"2024-cü ilin iyul ayından etibarən balansımdakı məbləği götürə bilmirəm". Bu barədə"DİA-AZ"a edilən vətəndaş müraciəində deyilir.
Narazı vətəndaş daha sonra bildirir: "Cavab olaraq deyirlər ki, bizim şərtlərimizə uyğun deyil. 2024-cü ilin oktyabr ayından etibarən balansdakı məbləğlə sifariş etmək istəyəndə 2-4 dəfə sifarişim ləğv olundu . Noyabr- Dekabr aylarında dedilər ki, biz fəaliyyəti dayandırmışıq. Sual verdim ki bəs onda niyə məbləğimi geri qaytarmırsınız? Dedilər ki, qaytaracağıq... 30.05.2025 tarixindən etibarən nömrələri söndürüb cavab vermirlər. Qeyd edim ki, balansım 1050 tl (83 manat)dır.
Bildirdim ki, pulu mənimsənilən tək mən deyiləm. Yüzlərlə müştəri şikayətçi ola bilər və görünür, pulları götürüb aradan çıxıblar".