Bir neçə gün əvvəl yeni ədliyyə naziri Fərid Əhmədovun Penitensiar Xidmətin rəisi Mirsaleh Seyidovu devirmək niyyətinə düşməsi ilə bağlı iddiaların yer aldığı məlumatı paylaşdıq. Qeyd edək ki, böyük rezonansa nədən olan bu yazı ictimailəşəndən sonra "DİA-AZ"a aid sosial şəbəkə hesablarında da oxucuların geniş müzakirəsi getdi.
Və bu zaman - yəni müzakirələr zamanı diqqətimizi bir neçə məqam çəkdi...
Mirsaleh Seyidov MÜDAFİƏ OLUNDU...
Maraqlı olanı o oldu ki, Mirsaleh Seyidovun adamları (trolları) intensiv olaraq Penitensiar Xidmətin rəisini müdafiə etməklə yanaşı elə bir təəssürat yaratmağa çalışdılar ki, sanki Azərbaycan türmələri İsveçrə həsxanalarından belə üstün imiş və bütün bunlar Mirsaleh Seyidovun sayəsində olub.
Bu da bir yana...
Seyidovun trolları hətta ədliyyə nazirinin özünün yarıtmaz olduğunu belə iddia etmiş oldular. Bəlkə də bu iddiadan birbaşa Penitensiar Xidmətin rəisinin xəbəri olmaybı. Amma kifayət qədər irəli gedən trollar sosial şəbəkələrdəki müzakirələrdə naziri belə AYAQLARI ALTINA ALMAĞA HAZIR göründülər...
Fərid Əhmədovun trolu yox imiş...
Bəli, ədliyyə naziri qeyd etdiyimiz kimi müdafiəsiz göründü və yaxud da qərar verən tərəf olduğundan belə bir zərurət hiss etmədi ki müdafiə olunsun. Bəlkə heç bu yazılanlarla da maraqlanmayıb hörmətli ədliyyə nazirimiz...
Bütün bunlar isə ortaya belə bir qənaəti çıxarır: İddia olunanlar həqiqəti əks etdirməklə yanaşı, özünü kifayət qədər suçlu hiss edən Mirsaleh Seyidov həqiqətən də nə zaman nişangaha gələcəyi anı gözləməkdədir...
Əgər belə olmasaydı, Seyidov cənabları qeyd etdiyimiz yazını orijinal mənbəsindən dərhal sildirtməzdi...
Orxan TUNCƏR - "DİA-AZ"