Erməni əsgərləri NATO təlimində: hansı statusla? .....                     Ukraynada ümumi səfərbərliyin müddəti uzadılıb .....                     Ucarda bu məmurlar... ÖZBAŞINA QALIB! .....                     İkinci Qarabağ müharibəsinin iştirakçısı “Azəriqaz”da yüksək vəzifəyə təyin olundu .....                     Evlərdən 100 min manatdan çox OĞURLUQ .....                     Paşinyan üçün saat işləmir .....                     Azərbaycanın rəqəmsal məkanı yeni qarşıdurma meydanına çevrilmək riski daşıyır .....                     Rusiya ordusuna qoşulan azərbaycanlılar .....                     "Xalq artisti" adını sənə sponsorun da verdirə bilir" .....                     Pərvin Quliyev prokuror təyin olundu .....                     Bahalaşma xəbərdarlığı: ABŞ-ın tarif siyasəti .....                     Naxçıvan Dövlət Universiteti üz tanıma cihazı ala bilmədi .....                     Vilayəti HANSI HAQQLA HESABAT TƏLƏB EDİR? .....                     Azərbaycan ordusu Ermənistanı izləmək üçün kəşfiyyat qülləsi ucaldıb? .....                     Rusiyadan sonra İran başladı: Azərbaycanlılar deportasiya olunur .....                     Paşinyan Vardanyanla bağlı xahişi .....                     Yazıçılar yasda verilən ehsana etiraz edir .....                     “Naxçıvanda nə qədər anormal qanunlar var, bunun qələmindən çıxıb” .....                     Makronun Bakı ilə bağlı sözləri erməniləri təşvişə saldı: .....                     “Bakı ayaqqabı fabriki” 3,5 milyon manata satılıb .....                     Bağçalar yenilənir, 9,6 milyon manatlıq tender yekunlaşdı .....                     İki ölkə arasında gərginlik azalıb .....                     Azərbaycanda 450 min nəfərin şəxsi məlumatları ələ keçirilib .....                     Məleykə Abbaszadənin "iki inəyi": ölmüş və hər gün sağılan .....                     Yol var, amma getmək olmur .....                     Yeni Kaledoniyanı ilk tanıyan ölkə Azərbaycan ola bilər .....                     Tehrandan pakistanlı nazirə Bakıya qarşı şok çağırış .....                     Sumqayıt Bulvarında təmir planları təxirə salındı .....                     Bakıdan Paşinyana çağırış .....                     "Hücum diplomatiyası": ilkin nəticələr və sonrakı hədəflər .....                     Şirkətlərin "Premium Bank"a inamı azalır .....                     Mirsaleh Seyidov üçün SANILI GÜNLƏR QALIB... .....                     Zəngəzur dəhlizi Suriyanı İsraillə birləşdirə bilər .....                     Bu quşçuluq şirkətinin direktoru dəyişir .....                     Ukrayna bundan sonra Rusiyanın istənilən yerini vura biləcək... .....                     Rusiyada azərbaycanlı biznesmenlər HƏBS OLUNDU .....                     QHT sədri dənizdə şok keçirdi .....                     “Fransa Azərbaycan siyasətini korrektə etməlidir...” .....                     HAÇA-PAÇA qalan səhiyyəmizdə ƏXLAQ TƏNƏZZÜLÜ... .....                     Məhkəmə “Azpetrol”un eks-əməkdaşı ilə bağlı qərarı açıqladı .....                 

Bakıdan Kiyevə uzadılan kömək əli - yeni tərəfdaşlıq nə vəd edir?
Tarix: Bu gün, 08:35 | Çap et

Azərbaycan Rusiya işğalından əziyyət çəkən Ukrayna ilə əməkdaşlığını nəinki davam etdirir, həmçinin onun genişləndirilməsi üçün addımlar atır. Bu günlərdə Bakıda Azərbaycan-Ukrayna Hökumətlərarası Komissiyanın 5 ildən sonra sayca 13-cü iclası keçirilib. Xatırladaq ki, komissiyanın 12-ci iclası 2020-ci ilin yanvarında Kiyevdə baş tutmuşdu.

Bu il hibrid formada keçirilən iclasda iki ölkə arasında iqtisadi əməkdaşlığın əsas aspektləri müzakirə olunub, onun genişləndirilməsi üçün Fəaliyyət Planı qəbul edilib. Komissiyanın həmsədri, energetika naziri Pərviz Şahbazovun fikrincə, belə bir planın qəbulu ölkələr arasında əməkdaşlığı yeni mərhələyə yüksəldəcək.

İclasda P.Şahbazov qeyd edib ki, Fəaliyyət Planı enerji, faydalı qazıntılar, kənd təsərrüfatı və digər perspktivli sahələrdə, həmçinin sənaye parkları və azad iqtisadi zonalarda mövcud imkanlardan geniş istifadəni təşviq edəcək. Görüşdə ikitərəfli münasibətlərin qarşılıqlı etimada və səmərəli tərəfdaşlığa əsaslandığı vurğulanıb. Azərbaycanın Ukraynaya davamlı humanitar dəstəyinə görə minnətdarlıq ifadə edilib. Müxtəlif sahələrdə əməkdaşlığın inkişafına dair fikir mübadiləsi aparılıb.

Hökumətlərarası Komissiyanın iclasında iki ölkə arasında siyasi, iqtisadi, ticarət və sənaye, enerji, nəqliyyat və informasiya-kommunikasiya texnologiyaları, elm və təhsil, mədəniyyət sahələrində əməkdaşlığın cari vəziyyəti və potensial imkanlar müzakirə edilib.

Komissiyanın Ukrayna tərəfindən həmsədri, energetika naziri German Qaluşenko deyib ki, ölkələrimizi güclü tarixi əlaqələr, qarşılıqlı hörmət, regional əməkdaşlıq və davamlı inkişaf üçün ortaq baxış birləşdirir: “Ukrayna Azərbaycanla strateji tərəfdaşlığa böyük əhəmiyyət verir. Azərbaycan Ukraynanı enerji avadanlıqları ilə dəstəkləyən ilk ölkələrdən biri olub və enerji sahəsində göstərilən bu dəstək bizim üçün həyati rol oynayıb. İnanırıq ki, bu iclas ölkələrimiz arasında uzunmüddətli tərəfdaşlığın əsaslarını gücləndirmək üçün yeni birgə təşəbbüsləri müəyyən etməyə imkan verəcək”.

Ukrayna Energetika Nazirliyinin iclas barədə açıqlamasında isə qeyd olunur ki, Ukrayna Azərbaycanla təbii qazın hasilatı, saxlanması və nəqli sahələrində əməkdaşlığı genişləndirmək üçün potensial görür: “Biz qaz sektorunda əməkdaşlığın yeni formatlarına açığıq. Xüsusilə Ukrayna beynəlxalq qaz anbarı üçün öz yeraltı qaz anbarlarını təklif edir. Bizim yeraltı qaz anbarlarımız Avropada ən böyüyüdür və gömrük anbarı rejimi altında xarici şirkətlərin ixtiyarına verilir”.

Açıqlamaya əsasən German Qaluşenko qeyd edib ki, nəqliyyat dəhlizlərinin, xüsusilə Orta dəhlizin təkmilləşdirilməsi yolu ilə hər iki ölkənin tranzit potensialının inkişafına xüsusi diqqət yetirilib.

Energetika nazirinin müavini Nikolay Kolesnik də iclası yüksək qiymətləndirib: “Biz Azərbaycan xalqının Ukrayna ilə həmrəyliyini yüksək qiymətləndiririk. Energetika sektoruna dəstək xüsusilə vacib idi və bu, çətin şəraitdə enerji sistemimizin sabitliyini təmin etməyə kömək etdi”. Onun sözlərinə görə, yol xəritəsinin imzalanması ilə yanaşı, tərəflər əməkdaşlığın gələcək addımlarını da müzakirə ediblər. Onların arasında birgə enerji layihələri, bərpaolunan enerjinin inkişafı və Ukrayna şirkətlərinin Azərbaycanın enerji infrastrukturunun modernləşdirilməsinə cəlb edilməsi kimi məsələlər var: “Ukrayna Azərbaycan şirkətləri ilə enerji, infrastruktur və innovasiya sahələrində tərəfdaşlığın gücləndirilməsində maraqlıdır. Biz yeni investisiyalara və layihələrə açığıq”.

Nikola Kolesnik həmçinin Ukraynanın dövlət və özəl şirkətlərinin birgə enerji layihələrinə, xüsusən SOCAR və digər azərbaycanlı tərəfdaşlarla birgə fəaliyyətə qoşulmağa hazır olduğunu qeyd edib: “Ukrayna və Azərbaycan enerji sektorunda strateji tərəfdaşlığı gücləndirmək istəklərini təsdiqləyiblər ki, bu da əməkdaşlıq üçün yeni perspektivlər açır və dövlətlərin enerji təhlükəsizliyini artırır”.

Müzakirələrdən sonra Hökumətlərarası Komissiyanın iclasının yekunlarına dair Protokol imzalanıb. Komissiyanın 14-cü iclasının Kiyev şəhərində keçirilməsinə qərar verilib.

Azərbaycanın baş naziri Əli Əsədov Bakıda olan Ukraynanın energetika naziri German Qaluşenko ilə görüşüb. Rəsmi məlumata əsasən, görüş zamanı Azərbaycanla Ukraynanın tarixən bir-birinin ərazi bütövlüyü və suverenliyinə göstərdiyi ardıcıl dəstəyin vacibliyi vurğulanıb. İki ölkə arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafından məmnunluq ifadə olunub.

Qeyd edək ki, genişmiqyaslı Rusiya hücumundan əvvəl Azərbaycanla Ukrayna arasında iqtisadi əlaqələr dinamik inkişaf edib. Belə ki, iqtisadi-ticarət əlaqələrin inkişafı məqsədilə 2018-ci ildə Kiyevdə Azərbaycan Ticarət Evi, 2019-cu ildə isə Bakıda Ukrayna Ticarət Evi açılıb. 2020-2021-ci illər dövründə iqtisadi əməkdaşlığın inkişafı Ukrayna Prezidenti Vladimir Zelenskinin Azərbaycana rəsmi səfəri (16-17 dekabr 2020-ci il) nəticəsində əldə edilmiş əsas razılaşmalarla müəyyən edilib. Bu, ilk növbədə, Ukraynada energetika, nəqliyyat və telekommunikasiya infrastrukturu sahələrində investisiya layihələrinin həyata keçirilməsi üzrə konkret tapşırıqların icrasına, o cümlədən kimya sənayesi, aqrar-sənaye kompleksi, ərzaq təhlükəsizliyi və digər sahələrdə əməkdaşlığın inkişafına aiddir.

Azərbaycan liderinin 2022-ci il yanvarın 14-də Ukraynaya səfəri zamanı Ukrayna Prezidenti V.Zelenski ilə əldə olunmuş razılaşmalar ticarət, nəqliyyat, infrastruktur, enerji və enerji təhlükəsizliyi, kənd təsərrüfatı və ərzaq təhlükəsizliyi, qarşılıqlı investisiyalar, turizmin inkişafı sahələrində birgə layihələrin həyata keçirilməsi, 2024-cü ilədək ticarət həcminin iki dəfə artırılması, yaxın gələcəkdə əməkdaşlığın prioritet istiqamətlərinin müəyyən edilməsi vəzifələri də daxil olmaqla Strateji Tərəfdaşlığın inkişafında yeni mərhələsini müəyyən etmişdi. Həmin səfər zamanı Azərbaycanın Ukrayna ərazisində torpaq icarəyə götürərək buğda əkməsi barədə də razılıq əldə olunmuşdu. Ukrayna hökuməti Azərbaycanın bu strateji ərzaq məhsulu ilə təminat baxımından idxaldan asılılığını aradan qaldırmaq üçün ölkəmizə dəstək verməyə razılaşmışdı. Lakin bu planların icrası müharibəyə görə ləngidi. Azərbaycan Dövlət Gömrük Komitəsinin rəsmi statistikasından aydın olur ki, 2019-cu ildə iki ölkə arasında qarşılıqlı ticarətin həcmi 807 milyon 624.91 min dollar (340 milyon 552.64 min dollar Azərbaycanın ixracı, 467 milyon 72.27 min dollar idxalı), 2020-ci ildə 771 milyon 500.50 min dollar(353 milyon 45.37 min dollar ixrac, 418 milyon 455.13 min dollar idxal) təşkil edib, 2021-ci ildə 922 milyon 473.48 min dollara (452 449.32 milyon dollar ixrac, 470 024.16 milyon dollar idxal) yüksəlib. 2022-ci ildə bu göstərici 617 milyon 779.42 min dollara (357 974.81 milyon dollar ixrac, 259 804.61 milyon dollar idxal), 2023-cü ildə 353 milyon 774.57 min dollara (118 645.80 milyon dollar ixrac, 235 128.77 milyon dollar idxal) qədər azalıb. Ötən ildən isə iki ölkə arasında qarşılıqlı ticarətdə artım başlayıb: 459 milyon 619.93 min dollara (177 242.23 milyon dollar, idxal 282 377.70 milyon dollar) qədər. Bu ilin yanvar-mayında ticarət həcmi 200 milyon 718.84 min dollara (82 milyon 670.91 min dollar ixrac, 118 milyon 47.93 min dollar ixrac) yüksəlib.

Ukraynanın Ticarət və Sənaye Palatasının prezidenti Gennadi Çijikovun verdiyi məlumata görə, müharibədən əvvəl Azərbaycan Ukraynada ticarət, tikinti, enerji və neft emalı sahələrinə 1 milyard ABŞ dollarından çox sərmayə qoyub, 140-dan çox şirkət açılıb.

SOCAR müharibənin ən ağır vaxtlarında belə Ukrayna ərazisində fəaliyyətini dayandırmayıb, ölkənin kənd təsərrüfatı istehsalçılarının yanacaqla təminatına mühüm töhfə verib.

Müharibə dövründə Ukraynaya 42 milyon dollardan yuxarı humanitar yardım çatdıran Azərbaycan Ukraynanın müharibədən sonrakı bərpasında iştirakda da maraqlıdır. Ötən həftədə İtaliyada Ukraynanın bərpası üçün atılacaq addımların müzakirə olunduğu mühüm konfransda iştirak da Bakının bu niyyətindən xəbər verir. Özü işğal və dağıntılar yaşamış bir ölkənin eyni və daha ağır faciələrdən keçməkdə olan dost xalqın problemlərinə biganə qalmayacağı aydın görünür.

Gennadi Çijikovun sözlərinə görə, Ukrayna müharibədən sonra ölkənin bərpasında və birgə müəssisələrin yaradılmasında Azərbaycan şirkətlərinin iştirakına ümid edir: “Biz bir neçə sahədə əməkdaşlığa çox ümid edirik. Ümumiyyətlə, enerji, kənd təsərrüfatı məhsullarının emalı, əczaçılıq, maşınqayırma və informasiya texnologiyaları sahələrinə maraq var. Düşünürəm ki, bu, perspektivləri haqqında məmnunluqla danışa biləcəyimiz, o cümlədən birgə müəssisələri də əhatə edən istiqamətlərdir”.

Palata prezidentinin sözlərinə görə, Ukrayna, həmçinin Avropa İttifaqına üzvlüklə bağlı danışıqlar prosesinə başlayıb və Azərbaycan məhsullarının Avropa bazarına çıxışını asanlaşdıra bilər: “Bundan əlavə, Ukrayna öz enerji sistemini dəyişərək desentralizasiya edəcək. "Yaşıl enerji"yə də böyük investisiyalar qoyulacaq. Bunların hamısı hər kəs üçün böyük imkanlardır. Daha bir məqam - Ukrayna yenidən qurulacaq və bunun üçün tikinti materialları tələb olunacaq. Bizdə bunlar var, sadəcə olaraq, avadanlıqlara sərmayə yatıraraq istehsala başlamaq lazımdır. Ukraynalılar həmçinin tekstil sənayesini çox sevir və biz bu istiqamətdə əməkdaşlıq edə bilərik".

Ukrayna şirkətlərinin Azərbaycanda aktiv fəaliyyətinə gəlincə, G.Çijikov əczaçılıq sahəsində əməkdaşlıqda maraqlı olduqlarını qeyd edib: “Düşünürəm ki, bizim böyük perspektivlərimiz var. Eyni zamanda Ukraynada aqrar sənaye də inkişaf edib. Bu, seleksiya, baytarlıq, yəni texnologiyaya malik olduğumuz sahələrdir. Biz birgə müəssisə vasitəsilə burada daha keyfiyyətli seleksiya materialı yarada bilərik. Biz həqiqətən istəyirik ki, əlaqələrimiz daha da intensiv şəkildə inkişaf etsin və məhz buna görə buradayıq”.(Report)

Azərbaycan hazırda alternativ enerji istehsalı güclərinin kəskin artırılması, Avropaya yaşıl enerjinin, o cümlədən Qara dənizin dibi ilə çəkiləcək kabellə elektrik enerjisinin ixracı kimi böyük layihələrin icrasına başlayıb. Bu layihələr yaxın gələcəkdə ölkədə enerji istehsalına yönəldilən xeyli qaz həcmlərinin sərbəstləşməsinə imkan yaradacaq. Eyni zamanda qaz hasilatının artırılması üçün də işlər davam etdirilir. Bütün bunlar Azərbaycanın Ukraynanın qaz təminatında iştirakına da imkan yaradacaq.

Digər bir məsələ Ukraynanın müdafiə sahəsində dron texnologiyalarını ən yüksək səviyyəyə çatdırması fonunda bədniyyət qonşuların təzyiqləri ilə üzləşən Azərbaycanın bu təcrübədən faydalanması imkanıdır. Kiyevin bu sahədə Bakıdan öz dəstəyini əsirgəməyəcəyi aydın məsələdir.

“Yeni Müsavat”











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Erməni əsgərləri NATO təlimində: hansı statusla? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 15:02
Ukraynada ümumi səfərbərliyin müddəti uzadılıb - KİV
Bu gün, 15:00
Ucarda bu məmurlar... ÖZBAŞINA QALIB! - VİDEOMÜRACİƏT
Bu gün, 14:56
İkinci Qarabağ müharibəsinin iştirakçısı “Azəriqaz”da yüksək vəzifəyə təyin olundu - FOTO
Bu gün, 14:52
Evlərdən 100 min manatdan çox OĞURLUQ - 22 yaşlı qız TUTULDU
Bu gün, 13:02
Paşinyan üçün saat işləmir - ŞƏRH
Bu gün, 13:00
Azərbaycanın rəqəmsal məkanı yeni qarşıdurma meydanına çevrilmək riski daşıyır - NƏ ETMƏLİ?
Bu gün, 12:58
Rusiya ordusuna qoşulan azərbaycanlılar - 2 dəfə düşünməlidir!
Bu gün, 12:57
"Xalq artisti" adını sənə sponsorun da verdirə bilir"
Bu gün, 12:53
Pərvin Quliyev prokuror təyin olundu - ƏMR
Bu gün, 12:47
Bahalaşma xəbərdarlığı: ABŞ-ın tarif siyasəti Azərbaycanda hansı məhsulların qiymətinə təsir edəcək?
Bu gün, 12:44
Naxçıvan Dövlət Universiteti üz tanıma cihazı ala bilmədi
Bu gün, 12:42
Vilayəti HANSI HAQQLA HESABAT TƏLƏB EDİR? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:36
Azərbaycan ordusu Ermənistanı izləmək üçün kəşfiyyat qülləsi ucaldıb? - Ermənilər təşvişdə
Bu gün, 12:32
Rusiyadan sonra İran başladı: Azərbaycanlılar deportasiya olunur - NƏ BAŞ VERİR?
Bu gün, 12:29
Paşinyan Vardanyanla bağlı xahişi RƏDD EDİB
Bu gün, 12:26
Yazıçılar yasda verilən ehsana etiraz edir - AÇIQLAMA
Bu gün, 12:12
“Naxçıvanda nə qədər anormal qanunlar var, bunun qələmindən çıxıb” - ETİRAZ VAR...
Bu gün, 12:04
Makronun Bakı ilə bağlı sözləri erməniləri təşvişə saldı: - Paşinyana Qarabağ tapşırığı
Bu gün, 11:58
“Bakı ayaqqabı fabriki” 3,5 milyon manata satılıb
Bu gün, 11:56
Bağçalar yenilənir, 9,6 milyon manatlıq tender yekunlaşdı - QALİB ŞİRKƏT
Bu gün, 11:53
İki ölkə arasında gərginlik azalıb - ARAŞDIRMA
Bu gün, 11:41
Azərbaycanda 450 min nəfərin şəxsi məlumatları ələ keçirilib - Aralarında nüfuzlu şəxslər də var
Bu gün, 11:37
Məleykə Abbaszadənin "iki inəyi": ölmüş və hər gün sağılan - Ekspertdən reaksiya
Bu gün, 11:33
Yol var, amma getmək olmur - NARAZILIQ VAR...
Bu gün, 11:27
Yeni Kaledoniyanı ilk tanıyan ölkə Azərbaycan ola bilər - NİYƏ DƏ YOX?
Bu gün, 11:14
Tehrandan pakistanlı nazirə Bakıya qarşı şok çağırış - Molla rejimi BAŞINI İTİRİB...
Bu gün, 11:08
Sumqayıt Bulvarında təmir planları təxirə salındı – 2 TENDER LƏĞV EDİLDİ
Bu gün, 10:59
Bakıdan Paşinyana çağırış - “Tör-töküntülərin ipini yığ!”
Bu gün, 10:52
"Hücum diplomatiyası": ilkin nəticələr və sonrakı hədəflər - İNCƏLƏMƏ
Bu gün, 10:48
Şirkətlərin "Premium Bank"a inamı azalır - 29 milyon manat depoziti geri çəkdilər
Bu gün, 10:46
Mirsaleh Seyidov üçün SANILI GÜNLƏR QALIB... - İLGİNC İDDİA
Bu gün, 10:38
Zəngəzur dəhlizi Suriyanı İsraillə birləşdirə bilər - ŞƏRH
Bu gün, 10:28
Bu quşçuluq şirkətinin direktoru dəyişir
Bu gün, 10:08
Ukrayna bundan sonra Rusiyanın istənilən yerini vura biləcək... - “The Washington Post”
Bu gün, 10:00
Rusiyada azərbaycanlı biznesmenlər HƏBS OLUNDU - SƏBƏB
Bu gün, 09:53
QHT sədri dənizdə şok keçirdi - TƏFƏRRÜAT
Bu gün, 09:52
“Fransa Azərbaycan siyasətini korrektə etməlidir...” - ƏKS HALDA...
Bu gün, 09:47
HAÇA-PAÇA qalan səhiyyəmizdə ƏXLAQ TƏNƏZZÜLÜ... - MALƏSƏF...
Bu gün, 09:40
Məhkəmə “Azpetrol”un eks-əməkdaşı ilə bağlı qərarı açıqladı - TƏFƏRRÜAT
Bu gün, 09:36
Milli Dram Teatrının direktoruna ağır itki üz verdi
Bu gün, 09:31
Yeni geopolitik konfiqurasiya və Azərbaycan - AKTUAL
Bu gün, 09:05
Rusiya uğrunda ölən azərbaycanlılar: dəyərmi? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:59
Paşinyan Trampın Ruben Vardanyanla bağlı təklifini rədd etdi... - “Hraparak”
Bu gün, 08:56
“Bolluq LTD” şirkətinin pulunu mənimsəyən ekspeditora cəza verildi - TƏFƏRRÜAT
Bu gün, 08:54
Azərbaycanla sərhəddə gizli toplantı - Kremlin çevriliş ssenarisi
Bu gün, 08:50
Paşinyan Zəngəzur dəhlizi qarşılığında bunu istəyir – Rusiyaya qarşı yüz illik plan
Bu gün, 08:48
Qida Sənayesi Kolleci adlı BAZAR... - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 08:46
Bakıdan Kiyevə uzadılan kömək əli - yeni tərəfdaşlıq nə vəd edir?
Bu gün, 08:35
5 ölkə üçün yeni təhlükə: Siyahıda Azərbaycan da var – DETALLAR
Bu gün, 08:34
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru