Gürcüstan Ermənistandan gələn bu məhsullara qadağa qoydu .....                     Paşinyan “Hraparak”ı məhkəməyə verir .....                     Boradigahi Cahandar Bayoğlunu məhkəməyə verdi .....                     "Şükür Allaha, bu ad günümdə tək deyiləm" .....                     Mirzoyanın arvadına yüksək vəzifə verildi .....                     Vaşinqton Bakı ilə bağlı planını açdı: Trampın bəyanatındakı xüsusi mesaj .....                     Arif Hacılı və Razi Nurullayev ermənilərlə BİR ARADA .....                     “Niyə haram iş görürsünüz?!” .....                     Mənzil idarəçiliyində görünməz qüvvələr oyundadır .....                     Şakro Molodoy illərin acığını BELƏ ÇIXDI .....                     İrəvanda açıq savaş: Kim kimi devirəcək? .....                     “Boz kardinal” İvanişvili hakimiyyətdə təsirini saxlayır .....                     İrəvan Bakını yenə haqlı çıxardı .....                     Berlinlə bundan sonra .....                     “Liseylər sosial status simvoluna çevrilərsə, .....                     2 nömrəli avtobus hər gün niyə yarım saatdan çox GECİKİR? .....                     Kəmaləddin Heydərovun bacanağının şirkətində rektorun kürəkəninə vəzifə verildi .....                     Xüsusi karantin rejimi iyun ayında başa çatıb, yoxsa...? .....                     "Tramp və Maskın birbaşa danışığı gözlənilmir" .....                     Adil Əliyevlə bağlı ŞOK: İcra başçısı Türkiyəyə istintaqa çağrıla bilər .....                     Matviyenko Ermənistana: .....                     Pakistanlı iş adamı Bakı hava limanında həbs edildi .....                     Özünü “peyğəmbər” kimi təqdim edən şəxsin ƏSL NİYYƏTİ üzə çıxdı .....                     Xətaidə konsert proqramı təşkil olundu .....                     Azərbaycan dilində şeir oxuyan Pezeşkian .....                     İki yeniyetmə erməni azaraq Azərbaycan ərazisinə KEÇDİ .....                     DİM-in şagird və müəllimləri üz-üzə qoyan SUALLARI .....                     İndi əsas oyunlar Ermənistanda gedir .....                     “Zəngilanda öz hesabıma balıq konservi zavodu yaradaram” .....                     Kilsə vasitəsilə çevriliş cəhdi və Paşinyanın əks-həmlələri: .....                     18 yaşlı arvadının başını kəsən şəxsə ağır cəza... .....                     İki naxçıvanlı deputatın Əshabi-Kəhf mübahisəsi .....                     Mülayim şərq küləyi əsəcək .....                     “Səhiyyəmizdə kifayət qədər problemlərimiz var” .....                     "Heç birinizdən qorxmuram, sizi Allaha tapşırmışam" .....                     Başçı kefqom olanda RAYON BU GÜNƏ QALIR... .....                     Naxçıvan Konstitusiyası dəyişir .....                     Bu əraziləri qanunsuz özəlləşdirən məmurlara sərt cəza .....                     56 yaşlı kişi evində sevgilisi ilə yeyib-içdi, ona şiddət göstərdi .....                     Naxçıvanda icra hakimiyyəti NƏ İŞƏ YARAYIR Kİ... .....                 

Rusiyada azərbaycanlılara qarşı aşağılayıcı söz: “Oğlu…” - NƏ BAŞ VERİR?
Tarix: Dünən, 07:03 | Çap et

Mayın sonunda Xantı-Mansi Muxtar Dairəsi Dumasının Kommunist Partiyasından olan deputatı, azərbaycanlı Xalid Tağızadə iclas zamanı “təhlükəli dərəcədə sərbəst” danışdı – o xatırlatdı ki, Yuqra və Tümen vilayətinin bir hissəsi bir vaxtlar özbək Şeybanilər sülaləsindən olan Kuçum xanın idarə etdiyi Sibir xanlığı olub. Yəni onun məntiqinə görə, bəzi miqrantlar “tarixi vətənlərinə qayıdırlar”.

Bu tezis Rusiyada elmi yox, əsəbi reaksiya doğurdu. Tarixi faktı xatırlatmaq cəhdi dərhal tənqidlə üzləşdi. Tağızadənin üzr istəməsinə baxmayaraq, onu vəzifəsindən kənarlaşdırdılar. Rəsmi səbəb isə Dumanın “nüfuzuna zərər yetirmək” kimi qeyd olunub.

Təxminən eyni vaxtda Vahid Rusiya Partiyasından olan Vorkuta şəhər dumasına namizəd Cəlil Rəfiyevin videosu internetdə viral oldu. O, rusca ləhcə ilə danışaraq, seçicilərinə həyatından bəhs edirdi: 90-cı illərdə Rusiyaya köçüb, işləyərək bir neçə mağaza açmağa nail olub. Bu, post-sovet məkanına xas tipik həyat hekayəsidir. Rusiya mediasının reaksiyası da özünə xas idi: istehzalar, miqrantlar barədə təhqiredici ifadələr. Rusiyalı deputat Mixail Matveyev isə həmkarı Valuyev və azərbaycanofob Zatulinin ənənəsinə uyğun olaraq, Rəfiyev haqqındakı rəylərə öz düşüncəsini əlavə etdi: “Hansısa Azərbaycan aulunda doğulub, 8 sinif bitirmiş adam indi deputatlığa namizədliyini irəli sürür”. Halbuki Azərbaycanda “aul” adlı yaşayış məntəqəsi növü yoxdur.

Bu iki azərbaycanlının mövzuları fərqlidir, amma Rusiyanın media maşını onları dərhal eyni alçaldıcı ifadə altında birləşdirdi: “Oğlu”. Şovinist çevrələrdə azərbaycanlıları məhz belə ümumiləşdirirlər. Elə Matveyev də bunu “OĞLU” deputatlığının benefisi” adlandırdı. Bunu kinayə ilə və heç bir məsuliyyət hiss etmədən etdi, halbuki Dövlət Dumasının nüfuzuna zərbə vuran Tağızadə yox, elə özü idi.

Bəs bu “ikili standartlar” nədir və azərbaycanlılara kim bu ayamaları yapışdırır?

Bu kampaniya təsadüfi deyil və uzun müddətdir ki, şovinist ritorikaya uyğun hərəkət edən bəzi media resursları tərəfindən planlı şəkildə qızışdırılır. Onlardan biri də Teleqram məkanında fəaliyyət göstərən “Rıbar” kanalıdır. Bu şovinist platforma iki gün əvvəl guya miqrant adı altında gizlənmiş “Azərbaycan mafiyası” haqqında yeni material dərc etmişdi. “Rıbar” Rusiyada 500 min azərbaycanlının yaşadığını yazaraq bu rəqəmi “istila” kimi qələmə verdi. Halbuki söhbət əsasən Rusiya vətəndaşlarından gedirdi, onların da çoxu Dərbənd, Həştərxan və ya Moskvada doğulublar. Üstəlik, son 20 ildə Rusiyada yaşayan azərbaycanlıların sayı 150 min nəfər azalıb. Amma sifarişçilərə “düşmən” obrazı yaratmaq lazım idi, ona görə də rəqəmləri heç kim dəqiqləşdirmədi.

Həmin yazıda “Rıbar” həm də oxucularına sual edir: Heydər Əliyevin abidələri Rusiyada nə üçün lazımdır? Fikir verin, sual tarix deyil, sırf təxribat yönümlüdür. Axı Heydər Əliyev SSRİ-də yüksək vəzifələrdə çalışıb, Nazirlər Sovetinin sədrinin birinci müavini olub, BAM-ın tikintisində, sənaye və kadr siyasətində onun rolu misilsizdir. Məsələ ondadır ki, milli zəmində növbəti informasiya hücumu üçün fürsət varsa, bu detallar təbii ki, yada salınmamalıdır.

Bu cür resurslar – həm daxildə, həm də xaricdə olan maraqlı qüvvələrin təsiri ilə – bu gün elə bir informasiya fonu yaradır ki, orada bir azərbaycanlı subyekt olaraq deyil, ümumiləşdirilmiş “oğlu” ləqəbi ilə istehza və rəddedilmə obyektinə çevrilir.

Halbuki məhz bu “oğlu”lar/oğullar vaxtilə həmin “yerlilər” üçün vətənini qurublar:

- Kərim Kərimov sovet kosmonavtikasının dahisi idi. Məhz onun rəhbərliyi ilə Qaqarin kosmosa uçmuşdu. Onun adı gizli saxlanılırdı, amma kosmosa çıxış onunsuz mümkün olmazdı.

- Tahir Salahov – rəssam, Rusiya Rəssamlıq Akademiyasının vitse-prezidenti. Sosialist Əməyi Qəhrəmanı, SSRİ və RF xalq rəssamı. Onun əsərləri Tretyakov qalereyasında sərgilənir.

- Həzi Aslanov – general-mayor, iki dəfə Sovet İttifaqı Qəhrəmanı.

- Fərman Salmanov – Sibir və Tümen neftini kəşf və istismar edən azərbaycanlı, elə həmən Xanti-Mansi və Yamalo-Nenets Muxtar dairələrinin, Surqut şəhərinin fəxri vətəndaşı. Sosialist Əməyi Qəhrəmanı, Lenin ordeni, iki dəfə Qırmızı Əmək Bayrağı ordeni, Lenin mükafatı və s. Surqut hava limanı onun adınadır.

Həddən artıq çox “OĞLU” yaza bilərik ki, Rusiyanın inkişafında əvəzsiz rol oynayıblar.

İndi də Rusiyanın “xüsusi əməliyyat zonası” adlandırdığı müharibədə Rusiya vətəndaşı olan “OĞLU”lar vuruşur, bu “OĞLU”lar Rusiya və onun ambisiyaları üşün canını fəda edir.

Bəli, onlar əslən azərbaycanlı olan Rusiya Federasiyası vətəndaşlarıdır. “OĞLU”lar səngərdə Rusiya üçün ölümə getdikləri kimi, deputat seçilməyə də tam haqları var.


Müəllif: Fatimə Zülfüqar

Axar.az











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Gürcüstan Ermənistandan gələn bu məhsullara qadağa qoydu
Bu gün, 18:03
Paşinyan “Hraparak”ı məhkəməyə verir
Bu gün, 18:02
Boradigahi Cahandar Bayoğlunu məhkəməyə verdi - Bu sözlərə görə
Bu gün, 17:58
"Şükür Allaha, bu ad günümdə tək deyiləm"
Bu gün, 17:39
Mirzoyanın arvadına yüksək vəzifə verildi
Bu gün, 17:35
Vaşinqton Bakı ilə bağlı planını açdı: Trampın bəyanatındakı xüsusi mesaj - GƏLİŞMƏ
Bu gün, 17:31
Arif Hacılı və Razi Nurullayev ermənilərlə BİR ARADA - FOTO
Bu gün, 17:26
“Niyə haram iş görürsünüz?!” – Xalq artistindən İNANILMAZ SÖZLƏR...
Bu gün, 17:21
Mənzil idarəçiliyində görünməz qüvvələr oyundadır -AÇIQLAMA
Bu gün, 17:16
Şakro Molodoy illərin acığını BELƏ ÇIXDI - Moskva "sxodka"sı
Bu gün, 17:14
İrəvanda açıq savaş: Kim kimi devirəcək? - GƏLİŞMƏ
Bu gün, 17:12
“Boz kardinal” İvanişvili hakimiyyətdə təsirini saxlayır - ŞƏRH
Bu gün, 17:09
İrəvan Bakını yenə haqlı çıxardı – Prezident iki ay öncə nə demişdi?..
Bu gün, 17:08
Berlinlə bundan sonra NƏ ETMƏLİ?..
Bu gün, 17:06
“Liseylər sosial status simvoluna çevrilərsə, təhsildə ədalətsizlik dərinləşəcək”
Bu gün, 17:04
2 nömrəli avtobus hər gün niyə yarım saatdan çox GECİKİR? - GİLEY
Bu gün, 17:01
Kəmaləddin Heydərovun bacanağının şirkətində rektorun kürəkəninə vəzifə verildi - FOTO
Bu gün, 16:59
Xüsusi karantin rejimi iyun ayında başa çatıb, yoxsa...? - Bəzi vətəndaşlarların iddiasına CAVAB
Bu gün, 16:57
"Tramp və Maskın birbaşa danışığı gözlənilmir" - Reuters
Bu gün, 16:55
Adil Əliyevlə bağlı ŞOK: İcra başçısı Türkiyəyə istintaqa çağrıla bilər - İLGİNC
Bu gün, 16:52
Matviyenko Ermənistana: - Biz sizi heç nəyə məcbur etmirik
Bu gün, 16:49
Pakistanlı iş adamı Bakı hava limanında həbs edildi
Bu gün, 13:00
Özünü “peyğəmbər” kimi təqdim edən şəxsin ƏSL NİYYƏTİ üzə çıxdı – Buna görə?!
Bu gün, 12:56
Xətaidə konsert proqramı təşkil olundu
Bu gün, 12:54
Azərbaycan dilində şeir oxuyan Pezeşkian Ermənistanda nə deyəcək?
Bu gün, 12:44
İki yeniyetmə erməni azaraq Azərbaycan ərazisinə KEÇDİ - KİV
Bu gün, 12:34
DİM-in şagird və müəllimləri üz-üzə qoyan SUALLARI - İLGİNC
Bu gün, 12:32
İndi əsas oyunlar Ermənistanda gedir - ŞƏRH
Bu gün, 12:26
“Zəngilanda öz hesabıma balıq konservi zavodu yaradaram” - Hafiz Hacıyev
Bu gün, 12:24
Kilsə vasitəsilə çevriliş cəhdi və Paşinyanın əks-həmlələri: - İrəvanda gərginlik
Bu gün, 12:17
18 yaşlı arvadının başını kəsən şəxsə ağır cəza...
Bu gün, 12:16
İki naxçıvanlı deputatın Əshabi-Kəhf mübahisəsi - DETALLAR
Bu gün, 12:06
Mülayim şərq küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:03
“Səhiyyəmizdə kifayət qədər problemlərimiz var” - deputat
Bu gün, 11:59
"Heç birinizdən qorxmuram, sizi Allaha tapşırmışam"
Bu gün, 11:49
Başçı kefqom olanda RAYON BU GÜNƏ QALIR... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:46
Naxçıvan Konstitusiyası dəyişir - Sənəd Milli Məclisə təqdim olunacaq
Bu gün, 11:37
Bu əraziləri qanunsuz özəlləşdirən məmurlara sərt cəza – Xəbərdarlıq edildi
Bu gün, 11:34
56 yaşlı kişi evində sevgilisi ilə yeyib-içdi, ona şiddət göstərdi - TƏFƏRRÜAT
Bu gün, 11:30
Naxçıvanda icra hakimiyyəti NƏ İŞƏ YARAYIR Kİ... - NARAZILIQ VAR...
Bu gün, 11:26
ADNSU-da yeni enerji laboratoriyası qurulur - 580 MİNLİK TENDER NƏTİCƏSİ
Bu gün, 11:13
Rusiyada uşaqlara təcavüz edib Azərbaycanda gizləndi
Bu gün, 11:08
Tramp Mask ilə qarşıdurma fonunda bir günə 1,1 milyard dollardan çox vəsait itirib - TASS
Bu gün, 11:03
Paşinyan katolikosa qarşı: seçkidən öncə son döyüş - Görünəni odur ki...
Bu gün, 10:37
"Bu tip oğurluqları məndən başqasına da edirlər yəqin..." - ETİRAZ VAR...
Bu gün, 10:30
“Manaf sözlərinə görə layiqli cavabını alacaq” - Sahib İbrahimov
Bu gün, 10:22
Paşinyan Fransanı “ürəyindən vurdu”, İlham Əliyevin dediklərini təsdiqlədi - “3 avroya sayt açıb...”
Bu gün, 10:16
Bakıda restoranın qarşısında kütləvi dava: Xəsarət alanlar və həbs olunan var - TƏFƏRRÜAT
Bu gün, 10:06
Naxçıvanda Əməkdar artist vəfat etdi - FOTO
Bu gün, 10:03
"Diaspor və Rusiyadakı erməni icmaları kilsəyə daha çox etibar edir" - deputat
Bu gün, 09:41
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru