Azərbaycanda kazinolar yenidən açılsın, yoxsa yox? .....                     "İndi Azərbaycanın rəsmi milyonçusu idim" .....                     I qrupda kəskin rəqabət olacaq: riyaziyyat və fizika çətinləşəcək .....                     “Bakcell” “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə qoşuldu .....                     Kreml gələcəkdə Rusiyanın özünü dağıdacaq planlar qurur: .....                     DTX-nin saxladığı Saleh Səmədov barəsində həbs qətimkan tədbiri seçilib .....                     "TCF" BOKT kiçilib, gəlirləri və mənfəəti azalıb .....                     Uşaqların Beynəlxalq Müdafiəsi Günü Abşeronda şəhid övladları ilə birgə qeyd edilib .....                     Maşınlar AYNA-nın əlindən səkilərə çıxdı: piyadalara QANAD AÇMAQ QALIR... .....                     Saleh Səmədov həbs edildi .....                     Təhsildə Keyfiyyət Təminatı Agentliyi daha bir məhkəmə işini uduzdu: .....                     İlon Maska qarşı sensasion ittiham .....                     Köçkün tələbələrin təhsil güzəşti ləğv olunur? .....                     Mülayim şimal-qərb küləyi əsəcək .....                     "Duqinin açıqlamaları xof yaratmaq məqsədi güdür" .....                     BU NƏDİ BELƏ: Eltisinin ölümünə görə həbs olunan həkim iş başında... .....                     Əmək müqaviləsinin ləğv edilməsi barədə... .....                     Ermənistan iqtisadiyyatında baş verən şişirtmələr kimlərə hesablanıb .....                     Qəbul imtahanına düşən çətin sualları kim hazırlayıb? .....                     Aqil Abbasdan analara çağırış: .....                     Zəngəzur dəhlizinə problem yaradan 4-cü ölkə: Əsas hədəfi budur .....                     Simonyanın “300 min azərbaycanlı” açıqlaması qorxuludur? .....                     "Merkuri BOKT"-nın mənfəəti 2,7 dəfə azalıb .....                     "Bu addım atılarsa, sülh müqaviləsinin imzalanması ehtimalı güclənə bilər" .....                     “Xəstə əməliyyat üçün Qüdrət Həsənquliyevdən icazə alacaq?” .....                     İrəvanın “sülh tələsi” .....                     Sərhəddə mobil telefon əməliyyatı: təhqiqatçı islah işlərinə məhkum edildi .....                     Müharibədə ciddi dönüş: .....                     Paşinyan düşmənləri ilə mübarizədə .....                     Qəbul imtahanın nəticələri nə zaman elan olunacaq? .....                     Kamran Əliyevdən yüksək vəzifəyə TƏYİNAT .....                     AZERCELL-dən YENİ BAHALAŞMA DALĞASI .....                     Tanış olduğu qadınları qarət edən .....                     Xüsusi məktəbdə müəllim azyaşlıya şiddət göstərib? .....                     Azərbaycan - Türkiyə - Pakistan birliyi … .....                     Prezidentin “mesajlar lazımi ünvana çatacaq” ismarışı .....                     Rəvan Qarayev qəzaya düşdü .....                     Qorxmaz Hüseynovdan ƏMANƏT QALAN TENDERYEYƏN... .....                     Dostunun maşınını qarət edən keçmiş FHN əməkdaşı həbs edildi .....                     Əmrullayevin QURBANLIQ DİREKTORLARI... .....                 

İrəvandan verilən pozitiv barış mesajları: Bakı sülhə hazırdır, amma... - AKTUAL
Tarix: Dünən, 11:21 | Çap et

Ermənistan tərəfindən rəsmi şəkildə sülh bəyanatları səslənməkdədir. Son günlər qarşı tərəfin üç yüksək rütbəli məmuru sülh sazişinin imzalanması tarixi ilə bağlı fikirlərini səsləndiriblər. Mayın 28-də Ermənistanın Baş naziri Nikol Paşinyan deyib ki, “İrəvan və Bakı sülh sazişinin imzalanmasının tarixini razılaşdırmaq üçün ikitərəfli məsləhətləşmələr aparır”. Baş nazir eyni zamanda, Türkiyə ilə də “aktiv dialoq” apardıqlarını qeyd edib.

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan da bu haqda danışıb. Qriqoryan erməni jurnalistlərinə bildirib ki, “hazırda sülh müqaviləsi imzalamaq üçün diplomatik kanallar vasitəsilə Azərbaycanla məsləhətləşmələr aparırıq. Sülh sazişinin mətni artıq razılaşdırılıb, onun imzalanması qalır".

Qriqoryanın sözlərinə görə, Ermənistan tərəfi sülh müqaviləsinin imzalandığı gün ATƏT-in Minsk Qrupunun buraxılması ilə bağlı bəyanatı imzalamağa hazır olduğunu bildirib. Müqavilənin imzalanmasına mümkün maneələr barədə sualı cavablandıran Qriqoryan deyib: “Konstitusiyaya gəlincə, bu məsələdə Ermənistanın mövqeyini artıq bilirsiniz”.

Eyni zamanda, Ermənistan Parlamentinin sədri Alen Simonyan isə bir qədər irəli gedərək söyləyib ki, “yaxın vaxtlarda sülh müqaviləsinin imzalanma vaxtı barədə daha real məlumat veriləcək”.

"Sülh müqaviləsi üzrə müzakirələr davam edir və davam edəcək", - Simonyan qeyd edib.
Ermənistan rəsmiləri davamlı sülh bəyanatları səsləndirsələr də, rəsmi İrəvan hələ ki, Azərbaycanın əsas iki tələbini – Konstitusiya dəyişikliyini həyata keçirməyib, Minsk Qrupunun de-yure ləğvi barədə ATƏT-ə Bakı ilə birgə müraciət etməyib. Şərtlər yerinə yetirilmədən ermənilərin sülh bəyanatlarının, sazişin vaxtı ilə bağlı açıqlamalarının arxasında nəyin dayandığı maraq kəsb edir.

AYNA.AZ-ın mövzu ətrafında suallarını cavablandıran Milli Məclisin deputatı Azər Allahverənov deyib ki, İrəvandan pozitiv mesajlar verilir, amma dilə gətirilən fikirlərin praktiki təsdiqini görmürük:

- Ümumilikdə isə sülh sazişi ilə bağlı verilən bəyanatlar, səsləndirilən fikirlər pozitiv hal kimi dəyərləndiriə bilər. Çünki biz bilirik ki, Ermənistan hakimiyyətində olan şəxslər açıq-aşkar neqativ tonlar üzərində fikirlər səsləndirməsələr də, pozitiv nəsə də demirdilər. Son zamanlar isə açıq şəkildə sülhə hazır olduqlarından danjışırlar. Hətta Azərbaycanın iki şərtindən birini qəbul etdiklərini də açıq şəkildə dilə gətirirlər. Qriqoriyan Minsk Qrupunun ləğvi ilə bağlı müraciətin sülh sazişi imzalanan gün ediləcəyini bildirdi. Təbii ki, Azərbaycanın mövqeyinə baxmaq lazımdır. Azərbaycan şərti budur ki, sülh sazişindən əvvəl bu problemlər yoluna qoyulmalıdır. Bakı mövqeyində qətidir. Lakin demək istədiyim odur ki, bunu deməklərinin özündə də pozitivlik müşahidə edilir. Hesab edirəm ki, Ermənistan tərəfindən son günlər sülh sazişi ilə bağlı bəyanatların səsləndirilməsinin arxasında da bir sıra səbəblər və amillər var.

- Onlar hansı səbəb və amillərdir?

- Məsələ burasındadır ki, dünyada çox ciddi siyasi proseslər gedir və bu proseslər fonunda biz Azərbaycanın mühüm əhəmiyyət kəsb edən, geosiyasi vacib gedişlərini görürük. Azərbaycan açıq şəkildə regionlaşma dediyimiz prosesdə Avrasiya dediyimiz məkanda söz sahibi olan regional mərkəzə çevrilməkdədir. Azərbaycanda bir çox beynəlxalq tədbirlər keçirilir, bəşəriyyət üçün mühüm əhəmiyyətli hadisələr platforması qurmağa nail olur. Ermənistan isə bu proseslərin içərisində deyil. Baxmayaraq ki, İrəvana yeni çağırışlarla bağlı mesajlar verilir, Ermənistan bu çağırışlara müsbət yanaşmır. Bu isə Ermənistan konstruktiv dialoqdan yayınıb, sülh prosesindən müxtəlif formalarda yayınma nümayiş etdirib. İndi isə Ermənistan anlayır ki, mövqeyində yanlışlıqlar var və bu, dövlətə ziyandan başqa nəsə vermir. Təbii ki, bu fikirdə olan erməni hakim dairələridir. Ermənistan cəmiyyətinin yarısı belə düşünmür. Çünki erməni cəmiyyəti monolit deyil, xaotik vəziyyət hökm sürür. Çoxsaylı siyasi mərkəzlərə, müxtəlif dövlətlərə bağlı olan zümrələr var ki, onlar sülhü qəbul etmək istəmirlər. Erməni əhalisinin yekdil mövqeyi mövcud deyil. Bir qism Paşinyan hökumətinə rəğbət bəsləyir, bir qism revanş hissi ilə alışıb-yanır, başqa bir qism “nə müharibə, nə sülh” prinsipi ilə yanaşır. Görünən odur ki, Paşinyan hökumətinin niyyəti erməni cəmiyyətində yekdil fikir formalaşdırmaqdır ki, bu fikir də sülh gündəliyi üzərində köklənsin. Sülh bəyanatlarının da arxasında məhz bu səbəblər və amillər dayanır.

- Bu bəyanatların praktikada işləyəcəyi ehtimalı varmı?

- Gələn il Ermənistan üçün iki səbəbə görə önəmlidir. Birincisi odur ki, 2026-cı ildə Ermənistanda parlament seçkiləri keçiriləcək və o seçkilərə qədər Paşinyan çalışır ki, onun siyasi iflasına səbəb olacaq addımlar atmasın. Ona görə də Paşinyan hökuməti, erməni rəsmilər pozitiv fikirləri də məhdud çərçivədə səsləndirir. Məsələn, Ermənistan Konstitusiyasının dəyişdirilməsi ilə bağlı aydın mövqe ortaya qoyulmur. Gah deyir ki, Ermənistan Konstitusiyasında islahatlar aparılacaq, müəyyən zaman qoyulub, gah deyir ki, Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiası yoxdur və s. Yəni Paşinyan çalışır ki, proseslər onun əleyhinə getməsin. Çünki parlament seçkiləri Paşinyan üçün çox həlledicidir və o hakimiyyətini itirmək istəmir. Paşinyan başa düşür ki, Gümrüdəki seçkilərdə müxaliflərin qalib gəlməsi, eyni zamanda, müxalifətdə olan qüvvələr var gücləri ilə çalışırlar ki, hakimiyyətə gəlsinlər. Paşinyan bunu görür və ehtiyatlı addımlar atır.

İkincisi, gələn il Ermənistanda Avropa Siyasi Birliyinin sayca 8-ci sammiti keçiriləcək. Biz o sammitin fəlsəfəsinə baxmalıyıq. Bu tədbir daha çox sülh, sabitliyik və təhlükəsizliklə bağlıdır. Sammitdə dünyadakı münaqişə ocaqlarında sülhün əldə olunması üçün çağırışlar edilir. Deməli Ermənistan bütün vəchlə çalışır ki, həmin saamitdən əvvəl sülh danışıqlarında ciddi uğurlara imza atılsın. Məncə, sülh bəyanatlarının arxasında dayanan da məhz bu amillərdir.

- Buna nail olmaq mümkündürmü?

- Əlbəttə, hər şey mümkündür. Daha doğrusu, hər şey Ermənistanın atacağı addımlardan asılıdır. Yenə deyirəm, Azərbaycan tərəfinin mövqeyi açıq və konkretdir: Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarını özündə ehtiva edən maddə çıxarılmalı, Minsk Qrupunun ləğvi ilə bağlı ATƏT-ə birgə müraciət ünvanlanmalıdır. Bunlar əsas iki şərtdir. Təbii ki, başqa məqamlar da var ki, onların həlli istiqamətində danışıqlar aparılmalı, razılıqlar əldə olunmalıdır. Amma bu iki şərtin İrəvan tərəfindən qəbul olunması mütləqdir. Rəsmi Bakı yarımçıq, dayanıqlı olmayan sülh sazişinə imza atılmayacağını bəyan edib. Tələsik və kövrək sülh sazişi sonradan yeni problemlərin yaranması ilə nəticələnər ki, bu bizim üçün məqbul deyil. Necə deyərlər: top Ermənistan tərəfindədir. Ermənistan təxribatları dayandırmalı sülhdə səmimi olduğunu əməlində nümayiş etdirməlidir.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycanda kazinolar yenidən açılsın, yoxsa yox? – Faydaları və zərərləri
Bu gün, 17:19
"İndi Azərbaycanın rəsmi milyonçusu idim"
Bu gün, 17:17
I qrupda kəskin rəqabət olacaq: riyaziyyat və fizika çətinləşəcək - AÇIQLAMA
Bu gün, 17:14
“Bakcell” “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə qoşuldu
Bu gün, 17:11
Kreml gələcəkdə Rusiyanın özünü dağıdacaq planlar qurur: - Qərb yeni "şər imperiyası"nın yaradılması ilə barışmaz
Bu gün, 17:07
DTX-nin saxladığı Saleh Səmədov barəsində həbs qətimkan tədbiri seçilib - TƏFƏRRÜAT
Bu gün, 17:05
"TCF" BOKT kiçilib, gəlirləri və mənfəəti azalıb - HESABAT
Bu gün, 13:05
Uşaqların Beynəlxalq Müdafiəsi Günü Abşeronda şəhid övladları ilə birgə qeyd edilib - FOTO
Bu gün, 13:00
Maşınlar AYNA-nın əlindən səkilərə çıxdı: piyadalara QANAD AÇMAQ QALIR... - FOTOFAKT
Bu gün, 12:58
Saleh Səmədov həbs edildi - DETALLAR
Bu gün, 12:52
Təhsildə Keyfiyyət Təminatı Agentliyi daha bir məhkəmə işini uduzdu: - tələbənin diplomu tanınacaq
Bu gün, 12:44
İlon Maska qarşı sensasion ittiham - Bu icmanın ölümünə səbəb olur...
Bu gün, 12:43
Köçkün tələbələrin təhsil güzəşti ləğv olunur? - AKTUAL
Bu gün, 12:21
Mülayim şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:16
"Duqinin açıqlamaları xof yaratmaq məqsədi güdür"
Bu gün, 12:15
BU NƏDİ BELƏ: Eltisinin ölümünə görə həbs olunan həkim iş başında... - Müştəri qəbul edir
Bu gün, 12:04
Əmək müqaviləsinin ləğv edilməsi barədə... - Ekspert danışır...
Bu gün, 11:58
Ermənistan iqtisadiyyatında baş verən şişirtmələr kimlərə hesablanıb - İNCƏLƏMƏ
Bu gün, 11:53
Qəbul imtahanına düşən çətin sualları kim hazırlayıb? - DİM sədri AÇIQLADI
Bu gün, 11:41
Aqil Abbasdan analara çağırış: - “Oğlan uşağına bunu geyindirməyin!”
Bu gün, 11:38
Zəngəzur dəhlizinə problem yaradan 4-cü ölkə: Əsas hədəfi budur - AÇIQLAMA
Bu gün, 11:35
Simonyanın “300 min azərbaycanlı” açıqlaması qorxuludur? - “Fakt”
Bu gün, 11:32
"Merkuri BOKT"-nın mənfəəti 2,7 dəfə azalıb - HESABAT
Bu gün, 11:30
"Bu addım atılarsa, sülh müqaviləsinin imzalanması ehtimalı güclənə bilər" - Zərdüşt Əlizadə BELƏ DEYİR...
Bu gün, 11:17
“Xəstə əməliyyat üçün Qüdrət Həsənquliyevdən icazə alacaq?” – Həkimdən ETİRAZ
Bu gün, 11:12
İrəvanın “sülh tələsi” - Bakı “B planı”nı işə sala bilər
Bu gün, 11:10
Sərhəddə mobil telefon əməliyyatı: təhqiqatçı islah işlərinə məhkum edildi - TƏFƏRRÜAT
Bu gün, 11:06
Müharibədə ciddi dönüş: - bunu gözləməyə dəyərdi
Bu gün, 11:01
Paşinyan düşmənləri ilə mübarizədə Yaradandan kömək dilədi...
Bu gün, 10:59
Qəbul imtahanın nəticələri nə zaman elan olunacaq? – Məleykə Abbaszadə AÇIQLADI
Bu gün, 10:56
Kamran Əliyevdən yüksək vəzifəyə TƏYİNAT - ƏMR
Bu gün, 10:44
AZERCELL-dən YENİ BAHALAŞMA DALĞASI - SİYAHI
Bu gün, 10:41
Tanış olduğu qadınları qarət edən azərbaycanlı gənc TUTULDU
Bu gün, 10:38
Xüsusi məktəbdə müəllim azyaşlıya şiddət göstərib? - FOTO
Bu gün, 10:34
Azərbaycan - Türkiyə - Pakistan birliyi …
Bu gün, 10:31
Prezidentin “mesajlar lazımi ünvana çatacaq” ismarışı - Xəbərdarlıq düz oxunmasa...
Bu gün, 10:29
Rəvan Qarayev qəzaya düşdü
Bu gün, 10:27
Qorxmaz Hüseynovdan ƏMANƏT QALAN TENDERYEYƏN... - İLGİNC FAKTLAR...
Bu gün, 10:21
Dostunun maşınını qarət edən keçmiş FHN əməkdaşı həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 09:53
Əmrullayevin QURBANLIQ DİREKTORLARI... - NƏ BAŞ VERİR?
Bu gün, 09:48
Cəlilabadda kartof sürətlə UCUZLAŞIR
Bu gün, 09:44
ABŞ Ukraynaya 2 iyun danışıqlarında iştirak etmək barədə təzyiq edə bilər - “The Washington Post“
Bu gün, 09:35
"Bu ölkələrin bundan sonra da birgə layihələri olacaq" - deputat
Bu gün, 09:25
Moskvanın Zəngəzur planları: Sülh prosesinin əhəmiyyəti... - NƏ ETMƏLİ?
Bu gün, 09:19
Qarabağın “Kəşmiri” ilə bağlı mühüm qərar – Üç ölkə razılaşdı
Bu gün, 09:18
Tramp sülh istəyir, ona görə də Bakıya gələ bilər - AKTUAL
Bu gün, 09:15
Qeyri-neft sektorunun istənilən artımına sevinmək lazımdır - ÇÜNKİ...
Bu gün, 09:06
Vasif Talıbovun səhhəti pisləşdi: Ölkədən buraxılmadı - TƏFƏRRÜAT
Bu gün, 09:00
Zəngəzur dəhlizinə qarşı “üçlü” ittifaq - Məkrli plan
Bu gün, 08:49
İctimai nəqliyyatın MÖVSÜMİ PROBLEMİ... - Düzələnə oxşamırıq...
Bu gün, 08:45
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru