"AUTODOC AS COMPANY" MMC-nin külli miqdarda vergi borcu var.
32gun.az-ın əldə etdiyi məlumata görə, sözügedən Məhdud Məsuliyyətli Cəmiyyətinin dövlətə 146 476,22 manat vergi borcu olduğu məlum olub.
Cəmiyyətin nizamnamə kapitalı cəmi 50 manat təşkil edir. Şirkətin qanuni təmsilçisi Əli Yusifov Məhəmməd oğludur.
Vergi borcu ilə bağlı müvafiq qurumlar tərəfindən tədbirlərin görüləcəyi gözlənilir.