“Bank of Baku” ASC-nin İdarə Heyətinə yeni üzv seçilib.
Banker.az xəbər verir ki, səhmdarların Ümumi Yığıncağının qərarına əsasən, Rəşad Məlikov Rasim oğlu İdarə Heyətinin üzvü seçilib.
Bundan öncə bu vəzifədə Ülvi Yusifov Afiq oğlu idi. Rəşad Məlikov bundan öncə Maliyyə departamentinin direktoru idi.
Xatırladaq ki, “Bank of Baku” 1994-cü ildən fəaliyyət göstərir. Onun nizamnamə kapitalı 52,87 milyon manatdır. Bankın səhmlərinin 35 %-i “NAB Holdinq”ə, 31,1%-i Hikmət Abuzər oğlu İsmayılova, 28,9%-i “Azpetrol Neft Şirkəti” MMC-yə, 5%-i isə Elçin Həmid oğlu İsayevə (Müşahidə Şurasının sədri) məxsusdur.