Expressbankın İdarə Heyətinə yeni təyinat olub .....                     Azərbaycan-Türkiyə müttəfiqliyinin sarsılmaz təmini: Şuşa Bəyannaməsi ən strateji sənəddir .....                     Azərbaycanda orta aylıq əməkhaqqı 16 manat 80 qəpik artıb .....                     İsrail dünyadakı bütün səfirliklərini bağlayır .....                     İsrailin gözlədiyi NƏ İDİ... .....                     Tramp bunu özünün uğuru kimi qələmə verəcək .....                     Nəsimi rayonunda Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilidi .....                     “İş adamı” maskasının arxasında: Müqayis Verdiyev kimdir? .....                     Unibank rəhbərliyində yeni təyinat olub .....                     AZAL 3 şəhərə uçuşları ləğv edib .....                     Rusiya qoşunlarının mövcudluğuna son qoymaq niyyətində deyilik .....                     İran Prezidenti xalqa müraciət edib .....                     İsrail-İran arasındakı müharibədə .....                     Qriqoryan İrana hücumu Ermənistan üçün problem adlandırdı .....                     İsrail niyə İrana aviazərbələr endirib? .....                     "Laminar" MMC nizamnamə kapitalını kəskin şəkildə azaldıb .....                     Bir tərəfdə Azərbaycana təbrik, .....                     İsrail-İran münaqişəsi alovlanıb, bölgənin digər ölkələrinə də keçsə... .....                     “Ən yaxın müttəfiqlərini qoyub Azərbaycabndan bunu istəmək absurd deyilmi?” .....                     İsrail-İran qarşıdurması Azərbaycan iqtisadiyyatına necə təsir edə bilər? .....                     Kənd Təsərrüfatı Nazirliyi “Manqal” restoranına 2 min manat ödəyib .....                     "Milk-Pro" ləğv olunur .....                     Avropa Şurası sülh istəyirsə, İrəvana diqqətlə baxsın .....                     Mülayim şərq küləyi bir sıra ərazilərdə arabir güclənəcək .....                     YAP Qaradağ rayon təşkilatı Qurtuluş Günü ilə bağlı tədbir keçirdi .....                     İsrail əməliyyatdan qabaq İranda gizli baza yaradıb .....                     Nəzrin Mansurlunun ölümünə görə həbs olunan həkimin .....                     Neft Şirkəti Obyektləri üzrə Yanğından Mühafizə İdarəsində milyonların oyunu gedir .....                     İsrail nədən TƏLƏSİK ADDIM ATDI? .....                     İsrail İranın hərbi obyektlərini belə vurub .....                     Bakıda 44 nəfərə məcburi ərizə yazdırıb işdən çıxartdılar .....                     Keçmiş bankir özünə yeni şirkət yaratdı .....                     Bakıda şirkət rəhbərinin oğlu lüks avtomobillə avtoxuliqanlıq etdi: "Tələsirdim..." .....                     Rəsmi Bakı İsrailin İrana hücumuna .....                     İsrail İranı BOMBALADI: Tehran yəhudiləri qoyub yenədəmi zəif düşmən axtaracaq? .....                     Yeni Klinikanın həkimi vətəndaşı şikəst edib... .....                     İçində azərbaycanlıların olduğu təyyarə İrəvana eniş etdi .....                     “Qarabağı işğal edən əslində ermənilər deyil, onların “xaç atası” idi...” .....                     “Olympus” MTK kütləvi narazılıq yaradır... .....                     Almaz Ələsgərovadan ETİRAZ: .....                 

“Məni hədələyərək işdən çıxardılar” - Qadın cərrah
Tarix: Dünən, 16:09 | Çap et

meni-hedeleyerek-isden-cixardilar

Cərrah, travmatoloq-ortoped Asiman Məmmədova qanunsuz olaraq işdən çıxarıldığını deyir.

“Qafqazinfo”ya müraciət edən həkim bildirir ki, bu il yanvarın 22-də onun Azərbaycan Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutundakı işinə xitam verilib.

Şikayətçinin iddiasına görə, üstünə şər-böhtan atılıb və heç bir əsas olmadan işdən çıxarılıb: “Mən 12 ilə yaxındır ki, çalışıram. Uzun illərdir tibb sahəsində çalışan, vətən müharibəsi dönəmində xidmətlərinə görə sertifikatlarla təltif olunmuş və sertifikasiya imtahanında 100 faiz nəticə toplamış bir qadın cərrah olaraq bu gün dərin haqsızlıq və özbaşınalıqla üz-üzə qalmışam. Bu vaxta qədər məndən heç bir şikayət olmayıb. İşimdə nöqsanım olmayıb, töhmət almamışam. İnstitutun direktoru Rüstəm Talışinski əvvəlcədən məni hədələyərək ərizə yazmağımı tələb edib, əks halda məni işdən maddə ilə azad edəcəyini bildirib. Bu işdə ona Səhiyyə Nazirliyinin əməkdaşları Fazil Hüseynbəyov və Oqtay Babayev kömək edib”.

Asiman Məmmədova məsələ ilə bağlı həm Səhiyyə Nazirliyi, həm də Əmək Müfəttişliyinə müraciət edib: “Məhkəmə hazırlıq mərhələsində məlum oldu ki, mənim çalışdığım tibb müəssisəsi Müfəttişlik tərəfindən qanunsuz əmək səbəbilə cərimələnib. Artıq 5 aydır bu haqsızlığa qarşı qanun çərçivəsində mübarizə aparıram. Qanun mənim tərəfimdədir. Bəs niyə bu insanlar hələ də məni incidirlər?

Nəsimi Rayon Məhkəməsi mayın 5-də lehimə qərar çıxarıb. Bununla da mən işə bərpa olunmalıyam və kompensasiyam ödənilməlidir. Lakin müəssisə bu qərarla razılaşmayaraq əsassız şəkildə apellyasiya şikayəti verib. Halbuki onların heç bir hüquqi sübutu və əsaslandırması yoxdur. Mən açıq-aşkar qanunsuz şəkildə işdən azad olunmuşam. Bu qərar müəssisə direktorunun özbaşınalığı nəticəsində verilib. Mən həmin institutun yeganə aktiv qadın cərrahıyam. Bu qədər xidmət göstərdiyim, təcrübə qazandığım bir sahədə, təşəkkürlə qarşılanmalı olduğum halda, bu qədər təzyiqə və haqsızlığa məruz qalıram”.

İddialarla əlaqədar Səhiyyə Nazirliyinə sorğu ünvanladıq. Qurumdan müraciətimizə belə cavab verildi: “Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutundan verilən məlumata görə, Nəsimi Rayon Məhkəməsinin 05.05.2025-ci il tarixli, 2(006)-2273/2025 saylı qətnaməsi ilə iddiaçı Məmmədova Asiman Qurban qızı ilə əmək müqaviləsinə xitam verilməsi haqqında cavabdeh “Azərbaycan Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu” publik hüquqi şəxsinin 22.01.2025-ci il tarixli 22 saylı əmri və 13.03.2025-ci il tarixli, 84 saylı əmri ləğv edilib. İddiaçı Məmmədova Asiman Qurban qızı “Azərbaycan Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu” publik hüquqi şəxsin Əl cərrahiyəsi və yaralar şöbəsinin həkim-travmatoloq-ortopedi vəzifəsinə işə bərpa edilməsi və məcburi iş buraxmaya görə əmək haqqının hesablanaraq ödənilməsi cavabdeh “Azərbaycan Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu” publik hüquqi şəxsinə həvalə edilməsi qət edilib.

Nəsimi Rayon Məhkəməsinin 05.05.2025-ci il tarixli, 2(006)-2273/2025 saylı qətnaməsindən qanunvericiliyin tələblərinə uyğun olaraq 1 (bir) ay müddəti ötürmədən tərəfimizdən apellyasiya şikayəti verilib. Hazırda iş məhkəmə icraatındadır”.

Nazirlikdən bildirilib ki, Asiman Məmmədova barəsində hüquqpozmalara görə şikayətləri olub: “Azərbaycan Respublikasının Baş Prokurorluğu Bakı şəhəri Binəqədi Rayon Prokurorluğu tərəfindən Səhiyyə Nazirliyinə göndərilən təqdimatda Asiman Məmmədovaya 14.11.2024-cü il tarixdə Məmmədli Cavid Arzu oğlunun əməliyyatına görə 1000 ABŞ dolları pul ödənilməsi qeyd edilib və Məmmədova Asiman Qurban qızı barəsində icbari tibbi sığorta əsasında fəaliyyət göstərən müəssisədə tibbi xidmətin pulla alınması istiqamətində profilaktiki tədbirlərin gücləndirilməsi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin müvafiq sahə üzrə məsul əməkdaşlarının iştirakı ilə müzakirə edib göstərilən nöqsanların və onları yaradan səbəb və şəraitin aradan qaldırılması və gələcəkdə təkrar olunmaması üçün məqsədyönlü və səmərəli tədbirlər görülməsi xahiş edilib.

Bakı şəhəri Binəqədi Rayon Prokurorluğunun Səhiyyə Nazirliyinə göndərdiyi təqdimatına uyğun olaraq Məmmədova Asiman Qurban qızına 24.10.2024-cü il tarixli, 719 saylı əmrlə yazılı xəbərdarlıq verilib. Lakin xəstələrin şikayətlərdən və ona verilmiş xəbərdarlıqlardan nəticə çıxarmayaraq sonuncu dəfə “tin news” səhifəsinin sahibi şikayətçi olaraq öz səhifəsində Asiman Məmmədovanın əməliyyat qarşılığında ondan pul tələb etdiyini qeyd edərək bununla bağlı Səhiyyə Nazirliyinə şikayət edib. Nəticədə Asiman Məmmədova hüquq-mühafizə orqanlarında şikayətin araşdırılmasından özünü qorumaq məqsədilə heç bir təzyiq olunmadan 22.01.2025-ci il tarixdə öz şəxsi istəyi ilə ərizə yazaraq tutduğu vəzifədən azad olunmasını istəyib”.

Məsələ ilə bağlı Asiman Məmmədovanın Əmək Müfəttişliyinə müraciətinə cavab olaraq bildirilib ki, araşdırma zamanı onun əmək müqaviləsinə yanvarın 22-də AR ƏM-nin 68.2 “a” maddəsinə əsasən xitam verilərkən qanunvericiliyin tələbləri pozularaq 1 ay xəbərdarlıq müddəti gözlənilməyib.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Expressbankın İdarə Heyətinə yeni təyinat olub - ƏMR
Bu gün, 15:34
Azərbaycan-Türkiyə müttəfiqliyinin sarsılmaz təmini: Şuşa Bəyannaməsi ən strateji sənəddir
Bu gün, 15:32
Azərbaycanda orta aylıq əməkhaqqı 16 manat 80 qəpik artıb – Rəsmi
Bu gün, 15:29
İsrail dünyadakı bütün səfirliklərini bağlayır
Bu gün, 15:28
İsrailin gözlədiyi NƏ İDİ... - NƏ OLDU?..
Bu gün, 15:24
Tramp bunu özünün uğuru kimi qələmə verəcək - ÇÜNKİ...
Bu gün, 15:22
Nəsimi rayonunda Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilidi
Bu gün, 15:18
“İş adamı” maskasının arxasında: Müqayis Verdiyev kimdir? - İLGİNC
Bu gün, 15:14
Unibank rəhbərliyində yeni təyinat olub - BUNDAN SONRA...
Bu gün, 15:09
AZAL 3 şəhərə uçuşları ləğv edib
Bu gün, 14:59
Rusiya qoşunlarının mövcudluğuna son qoymaq niyyətində deyilik - Paşinyan
Bu gün, 14:57
İran Prezidenti xalqa müraciət edib - “Tasnim”
Bu gün, 14:55
İsrail-İran arasındakı müharibədə HAKERLƏRİN ROLU
Bu gün, 14:52
Qriqoryan İrana hücumu Ermənistan üçün problem adlandırdı
Bu gün, 14:44
İsrail niyə İrana aviazərbələr endirib? - Əməliyyatın səbəbləri və hədəfləri
Bu gün, 14:39
"Laminar" MMC nizamnamə kapitalını kəskin şəkildə azaldıb
Bu gün, 13:02
Bir tərəfdə Azərbaycana təbrik, digər tərəfdə narazı ermənilər
Bu gün, 13:00
İsrail-İran münaqişəsi alovlanıb, bölgənin digər ölkələrinə də keçsə... - ŞƏRH
Bu gün, 12:52
“Ən yaxın müttəfiqlərini qoyub Azərbaycabndan bunu istəmək absurd deyilmi?” - NƏ BAŞ VERİR?
Bu gün, 12:49
İsrail-İran qarşıdurması Azərbaycan iqtisadiyyatına necə təsir edə bilər? - ARAŞDIRMA
Bu gün, 12:47
Kənd Təsərrüfatı Nazirliyi “Manqal” restoranına 2 min manat ödəyib
Bu gün, 12:41
"Milk-Pro" ləğv olunur
Bu gün, 12:37
Avropa Şurası sülh istəyirsə, İrəvana diqqətlə baxsın - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:34
Mülayim şərq küləyi bir sıra ərazilərdə arabir güclənəcək - belə deyirlər...
Bu gün, 12:31
YAP Qaradağ rayon təşkilatı Qurtuluş Günü ilə bağlı tədbir keçirdi
Bu gün, 12:29
İsrail əməliyyatdan qabaq İranda gizli baza yaradıb
Bu gün, 12:25
Nəzrin Mansurlunun ölümünə görə həbs olunan həkimin məhkəmə baxışı təyin olunub
Bu gün, 12:21
Neft Şirkəti Obyektləri üzrə Yanğından Mühafizə İdarəsində milyonların oyunu gedir - İLGİNC FAKTLAR...
Bu gün, 12:18
İsrail nədən TƏLƏSİK ADDIM ATDI? - ÇÜNKİ...
Bu gün, 12:08
İsrail İranın hərbi obyektlərini belə vurub - DRON ÇƏKİLİŞİ
Bu gün, 12:04
Bakıda 44 nəfərə məcburi ərizə yazdırıb işdən çıxartdılar - NARAZILIQ VAR...
Bu gün, 12:01
Keçmiş bankir özünə yeni şirkət yaratdı
Bu gün, 11:52
Bakıda şirkət rəhbərinin oğlu lüks avtomobillə avtoxuliqanlıq etdi: "Tələsirdim..." - TƏFƏRRÜAT
Bu gün, 11:49
Rəsmi Bakı İsrailin İrana hücumuna belə REAKSİYA VERDİ
Bu gün, 11:45
İsrail İranı BOMBALADI: Tehran yəhudiləri qoyub yenədəmi zəif düşmən axtaracaq? - AKTUAL
Bu gün, 11:35
Yeni Klinikanın həkimi vətəndaşı şikəst edib... - Azad Məlikov bizi təhqir etdi, dedi ki...
Bu gün, 11:20
İçində azərbaycanlıların olduğu təyyarə İrəvana eniş etdi - Erməni nəşri
Bu gün, 11:17
“Qarabağı işğal edən əslində ermənilər deyil, onların “xaç atası” idi...” - ŞƏRH
Bu gün, 11:15
“Olympus” MTK kütləvi narazılıq yaradır... - Biz nə vaxta qədər küçələrdə qalacağıq?
Bu gün, 11:12
Almaz Ələsgərovadan ETİRAZ: - “Mənasız mahnılar gic edib bizi”
Bu gün, 11:07
Fəlsəfə doktorundan sosioloqa sərt reaksiya: kişilər divanda əlinə… - QALMAQAL
Bu gün, 11:06
“Nur” çörək zavodu milləti KOR QOYMAQ İSTƏYİR? - vətəndaş canı ilə risqə gedir...
Bu gün, 11:02
Yeddi uşağın ölüm işi: bu ilk yanğın deyildi, əvvəllərdə iki dəfə yanğın olub - MƏHKƏMƏ
Bu gün, 11:01
Bakıda kişi yola benzin tökdü, özü də yandı - TƏFƏRRÜAT
Bu gün, 10:54
Əmrullayevin yarıtmaz KADR SİYASƏTİ... - NƏ ETMƏLİ?
Bu gün, 10:50
“Əhməd kimi bütün ailəni öldürəcəm...” - 18 yaşında ana olan Mədinə amansızlıqla qətl edildi
Bu gün, 10:46
Azər Qasımlının istintaqı başa çatdı
Bu gün, 10:37
MN-dəki milyonluq mənimsəmə ilə bağlı məhkəmədə əmlaklara qoyulan həbsin götürülməsi istənilib
Bu gün, 10:26
Azərbaycanlı hacılar Ciddə aeroportunda qaldılar - FOTO
Bu gün, 10:21
DGK-nin Mərkəzi Hospitalı “Azəri Med” şirkətinə 1,4 mln manatlıq sifariş verib
Bu gün, 10:19
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru