Masazırda işbaz-maklerlər Arxitektura Komitəsini saymır .....                     Adana və Adıyamanın bələdiyyə sədrləri həbs edildi .....                     Aşura günü ilə bağlı qanvermə aksiyası başlayıb .....                     Qusar təhsilinin ÜZQARASI... .....                     Məhbus ailələrinin şikayəti üzrə “Tolik”in məhkəməsi başlayır .....                     Rusiyada olan Samirə dəhşət yaşadı: “Azərbaycanlıların əl-qollarını bağlayıb, yerə yıxırlar...” .....                     Diplomatik fəaliyyətdən kənar gizli əməlləri varmış .....                     Paşinyanın rəqibləri həbsdə ACLIĞA BAŞLADI .....                     Bakı və Moskvanı Ərdoğan barışdıracaq? .....                     Türk ordusunu hansı yolla Azərbaycana gətirmək olar? .....                     1,7 manatlıq dollar: Sərfəlidir, yoxsa? .....                     ABŞ "TikTok"un Çindən alınması üçün müqavilə hazırlayıb .....                     Bank of Baku-nun Daxili Audit departamentinə TƏYİNATLAR .....                     "Naxçıvanın başında oturanları dəyişin... həm də təcili!" .....                     Zaur Mikayılov sabiq icra başçısının qızı ilə anlaşıb .....                     Həmkarlar İttifaqı maaşlardan tutulan pullarla nə iş görür? .....                     "Sertifikasiya imtahanı test formatında keçirilməsin" .....                     Ölkəni titrədən generallar hazırda hardadır? .....                     Moskva-Bakı qarşıdurması: ticarətdə vəziyyət “rusca”dır... .....                     ABŞ-dakı erməni diasporunun bu layihəsi Ermənistanı rüsvay etdi .....                     TƏBİB-in ŞÜBHƏLİ TENDER ORTAĞI .....                     Ölkənin 'ağciyərləri' KİMƏ ƏMANƏTDİR .....                     UNEC-in nəzdində daha bir özbaşınalıq .....                     Bu gün Aşuradır .....                     "Xəzər axşamı"nda dəyişiklik .....                     Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının direktoru vəzifəsindən azad edilib .....                     Ətir satan şirkət Mingəçevirdə təmir işləri görəcək .....                     "Bir evdə yaşayırıq" .....                     Avropa İttifaqı Yekaterinburq VƏHŞİLİYİNƏ reaksiya verdi... .....                     Əliyev-Paşinyan görüşü: Niyə məhz Dubay seçilib? .....                     Rusiya Azərbaycanı itirdi .....                     Azərbaycanda ən az maaşı kim alır? .....                     Məhkəmə Zaur Naxçıvanskini həbs etdi .....                     “Face studio” rəhbəri Rüfət Bədirovun adı daha bir qalmaqalda .....                     Sabiq rəis elektron qolbaqda gəzəcək .....                     “Televiziyalar şou-biznesin əlində, teatr və kinoya yer qalmayıb” .....                     Şimali Kipr üçün yeni imkan: .....                     Erməni spiker Qareginin tezliklə postunu tərk edəcəyinə əmindir .....                     İrəvan 2 həftəyə konstitusiyanı dəyişir: .....                     Xankəndi artıq yara deyil... YARIYANDIR... .....                 

Ölkəni titrədən generallar hazırda hardadır? – Bəzisi vuruldu, bəzi isə…
Tarix: Bu gün, 06:07 | Çap et

Azərbaycanda bir zamanlar hakimiyyətin vitrinini bəzəyən, hüquq-mühafizə orqanlarının əsas dayaqları hesab olunan generallar bu gün səhnədən kənardadır. Onlar ya təqaüdə göndərilib, ya da ikinci dərəcəli vəzifələrə keçirilib. Əvvəllər strateji qərarların qəbulunda əsas söz sahibi olan bu şəxslər indi idarəetmədən tamamilə uzaqlaşdırılıblar. Siyasi dairələrdə isə bu prosesin səbəbləri və nəticələri müzakirə olunur. Bəziləri bunu islahatların tərkib hissəsi, digərləri isə daxili güc balansının dəyişməsi kimi dəyərləndirir.

Globalinfo.az son illər nazir, baş prokuror, rəis və sair postlardan uzaqlaşdırılan generalların bir neçəsinin siyahısını təqdim edir.

Ramil Usubov: 1948-ci il dekabrın 22-də Xocalı şəhərində doğulub. Kökəncə Qərbi Azərbaycandandır. Amma onun Qarabağa daha çox bağlı olduğu deyilir. Xocalı faciəsində xeyli qohumu, doğması soyqırımına məruz qalıb. Ramil Usubov mərhum Prezident Heydər Əliyevin ən sadiq, uğurlu kadrlarından olub. O, nazir vəzifəsinə ölkənin ən qarışıq dövründə – 1994-cü ilin aprel ayında təyin edilib. Vəzifəyə başladığı ilk gündən daxili işlər orqanında islahatlara başlayıb. DİN sistemini nisbətən sağlamlaşdırmağı bacarıb. Ölkədə sabitliyin yaranması istiqamətində cəsarətli addımlar atıb. Ramil Usubov dövlətə, Prezidentə bağlılığı, sadiqliyi ilə seçilib. Heç bir daxili intriqalarda rol almayıb. Onun bu xüsusiyyəti dövlət tərəfindən daim nəzərə alınıb. Ramil Usubov daxili işlər naziri vəzifəsində 25 il qalıb.

Azərbaycanda 2018-ci ildən kadr islahatları sürətləndi. 2019-cu ilin iyun ayının 20-də o, Prezidentin sərəncamı ilə nazir vəzifəsindən azad edildi. Ramil Usubov dövlət başçısının başqa sərəncamı ilə Prezident yanında Təhlükəsizlik Şurasının katibi vəzifəsinə təyin olundu. Əvvəlki hakimiyyət komandası içərisində ən hörmətli davaranılan, nazir vəzifəsindən çıxarılsa da hakimiyyətdən uzaqlaşdırılmayan azsaylı şəxslərdən oldu.

Prezidentin 3 may 1994-cü il tarixli 144 nömrəli Fərmanı ilə Ramil Usubova general-mayor, 26 dekabr 1995-ci il tarixli 418 nömrəli Fərmanı ilə general-leytenant, 15 yanvar 2002-ci il tarixli 637 nömrəli Fərmanı ilə general-polkovnik hərbi rütbəsi verilib.

Məhərrəm Əliyev: 1951-ci il oktyabrın 20-də Naxçıvanın Şərur rayonunun Maxta kəndində anadan olub. 1973-cü ildən daxili işlər orqanlarında xidmət edib. 1993-cü ilin noyabrından 2007-ci ilin iyun ayınadək Bakı Şəhər Baş Polis İdarəsinin rəisi olub.

Hazırda Azərbaycanın Belarusda fövqəladə və səlahiyyətli səfiri vəzifəsini icra edən M.Əliyev 2019-cu ilin noyabrında Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri təyin edilib. 9 dekabr 2023-cü ildə Prezidentin Sərəncamı ilə hərbi geyim formasını daşımaq hüququ verilməklə, orduda həqiqi hərbi xidmətdən istefaya buraxılıb və digər vəzifəsindən azad edilib. 2007-ci ildən sonra Məhərrəm Əliyev in karyerasında bir neçə eniş-qalxış olub. Onu və ağsaqqalı olduğu klanı son 18 ildə tale və proseslər bir neçə dəfə sınağa çəkib. Hazırda ölkədən uzaq – Minskdə qocalığını yaşayır və vaxtilə etdiyi xidmətin çörəyini yeyir…

Eldar Mahmudov – 1956-cı ildə Bakıda anadan olub. Azərbaycanın son 20 ildə ən qalmaqallı, qaranlıq, ziddiyyətli nazirlərindən olub. Onun vəzifədən çıxarılması ictimai rəydə zəlzələ effekti yaratmışdı. 2015 ilin oktyabrında Prezidentin sərəncamı ilə işdən çıxarılan Eldar Mahmudov haqda 10 ildir media müxtəlif səpkili məqalələr, araşdırmalar yazır. Əksər ekspertlər deyirlər ki, o, neqativ fəaliyyəti ilə Azərbaycanın təhlükəsizlik orqanlarına böyük zərbə vurub. Eldar Mahmudovun dövründə sahibkarların kütləvi şəkildə qeyri-qanuni ödəmələrə cəlb olunması, onların işgəncələrə məruz qalması, əmlaklarının, pullarının zorla əllərindən alınması halları barədə çox yazılıb, deyilib. Hətta bəzi vəzifəli şəxslərdən uzun illər şantajla aylıq “haqq” alıb. Buna misal kimi Metropolitenin sabiq rəisi Tağı Əhmədovu göstərmək olar. Deyilənə görə, Eldar Mahmudov və komandası həmkarı olan nazirləri belə aylıq ödəmələrə məcbur edirmiş.

Bu cür qara əməllər onun və MTN-də yuva qurmuş dəstənin sonunu gətirdi. Xeyli MTN generalı, zabiti həbs edildi. Əmlakları müsadirə olundu. Hazırda həbsdə “MTN işi”nə görə xeyli sayda şəxs yatır. 

O, 17 oktyabr 2015-ci ildə milli təhlükəsizlik naziri vəzifəsindən azad edilib. Əslində isə vəzifədən, hakimiyyətdən qovuldu. Karyerası sıfırlandı.

Səfər Əbiyev – 1950-ci ilin 27 yanvarında Bakıda anadan olub. 1992-ci ilin fevralın 17-dən Azərbaycan Silahlı Qüvvələrində xidmət edib. 1992–1995-ci illərdə Müdafiə Nazirliyi Baş Qərargah rəisinin birinci müavini, Baş Qərargah Rəisi-Müdafiə Nazirinin birinci müavini, Müdafiə Naziri vəzifəsinin icraçısı, Müdafiə Nazirinin müavini vəzifələrində çalışıb.

1995-ci ildə Azərbaycanın müdafiə naziri təyin olunub. 22 oktyabr 2013-cü ildə vəzifəsindən azad edilib. Səfər Əbiyevin adı rüşvət və korrupsiyada çox hallanırdı. Həmçinin o nazir olan dövrdə əsgər ölümləri həddən artıq çoxalmışdı, “dedovşina” statistikası durmadan artırdı. Hərbi mütəxəssislər iddia edirlər ki, Azərbaycan Ordusu S.Əbiyevin dövründə çox zəifləmişdi. Hazırda Səfər Əbiyeviun Çexiyada yaşadığı haqda məlumatlar dolaşır.

Zakir Qaralov – 1956-cı il yanvarın 13-də Gürcüstan SSR-nin Başkeçid rayonunun Ormeşən kəndində anadan olub. 1979-cu ildə prokurorluq orqanlarına işə qəbul edilərək 1981-ci ilədək Bakı şəhərı Səbail rayon prokurorunun köməkçisi, 1981–2000-ci illərdə Baş Prokurorluğun ümumi nəzarət şöbəsinin prokuroru, böyük prokuroru, Bakı şəhəri Nəsimi rayon prokurorunun müavini, Nəsimi rayon prokuroru, Baş Prokurorluğun milli təhlükəsizlik orqanlarında istintaqa nəzarət şöbəsinin, Ümumi Nəzarət İdarəsinin prokuroru və böyük prokuroru, Bakı şəhəri Sabunçu rayon prokuroru, Gəncə şəhər prokuroru vəzifələrində işləyib.

25 aprel 2000-ci ildən 1 may 2020-ci ilədək Azərbaycanın Baş prokuroru olub. Zakir Qaralov vəzifədə olduğu dövrdə bir çox səs-küylü qətllər, terror hadisələri baş verib. Bu cinayətlərin üstü demək olar doğru-dürüst açılmayıb. Zakir Qaralovun ən çox ittiham olunduğu hadisələr “Tərtər işi” və 10 yaşlı Nərmininin ölümüdür. Hər iki hadisə Zakir Qaralovun tərcümeyi-halına qara ləkə kimi düşüb.

Mədət Quliyev – 1958-ci il sentyabrın 27-də Gəncədə doğulub. 1983-cü ildən Azərbaycanın daxili işlər orqanlarında xidmətə başlayıb. Prezidentin 20 noyabr 2012-ci il tarixli sərəncamı ilə ona ədliyyə general-leytenantı ali xüsusi rütbəsi verilib.

Hazırda Azərbaycan Prezidenti yanında Təhlükəsizlik Şurası katibinin müavini vəzifəsini icra edən M.Quliyev 2015-ci ildə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi, 2019-cu ildə müdafiə sənayesi naziri olub.

Nəcməddin Sadıqov: Azərbaycanın məşhur generalları arasında ən mübahisəli, qalmaqallı obrazı olan Nəcməddin Sadıqovdur. O, bir neçə prezidentin dövründə Müdafiə Nazirliyində yüksək vəzifə tutub. N.Sadıqov 28 il müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargah rəisi vəzifəsində işləyib. Azərbaycan ictimai rəyi onu heç vaxt qəbul etməyib. Sadə vətəndaşlar onu “rusun adamı” kimi xarakterizə edib. Hər zaman bu adamın belə ümühm vəzifə tutmasına etiraz olub. Bu etirazlar zaman-zaman yüksəlib, azalıb. Nəcməddin Sadıqovun bu cür yüksək vəzifə tutmasına ən böyük ictimai təpki Tovuz döyüşləri zamanı oldu. General Polad Həşimovun ermənilər tərəfindən şəhid edildikdən sonra orduda Rusiyaya bağlılığı şübhə yaradan kadrların dərhal işdən uzalqışdırılması tələb olundu. 44 günlük Vətən müharibəsi zamanı isə Nəcəmmədin Sadıqov neytrallaşdırıldı. O hərbi əməliyyatlardan uzaqlaşdırılıdı. Əslində N.Sadıqov 2020-ci ilin sentyabrından vəzifədən çıxarılmıdı. Sadəcə bu, 28 yanvar 2021-cü ildə rəsmiləşdirildi.

Nəcməddin Sadıqovun adı “Tərtər işi” məhkəməsində dəfələrlə hallanıb. Onun həbs xəbəri belə yayıldı. Amma sabiq qərargah rəisi hələ də azadlıqdadır…

Xanlar Vəliyev – 1955-ci il mart ayının 15-də Yevlaxda doğulub. O, Gəncə şəhər prokurorluğunda böyük müstəntiq, prokuror köməkçisi, Qazax və Şəmkir rayon prokurorlarının müavini vəzifələrində işləyib, 1993–2000-ci illərdə Baş prokurorunun müavini olub. Prezidentin 10 fevral 2005-ci il tarixli sərəncamı ilə Azərbaycanın Hərbi prokuroru vəzifəsinə təyin edilib.

24 iyun 2005-ci ildə ona ədliyyə general-leytenantı ali hərbi rütbəsi alıb. 8 aprel 2025-ci ildə səlahiyyət müddəti başa çataraq, səlahiyyətinə xitam verilib. Prezidentin təqdimatına əsasən Milli Məclisin 11 aprel 2025-ci il tarixli qərarı ilə Konstitusiya Məhkəməsinin hakimi təyin olunub.

Bəylər Eyyubov – 10 mart 1951-ci ildə Ermənistan SSR-də yerləşən Şirazlı kəndində anadan olub. 2 iyun 2003-cü ildə Azərbaycan Xüsusi Dövlət Mühafizə Xidməti rəisinin birinci müavini – Prezidentin Təhlükəsizlik Xidmətinin rəisi təyin edilib.

16 mart 2020-ci ildə Prezidentin Təhlükəsizlik Xidmətinin rəisi vəzifəsində çalışıb. General–polkovnik Bəylər Eyyubov bu il iyunun 30-da vəzifədən azad edilib. Onun Prezident Katibliyinin rəisi təyin olunması haqda məlumat yayılıb. Amma bu xəbər hələ də rəsmi şəkildə təsdiqini tapmayıb. Bəylər Eyyubov hələlik vəzifədən çıxarılan sonuncu nüfuzlu və yüksək ranqlı məmurdur. O, 30 ildən çox həm mərhum Prezident Heydər Əliyevə, həm də hazırkı dövlət başçısı İlham Əliyevə sədaqətlə xidmət etdiyi deyilir. Vəzifədən çıxarılmasının yaşla və səhhəti ilə bağlı olduğu bildirilir. Deyilənə görə, Bəylər Eyyubov vəzifədən çıxarılsa da hakimiyyətdə təsir imkanını itirməyib.

Globalinfo.az











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Masazırda işbaz-maklerlər Arxitektura Komitəsini saymır - Anar Quliyevin diqqətinə
Bu gün, 09:48
Adana və Adıyamanın bələdiyyə sədrləri həbs edildi - türk mediası
Bu gün, 09:42
Aşura günü ilə bağlı qanvermə aksiyası başlayıb - SİYAHI
Bu gün, 09:29
Qusar təhsilinin ÜZQARASI... - BU NƏDİ BELƏ?
Bu gün, 09:21
Məhbus ailələrinin şikayəti üzrə “Tolik”in məhkəməsi başlayır - ailələrə bildiriş gəlib
Bu gün, 09:16
Rusiyada olan Samirə dəhşət yaşadı: “Azərbaycanlıların əl-qollarını bağlayıb, yerə yıxırlar...” - Bütün Rusiyada soydaşlarımız HƏDƏFDİR!
Bu gün, 09:09
Diplomatik fəaliyyətdən kənar gizli əməlləri varmış - DETALLAR
Bu gün, 09:04
Paşinyanın rəqibləri həbsdə ACLIĞA BAŞLADI - Erməni nəşri
Bu gün, 09:00
Bakı və Moskvanı Ərdoğan barışdıracaq? - Kritik gəlişmə
Bu gün, 08:58
Türk ordusunu hansı yolla Azərbaycana gətirmək olar? - Görünəni odur ki...
Bu gün, 08:56
1,7 manatlıq dollar: Sərfəlidir, yoxsa? - AKTUAL
Bu gün, 08:52
ABŞ "TikTok"un Çindən alınması üçün müqavilə hazırlayıb
Bu gün, 08:48
Bank of Baku-nun Daxili Audit departamentinə TƏYİNATLAR - BUNDAN SONRA...
Bu gün, 08:44
"Naxçıvanın başında oturanları dəyişin... həm də təcili!" - MR-dan İSMARIC!
Bu gün, 08:28
Zaur Mikayılov sabiq icra başçısının qızı ilə anlaşıb - TƏFƏRRÜAT
Bu gün, 07:48
Həmkarlar İttifaqı maaşlardan tutulan pullarla nə iş görür? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:40
"Sertifikasiya imtahanı test formatında keçirilməsin" - Ekspertdən yeni TƏKLİF
Bu gün, 06:37
Ölkəni titrədən generallar hazırda hardadır? – Bəzisi vuruldu, bəzi isə…
Bu gün, 06:07
Moskva-Bakı qarşıdurması: ticarətdə vəziyyət “rusca”dır... - NƏ ETMƏLİ?
Bu gün, 06:01
ABŞ-dakı erməni diasporunun bu layihəsi Ermənistanı rüsvay etdi - KİV
Bu gün, 05:58
TƏBİB-in ŞÜBHƏLİ TENDER ORTAĞI - İLGİNC FAKTLAR
Bu gün, 05:46
Ölkənin 'ağciyərləri' KİMƏ ƏMANƏTDİR - BU NƏDİ BELƏ?
Bu gün, 05:43
UNEC-in nəzdində daha bir özbaşınalıq ÜNVANI
Bu gün, 05:35
Bu gün Aşuradır
Bu gün, 00:22
"Xəzər axşamı"nda dəyişiklik - Mətanət gedir
Dünən, 23:34
Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının direktoru vəzifəsindən azad edilib - BUNDAN SONRA...
Dünən, 23:28
Ətir satan şirkət Mingəçevirdə təmir işləri görəcək - Daha bir şübhəli tender
Dünən, 18:07
"Bir evdə yaşayırıq"
Dünən, 18:04
Avropa İttifaqı Yekaterinburq VƏHŞİLİYİNƏ reaksiya verdi... - NƏHAYƏT
Dünən, 17:53
Əliyev-Paşinyan görüşü: Niyə məhz Dubay seçilib? – Mühüm detal
Dünən, 17:48
Rusiya Azərbaycanı itirdi - Saakaşvili
Dünən, 17:45
Azərbaycanda ən az maaşı kim alır? - İQTİSADÇI AÇIQLADI
Dünən, 17:36
Məhkəmə Zaur Naxçıvanskini həbs etdi - Atası Moskvada öldürülübmüş
Dünən, 17:34
“Face studio” rəhbəri Rüfət Bədirovun adı daha bir qalmaqalda - Bu dəfə “sağ əli”ndən şikayət edib
Dünən, 17:31
Sabiq rəis elektron qolbaqda gəzəcək - TƏFƏRRÜAT
Dünən, 17:26
“Televiziyalar şou-biznesin əlində, teatr və kinoya yer qalmayıb” - Aktyordan ŞİKAYƏT
Dünən, 17:22
Şimali Kipr üçün yeni imkan: - Azərbaycan prosesi başladıb
Dünən, 17:19
Erməni spiker Qareginin tezliklə postunu tərk edəcəyinə əmindir
Dünən, 17:15
İrəvan 2 həftəyə konstitusiyanı dəyişir: - Sirr kimi saxlanan sənəd
Dünən, 17:09
Xankəndi artıq yara deyil... YARIYANDIR... - İlham Əliyev BELƏ BUYURDU...
Dünən, 17:05
Rusiyadakı 3 azərbaycanlı “qanuni oğru”dan 2-si saxlanılıb
Dünən, 17:02
İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir - AXI HARDANDIR BU SƏRVƏT?
Dünən, 16:58
Elşad Xose videoqrafın iddiasına cavab verdi: - Dəstək məqsədilə bizə yaxınlaşmışdılar
Dünən, 16:52
Bakı və İrəvana hücumların pərdəarxası - Kremlin “qarın ağrısı” varmış
Dünən, 16:49
"Mahnımdan əsər-əlamət qalmayıb" - İfasını pislədi
Dünən, 16:46
Rusdilli təhsilə dövlət dəstəyi davam etdirilməlidirmi? - ARAŞDIRMA
Dünən, 16:44
“Ciddi həkimlərə çamur atmaq, başın üçün deyil” – Məşhur həkimdən Qənirə Ataşa ismarıc
Dünən, 16:42
Paşinyanın Ermənistanda açdığı “cəbhə” - Xankəndidən İrəvana İSMARIŞ
Dünən, 16:05
ABŞ-ın Azərbaycana marağı təbiidir: - Bakı Vaşinqton üçün olduqca cəlbedici tərəfdaşdır
Dünən, 14:57
“Araz Ağalarovun adı ilə bağlı ortaya atılan iddialar əsaslı deyil“
Dünən, 14:54
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru