bağçanın mətbəx işçiləri tərəfindən bişirilib, hazırlanır. Misal olaraq , Nizami rayonunda 23 bağça, Səbail rayonunda isə 15 bağça fəaliyyət göstərir. Onlardan ancaq 3-4 bağçaya (əsasən uşaq sayı az olan, 1 və 2 qruplu bağçalara və şəraiti olmayan bağçalara isti yemək göndərilir). E.Ömərov küçəsindəki 48 saylı uşaq bağçası, Günəş uşaq bağçası, 129 saylı uşaq bağçası, 91 saylı uşaq bağçası , 44 saylı uşaq bağçası , 130 saylı uşaq bağçası və s. Əgər “REM SERVİS” ketrinq xidməti göstərirsə , nəyə əsasən Nizami və Səbail rayonu bağçalarına pilot layihə əsasında isti yemək çatdırılmır? Nəyə görə digər bağçalara İcra hakimiyyətinin tabeliyində olduğu kimi ərzaq daşınır və yeməklər bağçalarda bişir? Əgər qidaların hazırlanması ketrinq şirkətinə verilirsə demək ki, bütün bağçalara yeməklər normalara uyğun olaraq, məhz bu şirkət tərəfindən bişirilməli və pilot layihənin adına uyğun olaraq “hazır yemək”lərin daşınması təmin edilməlidir. Ancaq yenə bağçalara köhnə qaydalar ilə yalnız ərzaqlar verilir, bağçalarda yeməklərin bişirilməsi davam edir. Reydlər keçirilib araşdırılmalıdır ki, 2022-ci ilin dekabr ayından 4 rayonu isti yeməyə tam kecibmi? Hələ 4 rayonda cəmi 3-4 bağçaya isti yemək verildiyi halda ,2024-cü ilin yanvar ayından paytaxtın digər 4 rayonunu da bu pilot layihəyə daxil etmək istəyirlər. Bağçalara isti yemək verilimirsə, digər rayonlarında isti yemək adı altında pilot layihəyə kecirilməsində əsas məqsəd nədir? Prezidentin sahibkarlara dəstək və şəffaflığı qorumaq məqsədilə yaratdığı qrumundan (ATT) kənar fəaliyyətlərin aparılması, Prezitentin fərmanına məhəl qoyulmadığın səbəbi mütləq araşdırılmalı və daxili tenderlərlə dövlət vəsaitlərinin mənimsənilməsinin əsl səbəbləri aydınlaşmalıdır. İndi söz əlaqədar qurumlarındır.
Məhəmmədəli QƏRİBLİ, Azinforum.az


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Arvadını məktəbin qarşısında döyən şəxs: “O, uşağımı qucaqlamağa qoymadı...” - TƏFƏRRÜAT
Bu gün, 08:10 |
|
|
|
| • Bakıda alça və gilası niyə fantastik qiymətə satırlar?
Bu gün, 08:08 |
|
|
|
| • Milyardlıq “qalxan” ucuz İran PUA-larına qarşı - ABŞ-ın “Qızıl mərmi”ləri sınağa çəkilir
Bu gün, 07:54 |
|
|
|
| • "Əgər sizin sisteminiz müştərini narahat edirsə..." - NARAZILIQ VAR...
Bu gün, 07:51 |
|
|
|
| • Rusiya nefti ilə bağlı qərar müvəqqəti xarakter daşıyacaq - ABŞ
Bu gün, 07:27 |
|
|
|
| • "Bu gün sadə neftçi yaşamaq uğrunda mübarizə aparır..." - MALƏSƏF...
Bu gün, 07:10 |
|
|
|
| • Tramp bunu etsə, fəlakətlə üzləşəcək - Ritter
Bu gün, 07:01 |
|
|
|
| • İranla müharibə bitməyib və yeni hadisələr mümkündür - Netanyahu
Bu gün, 07:00 |
|
|
|
| • İranda Hörmüz boğazı ilə bağlı fikir ayrılığı var - “The Wall Street Journal”
Bu gün, 06:58 |
|
|
|
| • ABŞ Karib dənizində narkotik ticarətçilərinin gəmisinə zərbə endirib, ölənlər var
Bu gün, 06:56 |
|
|
|
| • Ceyhun Cəlilov Fuad Nəcəfliyə ŞÜKÜR OXUTDURUR... - FAKT BUDUR!
Bu gün, 06:28 |
|
|
|
| • Rus əhalisi kimi rus dili də Azərbaycanda qocalıb ölməyə məhkum idi ki, elə də oldu - Overçuka cavab
Bu gün, 06:08 |
|
|
|
| • Güney Qafqazda gözlənilən sülhün möhürü bu şəhərdə vurula bilər... - AKTUAL
Bu gün, 06:04 |
|
|
|
| • Bura pul qoyan da peşman olur... - GİLEY
Bu gün, 05:57 |
|
|
|
| • "Reklamla idarə olunan cəmiyyətdə yaşamaq çox sıxıcıdır..." - Nura Suridən ETİRAZ
Bu gün, 05:42 |
|
|
|
| • "Azərbaycan mənim evimdir" - Müzəffərəddin şah Qacar
Bu gün, 05:38 |
|
|
|
| • "İran sahilindən “sapandla” belə gəmiləri vurmağın texniki mümkünlüyü İranın üstünlüyünə çevrildi" - partiya sədri
Bu gün, 05:34 |
|
|
|
| • "Cəzasızlıq cinayətin inkişafına təkan verir" - NHMT sədrindən ÇAĞIRIŞ
Bu gün, 05:26 |
|
|
|
| • İsrail ordusu Livanda İsa Məsihin heykəlinin dağıdılması faktını təsdiqləyib - KİV
Bu gün, 05:21 |
|
|
|
| • Cəlilabadda şübhəli TENDER BAZARI - bunu bir araşdıran olsa...
Bu gün, 05:09 |
|
|
|
| • AzTV-də 60 min manatlıq MƏNİMSƏMƏ İDDİASI
Bu gün, 05:04 |
|
|
|
| • Ata tender keçirir, oğul qazanır - "AzerGold" Sədrinin "Qızıl" oğlunun mediadakı arxivi...
Bu gün, 04:58 |
|
|
|
| • Burda vaxtı keçmiş məhsul satırlar - DİQQƏT, təhlükə var..!
Bu gün, 04:42 |
|
|
|
| • ABŞ Ordusu Oman körfəzində İran gəmisinin saxlanılmasının təfərrüatını açıqlayıb
Bu gün, 04:34 |
|
|
|
| • İran ordusu cavab olaraq ABŞ hərbi gəmilərinə hücum etdiyini açıqlayıb - “Tasnim”
Bu gün, 04:28 |
|
|
|
| • İki ayda Azərbaycana 4 ölkədən 545 ton donuz əti gətirilib
Dünən, 19:05 |
|
|
|
| • Vens Pakistana gedəcək? - Ziddiyyətli açıqlamalar
Dünən, 19:02 |
|
|
|
| • İran nümayəndə heyəti İslamabada gedir - CNN
Dünən, 18:57 |
|
|
|
| • İran razılaşmasa, məhv edəcəyəm – Tramp yenə təhdid etdi
Dünən, 16:58 |
|
|
|
| • "Bir vaxtlar böyüyün sözü daş kimi ağır idi"
Dünən, 16:21 |
|
|
|
| • İran iki tankerin Hörmüz boğazından keçməsinin qarşısını aldı - KİV
Dünən, 16:19 |
|
|
|
| • Batumidə 2 Azərbaycan vətəndaşı saxlanıldı
Dünən, 16:05 |
|
|
|
| • ABŞ və İsrailə məğlubiyyət yaşatmağa hazırıq - Xamenei
Dünən, 16:02 |
|
|
|
| • “Başçının razılığı olmadan sənəd verilmir” – Tovuzda qanun kimə işləyir?
Dünən, 15:59 |
|
|
|
| • "Rejim dəyişikliyi alternativ vasitələrlə də həyata keçirilə bilər" - Məhəmməd Rəhmanifər
Dünən, 15:57 |
|
|
|
| • “Müğənni olmağım onlar üçün dəhşətli bir şey idi”
Dünən, 15:49 |
|
|
|
| • Belarus Ukraynaya hücuma hazırlaşır - Kuleba
Dünən, 15:45 |
|
|
|
| • Putin İrəvanda son kartını oynayır - İNCƏLƏMƏ
Dünən, 10:47 |
|
|
|
| • Belarusa hücum olarsa, bu, Rusiya ilə toqquşma deməkdir - Lukaşenko
Dünən, 10:43 |
|
|
|
| • İran parlamentinin rəhbəri Hörmüz boğazı ilə bağlı qeyri-müəyyənliyin qaldığını deyib
Dünən, 10:01 |
|
|
|
| • Daha bir müştərisi ABB-dən imtina etdi - ETİRAZ
Dünən, 09:59 |
|
|
|
| • Madyar Ukraynanın maliyyələşdirilməsini dəstəkləmək niyyətində deyil - “L'Antidiplomatico” portalı
Dünən, 09:28 |
|
|
|
| • Erməni saxtakarlığı – xəritə yalanı və onun ifşası
Dünən, 09:25 |
|
|
|
| • Bu, AB-ni Rusiyaya olan bağlılıqdan azad edə bilər - Fitso
Dünən, 08:38 |
|
|
|
| • Türkiyədə təhdid dolu paylaşımlar edən şagirdin evindən Azərbaycan bayrağı və hərbi ləvazimatlar çıxıb - VİDEO
Dünən, 08:35 |
|
|
|
| • Bakının yaratdığı yeni reallıq - GƏLİŞMƏ
Dünən, 08:20 |
|
|
|
| • Azərbaycan-Rusiya münasibətləri: Güllələnmiş “dostluq” - AKTUAL
Dünən, 08:16 |
|
|
|
| • Hüquqi statusu olmayan ELİZA SCHOOL Mədəniyyət Mərkəzinin binasına necə yerləşdirilib? - ARAŞDIRMA
Dünən, 08:13 |
|
|
|
| • "Gül salonum var..."
Dünən, 08:09 |
|
|
|
| • "Son 25 ildə təhsilə dair açıq və nəticəli müzakirələr görmədik..." - MALƏSƏF...
Dünən, 08:05 |
|
|
|
|