İki ayda Azərbaycana 4 ölkədən 545 ton donuz əti gətirilib .....                     Vens Pakistana gedəcək? .....                     İran nümayəndə heyəti İslamabada gedir .....                     İran razılaşmasa, məhv edəcəyəm .....                     "Bir vaxtlar böyüyün sözü daş kimi ağır idi" .....                     İran iki tankerin Hörmüz boğazından keçməsinin qarşısını aldı .....                     Batumidə 2 Azərbaycan vətəndaşı saxlanıldı .....                     ABŞ və İsrailə məğlubiyyət yaşatmağa hazırıq .....                     “Başçının razılığı olmadan sənəd verilmir” .....                     "Rejim dəyişikliyi alternativ vasitələrlə də həyata keçirilə bilər" .....                     “Müğənni olmağım onlar üçün dəhşətli bir şey idi” .....                     Belarus Ukraynaya hücuma hazırlaşır .....                     Putin İrəvanda son kartını oynayır .....                     Belarusa hücum olarsa, bu, Rusiya ilə toqquşma deməkdir .....                     İran parlamentinin rəhbəri Hörmüz boğazı ilə bağlı qeyri-müəyyənliyin qaldığını deyib .....                     Daha bir müştərisi ABB-dən imtina etdi .....                     Madyar Ukraynanın maliyyələşdirilməsini dəstəkləmək niyyətində deyil .....                     Erməni saxtakarlığı .....                     Bu, AB-ni Rusiyaya olan bağlılıqdan azad edə bilər .....                     Türkiyədə təhdid dolu paylaşımlar edən şagirdin evindən Azərbaycan bayrağı və hərbi ləvazimatlar çıxıb .....                     Bakının yaratdığı yeni reallıq .....                     Azərbaycan-Rusiya münasibətləri: Güllələnmiş “dostluq” .....                     Hüquqi statusu olmayan ELİZA SCHOOL Mədəniyyət Mərkəzinin binasına necə yerləşdirilib? .....                     "Gül salonum var..." .....                     "Son 25 ildə təhsilə dair açıq və nəticəli müzakirələr görmədik..." .....                     Nuru Əliyevin qalmaqallı oğlu şirkətə rəhbər keçib? .....                     ABŞ-İran danışıqları irəliləsə də, Hörmüz boğazı ətrafında gərginlik qalmaqdadır .....                     Əli Əsədovun Mədəniyyət sarayını zəbt etməkliyi... .....                     Fuad Nəcəfli HƏBS OLUNA BİLƏR... .....                     "Qəbulda olmuşam, zənglər etmişəm, lakin..." .....                     TƏBİB-də niyə bu ölkənin qanunları İŞLƏMİR? .....                     Əslində savaş bu iki dövlət arasında gedir... .....                     AzəriQaz oğurluq üçün ZƏMİN YARADIR... .....                     "Əgər heç bir işlə məşğul olmursa, Nazirlər Kabinetinin qalmasının mənası nədir?" .....                     "Ölkədə köklü islahatlar həyata keçirilməlidir..." .....                     Bakının bitməyən tıxac dərdi: .....                     Paşinyan ETİRAF ETDİ: .....                     Azərbaycanlı gənci güllələyib öldürən yol polisi .....                     İrəvan İran ərazisindən logistika zəncirləri və imkanları genişləndirmək istəyir .....                     "Bakı və Ankara ilə işləməyin vaxtıdır" .....                 

Ağstafada təhsil adına BAZAR... - BU NƏDİ BELƏ?!
Tarix: 20-05-2024, 08:52 | Çap et
Ağstafada təhsil adına BAZAR...
“Dəryaz” qəzeti redaksiyasına Ağstafa rayon Elçin Mustafayev adına Yenigün kənd tam orta məktəbində korrupsiya və direktor özbaşınalığının baş alıb getdiyi barədə məlumatlar daxil olub. Qəzetin elektron poçtuna göndərilən video-görüntülər və səs yazılarından bəlli olur ki, təhsil müəssisəsinin rəhbəri Tamella Bayramova kollektivə sözün həqiqi mənasında qan uddurur.

Müəllimlər gileylənirlər ki, T.Bayamova həm müəllimlərdən, həm də texniki işçilərdən hər vəchlə rüşvət qoparmaq üçün istədiyi yola əl atır. Direktor özbaşınalığı o həddə çatıb ki, müəllimləri ən adi qüsur üstündə, çox vaxt da əsası olmayan arqumentlərlə şagirdlərin gözü qarşısındaca təhqir edir, onlara ağzına gələni deyir. Onun kobud rəftarı bir çox müəllimi xəstə salıb. Məlumatda qeyd olunur ki, son vaxtlar direktorun əsəbləşdirdiyi 3 müəllimin üstünə təcili tibbi yardım maşını çağırılıb. Hətta direktor müavini, şəhid Milli Qəhrəman İlham Həsənovun bacısı Aygün Həsənovanın direktorun təhqirinə məruz qalandan sonra ürəyi sıxılıb, dili qatlanıb.

Aygün müəllimənin həyatının həmin həyəcanları dəqiqələrinin qeydə alındığı görüntülər də redaksiyaya təqdim olunub. İnsident ondan başlayıb ki, bir neçə şagird sinif otağının pəncərəsini açaraq dərsdən qaçıbmış. Direktor buna görə haqsız yerə acığını müavinin üstünə töküb. Eynən onun kimi Rəna adlı başqa bir müəllimə də direktorun yersiz hücumundan şok yaşayıb, təcili yardıma ehtiyaclı duruma düşüb.

T.Bayramovanın məktəbdə tətbiq etdiyi despotik idarə üsulunun çox əcaib cəhətləri vardır. Təqdim olunan görüntülərdən bəlli olur ki, səhər dərsə bir neçə dəqiqə gecikən şagirdlər məktəbə buraxılmır, soyuqda-sazaqda qapı ağzında qalıb titrəyirlər. Bununla belə, direktor şagirdlərin dərsə davamiyyətinin aşağılığına görə fənn müəllimlərini tənbeh edir, “sən dərs keçmirsən, ona görə dərsinə uşaq gəlmir” deyir.

Halbuki, bəzi dərslər, hətta riyaziyyat kimi vacib fənn belə onları tədris edən fənn müəllimlərinin direktorla anlaşıb məktəbə gəlmədiklərinə görə boş keçir, uşaqlar ya sinif otaqlarında başlı-başına qalır, ya da psixoloq və ya başqa qeyri-profilli müəllimlər ixtisası düz gəlməyən dərsləri “keçirlər”. Ən əsas narazılıq da elə dərs saatlarının, xüsusilə də əvəzçilik üzrə saatların ədalətsiz bölgüsündən, direktorun həmin saatların haqqının ödənişinə yarıbayarı şərik çıxmasındandır.



Dərs vəsaitləri və ləvazimatları ilə təchizat məsələsi də problemdir. Belə ki, dövlətin ayırdığı vəsaitdən müəllim və şagirdlər faydalana bilmirlər. Adicə A4 formatlı kağız, marker tapılmır. Summativ vərəqləri verilmədiyindən, müəllimlər bundan ötrü valideynlərdən kömək istəmək məcburiyyətində qalırlar. Təxmin edilir ki, direktor ayrılan vəsaitləri məktəbə çatmadan “xırıd eləyir”, mağazalara verib satdırır, pulunu mənimsəyir. Özünün sinif rəhbəri olduğu şagirdlərin hərəsindən 8 manat yığıb şəxsi printer alıb. 40 müəllimin hərəsindən 20 manat yığaraq məktəbə aldığı səsgücləndirici qurğu da məktəbin işinə yaramır. Kabinetindən idarə etdiyi həmin qurğudan indiyədək bircə nəfər şagirdin oxuduğu şeir, nəğmə eşidilməyib. Hərçənd, direktorun kefi duranda öz mobil telefonundan qurğuya qoşub əlaqələndirdiyi, şəxsi zövqünə uyğun əcaib musiqi səsi ətrafa yayılaraq hamıya başağrı verir.



Dinlədiyimiz səs yazılarında müəllimlər bir-birinə şikayətlənirlər ki, T.Bayramova xeyir-şər üçün icazəni də onlara pulla satır, hətta əzizi ölənə də güzəştə getmir. Pul tələbini ödəməyən xidmətçi personal üzvlərini bir yolla şərləyib işdən çıaxarır, sosial durumu ağır, ailə vəziyyəti acınacaqlı olanları, azyaşlı uşağı olan başsız qadınları belə qətiyyən nəzərə almır.

Məlumatlarda qeyd olunur ki, T.Bayramova rəhbərlik etdiyi 3 ildən artıq müddət ərzində kollektivin monolit birliyini pozub, hədələdiyi müəllimlərə deyir ki, “sizin aranızdan 7-8 nəfər mənə işləyən, xəbər daşıyan həmkarınız var, nə edirsiniz, nə danışırsınız, hamısını mənə çatdırılar”. Gərginlik, despotizm o həddə çatıb ki, müəllimlərdən kimsə T.Bayramovanın ərşə çıxmış zülmünə qarşı etiraz edəndə ertəsi gün məktəbə gəldiyində həmkarları həmin şəxsə salam verməyə, kəlmə kəsməyə çəkinirlər ki, xəbərçilər bunun üstünə beşini də qoyub direktora çatdırarlar.

Bildirildiyinə görə, T.Bayramova hamını vaxtilə ali təhsil müəssisələri sırasında aşağı reputasiyaya malik olmuş San-Marino Universitetinin nəzdindəki kolleci bitirmiş, hazırda Bakıda “hüquq xidməti” göstərən qardaşı Şamil Bayramovla hədələyir.

O da bildirilir ki, T.Bayramova 8 mart – Qadınlar Günündə 40 müəllimdən hərəyə 50 manat, 5 oktyabr – Müəllimlər Günündə isə hərədən 100 manat pul yığıb. Təkcə elə bu iki tədbirdən 6000 manat mənimsəyib. Ən rüsvayçı faktlar isə ötən ilin fevralında qardaş Türkiyədə baş vermiş zəlzələdən zərər çəkənlərə yardım adı ilə toplanan 500 manatdan çox pulu və natura halında ərzaq yardımını təyinatı üzrə vaxtında çatdırmayıb sonradan mənimsəməsidir. Bir şəhid ailəsinə kömək üçün yığılan 5 manatların da aqibəti bəlli omayıb. Çünki şəhid ailəsi həmin ianəni qəbul etməkdən imtina edib, lakin direktor yığdığı pulu geri qaytarmayıb.

Redaksiyaya daxil olan məlumatları dəqiqləşdirmək üçün Regional Təhsil İdarəsinin müdiri Arslan Hacıyevıə, müavini Nizaməddin Babanlıya, Ağstafa Təhsil sektorunun müdiri Mədəd Zeynalova etdiyimiz müraciətlər də cavabsız qaldı.

Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.

Mövzuya qayıdacağıq.

Deryaz.az










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İki ayda Azərbaycana 4 ölkədən 545 ton donuz əti gətirilib
Bu gün, 19:05
Vens Pakistana gedəcək? - Ziddiyyətli açıqlamalar
Bu gün, 19:02
İran nümayəndə heyəti İslamabada gedir - CNN
Bu gün, 18:57
İran razılaşmasa, məhv edəcəyəm – Tramp yenə təhdid etdi
Bu gün, 16:58
"Bir vaxtlar böyüyün sözü daş kimi ağır idi"
Bu gün, 16:21
İran iki tankerin Hörmüz boğazından keçməsinin qarşısını aldı - KİV
Bu gün, 16:19
Batumidə 2 Azərbaycan vətəndaşı saxlanıldı
Bu gün, 16:05
ABŞ və İsrailə məğlubiyyət yaşatmağa hazırıq - Xamenei
Bu gün, 16:02
“Başçının razılığı olmadan sənəd verilmir” – Tovuzda qanun kimə işləyir?
Bu gün, 15:59
"Rejim dəyişikliyi alternativ vasitələrlə də həyata keçirilə bilər" - Məhəmməd Rəhmanifər
Bu gün, 15:57
“Müğənni olmağım onlar üçün dəhşətli bir şey idi”
Bu gün, 15:49
Belarus Ukraynaya hücuma hazırlaşır - Kuleba
Bu gün, 15:45
Putin İrəvanda son kartını oynayır - İNCƏLƏMƏ
Bu gün, 10:47
Belarusa hücum olarsa, bu, Rusiya ilə toqquşma deməkdir - Lukaşenko
Bu gün, 10:43
İran parlamentinin rəhbəri Hörmüz boğazı ilə bağlı qeyri-müəyyənliyin qaldığını deyib
Bu gün, 10:01
Daha bir müştərisi ABB-dən imtina etdi - ETİRAZ
Bu gün, 09:59
Madyar Ukraynanın maliyyələşdirilməsini dəstəkləmək niyyətində deyil - “L'Antidiplomatico” portalı
Bu gün, 09:28
Erməni saxtakarlığı – xəritə yalanı və onun ifşası
Bu gün, 09:25
Bu, AB-ni Rusiyaya olan bağlılıqdan azad edə bilər - Fitso
Bu gün, 08:38
Türkiyədə təhdid dolu paylaşımlar edən şagirdin evindən Azərbaycan bayrağı və hərbi ləvazimatlar çıxıb - VİDEO
Bu gün, 08:35
Bakının yaratdığı yeni reallıq - GƏLİŞMƏ
Bu gün, 08:20
Azərbaycan-Rusiya münasibətləri: Güllələnmiş “dostluq” - AKTUAL
Bu gün, 08:16
Hüquqi statusu olmayan ELİZA SCHOOL Mədəniyyət Mərkəzinin binasına necə yerləşdirilib? - ARAŞDIRMA
Bu gün, 08:13
"Gül salonum var..."
Bu gün, 08:09
"Son 25 ildə təhsilə dair açıq və nəticəli müzakirələr görmədik..." - MALƏSƏF...
Bu gün, 08:05
Nuru Əliyevin qalmaqallı oğlu şirkətə rəhbər keçib? - Nurgün Group dövlətə külli miqdarda borclandı
Bu gün, 07:57
ABŞ-İran danışıqları irəliləsə də, Hörmüz boğazı ətrafında gərginlik qalmaqdadır - "Reuters"
Bu gün, 07:39
Əli Əsədovun Mədəniyyət sarayını zəbt etməkliyi... - SƏN DEMƏ...
Bu gün, 07:30
Fuad Nəcəfli HƏBS OLUNA BİLƏR... - İLGİNC
Bu gün, 07:21
"Qəbulda olmuşam, zənglər etmişəm, lakin..." - Çernobıl əlili haqqını tələb edir...
Bu gün, 07:05
TƏBİB-də niyə bu ölkənin qanunları İŞLƏMİR? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:58
Əslində savaş bu iki dövlət arasında gedir... - İNCƏLƏMƏ
Bu gün, 06:46
AzəriQaz oğurluq üçün ZƏMİN YARADIR... - NARAZILIQ VAR...
Bu gün, 06:41
"Əgər heç bir işlə məşğul olmursa, Nazirlər Kabinetinin qalmasının mənası nədir?" - partiya sədri
Bu gün, 06:35
"Ölkədə köklü islahatlar həyata keçirilməlidir..." - ÇAĞIRIŞ
Bu gün, 06:31
Bakının bitməyən tıxac dərdi: - “Ali məktəblərin bölgələrə köçürülməsi...”
Dünən, 18:16
Paşinyan ETİRAF ETDİ: - "O adamların siyahısı məndədir, lazım olanda... "
Dünən, 18:13
Azərbaycanlı gənci güllələyib öldürən yol polisi HƏBS OLUNDU
Dünən, 18:10
İrəvan İran ərazisindən logistika zəncirləri və imkanları genişləndirmək istəyir - Paşinyan
Dünən, 13:33
"Bakı və Ankara ilə işləməyin vaxtıdır" – Ermənistan Baş nazirindən tarixi dönüş
Dünən, 13:22
Rusiyanın iki aeroportu fəaliyyətini dayandırıb
Dünən, 13:21
Rüfət İsmayılovun qol saatları da müsadirə edildi
Dünən, 13:19
Ermənistan və Rusiya bəzi müqavilələrin icrası barədə razılığa gəlib
Dünən, 13:16
Azərbaycan Mədəniyyət Nazirliyi xalq artistindən kimin nə nəyin qisasını alır? - AXI NİYƏ?
Dünən, 13:15
ABB öz səhmdarlarına 200 milyon manat - DİVİDEND ÖDƏYƏCƏK
Dünən, 12:35
"Ege Hospital"da yeni doğulan körpə öldü
Dünən, 12:31
Rusiya silahını Avropaya tuşlayır - GƏLİŞMƏ
Dünən, 12:18
“Elə bilirlər ki, Baş nazir olmaq asandır” - Artur Rasizadə
Dünən, 12:14
Paytaxtda növbəti daxili iməclik keçirilib - FOTO
Dünən, 11:57
Yadplanetlilərlə bağlı məlumatlar dərc olunacaq - Tramp anons verdi
Dünən, 11:52
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru