"İsa Həbibbəyli akademiya sistemində qanunsuzluğun pasportuna çevrilib" - İTTİHAM VAR...
Tarix: 24-06-2024, 08:41 | Çap et
 "Ramiz Mehdiyevdən sonra İsa Həbibbəyliyə xidmət edən AMEA saytı reklam edir ki, "Akademik İsa Həbibbəyli çinli tələbələrə Azərbaycan ədəbiyyatı tarixindən mühazirə oxuyub". Nə böyük iş olubmuş! Adam bilmir özünü necə reklam etsin! Halbuki kasıb, ancaq ortabab savadı olan bir magistr, Həbibbəylidən 4 dəfə yaxşı mühazirə deyərdi. Reklam olunmaq üçünsə savadlı deyil, sadəcə, yeyimcil, vecsiz, sui-istifadəcil, doğrunun qənimi olub problemlərə biganə qalmalı, millətin haqqı üzərindən kef etməlisən (Həbibbəyli məntiqi)..." Dia-az.İnfo xəbər verir ki, bunu öz ittiham dolu açıqlamasında AMEA Nəsimi adına Dilçilik İnstitutunun Nəzəri dilçilik şöbəsinin müdiri, filologiya elmləri doktoru İdris Abbasov bildirib. İ.Abbasov daha sonra əlavə edib: "Azərbaycanda 3-4 vəzifədən başqa, təkcə AMEA-da üç iri kabineti olan İsa Həbibbəyliyə yataqxanada otaq üçün müraciət edilir, deyir otaq yoxdur (işgəncə vermək üçün qəsdən yalan deyir ). Kirayə haqqına kömək üçün müraciət edilir, deyir, get, Heydər Əliyev Fondu etsin. İsa Həbibbəyli akademiya sistemində qanunsuzluğun pasportuna çevrilib. Adam pula pul, vəzifəyə vəzifə demir. Həm də o qədər insafsızdır ki, vəzifəsinə tamamilə məsuliyyətsiz yanaşır. Taleyüklü məsələləri qoyub özünüreklamla məşğul olur. Axı siz şoumen deyilsiniz, İsa Həbibbəyli! Ey eyni zamanda AMEA-nın prezidenti, deputat, direktor, vəzifələrinə yiyələnmiş akademik İsa Həbibbəyli! Ailənin yataqxana üçün müraciətinə 120 gündür ki, baxmırsan. Sonra əlinin altında olan işçilərinə tapşırırsan ki, deyin, yataqxanada boş otaq yoxdur. Yalançıya vəzifə məsuliyyətsizliyi və əlahəzrət Qanun qənim olsun! Dostun, Baş direktor Nadir Məmmədliyə tapşırıq verirsən ki, İdris Abbasovu sıxışdırın, maddi çətinliyə dözməyib çıxıb getsin. Hara gedim, İsa Həbibbəyli?! Sən və sənin yeyimcil övladların, nəvələrin niyə getmirlər? Sən özün niyə getmirsən?! 75 yaşında 3-4 vəzifəni tutub qanımızı içir, haqqımızı tapdalayırsan, qəsdən plagiatçılara, saxtakarlara, dövlət vəsaitini mənimsəyənlərə, rüşvətxorlara, dövləti və dövlət rəhbərini əməlləri ilə gözdən salanlara şərait yaradırsan. Elm müəssisəsindən əsər-əalmət qalmayıb. XXI əsrdə yataqxananı da alim ailəsinə çox görürsən. Ayıb deyilmi?! Halbuki sən və sənin uşaqların villalarda xumarlanır, milyonların içində üzürlər. Hansı xidmətlərinizə, hansı işlərinizə görə?! Haradandır o qədər pullar? Rüşvət almadığı, dövlət vəsaitini mənimsəyənlərələ və qanunsuz gəlir əldə edənlərlə ortaq olmadığı üçün öz Vətənində sığınacağa möhtac buraxılmış mənim kimilərin haqqı deyilmi?! Mən belə məsuliyyətsiz, biganə akademikləri, vəzifəliləri olan Azərbaycan dövlətindən sığınacaq istəyirəm! Haram yollarla yığdığınız mülklər vayınız olsun! İsa Həbibbəyli! Unutma ki, vəzifələr tutub işgəncə etməyə sənin haqqın yoxdur! Azərbaycan sənin və sənin dostlarının təsbit etdiyi qədər dərəbəylik olmayacaq. Getməyə gəlincə, Qarabağ Universitetinə sənədlərimi təqdim etmişəm. Alınsa, narahat olma, gedəcəyəm. Akademiyanı şəxsi sexinizə çevirmisiniz. Bunun bədəlinin olacağına şübhən olmasın! Amma gedənə qədər kirayə haqqını vermək lazımdır, ya yox?! Vecinə almırsan. Deyirsən, mənim nə vecimə?! Bəs AMEA aliminin düşdüyü ağır vəziyyət sənin vecinə olmayanda Ermənistan Elmlər Akademiyası prezidentinin vecinə olmalıdır?! Mən 21 ildir, İsa Həbibbəylini tanıyıram. Adamda qanunu pozmadan qayğıkeşlik və məsuliyyət duyğusunun, elementar dövlətçilik şüurunun olmadığını tam yəqin etdim. O, qanununun canını alaraq, dövlətin və xalqın qanına susayaraq o qədər "yaxşılıqlar" edib ki, Azərbaycan elmi və alimi çıxlmaz vəziyyətə düşüb..."


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • İki ayda Azərbaycana 4 ölkədən 545 ton donuz əti gətirilib
Bu gün, 19:05 |
|
|
|
| • Vens Pakistana gedəcək? - Ziddiyyətli açıqlamalar
Bu gün, 19:02 |
|
|
|
| • İran nümayəndə heyəti İslamabada gedir - CNN
Bu gün, 18:57 |
|
|
|
| • İran razılaşmasa, məhv edəcəyəm – Tramp yenə təhdid etdi
Bu gün, 16:58 |
|
|
|
| • "Bir vaxtlar böyüyün sözü daş kimi ağır idi"
Bu gün, 16:21 |
|
|
|
| • İran iki tankerin Hörmüz boğazından keçməsinin qarşısını aldı - KİV
Bu gün, 16:19 |
|
|
|
| • Batumidə 2 Azərbaycan vətəndaşı saxlanıldı
Bu gün, 16:05 |
|
|
|
| • ABŞ və İsrailə məğlubiyyət yaşatmağa hazırıq - Xamenei
Bu gün, 16:02 |
|
|
|
| • “Başçının razılığı olmadan sənəd verilmir” – Tovuzda qanun kimə işləyir?
Bu gün, 15:59 |
|
|
|
| • "Rejim dəyişikliyi alternativ vasitələrlə də həyata keçirilə bilər" - Məhəmməd Rəhmanifər
Bu gün, 15:57 |
|
|
|
| • “Müğənni olmağım onlar üçün dəhşətli bir şey idi”
Bu gün, 15:49 |
|
|
|
| • Belarus Ukraynaya hücuma hazırlaşır - Kuleba
Bu gün, 15:45 |
|
|
|
| • Putin İrəvanda son kartını oynayır - İNCƏLƏMƏ
Bu gün, 10:47 |
|
|
|
| • Belarusa hücum olarsa, bu, Rusiya ilə toqquşma deməkdir - Lukaşenko
Bu gün, 10:43 |
|
|
|
| • İran parlamentinin rəhbəri Hörmüz boğazı ilə bağlı qeyri-müəyyənliyin qaldığını deyib
Bu gün, 10:01 |
|
|
|
| • Daha bir müştərisi ABB-dən imtina etdi - ETİRAZ
Bu gün, 09:59 |
|
|
|
| • Madyar Ukraynanın maliyyələşdirilməsini dəstəkləmək niyyətində deyil - “L'Antidiplomatico” portalı
Bu gün, 09:28 |
|
|
|
| • Erməni saxtakarlığı – xəritə yalanı və onun ifşası
Bu gün, 09:25 |
|
|
|
| • Bu, AB-ni Rusiyaya olan bağlılıqdan azad edə bilər - Fitso
Bu gün, 08:38 |
|
|
|
| • Türkiyədə təhdid dolu paylaşımlar edən şagirdin evindən Azərbaycan bayrağı və hərbi ləvazimatlar çıxıb - VİDEO
Bu gün, 08:35 |
|
|
|
| • Bakının yaratdığı yeni reallıq - GƏLİŞMƏ
Bu gün, 08:20 |
|
|
|
| • Azərbaycan-Rusiya münasibətləri: Güllələnmiş “dostluq” - AKTUAL
Bu gün, 08:16 |
|
|
|
| • Hüquqi statusu olmayan ELİZA SCHOOL Mədəniyyət Mərkəzinin binasına necə yerləşdirilib? - ARAŞDIRMA
Bu gün, 08:13 |
|
|
|
| • "Gül salonum var..."
Bu gün, 08:09 |
|
|
|
| • "Son 25 ildə təhsilə dair açıq və nəticəli müzakirələr görmədik..." - MALƏSƏF...
Bu gün, 08:05 |
|
|
|
| • Nuru Əliyevin qalmaqallı oğlu şirkətə rəhbər keçib? - Nurgün Group dövlətə külli miqdarda borclandı
Bu gün, 07:57 |
|
|
|
| • ABŞ-İran danışıqları irəliləsə də, Hörmüz boğazı ətrafında gərginlik qalmaqdadır - "Reuters"
Bu gün, 07:39 |
|
|
|
| • Əli Əsədovun Mədəniyyət sarayını zəbt etməkliyi... - SƏN DEMƏ...
Bu gün, 07:30 |
|
|
|
| • Fuad Nəcəfli HƏBS OLUNA BİLƏR... - İLGİNC
Bu gün, 07:21 |
|
|
|
| • "Qəbulda olmuşam, zənglər etmişəm, lakin..." - Çernobıl əlili haqqını tələb edir...
Bu gün, 07:05 |
|
|
|
| • TƏBİB-də niyə bu ölkənin qanunları İŞLƏMİR? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:58 |
|
|
|
| • Əslində savaş bu iki dövlət arasında gedir... - İNCƏLƏMƏ
Bu gün, 06:46 |
|
|
|
| • AzəriQaz oğurluq üçün ZƏMİN YARADIR... - NARAZILIQ VAR...
Bu gün, 06:41 |
|
|
|
| • "Əgər heç bir işlə məşğul olmursa, Nazirlər Kabinetinin qalmasının mənası nədir?" - partiya sədri
Bu gün, 06:35 |
|
|
|
| • "Ölkədə köklü islahatlar həyata keçirilməlidir..." - ÇAĞIRIŞ
Bu gün, 06:31 |
|
|
|
| • Bakının bitməyən tıxac dərdi: - “Ali məktəblərin bölgələrə köçürülməsi...”
Dünən, 18:16 |
|
|
|
| • Paşinyan ETİRAF ETDİ: - "O adamların siyahısı məndədir, lazım olanda... "
Dünən, 18:13 |
|
|
|
| • Azərbaycanlı gənci güllələyib öldürən yol polisi HƏBS OLUNDU
Dünən, 18:10 |
|
|
|
| • İrəvan İran ərazisindən logistika zəncirləri və imkanları genişləndirmək istəyir - Paşinyan
Dünən, 13:33 |
|
|
|
| • "Bakı və Ankara ilə işləməyin vaxtıdır" – Ermənistan Baş nazirindən tarixi dönüş
Dünən, 13:22 |
|
|
|
| • Rusiyanın iki aeroportu fəaliyyətini dayandırıb
Dünən, 13:21 |
|
|
|
| • Rüfət İsmayılovun qol saatları da müsadirə edildi
Dünən, 13:19 |
|
|
|
| • Ermənistan və Rusiya bəzi müqavilələrin icrası barədə razılığa gəlib
Dünən, 13:16 |
|
|
|
| • Azərbaycan Mədəniyyət Nazirliyi xalq artistindən kimin nə nəyin qisasını alır? - AXI NİYƏ?
Dünən, 13:15 |
|
|
|
| • ABB öz səhmdarlarına 200 milyon manat - DİVİDEND ÖDƏYƏCƏK
Dünən, 12:35 |
|
|
|
| • "Ege Hospital"da yeni doğulan körpə öldü
Dünən, 12:31 |
|
|
|
| • Rusiya silahını Avropaya tuşlayır - GƏLİŞMƏ
Dünən, 12:18 |
|
|
|
| • “Elə bilirlər ki, Baş nazir olmaq asandır” - Artur Rasizadə
Dünən, 12:14 |
|
|
|
| • Paytaxtda növbəti daxili iməclik keçirilib - FOTO
Dünən, 11:57 |
|
|
|
| • Yadplanetlilərlə bağlı məlumatlar dərc olunacaq - Tramp anons verdi
Dünən, 11:52 |
|
|
|
|