Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dövlət Sosial Müdafiə Fondu Publik Hüquqi Şəxsinin Bakı şəhəri Binəqədi Rayon Xidmət Nümayəndəliyinin vergi borcu üzə çıxıb.
32gun.az-ın əldə etdiyi məlumata görə, nümayəndəliyin dövlət büdcəsinə olan vergi borcu 32 302.19 AZN təşkil edir.
Nümayəndəliyin sədri Ərzuman Hüseynov Rizvan oğludur.