İran razılaşmasa, məhv edəcəyəm .....                     "Bir vaxtlar böyüyün sözü daş kimi ağır idi" .....                     İran iki tankerin Hörmüz boğazından keçməsinin qarşısını aldı .....                     Batumidə 2 Azərbaycan vətəndaşı saxlanıldı .....                     ABŞ və İsrailə məğlubiyyət yaşatmağa hazırıq .....                     “Başçının razılığı olmadan sənəd verilmir” .....                     "Rejim dəyişikliyi alternativ vasitələrlə də həyata keçirilə bilər" .....                     “Müğənni olmağım onlar üçün dəhşətli bir şey idi” .....                     Belarus Ukraynaya hücuma hazırlaşır .....                     Putin İrəvanda son kartını oynayır .....                     Belarusa hücum olarsa, bu, Rusiya ilə toqquşma deməkdir .....                     İran parlamentinin rəhbəri Hörmüz boğazı ilə bağlı qeyri-müəyyənliyin qaldığını deyib .....                     Daha bir müştərisi ABB-dən imtina etdi .....                     Madyar Ukraynanın maliyyələşdirilməsini dəstəkləmək niyyətində deyil .....                     Erməni saxtakarlığı .....                     Bu, AB-ni Rusiyaya olan bağlılıqdan azad edə bilər .....                     Türkiyədə təhdid dolu paylaşımlar edən şagirdin evindən Azərbaycan bayrağı və hərbi ləvazimatlar çıxıb .....                     Bakının yaratdığı yeni reallıq .....                     Azərbaycan-Rusiya münasibətləri: Güllələnmiş “dostluq” .....                     Hüquqi statusu olmayan ELİZA SCHOOL Mədəniyyət Mərkəzinin binasına necə yerləşdirilib? .....                     "Gül salonum var..." .....                     "Son 25 ildə təhsilə dair açıq və nəticəli müzakirələr görmədik..." .....                     Nuru Əliyevin qalmaqallı oğlu şirkətə rəhbər keçib? .....                     ABŞ-İran danışıqları irəliləsə də, Hörmüz boğazı ətrafında gərginlik qalmaqdadır .....                     Əli Əsədovun Mədəniyyət sarayını zəbt etməkliyi... .....                     Fuad Nəcəfli HƏBS OLUNA BİLƏR... .....                     "Qəbulda olmuşam, zənglər etmişəm, lakin..." .....                     TƏBİB-də niyə bu ölkənin qanunları İŞLƏMİR? .....                     Əslində savaş bu iki dövlət arasında gedir... .....                     AzəriQaz oğurluq üçün ZƏMİN YARADIR... .....                     "Əgər heç bir işlə məşğul olmursa, Nazirlər Kabinetinin qalmasının mənası nədir?" .....                     "Ölkədə köklü islahatlar həyata keçirilməlidir..." .....                     Bakının bitməyən tıxac dərdi: .....                     Paşinyan ETİRAF ETDİ: .....                     Azərbaycanlı gənci güllələyib öldürən yol polisi .....                     İrəvan İran ərazisindən logistika zəncirləri və imkanları genişləndirmək istəyir .....                     "Bakı və Ankara ilə işləməyin vaxtıdır" .....                     Rusiyanın iki aeroportu fəaliyyətini dayandırıb .....                     Rüfət İsmayılovun qol saatları da müsadirə edildi .....                     Ermənistan və Rusiya bəzi müqavilələrin icrası barədə razılığa gəlib .....                 

SƏLİM MÜSLÜMOVUN QOÇULARI MİLLƏTİ AĞLAR QOYUB
Tarix: 21-09-2012, 10:12 | Çap et
SƏLİM MÜSLÜMOVUN QOÇULARI MİLLƏTİ AĞLAR QOYUB

CƏLİLABADDAN ŞİKAYƏT: “BİZİ BU CÜR SEYİDLƏRİN ƏLİNDƏN QURTARIN”

DİA.AZ: - Son vaxtlar Dövlət Sosial Müdafiə Fondunun rəhbəri Səlim Müslümovun əyalətdəki “qoçularından”, DSMF-nin rayon şöbələrindən gələn şikayətlərin sayı artmaqdadır. Cəlilabad rayonunda DİA.AZ-a daxil olan şikayətlərdə nədən bəhs edilir? Həsənov Azadxan bu barədə redaksiyamıza ünvanladığı şikayət məktubunda yazır:

“Artıq iki ildən çoxdur ki, kasıbçılıq içində əziyyət çəkən qızım üçün sosial yardım almaqdan ötrü əlaqədar təşkilatlara müraciət edirəm. Hər dəfə müxtəlif bəhanələrlə məni get-gələ salır, aybaay işi uzadırlar. Son dəfə Prezidentimiz İlham Əliyevə müraciət edəndən sonra şikayətimə baxıldı, qərara alındı ki, bu ilin iyulundan qızıma yardım verilsin. İndi ƏSMM Cəlilabad şöbəsi deyir ki, gedin DSMF-nin rayon şöbəsindən sosial sığorta Şəhadətnaməsi gətirin. DSMF Cəlilabad rayon şöbəsinin müdiri Mirağa Salmanov isə bizə Şəhadətnamə vermək əvəzinə “leksiya” söyləyir. Deyir ki, gedin 1 ilin sığorta pulunu gətirib mənə verin, Şəhadətnamə kartınızı verim. Həm də bildirir ki, hesablamışıq, 400 manat pul verməlisiniz. Bu qədər pulu haradan tapıb verək, bilmirik? Demək belə çıxır ki, mən bankdan kredit götürüb, bu yoldaşa 400 verməliyəm ki, nədi-nədi mənə 6 aydan sonra 30-40 manat yardım veriləcək?! Bu biabırçılığa kim son qoyacaq?

Hələ məsələ bununla da bitmir. Qızımın evinə başqa kənddən gəlin gəlib. Mirağa müəllim deyir ki, o gəlinin evindən də gəlib bizə pul köçürməlidirlər və sığorta kartları olmalıdır. Yəni, o ev də gətirib Mirağa müəllim 400 manat verməlidir, yoxsa, bizə sığorta kartı verməyəcək. Məsələ bununla da bitmir. O evə də gəlin başqa yerdən gəlib, deməli, həmin kənddəki ailə də gətirib bunlara xərac ödəməlidir. Qalmışıq odla suyun arasında. DSMF müdiri Mirağa Salmanovun əməllərindən baş aça bilmirik. Quyruq quyruğa bağlanıb gedir, Mirağa Salmanov özünəməxsus piramida sistemi qurub bizi ələ salır.

Rayonda ali savadlı, tərbiyəsi, peşəkarlığı hamını razı salan gənclər iş tapa bilməsə də Mirağa Salmanovun əksər qohumları bacarığı oldu-olmadı onun rəhbərlik etdiyi təşkilatda vəzifə alır Sanki DSMF Cəlilabad şöbəsi onun şəxsi malikanəsidir. Mirağa Salmanov adamlara deyir ki, mən seyidəm, sizin ağanızam, mənə “müəllim” yox, “ağa” deyin, Hətta işçilər də ona qorxusundan “müəllim” yox, “ağa” deyə ona müraciət edirlər, o bundan həzz alır. Bu idarəyə girən kimi görürsən hamı danışır, ağam belə gəldi, ağam elə getdi.

Hələ də başa düşmürük ki, nəyə görə uzun müddətdir ki, bu adam rayon camaatının başına olmazın oyunlar açır, amma onun əməllərinə heç bir reaksiya verilmir? Mirağa Salmanovun keçmişində bir sıra şübhəli məqamlar var. Biz istəyirik ki, onun keçmiş və indiki əməlləri bütün detalları ilə araşdırılsın”.

Cəlilabad rayonunun digər sakini İsgəndərov Amil Kərimxan oğlu da DSMF-nin Cəlilabad şöbəsindən narazıdır. O isə redaksiyamız yolladığı məktubunda bunları deyir: “Sirr deyil ki, ünvanlı sosial yardım kasıbların baş bəlasına, bu işə baxanların isə qazanc yerinə çevrilib. Yeni qaydalara görə ünvanlı yardım almaq üçün DSMf-dən Şəhadətnamə almaq lazımdır. Cəlilabadda bu Şəhadətnamənin verilməsi üçün DSMF-nin rayon şöbəsindən 12 ayın pulunu istəyirlər. Qalmışıq 2 seyid idarəsinin arasında. Get-gəllərdən bezmişik.

DSMF Cəlilabad şöbəsinə dəfələrlə gedib-gəlməyimə baxmayaraq, həmin idarənin müdiri Mirağa Salmanovu çox vaxt iş yerində tapa bilmirik. Məlum olur ki, bu adam infarkt keçirib, hələ üstəlik şəkəri də var, ona görə də işə vaxtı-vaxtında gələ bilmir. Qoca kişidirsə, qoy gedib evində otursun, xalqı niyə zülmə salır ki?! Mən 1-ci qrup əliləm, istər saat 11-də, istərsə də günorta 2-3 radələrində dəfələrlə bu idarəyə getsəm də, Mirağa Salmanovu iş yerində tapa bilmirəm. Tək mən deyiləm, çoxlu adam tanıyıram ki, ora gedib gəlir, Mirağa Salmanovu işdə tapa bilmir. Vətəndaşlar saatlarla idarənin qabağında oturub onu gözləyirlər, uzaq kəndlərdən dəfələrlə hədər yerə yol ölçməli olurlar.

Mirağa Salmanov ya işə gəlmir, gələndə də vətəndaşlarla kobud rəftar edir, söyüş söyür, qəbula gələn ağsaqqalı, qadını belə vecinə almır. Deyir ki, mən buranın ağasıyam, seyidəm, cəddim sizə göstərər. Deyirsən, “hökumətə şikayət edəcəyik”, deyir Cəlilabadın hökuməti mənəm. Məhz onun nizam-intizamının olmaması nəticəsində idarənin sənədlərində qarma-qarışıqlıq yaranıb, adi sənədi gəlib soruşursan, günlərlə axtarırlar, tapa bilmirlər. Aşağıda, birinci mərtəbədə öz bacısı oğlunu qanunsuz olaraq işə götürərək pul yığımı məsələsini ona tapşırıb.

Mirağa Salmanov idarədə əsl hərc-mərclik yaradıb. Tez-tez işçilər arasında dava-dalaş düşür. Kağız-kuğuzlar bir-birinə qarışır. O, ürəyi istədiyi vaxt qanunsuz təyinatlar verir.

M. Salmanov bir neçə ay qabaq Kərbəla ziyarətinə getmişdi, indi də Həccə hazırlaşır. Xahiş edirəm, aydınlaşdırın, o bu pulları haradan gətirir? Bizim qanımızı içərək həmin pulları qazanır, sonra gedib özünə Haci titulu alır. Mirağa Salmanov bütün pul çıxan yerlərə öz adamlarını qoyub var-dövlət qazanmaq barədə düşünür, nəticədə biz qara camaat zülm çəkirik. Sığorta .əhadətnamələrini paylamır, yığıb otağına saxlayır, qəbula gələnlərdən tələb edir ki, həmin Şəhadətnamə üçün ona 300-400 manat versinlər. Bu yaxınlarda ANS kanalından Mirağanın sığorta Şəhadətnamələri ilə bağlı törətdiyi maxinasiyalardan süjet verdilər, amma yenə də tədbir görülmədi. Sığorta Şəhadətnaməsini yığıb otağına, vermir, birinə deyir, 3 aylığın köçürməsini ver, birinə deyir 1 illiyini ver. Rayon camaatı adından xahiş edirik ki, bizi bu cür seyidlərin əlindən qurtarın”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İran razılaşmasa, məhv edəcəyəm – Tramp yenə təhdid etdi
Bu gün, 16:58
"Bir vaxtlar böyüyün sözü daş kimi ağır idi"
Bu gün, 16:21
İran iki tankerin Hörmüz boğazından keçməsinin qarşısını aldı - KİV
Bu gün, 16:19
Batumidə 2 Azərbaycan vətəndaşı saxlanıldı
Bu gün, 16:05
ABŞ və İsrailə məğlubiyyət yaşatmağa hazırıq - Xamenei
Bu gün, 16:02
“Başçının razılığı olmadan sənəd verilmir” – Tovuzda qanun kimə işləyir?
Bu gün, 15:59
"Rejim dəyişikliyi alternativ vasitələrlə də həyata keçirilə bilər" - Məhəmməd Rəhmanifər
Bu gün, 15:57
“Müğənni olmağım onlar üçün dəhşətli bir şey idi”
Bu gün, 15:49
Belarus Ukraynaya hücuma hazırlaşır - Kuleba
Bu gün, 15:45
Putin İrəvanda son kartını oynayır - İNCƏLƏMƏ
Bu gün, 10:47
Belarusa hücum olarsa, bu, Rusiya ilə toqquşma deməkdir - Lukaşenko
Bu gün, 10:43
İran parlamentinin rəhbəri Hörmüz boğazı ilə bağlı qeyri-müəyyənliyin qaldığını deyib
Bu gün, 10:01
Daha bir müştərisi ABB-dən imtina etdi - ETİRAZ
Bu gün, 09:59
Madyar Ukraynanın maliyyələşdirilməsini dəstəkləmək niyyətində deyil - “L'Antidiplomatico” portalı
Bu gün, 09:28
Erməni saxtakarlığı – xəritə yalanı və onun ifşası
Bu gün, 09:25
Bu, AB-ni Rusiyaya olan bağlılıqdan azad edə bilər - Fitso
Bu gün, 08:38
Türkiyədə təhdid dolu paylaşımlar edən şagirdin evindən Azərbaycan bayrağı və hərbi ləvazimatlar çıxıb - VİDEO
Bu gün, 08:35
Bakının yaratdığı yeni reallıq - GƏLİŞMƏ
Bu gün, 08:20
Azərbaycan-Rusiya münasibətləri: Güllələnmiş “dostluq” - AKTUAL
Bu gün, 08:16
Hüquqi statusu olmayan ELİZA SCHOOL Mədəniyyət Mərkəzinin binasına necə yerləşdirilib? - ARAŞDIRMA
Bu gün, 08:13
"Gül salonum var..."
Bu gün, 08:09
"Son 25 ildə təhsilə dair açıq və nəticəli müzakirələr görmədik..." - MALƏSƏF...
Bu gün, 08:05
Nuru Əliyevin qalmaqallı oğlu şirkətə rəhbər keçib? - Nurgün Group dövlətə külli miqdarda borclandı
Bu gün, 07:57
ABŞ-İran danışıqları irəliləsə də, Hörmüz boğazı ətrafında gərginlik qalmaqdadır - "Reuters"
Bu gün, 07:39
Əli Əsədovun Mədəniyyət sarayını zəbt etməkliyi... - SƏN DEMƏ...
Bu gün, 07:30
Fuad Nəcəfli HƏBS OLUNA BİLƏR... - İLGİNC
Bu gün, 07:21
"Qəbulda olmuşam, zənglər etmişəm, lakin..." - Çernobıl əlili haqqını tələb edir...
Bu gün, 07:05
TƏBİB-də niyə bu ölkənin qanunları İŞLƏMİR? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:58
Əslində savaş bu iki dövlət arasında gedir... - İNCƏLƏMƏ
Bu gün, 06:46
AzəriQaz oğurluq üçün ZƏMİN YARADIR... - NARAZILIQ VAR...
Bu gün, 06:41
"Əgər heç bir işlə məşğul olmursa, Nazirlər Kabinetinin qalmasının mənası nədir?" - partiya sədri
Bu gün, 06:35
"Ölkədə köklü islahatlar həyata keçirilməlidir..." - ÇAĞIRIŞ
Bu gün, 06:31
Bakının bitməyən tıxac dərdi: - “Ali məktəblərin bölgələrə köçürülməsi...”
Dünən, 18:16
Paşinyan ETİRAF ETDİ: - "O adamların siyahısı məndədir, lazım olanda... "
Dünən, 18:13
Azərbaycanlı gənci güllələyib öldürən yol polisi HƏBS OLUNDU
Dünən, 18:10
İrəvan İran ərazisindən logistika zəncirləri və imkanları genişləndirmək istəyir - Paşinyan
Dünən, 13:33
"Bakı və Ankara ilə işləməyin vaxtıdır" – Ermənistan Baş nazirindən tarixi dönüş
Dünən, 13:22
Rusiyanın iki aeroportu fəaliyyətini dayandırıb
Dünən, 13:21
Rüfət İsmayılovun qol saatları da müsadirə edildi
Dünən, 13:19
Ermənistan və Rusiya bəzi müqavilələrin icrası barədə razılığa gəlib
Dünən, 13:16
Azərbaycan Mədəniyyət Nazirliyi xalq artistindən kimin nə nəyin qisasını alır? - AXI NİYƏ?
Dünən, 13:15
ABB öz səhmdarlarına 200 milyon manat - DİVİDEND ÖDƏYƏCƏK
Dünən, 12:35
"Ege Hospital"da yeni doğulan körpə öldü
Dünən, 12:31
Rusiya silahını Avropaya tuşlayır - GƏLİŞMƏ
Dünən, 12:18
“Elə bilirlər ki, Baş nazir olmaq asandır” - Artur Rasizadə
Dünən, 12:14
Paytaxtda növbəti daxili iməclik keçirilib - FOTO
Dünən, 11:57
Yadplanetlilərlə bağlı məlumatlar dərc olunacaq - Tramp anons verdi
Dünən, 11:52
Bakının bu ərazilərində torpağın sotu 2 milyondur - AÇIQLAMA
Dünən, 11:35
Azərbaycan-Ermənistan modeli Ukrayna üçün nümunə ola bilər - ŞƏRH
Dünən, 11:31
Türkiyədə son hadisələrə görə, 7,5 milyonluq “YouTube” kanalı bağlandı - KİV
Dünən, 11:27
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru