“Azercell Telekom” abunəçiləri üçün “Busuu” tətbiqi çərçivəsində təqdim edilən günlük xidmətdən istifadəyə görə xidmət haqqını artırır.
İqtisadiyyat.az xəbər verir, bununla bağlı “Azercell Telekom” müvafiq qərar qəbul edib.
Qərara əsasən, “Busuu” tətbiqi çərçivəsində təqdim edilən günlük xidmətdən istifadəyə görə xidmət haqqı 0,25 manatdan 0,35 manata artırılır.
Bu qərarın tətbiqinə iyunun 30-dan başlanılacaq.
Qeyd edək ki, “Busuu” dil öyrənmə tətbiqidir. Hazırda bu xidmətdən günlük abunə haqqı 0,25 manat, aylıq abunə haqqı 3,5 manatdır.