“Nəbz” klinikasında Vüqar Səfərov necə həkim kimi çalışır? .....                     TRIPP layihəsi üzrə işlər 2026-cı ildə başlayacaq .....                     Pafoslu olmağı da bacarmayan gənc aktyorumuz .....                     Heydərov onu Xankəndiyə rəis təyin etdi .....                     SOCAR-da “Neftci” MTK KORRUPSİYASI... .....                     SOCAR-da MÜHÜM POSTA yeni təyinat olub .....                     SEPAH generalı İranın qonşularını .....                     Nazirlik 71 min manata “Toyota” alır .....                     Ukraynanın "IT ordusu" və ya "vəhşi qazlar" .....                     "TikTok"da 181 nəfəri aldadan “şirkət rəhbəri”ndən xəbər var .....                     Turizm Agentliyi İstanbul Hava Limanında reklam yerləşdirmək üçün .....                     Perinatal Mərkəzdə yanğınla bağlı məhkəmə: .....                     Gömrük Komitəsinin yeni binasının tikintisində YEYİNTİ .....                     Bakıya səfərə hazırlaşan Baş nazir NİYƏ aşağılandı? .....                     Pərvin Quliyevaya yüksək vəzifə verildi .....                     "Əli Əsədov dərhal həbs edilməlidir" .....                     Revanşistlər Bakıya YENƏ dil uzatdı .....                     Ceyhun Cəlilov Ahıllar Evinin işçilərini qapısında NÖKƏR KİMİ İŞLƏDİR .....                     Prokurorluq Gəncə Şəhər İcra Hakimiyyətində araşdırmalara BAŞLADI .....                     Pakistandan dünyaya “Taimoor” MESAJI .....                     Əli Əsədovun adamları TOY-BAYRAM İÇİNDƏ... .....                     Rusiya bu azərbaycanlını İnterpola verdi .....                     Eyni pensiya kapitalı olan şəxslərə hansı məbləğdə pensiya verilir? .....                     Türkiyədə CHP-li bələdiyyə sədri saxlanıldı .....                     İranda yüksək vəzifəli məmur İsraillə əlaqəyə görə edam edilib .....                     "Kürd Amo"nu xüsusi amansızlıqla öldürən şəxs yenidən məhkəmə qarşısında .....                     Dadsız, rəngsiz POMİDORLAR .....                     “Atamın şəxsi əşyalarını muzeyə verdim, Rasim Balayev bu mövzuda mənə kömək etdi” .....                     Gömrük Komitəsində işlə təmin etdirmək adı ilə 26 minlik dələduzluq etdi .....                     Vüsal Aslanov bu imtahandan “2” aldı .....                     Azərbaycan nefti cüzi bahalaşıb .....                     “Rabitəbank”da yığıncaq keçiriləcək .....                     Ölüdən orqan götürmək haramdır? .....                     Azərbaycanda ən çox hansı nazirliklər “bəyənilir”? .....                     Repetitorluğun ləğvi gerçəkləşir .....                     "Dinləmirlər, eşitmirlər..." .....                     Ukraynadan sonra Rusiya NATO-ya hücum edəcək .....                     Millət vəkilinə inanaqmı? .....                     2 qəpiklik borca görə, müştərini çətinə saldılar... .....                     İş yerləri ilə bağlı gözlənilməz proses başladı: nə baş verir? .....                 

Milli qəhrəman ailəsi ali baş komandana generaldan şikayətçi düşdü - Yeganə polkovnik qadın narazılıq edir
Tarix: 21-06-2014, 12:20 | Çap et
Milli qəhrəman ailəsi ali baş komandana generaldan şikayətçi düşdü
Müdafiə Nazirliyinin Hərbi Tibb Baş İdarəsinin rəisi general-mayor Natiq Əliyevin şəxsi intriqa və istəklərinin qurbanı olduğunu deyən polkovnik Rəna Hacıyeva Ali Baş Komandan İlham Əliyevə müraciət etdi...

Azərbaycanın Milli Qəhramanı mərhum Eldar Ağayevin həyat yoldaşı, polkovnik Rəna Hacıyeva Ali Baş Komandan, Prezident İlham Əliyevə müraciət edib. Surəti “Təzadlar” qəzeti redaksiyasına göndərilən müraciəti həyəcansız oxumaq mümkün deyil. Azərbaycanda yeganə hərbçi-polkovnik olan Rəna Hacıyeva iki ay yarım əvvəl çalışdığı hərbi hospitalın rəisi vəzifəsindən çıxarılıb. “Buna səbəb isə keçmiş müdafiə naziri Səfər Əbiyev tərəfindən Müdafiə Nazirliyinin general rütbəsi verdirilən Natiq Əliyev ilk gündən qarşıma şəxsi maraqlarına xidmət edən tələblər qoymağa başladı və mən onun bu tələblərini qəbul etmədiyimə görə məni gözümçıxdıya salmağa başladı...

İşdən çıxarılandan sonra isə nazir Zakir Həsənovla görüşüb bu yaşımda, Milli Qəhrəmanın həyat yoldaşı kimi, Ordumuzda yeganə qadın polkovnik olaraq sözümü demək istədim. Bunu bilən Natiq Əliyev niyyətimdən əl çəkməyim üçün işdən çıxandan 2 ay sonra məni yoxlatdırmağa başlamışdır... Heç bir nöqsan tapa bilməyəcəyini anlayan Natiq Əliyev yaxın dostu polkovnik Əli Allahverdiyevə təzə vəzifə vəd edərək nə isə bir nöqsan tapmağı ona tapşırmışdır... Natiq Əliyevin polkovnik rütbəli, uzun müddət nümunəvi xidmət etmiş, Milli Qəhrəmanın həyat yoldaşı olan bir xanımla belə qərəzli və haqsız mübarizəyə qalxmasını necə başa düşmək olar? O, bununla nə demək və nə etmək istəyir???”, -deyir xanım polkovnik Ali Baş Komandan İlham Əliyevə müraciətində yazır.

“Müdafiə Nazirliyinin Hərbi
Tibb Baş İdarəsinin rəisi
general-mayor Natiq Əliyevin mənə qarşı qərəzli
münasibətinin ölçüsü yoxdur...”

“Təzadlar” Azərbaycanın Milli Qəhramanı mərhum Eldar Ağayevin həyat yoldaşı, polkovnik Rəna Hacıyevanın Ali Baş Komandan İlham Əliyevə ünvanlı həyəcan dolu müraciətini təqdim edir:

Çox hörmətli cənab Prezident, Ali Baş Komandan!

Bildirirəm ki, mən-Hacıyeva Rəna Şamil qızı, Müdafiə Nazirliyinin hərbi poliklinikasında 17 il qüsursuz olaraq rəis vəzifəsində işləmişəm. Polkovnik rütbəsinə qədər yüksəlmişəm. Azərbaycanda Müdafiə Nazirliyi sistemində yeganə qadın polkovnikəm, Ali təhsilliyəm, Azərbaycan Tibb Universitetinin məzunuyam. Son 3 ildə Bakı qarnizonu Hərbi Hospitalın rəisi olmuşam. Qeyd edim ki, atam Şamil Axundov isə 30 ildən artıq müddətdə hərbi sahədə qüsursuz xidmət keçmişdir, polkovnik rütbəsinə qədər yüksəlmişdir. Mən özüm Azərbaycanın Milli Qəhrəmanı, “Azərbaycan Bayrağı” Ordenli polkovnik Eldar Əsgər oğlu Ağayevin həyat yoldaşıyam. Həyat yoldaşım Eldar Ağayev dövlətçiliyimizin müdafiəsində xüsusi rəşadət göstərərək Ulu Öndər Heyədər Əliyevin fərmanı ilə Milli Qəhrəman adına layiq görülmüşdür. Həyat yoldaşım bir müddət əvvəl qəflətən vəfat etdi. Onun dəfn mərasimində müdafiə naziri general-polkovnik Zakir Həsənov şəxsən iştirak etmişdir.

Cənab Prezident!

Bildirirəm ki, mənim uzun illər qüsursuz xidmət etdiyim hospitaldan işdən çıxarılmağım bir yana, mənə heç bir iş təklif olunmadı. Baxmayraq ki, Azərbaycanın qanunlarına görə, Milli Qəhrəmanların ailə üzvlərinə xüsusi imtiyazlar vardır. Axı mənim yaşım da elə deyil ki, orduya xidmətə yararsızlığa görə işdən çıxarılım. Üstəlik, mən Azərbaycan Ordusunda yeganə polkovnik rütbəli qadınam. Bunu da nəzər almayıblar.

Məni-Azərbaycanın Milli Qəhrəmanının həyat yoldaşını, Azərbaycanda yeganə hərbçi polkovnik olan Rəna Hacıyevanı isə gözümçıxdıya salan, uzun illər Müdafiə Nazirliyində rüşvət qalmaqallarında adı hallanan, Müdafiə Nazirliyinin Hərbi Tibb Baş İdarəsinin rəis əvəzi, Səfər Əbiyev tərəfindən general-mayor rütbəsi ərməğan edilən Natiq Əliyevdir. Natiq Əliyev yüksək rütbəli zabit qadına qarşı cürbəcür böhtanlar atdırmış və şəxsi maraqlarına görə qarşıma qeyri-qanuni tələblər qoymuşdur. Xusüsilə, bu cür təzyiqlər mənim həyat yoldaşım, Milli Qəhrəman Eldar Ağayevin vəfatından sonra daha da kəskinləşmişdir. Nəhayət, Natiq Əliyev yeni təyin olunmuş müdafiə naziri cənab Zakir Həsənova qeyri-obyektiv məlumatlar vermiş və nəticədə məni ərizə yazıb işdən getməyə məcbur edərək işdən uzaqlarşdırılmağıma nail olmuşdur. Mən dəfələrlə cənab nazir Zakir Həsənovla görüşmək üçün müraciət etsəm də, Natiq Əliyev buna imkan verməmişdir. Bundan sonra rəhbəri olduğum hospitalın həkimləri Ali Baş Komandana, cənab Prezident Sizə və müdafiə naziri cənab Zakir Həsənova müraciət edərək Milli Qəhrəman ailəsinə və uzun illər qüsursuz işləmiş yeganə polkovnik qadına qarşı olunan ədalətsizliyə son qoyulmasına göstəriş verilməsini xahiş etmişdilər. Bundan sonra Müdafiə Nazirliyinin Hərbi Tibb Baş İdarəsinin rəisi general-mayor Natiq Əliyevin qərəzli münasibəti başladı. Beləliklə, Natiq Əliyev köhnə üsullarını işə salaraq işdən çıxarıldığımdan bir neçə ay sonra rəisi olduğum hospitala yoxlama komissiyası göndərdi. 20 nəfərlik yoxlama komissiyasına sədrliyi isə yaxın dostu, polkovnik Əli Allahverdiyevə tapşırdı. Əli Allahverdiyevə vəd verildi ki, çalış hospitalda nöqsan aşkar et ki, səni Mərkəzi Hospitala Cərrahiyyə şöbəsinə müdir təyin etdirim.

“Adətən və qayda da belədir ki, vəzifəli şəxsi yoxlayıb
işdən çıxararlar, işdən
çıxarıb yoxlamazlar!”


Cənab Prezident!

Adətən və qayda da belədir ki, vəzifəli şəxsi yoxlayıb işdən çıxararlar, işdən çıxarıb yoxlamazlar! Mən 1 aprel 2014-cü ildə işdən azad olundan sonra cənab nazir Zakir Həsənova müraciət etmişəm ki, məni qəbul etsin, obyektiv qərar qəbul olunsun. Daha mənə qarşı qərəzli olan bir şəxsin mülahizəsi əsasında işdən çıxarılmayım. Mən bu məqsədlə nazirdən kömək istəmişdim. Natiq Əliyev isə işdən çıxandan iki ay yarım sonra-17 iyun 2014-cü ildə yoxlama komissiyası yaradaraq hospitala göndərir. 19 iyun 2014-cü ildə isə mənim qüsursuz fəaliyyətimi nazirin diqqətinə kollektiv müraciət formasında çatdıran Hospitalın tibb qardaşı, Qarabağ müharibəsi veteranı, şəhid ailəsi Sabir Əliyev komissiya tərəfindən təzyiqlərə məruz qalır və müraciəti imzalamış digərlərindən isə istədikləri izahatları almaq üçün onları əks halda, işdən çıxaracaqları ilə hədələyirlər.

Hörmətli cənab Prezident!

Sizə müraciət edərək məni-Azərbaycan ordusunda 17 il qüsursuz xidmət edən yeganə polkovnik qadını, Azərbaycanın Milli Qəhrəmanının həyat yoldaşını həqiqətləri eşitmək üçün qəbul etməyinizi xahiş edirəm. Yaxud, xahiş edərdim ki, məni Prezident Adminstrasiyasının rəhbəri cənab Ramiz Mehdiyev tərəfindən qəbul edilməyim üçün göstəriş verəsiniz. Hesab edirəm ki, əgər müdafiə naziri cənab Zakir Həsənov məni vaxtında qəbul etsəydi, mənə qarşı bu cürə ədalətsizlik baş verməzdi.

Redaksiyadan: Sirr deyil ki, ölkədə Milli Qəhrəmanlara və onların ailə üzvlərinə dövlətimizin yüksək diqqət və qayğısı var. Rəna Hacıyeva isə həm də Azərbaycanda yeganə hərbçi polkovnik qadındır. İnanırıq ki, problem tezliklə həllini tapacaq, ədalətsizliyə yol verilməyəcək.

Mövzu diqqətimizdə saxlanılacaq və qarşı tərəfin - Müdafiə Nazirliyinin Hərbi Tibb Baş İdarəsinin rəisi general-mayor Natiq Əliyevin də mövqeyini dinləməyə və dərc etməyə hazırıq.

“Təzadlar”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Nəbz” klinikasında Vüqar Səfərov necə həkim kimi çalışır? - Asiman Həsənovun əli ilə….
Bu gün, 12:11
TRIPP layihəsi üzrə işlər 2026-cı ildə başlayacaq - Paşinyan
Bu gün, 12:02
Pafoslu olmağı da bacarmayan gənc aktyorumuz - Orxan Saffari yazır...
Bu gün, 11:59
Heydərov onu Xankəndiyə rəis təyin etdi - ƏMR
Bu gün, 11:56
SOCAR-da “Neftci” MTK KORRUPSİYASI... - Buna hüquqi qiymət verilərsə...
Bu gün, 11:51
SOCAR-da MÜHÜM POSTA yeni təyinat olub - ƏMR
Bu gün, 11:44
SEPAH generalı İranın qonşularını HƏDƏLƏDİ
Bu gün, 11:42
Nazirlik 71 min manata “Toyota” alır
Bu gün, 11:38
Ukraynanın "IT ordusu" və ya "vəhşi qazlar" - Kibermüharibə nəzarətdən çıxır
Bu gün, 11:36
"TikTok"da 181 nəfəri aldadan “şirkət rəhbəri”ndən xəbər var
Bu gün, 11:34
Turizm Agentliyi İstanbul Hava Limanında reklam yerləşdirmək üçün 1,4 milyon manat xərcləyəcək
Bu gün, 11:33
Perinatal Mərkəzdə yanğınla bağlı məhkəmə: - Növbətçi həkim palatanı tərk edərək yatmağa gedib
Bu gün, 11:28
Gömrük Komitəsinin yeni binasının tikintisində YEYİNTİ - TƏFƏRRÜAT
Bu gün, 11:26
Bakıya səfərə hazırlaşan Baş nazir NİYƏ aşağılandı? – Solovyovu SUSDURMAQ zamanı
Bu gün, 11:23
Pərvin Quliyevaya yüksək vəzifə verildi - ƏMR
Bu gün, 11:22
"Əli Əsədov dərhal həbs edilməlidir" - Sərdar Cəlaloğlu
Bu gün, 11:21
Revanşistlər Bakıya YENƏ dil uzatdı - Paşinyan devrilsə...
Bu gün, 11:19
Ceyhun Cəlilov Ahıllar Evinin işçilərini qapısında NÖKƏR KİMİ İŞLƏDİR - İTTİHAM VAR...
Bu gün, 11:14
Prokurorluq Gəncə Şəhər İcra Hakimiyyətində araşdırmalara BAŞLADI - TƏFƏRRÜAT
Bu gün, 11:10
Pakistandan dünyaya “Taimoor” MESAJI - Yeni raket sınaqdan keçirildi
Bu gün, 11:01
Əli Əsədovun adamları TOY-BAYRAM İÇİNDƏ... - İLGİNC İDDİA
Bu gün, 10:57
Rusiya bu azərbaycanlını İnterpola verdi - Terror İTTİHAMI
Bu gün, 10:30
Eyni pensiya kapitalı olan şəxslərə hansı məbləğdə pensiya verilir? - AKTUAL
Bu gün, 10:25
Türkiyədə CHP-li bələdiyyə sədri saxlanıldı
Bu gün, 10:15
İranda yüksək vəzifəli məmur İsraillə əlaqəyə görə edam edilib - "Al-Jazeera"
Bu gün, 10:12
"Kürd Amo"nu xüsusi amansızlıqla öldürən şəxs yenidən məhkəmə qarşısında - TƏFƏRRÜAT
Bu gün, 10:11
Dadsız, rəngsiz POMİDORLAR - Süfrəmizə keyfiyyətsiz məhsulu kim gətirir?
Bu gün, 10:10
“Atamın şəxsi əşyalarını muzeyə verdim, Rasim Balayev bu mövzuda mənə kömək etdi”
Bu gün, 10:08
Gömrük Komitəsində işlə təmin etdirmək adı ilə 26 minlik dələduzluq etdi - MƏHKƏMƏ
Bu gün, 10:05
Vüsal Aslanov bu imtahandan “2” aldı – REPLİKA
Bu gün, 10:02
Azərbaycan nefti cüzi bahalaşıb
Bu gün, 09:47
“Rabitəbank”da yığıncaq keçiriləcək
Bu gün, 09:45
Ölüdən orqan götürmək haramdır? - İlahiyyatçı mübahisələrə son qoydu
Bu gün, 09:43
Azərbaycanda ən çox hansı nazirliklər “bəyənilir”? - SİYAHI
Bu gün, 09:38
Repetitorluğun ləğvi gerçəkləşir - yeni model
Bu gün, 09:29
"Dinləmirlər, eşitmirlər..." - ETİRAZ
Bu gün, 08:22
Ukraynadan sonra Rusiya NATO-ya hücum edəcək - Kəşfiyyat
Bu gün, 08:09
Millət vəkilinə inanaqmı? - SÖZARDI...
Bu gün, 07:24
2 qəpiklik borca görə, müştərini çətinə saldılar... - YƏNİ BU QƏDƏR...
Bu gün, 07:11
İş yerləri ilə bağlı gözlənilməz proses başladı: nə baş verir? - AKTUAL
Bu gün, 07:04
Bu ölkə Rusiyaya 3 min əsgər, 10 qırıcı göndərir? - ŞƏRH
Bu gün, 07:02
AzəriQaz-da ƏDALƏTSİZ növbəli iş rejimi... - NARAZILIQ VAR...
Bu gün, 07:01
Bir damla yağış suyu bəs edir ki, kanalizasiya aşıb-daşsın... - GİLEY
Bu gün, 06:49
Daha bir vətəndaşın əlilliyi qanunsuz olaraq LƏĞV OLUNDU - "20 ildir ki..."
Bu gün, 06:41
İran ABŞ ilə danışıqlarda iştirak məsələsini hələ nəzərdən keçirir - KİV
Bu gün, 06:23
Azərbaycanda internet bahalaşdı – Yeni qiymət
Bu gün, 06:21
Qalmaqallı direktor necə bəraət alır? - İDDİA
Bu gün, 06:17
"Rabitəbank"da "saatlı bomba": Təhlükəli kreditlərdə 540%-lik şok - TƏFƏRRÜAT
Bu gün, 06:06
"Atam deyirdi ki, səndən adam olmayacaq"
Bu gün, 06:02
“Bu verilişlərin bağlanmasını alqışlayıram”
Bu gün, 06:01
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru