Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində yaradılmış Regional Su Meliorasiya Xidmətinin Abşeron Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi fərdi sahibkar Gülməmmədova Vüsalə Yolçu qızı ilə satınalma müqaviləsi bağlayıb.
"DİA-AZ" Reportyor.info-a istinadla xəbər verir ki, müqavilədə ofis sahəsinin icarəsi xidmətinin satın alınması nəzərdə tutulur.
Satınalma müqaviləsinin maliyyə dəyəri 109 477,44 manatdır.
İcarəyə götürülən ofisin sahəsi və icarə müddəti haqqında hər hansı məlumat yoxdur.
Xatırladaq ki, Vüsalə Gülməmmədova Abşeronun keçmiş icra başçısı İradə Gülməmmədovanın qızıdır.
İradə Gülməmmədova 2015-ci ildən 2022-ci ilədək Abşeronun icra başçısı vəzifəsində işləyib.
Sözügeən idarənin rəisi Agentliyin sədri Zaur Mikayılovun qudasının tələbə yoldaşıdır.
Agentlikdən əldə etdiyimiz məlumata görə, onun izni olmadan belə bir anlaşma mümkün deyil...
Yeri gəlmişkən, Mikayılov hər iki qudası, o cümlədən həyat yoldaşının qohumlarını da rəhbərlik elədiyi quruma toplayıb.
Bu barədə tezliklə materialımız təqdim olunacaq.