Öldüyü deyilən müğənni SAĞ İMİŞ .....                     Hazırda Azərbaycan 12 ölkəyə təbii qaz ixrac edir .....                     Azərbaycan üçün önəmli regional əməkdaşlıq platforması .....                     71 min rusa 340 məktəb, 3 milyon azərbaycanlıya isə… .....                     Azərbaycanlı müğənni ABŞ-da faciəli şəkildə öldü .....                     Qarabağda milyonlar qazanan nazir müavininin qardaşının şirkəti cərimələndi .....                     Ermənistana yeni konstitusiya lazımdır .....                     Ermənistan qətiyyətli qərar verib: .....                     Naxçıvan stadionunun layihələndirilməsinə 718 min manatlıq ayrılıb .....                     Yoxsulluqla mübarizə resepti: səbətimizə yenidən baxılacaq .....                     Aşura günü ümumilikdə 2 mindən çox şəxs könüllü qan verib .....                     Dövləti bax, belə qurar, belə qoruyar və tanıdarlar! .....                     Bizim Azərbaycanla münasibətlərimiz digər dövlətlərdən fərqlidir .....                     İşçilərin belə bir hüququ varmı? .....                     Ərdoğan Rusiya və Azərbaycan arasında gərginliyə münasibət bildirib .....                     Akademik Yusif Məmmədəliyevin 120 illiyi qeyd ediləcək .....                     “İki lider Bakı üçün hərəkətə keçə bilər, lakin…” .....                     Səfərovlar işi: İstintaq birbaşa Moskvanın nəzarətindədir .....                     Ermənistanda müxalif hərəkat rəhbəri iki ay müddətinə həbs edilib .....                     Rusiya Bakının bu planından qorxuya düşüb: Şifrələr açılır .....                     Onları da hədəfə aldılar: .....                     "Anar müəllim Azərbaycan ədəbiyyatının klassiki, müdrik bir insandır... .....                     BDU, GDU və UNEC-in nəzdindəki kolleclərdə yeni rəhbər təyinatları olub .....                     Məzahir Pənahovun işçisi haqqında şok ittihamlar .....                     DEPUTAT HAQDA ŞOK İDDİA: Gecə zorla katibəsinin evinə soxulub, əri görüb və... .....                     "Mən dövlətdən nə artıq, nə əskik – yalnız qanuni haqqımı tələb edirəm" .....                     Xamenei kanalizasiyada gizlənir: .....                     Pezeşkian Xankəndidədn qayıdıb BUNLARI DEDİ: Dedilər ki, səfər təhlükəli ola bilər... .....                     "Təxminən 1 milyona yaxın rus turist Azərbaycana gəlmişdi..." .....                     Futbolun gələcəyi haqqında düşünən yoxdur: .....                     Şəkər xəstələri TƏHLÜKƏDƏ: Apteklərdə “Metformin” niyə tapılmır? .....                     "Rusiya Azərbaycanın presedent yaradacağından narahatdır" .....                     Əmanətçilər üçün qızıl nə qədər etibarlıdır? .....                     İnam Kərimovun işçisi dələduz qardaşını məsuliyyətdən yayındırır? .....                     Masazırda işbaz-maklerlər Arxitektura Komitəsini saymır .....                     Adana və Adıyamanın bələdiyyə sədrləri həbs edildi .....                     Aşura günü ilə bağlı qanvermə aksiyası başlayıb .....                     Qusar təhsilinin ÜZQARASI... .....                     Məhbus ailələrinin şikayəti üzrə “Tolik”in məhkəməsi başlayır .....                     Rusiyada olan Samirə dəhşət yaşadı: “Azərbaycanlıların əl-qollarını bağlayıb, yerə yıxırlar...” .....                 

24 yaşa qədər diplom almayana “əsgərlik sınağı”... - “Bir çoxu təhsilini yarımçıq qoyacaq”
Tarix: 18-12-2024, 09:42 | Çap et
24 yaşa qədər diplom almayana “əsgərlik sınağı”...
“Təhsili davam etdirmək üçün hərbi xidmətə çağırışa möhlət verilməsi ilə bağlı yeni yaş məhdudiyyətləri təhsilin dayanıqlığı və insan kapitalının inkişafı baxımından geniş müzakirə tələb edən bir məsələdir. Təklif olunan dəyişikliklərə əsasən, bakalavr təhsilində möhlət hüququ 24 yaşadək, magistratura üçün isə 26 yaşadək məhdudlaşdırılır. Əvvəllər bu sahədə yaş həddi qoyulmadığından tələbələrə təhsillərini tamamlamaq üçün daha geniş imkanlar verilirdi.

Yeni tənzimləmə isə bir çox gəncin təhsilini yarımçıq qoyması təhlükəsini yarada bilər. Bu dəyişikliklərin təsirləri, xüsusən də xaricdə təhsil alan tələbələr və ölkə daxilində müəyyən çətinliklərlə üzləşən gənclər üçün ciddi şəkildə təhlil olunmalıdır”.

Bunu “Cebheinfo.az”-a açıqlamasında təhsil eksperti Kamran Əsədov “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanuna dəyişikliklər edilməsi təklifindən danışarkən deyib. O bildirib ki, bu məhdudiyyətlər formal olaraq təhsildə gecikmələrin qarşısını almaq və gənclərin hərbi xidmətə vaxtında cəlb olunmasını təmin etmək məqsədi daşıyır:

“Mövcud qanunvericiliyə əsasən, hərbi xidmətə çağırış üçün təhsilini davam etdirən tələbələrə möhlət hüququ verilirdi və bu hüququn tətbiqində yaş məhdudiyyəti yox idi. Yeni dəyişikliklərdə yaş məhdudiyyətinin tətbiqi əsasən bu şəkildə müəyyən edilib:

Orta ixtisas təhsili (kollec) alanlara 21 yaşadək möhlət hüququ;
Bakalavr təhsili alanlara 24 yaşadək möhlət hüququ;

Magistratura təhsili alanlara 26 yaşadək möhlət hüququ.

Lakin bu addım praktik olaraq bir sıra problemlər yarada bilər.

Təhsil prosesinin xüsusiyyətləri, tələbələrin akademik çətinlikləri və xarici amillər nəzərə alınmadan yaş həddinin sərtləşdirilməsi tələbələrin gələcək inkişafını risk altına qoyur”.

O bildirib ki, təhsil yalnız standart bir vaxt çərçivəsinə sığdırılan proses deyil:

“Gənclərin bakalavr və magistratura təhsilini müxtəlif səbəblərdən gecikdirməsi qaçılmazdır. Bu səbəblər arasında akademik çətinliklər, iqtisadi problemlər, ailə vəziyyəti və fərdi səbəblər xüsusi yer tutur. Məsələn, Azərbaycanda təhsil alan tələbələrin bir qismi təhsil haqqını ödəmək üçün işləməyə məcbur olur. Bu, onların təhsil prosesinin uzanmasına və akademik performanslarının zəifləməsinə səbəb olur. Xaricdə təhsil alan tələbələr üçün bu problem daha da qabarıq görünür. Türkiyə təcrübəsinə nəzər yetirsək, orada bakalavr təhsili üçün tələbələrə 7 il müddət verilir. Türkiyənin ali təhsil sistemi kifayət qədər mürəkkəbdir və təhsil alan gənclər müxtəlif səbəblərdən təhsillərini standart 4 ildə tamamlaya bilmirlər.

Tələbələrə əlavə müddətin verilməsi təhsilin yarımçıq qalmasının qarşısını alır və daha savadlı kadrların yetişməsinə şərait yaradır. Azərbaycandan 15 mindən çox tələbə Türkiyə universitetlərində təhsil alır və onların bir çoxu təhsil müddətini uzadır. Yeni qanunvericiliyə görə, 24 yaş məhdudiyyəti tətbiq edildikdə bu tələbələrin əksəriyyəti yarımçıq təhsil ilə ölkəyə qayıtmağa məcbur ola bilər. Bu isə həm fərdi itkilərə, həm də ölkə üçün strateji əhəmiyyət kəsb edən insan kapitalının zəifləməsinə gətirib çıxarar”.

Kamran Əsədov qeyd edib ki, təhsil sisteminə yaş məhdudiyyətinin sərtləşdirilməsi ilk növbədə təhsili bir formal prosesə çevirir:

“Təhsil yalnız müəyyən yaş həddində başa çatdırılmalı olan bir proses deyil. Bu, hər bir fərdin potensialına və sosial şəraitinə uyğun olaraq çevik yanaşma tələb edən uzunmüddətli bir investisiyadır. Möhlət hüququnun 24 və 26 yaşla məhdudlaşdırılması təhsil prosesində müxtəlif çətinliklər yaşayan tələbələrin inkişafını məhdudlaşdırır. Bu məhdudiyyətlərin əsas problemləri biri budur ki, tələbələrin akademik və iqtisadi vəziyyəti nəzərə alınmır.

Bir çox tələbə eyni zamanda işləmək məcburiyyətindədir və bu, təhsilin uzanmasına səbəb olur. Bundan başqa, xaricdə təhsil alan tələbələr üçün ciddi maneələr yaranır. Türkiyə və digər ölkələrdə təhsil sisteminin çətinliyi və əlavə müddətlərin tətbiqi nəzərə alınmadan sərt yaş həddi qoyulur. Həmçinin, təhsil yarımçıq qalarsa, gənclərin uzun müddət ərzində sərf etdiyi zaman və resurslar boşa çıxır. Bu, həm fərdi, həm də milli miqyasda böyük itkidir”.

Təhsil eksperti vurğulayıb ki, inkişaf etmiş ölkələrdə təhsil müddətləri və hərbi xidmətə möhlət hüququ tələbələrin fərdi vəziyyətləri nəzərə alınaraq tətbiq olunur:

“Buna misal olaraq, Türkiyədə tələbələrə bakalavr təhsili üçün 7 il, magistratura üçün isə əlavə 3-4 il müddət verilir. Bu, tələbələrin təhsilini tamamlamaq üçün əlavə zaman və resurs qazanmasına kömək edir. Almaniya nümunəsində ali təhsil sistemi tələbələrə çevik yanaşır. Tələbələrə təhsili uzatmaq üçün geniş imkanlar verilir və bu müddətdə hərbi xidmət möhləti tətbiq olunur.

Finlandiyada isə təhsilin fasiləsizliyi təmin edilir və hərbi xidmət üçün güzəştlər tələbələrin akademik göstəriciləri nəzərə alınaraq fərdi şəkildə tənzimlənir. Azərbaycanın da bu ölkələrdən nümunə götürərək möhlət hüququ ilə bağlı daha çevik və humanist yanaşma tətbiq etməsi vacibdir. Yaş məhdudiyyətinin sərtləşdirilməsi əvəzinə, tələbələrin akademik fəaliyyətinə əsaslanan fərdi yanaşma mexanizmi yaradılmalıdır”.

Ekspertin sözlərinə görə, bu məsələnin həlli üçün bir neçə addım atıla bilər:

“Yaş məhdudiyyəti sərtləşdirilmək əvəzinə, bakalavr üçün 26 yaş, magistratura üçün isə 28 yaş həddi tətbiq olunmalıdır.

Xaricdə təhsil alan tələbələr üçün xüsusi qaydalar hazırlanmalı və təhsil müddətlərinə uyğun olaraq fərdi möhlət hüququ verilməlidir.

Tələbələrin akademik göstəriciləri və çətinlikləri nəzərə alınaraq möhlət hüququ mərhələli şəkildə tətbiq olunmalıdır. Təhsilini dayandırmaq məcburiyyətində qalan tələbələrə təhsili tamamladıqdan sonra hərbi xidmətə çağırılmaq üçün əlavə şans tanınmalıdır. Təklif olunan yaş məhdudiyyətlərinin tətbiqi təhsil sisteminin reallıqlarını və tələbələrin fərdi vəziyyətlərini nəzərə almadan hazırlanmış qərar kimi görünür.

Təhsil ölkənin strateji inkişafı üçün ən vacib sahədir və hərbi xidmətlə bağlı möhlət hüququnun sərtləşdirilməsi bu sahəyə zərər vura bilər. Dünya təcrübəsi göstərir ki, tələbələrə daha geniş zaman çərçivəsi təqdim edilməli və onların akademik inkişafı prioritet kimi qəbul olunmalıdır.

Azərbaycan üçün də daha çevik, ədalətli və təhsilin dayanıqlığını təmin edən mexanizmlər tətbiq edilməlidir. Əks halda, insan kapitalının inkişafı zəifləyəcək və ölkə ciddi kadr itkisi ilə üzləşəcəkdir”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Öldüyü deyilən müğənni SAĞ İMİŞ - AÇIQLAMA
Bu gün, 23:38
Hazırda Azərbaycan 12 ölkəyə təbii qaz ixrac edir - MƏQALƏ
Bu gün, 23:33
Azərbaycan üçün önəmli regional əməkdaşlıq platforması - İsrafil Kərimovun yazısı
Bu gün, 23:31
71 min rusa 340 məktəb, 3 milyon azərbaycanlıya isə… – Bakıdan kritik qərar
Bu gün, 18:33
Azərbaycanlı müğənni ABŞ-da faciəli şəkildə öldü - FOTO
Bu gün, 18:25
Qarabağda milyonlar qazanan nazir müavininin qardaşının şirkəti cərimələndi - Rəfiyevlərin tender SİYAHISI
Bu gün, 18:22
Ermənistana yeni konstitusiya lazımdır -Paşinyan
Bu gün, 17:00
Ermənistan qətiyyətli qərar verib: - Rusiyasız Zəngəzur dəhlizinin açılmasına ikiəlli razıdır
Bu gün, 16:54
Naxçıvan stadionunun layihələndirilməsinə 718 min manatlıq ayrılıb
Bu gün, 16:51
Yoxsulluqla mübarizə resepti: səbətimizə yenidən baxılacaq - AKTUAL
Bu gün, 16:45
Aşura günü ümumilikdə 2 mindən çox şəxs könüllü qan verib
Bu gün, 16:32
Dövləti bax, belə qurar, belə qoruyar və tanıdarlar! - Prezidentin açıq ismarışı
Bu gün, 16:18
Bizim Azərbaycanla münasibətlərimiz digər dövlətlərdən fərqlidir -Ərdoğan
Bu gün, 15:00
İşçilərin belə bir hüququ varmı? - ekspert danışır...
Bu gün, 14:57
Ərdoğan Rusiya və Azərbaycan arasında gərginliyə münasibət bildirib - "İlham Əliyev burada çox diqqətli və ehtiyatlı addım atır"
Bu gün, 14:52
Akademik Yusif Məmmədəliyevin 120 illiyi qeyd ediləcək - SƏRƏNCAM
Bu gün, 14:46
“İki lider Bakı üçün hərəkətə keçə bilər, lakin…” – Gözlənilən ETİRAF
Bu gün, 12:54
Səfərovlar işi: İstintaq birbaşa Moskvanın nəzarətindədir - AÇIQLAMA
Bu gün, 12:47
Ermənistanda müxalif hərəkat rəhbəri iki ay müddətinə həbs edilib
Bu gün, 12:36
Rusiya Bakının bu planından qorxuya düşüb: Şifrələr açılır – Gürcü ekspertdən şok
Bu gün, 11:51
Onları da hədəfə aldılar: - Baş prokurora müraciət
Bu gün, 11:45
"Anar müəllim Azərbaycan ədəbiyyatının klassiki, müdrik bir insandır... - Solovyov kimdir ki, ona cavab verir?"
Bu gün, 11:41
BDU, GDU və UNEC-in nəzdindəki kolleclərdə yeni rəhbər təyinatları olub - DETALLAR
Bu gün, 11:39
Məzahir Pənahovun işçisi haqqında şok ittihamlar - KÜLLİ MİQDARDA YEYİNTİYƏ YOL VERİB
Bu gün, 11:31
DEPUTAT HAQDA ŞOK İDDİA: Gecə zorla katibəsinin evinə soxulub, əri görüb və... - BU NƏDİ BELƏ?
Bu gün, 11:24
"Mən dövlətdən nə artıq, nə əskik – yalnız qanuni haqqımı tələb edirəm" - GİLEY
Bu gün, 11:16
Xamenei kanalizasiyada gizlənir: - İranlılar dini lideri ələ salırlar
Bu gün, 10:41
Pezeşkian Xankəndidədn qayıdıb BUNLARI DEDİ: Dedilər ki, səfər təhlükəli ola bilər... - AMMA...
Bu gün, 10:33
"Təxminən 1 milyona yaxın rus turist Azərbaycana gəlmişdi..." - İNDİ İSƏ...
Bu gün, 10:27
Futbolun gələcəyi haqqında düşünən yoxdur: - Qəbələ Futbol Akademiyası da dayandı
Bu gün, 10:21
Şəkər xəstələri TƏHLÜKƏDƏ: Apteklərdə “Metformin” niyə tapılmır? - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 10:18
"Rusiya Azərbaycanın presedent yaradacağından narahatdır" - Özbək politoloqdan MARAQLI TƏHLİL
Bu gün, 10:13
Əmanətçilər üçün qızıl nə qədər etibarlıdır? - ARAŞDIRMA
Bu gün, 10:04
İnam Kərimovun işçisi dələduz qardaşını məsuliyyətdən yayındırır? - İTTİHAM VAR...
Bu gün, 09:54
Masazırda işbaz-maklerlər Arxitektura Komitəsini saymır - Anar Quliyevin diqqətinə
Bu gün, 09:48
Adana və Adıyamanın bələdiyyə sədrləri həbs edildi - türk mediası
Bu gün, 09:42
Aşura günü ilə bağlı qanvermə aksiyası başlayıb - SİYAHI
Bu gün, 09:29
Qusar təhsilinin ÜZQARASI... - BU NƏDİ BELƏ?
Bu gün, 09:21
Məhbus ailələrinin şikayəti üzrə “Tolik”in məhkəməsi başlayır - ailələrə bildiriş gəlib
Bu gün, 09:16
Rusiyada olan Samirə dəhşət yaşadı: “Azərbaycanlıların əl-qollarını bağlayıb, yerə yıxırlar...” - Bütün Rusiyada soydaşlarımız HƏDƏFDİR!
Bu gün, 09:09
Diplomatik fəaliyyətdən kənar gizli əməlləri varmış - DETALLAR
Bu gün, 09:04
Paşinyanın rəqibləri həbsdə ACLIĞA BAŞLADI - Erməni nəşri
Bu gün, 09:00
Bakı və Moskvanı Ərdoğan barışdıracaq? - Kritik gəlişmə
Bu gün, 08:58
Türk ordusunu hansı yolla Azərbaycana gətirmək olar? - Görünəni odur ki...
Bu gün, 08:56
1,7 manatlıq dollar: Sərfəlidir, yoxsa? - AKTUAL
Bu gün, 08:52
ABŞ "TikTok"un Çindən alınması üçün müqavilə hazırlayıb
Bu gün, 08:48
Bank of Baku-nun Daxili Audit departamentinə TƏYİNATLAR - BUNDAN SONRA...
Bu gün, 08:44
"Naxçıvanın başında oturanları dəyişin... həm də təcili!" - MR-dan İSMARIC!
Bu gün, 08:28
Zaur Mikayılov sabiq icra başçısının qızı ilə anlaşıb - TƏFƏRRÜAT
Bu gün, 07:48
Həmkarlar İttifaqı maaşlardan tutulan pullarla nə iş görür? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:40
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru