Paşinyan erməni kilsəsinə hücum etdi, keşişlər silahlanır .....                     Kəlbəcərdə traktor minaya düşüb, xəsarət alan var .....                     Kəlbəcərdə traktor minaya düşüb, xəsarət alan var .....                     Müştərilərin pulları qeybə çəkildi: şirkət aradan çıxdı... .....                     “Qarabağda hər kəs ev tikə bilməz” .....                     "Özəl xəstəxanaların əksəriyyəti insanları soymaq üçündür" .....                     Paşinyan üçün ölümcül təhlükə var .....                     İrəvanda məktəbə atəş açıldı .....                     Adı Saleh olan, əməli saleh olmayan adam .....                     Tramp və Putin bunu anlayır .....                     Naxçıvanda vəziyyət daha da acınacaqlıdır... .....                     Regionda güc mərkəzi artıq Azərbaycan və Türkiyədir .....                     Rusiyanın təsiri: Pxenyan ordusu yenidən güclənir... .....                     Yenə də 'Kontakt Home'... Yenə də narazılıq... .....                     Bu şəxslər Bakıdan rayonlara göndərilə bilər .....                     Stiv Deynsin Bakı səfəri sadəcə bir səfər deyil .....                     Dünyanın geosiyasi səhnəsində yeni bir güc mərkəzi, bölünməz ittifaq formalaşır .....                     Ağlar günə qalan Azərbaycan səhiyyəsi... .....                     Bu şikrət tenderdə 988 min ucuz qiymətlə qalib gəldi .....                     Ayaz Musayevə SUİ-QƏSD CƏHDİ: Daha kimlərin başı ağrıya bilər? .....                     Ermənistanda Paşinyana qarşı cinayət işinin açılması üçün çağırış edilib .....                     Tehran xəbərdarlıq mesajı ilə hesablaşmaq məcburiyyətindədir .....                     Azərbaycan Zəngəzur dəhlizindən imtina etsə... .....                     “Sülhdən yana-yana danışmağın nədir, sülhdən qaçmağın nədir?” .....                     Zəngəzurda konsulluq "savaşı" qızışır: .....                     Bu gün I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçiriləcək .....                     "Mənim niyə bahalı maşınım olmasın?" .....                     Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür .....                     Hindistan təyyarəsinin vurulduğunu təsdiqlədi .....                     "Arvad ərinə belə sillə vurmaz" .....                     Paşinyan erməni ruhanilərini təhqir etdi, savaş başladı: .....                     Sərkisyana və onun bəzi sevimli keşişlərinə cinsi xidmət göstərən şəxs Anna Akopyana qarşı... .....                     Füzuli Hüseynovdan töhmət və şuradan uzaqlaşdırılma qərarına .....                     "Vətəndaşlar öz əmlaklarından istifadə edərək kredit ala bilmir" .....                     “Biz İrəvanı sülhə məcbur edəcəyik” .....                     Növbəti danışıqlara hazırlıq və: .....                     İrəvan Parisə “hə” dedi, Moskva qəzəbləndi: .....                     Jurnalistə vəzifə verildi .....                     Minatəmizləmə Agentliyi 3 milyonluq texnika və avadanlıq alır .....                     Emin Əmrullayev Məleykə Abbaszadəyə qarşı .....                 

Zəngəzur dəhlizinə qarşı “üçlü” ittifaq - Məkrli plan
Tarix: Dünən, 08:49 | Çap et

“Türkiyə, Pakistan, Azərbaycan. Bu ölkələr Zəngəzur dəhlizindən çox narahatdır. Zəngəzur dəhlizi bir neçə ölkəyə təsir edə biləcək strateji regiondur. Ekspertlərə görə, Hindistan burada Ermənistanı dəstəkləməklə Türkiyə, Azərbaycan və Pakistanın işini çətinləşdirə bilər”.

Hindistanın nüfuzlu media orqanlarından sayılan İndia.com saytı belə yazıb. Gördüyünüz kimi, Türkiyə və Pakistan liderlərinin Azərbaycana səfəri Hindistan tərəfindən xüsusi maraqla izlənilir.

Sayt həmçinin yazır: “Bu arada Hindistanda mühüm, lakin daha az diqqət çəkən bir hadisə baş verdi. Keçən həftə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Dehlidə olub və Hindistanın milli təhlükəsizlik müşaviri Ajit Doval ilə görüşüb. Onların danışıqlarında ”Sindoor əməliyyatı"ilə bağlı müzakirələr olub, lakin səfər zamanı başqa bir əsas narahatlıq var idi, o da Zəngəzur dəhlizi idi".

Məqalədə birmənalı şəkildə deyilir ki, Pakistan və Türkiyə Ermənistanla münaqişəsində Azərbaycanı açıq şəkildə dəstəkləyir, Hindistan isə həmişə Ermənistanın yanındadır. “Analitiklər hesab edir ki, Hindistan, İran və Ermənistan üçün daha sıx əməkdaşlıq etmək üçün doğru zamandır. Hindistan Zəngəzur dəhlizi ilə bağlı Ermənistanı qəti şəkildə dəstəkləsə, Azərbaycanın qurudan Avropaya çıxışını əngəlləyə və Türkiyə-Azərbaycan-Pakistan müttəfiqliyinə böyük zərbə vura bilər”, - müəllif qeyd edib.

Məqalədə daha sonra bildirilir ki, Zəngəzur dəhlizindəki avtomobil və dəmir yolu Ermənistanın “Sünik” (Qərbi Zəngəzur - red.) vilayətindən keçməlidir. Bu, Ermənistanı İranla birləşdirən yeganə quru yolu kəsəcək: “Deməli, dəhlizin tikintisinin böyük strateji nəticələri olacaq. Əgər dəhlizin çəkilişi baş tutsa, bu marşrut həm də Azərbaycan və Türkiyəyə bir-birinə birbaşa qurudan çıxış imkanı verəcək - hazırda bu ölkələrin belə bir imkanı yoxdur. Ona görə də Türkiyə bu layihəni tam dəstəkləyir. Sirr deyil ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan uzun müddətdir ki, Türk və İslam bölgələrini qurudan yenidən birləşdirməyi xəyal edir və bu dəhliz onun baxışlarına tam uyğun gəlir. Bir çox ekspertlərə görə, cənab Ərdoğan Zəngəzur dəhlizini Türkiyənin Asiyadakı təsirini bərpa etmək məqsədinin bir hissəsi kimi görür”.

Məqalənin müəllifi Pathak axırda yazıb ki, Zəngəzur dəhlizi təkcə Ermənistanla Azərbaycan arasında lokal məsələ deyil. Bu dəhliz regional güc balanslarını dəyişmək gücündədir: “1) Ermənistanın cənub bölgəsinə nəzarətini zəiflədə bilər. 2) Ermənistanın əsas müttəfiqlərindən biri olan İrana girişinin qarşısını kəsə bilər. 3) Türkiyə-Azərbaycan müttəfiqliyini və onların regiondakı daha geniş planlarını gücləndirəcək. Bir sözlə, Zəngəzur dəhlizi təkcə nəqliyyatla bağlı deyil, dünyanın çox həssas yerində geosiyasi nəzarət, təsir və gələcək ittifaqları formalaşdıra bilər”.

Bu qəbil iddialar nə dərəcədə əsaslıdır? Hindistan İran və Ermənistanla birgə Zəngəzur dəhlizini və Azərbaycanın qurudan Avropaya çıxışını əngəlləyə bilərmi? Buna “üçlüyün” resursu yetərmi və Bakı, Ankara və İslamabad hansı ön tədbirləri almalıdır?

Professor Fikrət Yusifov “Yeni Müsavat”a şərhində bildirdi ki, bu prosesin qarşısını almaq nə Ermənistanın, nə Hindistanın, nə də İranın gücündə olan məsələ deyil: “Bu məsələ dünyanın iki böyük güc sahibi olan ABŞ və Çinin maraq dairəsində olan bir məsələdir. Ona görə də bu məsələnin reallaşmasının qarşısını uzun müddət ala bilməyə üçüncü tərəflərin gücü yetməyəcək. Söhbət Şərqlə Qərbi birləşdirən böyük kommunikasiyan, yoldan maksimum faydalanmaqdan gedir. Ona görə burada Hindistanın və ya İranın bu layihəni əngəlləyə bilmək qüdrətdə olmasını düşünmürəm”.

Qeyd edək ki, Azərbaycan dəhlizin özünə aid hissəsində infrastruktur işlərini bu il tam yekunlaşdıracaq. Təəssüf ki, Ermənistan hələ də özünə adi seqmentdə heç bir iş görməyib. Bunun əvəzinə İrəvan Bakıya reallığa dəxli olmayan, yəni maneəsiz keçid rejimi ilə uzlaşmayan qeyri-real təkliflər (“yumşaq rejim”, “sadələşdirilmiş keçid” və s.) verməyə davam edir. Az öncə İranda səfərdə olan Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan isə bu xüsusda bildirib ki, “İrəvanın leksikonunda Zəngəzur dəhlizi anlayışı yoxdur”.

Yada salaq ki, Azərbaycan lideri İlham Əliyev bu ilin yanvarında yerli telekanallara müsahibəsində “Zəngəzur dəhlizi açılmalıdır və açılacaq, onlar bunu nə qədər tez başa düşsələr, o qədər də yaxşıdır” deyib.

Bəzi iddialara görə, Zəngəzur dəhlizinin Ermənistandan - daha doğrusu, Azərbaycanın tələb etdiyi marşrut üzrə - keçməsi ilə bağlı Bakı ilə İrəvan arasında ön razılaşma əldə olunub. Lakin bu razılaşma rəsmi səviyyədə elan edilmir. Səbəb isə məlumdur - Rusiya bu prosesin içində olmaq istəyir, lakin Azərbaycan və Ermənistan artıq bu layihədə Moskvanın rolunun olmamasında maraqlıdırlar. Çünki 2020-ci il deyil və bölgədə yeni güc balansı formalaşmaqdadır.

Azərbaycan Prezidenti İlham Əliyevin Zəngəzur dəhlizi ilə bağlı dəfələrlə verdiyi sərt və qəti bəyanatlar dövlətin strateji iradəsini ortaya qoyur. Bu məsələ sadəcə iqtisadi yox, həm də geosiyasi və dövlətçilik prioritetidir. Azərbaycan bu dəhlizdən heç bir halda geri çəkilməyəcək. Bunu nə Rusiya, nə İran, nə də digər aktorlar dəyişdirə bilər.

Yekun olaraq qeyd etmək lazımdır ki, “Zəngəzur dəhlizi bitdi” demək, təkcə Azərbaycanın strateji hədəflərini yanlış dəyərləndirmək deyil, həm də bölgədə baş verən geosiyasi reallıqları görməzdən gəlməkdir. Bu layihə hələ başlamayıb, amma artıq yeni dünya düzənində yerini alıb. Və onu əngəlləmək istəyənlərin qarşısında təkcə Bakı yox, Türkiyə, Çin və Orta Asiya ölkələri də dayanır.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Paşinyan erməni kilsəsinə hücum etdi, keşişlər silahlanır - Qərb isə yenə Ermənistanı gücləndirmək niyyətinə düşüb
Bu gün, 20:33
Kəlbəcərdə traktor minaya düşüb, xəsarət alan var
Bu gün, 20:30
Kəlbəcərdə traktor minaya düşüb, xəsarət alan var
Bu gün, 20:29
Müştərilərin pulları qeybə çəkildi: şirkət aradan çıxdı... - MÜRACİƏT
Bu gün, 12:39
“Qarabağda hər kəs ev tikə bilməz” - ÇÜNKİ...
Bu gün, 12:24
"Özəl xəstəxanaların əksəriyyəti insanları soymaq üçündür" - ETİRAZ
Bu gün, 12:20
Paşinyan üçün ölümcül təhlükə var – Şahnazaryan
Bu gün, 12:17
İrəvanda məktəbə atəş açıldı
Bu gün, 12:14
Adı Saleh olan, əməli saleh olmayan adam – İki səhvi 4 aylıq həbslə nəticələnidi
Bu gün, 12:12
Tramp və Putin bunu anlayır - Yeni sistem
Bu gün, 09:06
Naxçıvanda vəziyyət daha da acınacaqlıdır... - ETİRAZ VAR!
Bu gün, 08:51
Regionda güc mərkəzi artıq Azərbaycan və Türkiyədir - FAKT BUDUR!
Bu gün, 08:28
Rusiyanın təsiri: Pxenyan ordusu yenidən güclənir... - NYT
Bu gün, 08:25
Yenə də 'Kontakt Home'... Yenə də narazılıq... - Borcu ödəsən də borclusan...
Bu gün, 08:22
Bu şəxslər Bakıdan rayonlara göndərilə bilər – Daimi yaşamaq üçün…
Bu gün, 07:40
Stiv Deynsin Bakı səfəri sadəcə bir səfər deyil - ÇÜNKİ...
Bu gün, 07:36
Dünyanın geosiyasi səhnəsində yeni bir güc mərkəzi, bölünməz ittifaq formalaşır - GƏLİŞMƏ
Bu gün, 07:29
Ağlar günə qalan Azərbaycan səhiyyəsi... - NARAZILIQ VAR...
Bu gün, 07:26
Bu şikrət tenderdə 988 min ucuz qiymətlə qalib gəldi - DETALLAR
Bu gün, 07:16
Ayaz Musayevə SUİ-QƏSD CƏHDİ: Daha kimlərin başı ağrıya bilər? - Bakıda istintaq qurulacaqmı?
Bu gün, 07:10
Ermənistanda Paşinyana qarşı cinayət işinin açılması üçün çağırış edilib - KİV
Bu gün, 06:56
Tehran xəbərdarlıq mesajı ilə hesablaşmaq məcburiyyətindədir - Ərdoğanın İrana Zəngəzur mesajı
Bu gün, 06:53
Azərbaycan Zəngəzur dəhlizindən imtina etsə... - Ermənistan ciddi siyasi və iqtisadi itki yaşaya bilər
Bu gün, 06:51
“Sülhdən yana-yana danışmağın nədir, sülhdən qaçmağın nədir?” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:47
Zəngəzurda konsulluq "savaşı" qızışır: - İran artıq oradadır, Fransa və Rusiya da açıq mübarizəyə keçib
Bu gün, 06:45
Bu gün I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçiriləcək - DİQQƏT
Bu gün, 06:21
"Mənim niyə bahalı maşınım olmasın?"
Bu gün, 00:17
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
Bu gün, 00:12
Hindistan təyyarəsinin vurulduğunu təsdiqlədi
Dünən, 18:03
"Arvad ərinə belə sillə vurmaz" - Peskov da reaksiya verdi
Dünən, 18:01
Paşinyan erməni ruhanilərini təhqir etdi, savaş başladı: - Katolikos və baş nazir qırğında
Dünən, 17:58
Sərkisyana və onun bəzi sevimli keşişlərinə cinsi xidmət göstərən şəxs Anna Akopyana qarşı... - KİV
Dünən, 17:49
Füzuli Hüseynovdan töhmət və şuradan uzaqlaşdırılma qərarına REAKSİYA
Dünən, 17:47
"Vətəndaşlar öz əmlaklarından istifadə edərək kredit ala bilmir" - deputat
Dünən, 17:45
“Biz İrəvanı sülhə məcbur edəcəyik” - Başqa cür ola da bilməz...
Dünən, 17:39
Növbəti danışıqlara hazırlıq və: - hələ də təqdim olunmayan memorandum
Dünən, 17:37
İrəvan Parisə “hə” dedi, Moskva qəzəbləndi: - Zəngəzurda İrana qarşı yeni plasdarm
Dünən, 17:36
Jurnalistə vəzifə verildi - FOTO
Dünən, 17:30
Minatəmizləmə Agentliyi 3 milyonluq texnika və avadanlıq alır - DETALLAR
Dünən, 17:27
Emin Əmrullayev Məleykə Abbaszadəyə qarşı - Nazirin ŞOK PLANI ÜZƏ ÇIXDI
Dünən, 17:23
Azərbaycanda kazinolar yenidən açılsın, yoxsa yox? – Faydaları və zərərləri
Dünən, 17:19
"İndi Azərbaycanın rəsmi milyonçusu idim"
Dünən, 17:17
I qrupda kəskin rəqabət olacaq: riyaziyyat və fizika çətinləşəcək - AÇIQLAMA
Dünən, 17:14
“Bakcell” “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə qoşuldu
Dünən, 17:11
Kreml gələcəkdə Rusiyanın özünü dağıdacaq planlar qurur: - Qərb yeni "şər imperiyası"nın yaradılması ilə barışmaz
Dünən, 17:07
DTX-nin saxladığı Saleh Səmədov barəsində həbs qətimkan tədbiri seçilib - TƏFƏRRÜAT
Dünən, 17:05
"TCF" BOKT kiçilib, gəlirləri və mənfəəti azalıb - HESABAT
Dünən, 13:05
Uşaqların Beynəlxalq Müdafiəsi Günü Abşeronda şəhid övladları ilə birgə qeyd edilib - FOTO
Dünən, 13:00
Maşınlar AYNA-nın əlindən səkilərə çıxdı: piyadalara QANAD AÇMAQ QALIR... - FOTOFAKT
Dünən, 12:58
Saleh Səmədov həbs edildi - DETALLAR
Dünən, 12:52
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru