Rusiya dövləti, rus əsilli Azərbaycan vətəndaşı Samir Sergeyeviçə vətəndaşlıq verib. "DİA-AZ" xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat paylaşılıb.
Xəbərdə iddia olunur ki, o, Azərbaycanda üzləşdiyi qanuna zidd əməllərə görə, rəsmi şəkildə Rusiya dövlətinə müraciət edib.
Xəbərdə həmçinin qeyd olunur ki, Rusiya prezidenti Daxili İşlər Nazirliyinə qəti tapşıriq verib ki, S.Sergeyeviçin və ailəsinin Azərbaycanda həyatı təhlükə altındadır. Onu və ailəsini rəsmi qoruma altına alsınlar.
"DİA-AZ" vurğulayır ki, hər halda Rusiyanın belə bir addımı atması növbəti hoqqabazlıqdan başqa bir şey deyil. Çünki Rusiya heç bir halda Azərbaycandan azad ölkə hesab olunmur və oluna da bilməz.
Qeyd edək ki, S.Sergeyeviçin Azərbaycanda hansı hüquqlarının pozulması barədə məlumat verilmir.