Fövqəladə Hallar Nazirliyinin (FHN) tabeliyindəki "Azərdövlətsənayelayihə" Dövlət Layihə İnstitutu xidməti minik avtomobillərinin satın alınması ilə bağlı tender keçirib.
32gun.az bildirir ki, nəticədə qalib “Azərmaş Park” Məhdud Məsuliyyətli Cəmiyyəti olub. Müqavilənin dəyəri 136.000 manat təşkil edir.
Satınalma çərçivəsində 5 ədəd sedan tipli minik avtomobili alınıb.
Qalib şirkətin qanuni təmsilçisi Anar Hüseynov Adil oğludur, nizamnamə kapitalı isə 200 manat göstərilib.
Qeyd edək ki, "Azərdövlətsənayelayihə” Dövlət Layihə İnstitutunun bu ilin fevralında eyni tenderi yeni - 5 ədəd xidməti minik avtomobilinin alınması ilə bağlı elan etdiyi tender ləğv olunub. Qərarı Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti qəbul edib. Tenderin ümumi dəyəri 136 750 AZN olub.
Xatırladaq ki, "Azərdövlətsənayelayihə" Dövlət Layihə İnstitutunun rəhbəri Elçin Quliyev Malik oğludur.