Azərbaycanın imtina etdiyi MDB iclasında “çəyirtkə” müzakirəsi .....                     Məktəbdə dərnək adına büdcə soyğunçuluğu... .....                     AZAL Gürcüstan aviasiya bazarında ilk beşlikdə yer alıb .....                     Mehdiyevlərin bankının zərəri yenə Banklar Assosiasiyasının hesabatında yoxdur .....                     BAHALAŞMA GÖZLƏNİLİR... .....                     Buna görə Gürcüstandan GERİDƏYİK... .....                     "Elçin mənim mükafatımdır" .....                     Xəstəxanada çəkilən video haqda detallar məlum oldu .....                     SOCAR-da VƏZİFƏ STANDARTI MÜƏMMASI... .....                     Rusiyaya qarşı yeni "Antanta" yaradıldı: .....                     "UNIKAL-MTK" vergi qanunvericiliyini pozub .....                     Azərbaycan öz məhsulunu baha qiymətə reallaşdırmaq imkanı qazanar .....                     Rusiya və İran Azərbaycanla Ermənistanın sülh sazişi bağlamasını istəmirlər .....                     “Dərsinə girmirdim, necə tələbəsi olmuşamsa heç özüm bilmirəm” .....                     Milli Məclis Belçikanın Azərbaycana qarşı əsassız iddiaları .....                     “Moskva bizə müttəfiq olmadığını sübut edib” .....                     Görkəmli memar Arif Əzizov vəfat edib .....                     SOCAR-da rəhbərlik: `Burda mənəm... Bağdadda KOR XƏLİFƏ...` .....                     Tehrandan İrəvana qəfil zəng: Zəngəzur “sancısı” .....                     "`Kontakt Home`a dəfələrlə şikayət etmişik, amma NƏ OLSUN Kİ..." .....                     Ermənistan “Putin NATO-su”ndan bu tarixdə çıxır .....                     Azərbaycan və Ermənistan sülh razılaşmasına yaxındır .....                     İşçilərin əmək hüququ bu hallarda da pozulur... .....                     “Daşkəsən Dəmir Filiz”in 4 milyon manatlıq tenderini Çin şirkəti uddu .....                     ŞƏHİD ATASINA QARŞI ŞOK DƏLƏDUZLUQ .....                     Burda işçinin qara qəpik qədərində DƏYƏRİ YOXDUR .....                     Aİ Azərbaycan, Hindistan, Çind, BƏƏ və Sinqapurdan olan 18 şirkətə sanksiya tətbiq edib .....                     Həm işçinin pulunu vermir, həm də hədələyir... .....                     Cəbrayılov: yerində olmayan başçı... .....                     Aİ Belarusa qarşı sanksiyaları genişləndirib .....                     "Nazirlik imtina cavabı verir" .....                     “Bolton planı” addım-addım həyata keçir .....                     Ağdamda kəndlinin HARAYI ƏRŞƏ QALXIR .....                     Rusiyanın “Tərk et, ya da döyüşə get” DİLEMMASI: .....                     Kəmalə Nəhmətovanın KRATON klinikasının dövlətə yenidən vergi borcu üzə çıxdı .....                     "Ali məktəblərə qəbul zamanı təxminən 3 min yer boş qalacaq" .....                     Zəngəzur dəhlizi barədə gurultulu təklif: İrəvan oyununu davam etdirir .....                     Kreditlə bağlı narahatlıq yaradan məsələ: minlərlə insan… .....                     “Çin üçün Zəngəzur dəhlizinin kimin nəzarətində olması prinsipial əhəmiyyət daşımır...” .....                     Avropa İttifaqının Rusiyaya qarşı sanksiyaları bir Azərbaycan vətəndaşına da şamil edildi .....                 

Zəngəzur dəhlizi barədə gurultulu təklif: İrəvan oyununu davam etdirir - GƏLİŞMƏ
Tarix: Bu gün, 06:09 | Çap et

Bir neçə gündür ki, yerli və xarici mediada Zəngəzur dəhlizinin açılması, dəhlizə nəzarət məsələsi ilə bağlı ciddi müzakirələr getməkdədir. ABŞ-ın Zəngəzur dəhlizində təhlükəsizliyin ABŞ şirkəti tərəfindən təmin edilməsi təklifi ilə Bakı və İrəvana müraciət etdiyi haqda məlumatlar yayılıb. Məsələ ilə bağlı rəsmi Bakıdan hansısa açıqlama verilməyib. Amma Ermənistan tərəfi iki gün öndə bu barədə Baş nazir Nikol Paşinyan səviyyəsində münasibət bildirdi. Ermənistan rəhbəri İrəvanda keçirdiyi mətbuat konfransında Zəngəzur dəhlizinin ABŞ şirkətinin icarəsinə verilməsi haqqında suala cavabında belə deyib: “Regional kommunikasiyaların blokdan çıxarılması funksiyalarının beynəlxalq təşkilatlara verilməsi məsələsinə gəlincə, hazırda Ermənistanda bir çox “autsorsinqə” rast gəlinir. Onlardan bəziləri bizi qane edir, bəziləri isə yox. Məsələn, Zvartnots hava limanının idarəsi “autsorsinqdir”. Hesab etmirəm ki, bununla Ermənistanın suverenliyi hansısa bir şəkildə pozulub”.

Paşinyan eyni zamanda, Azərbaycanla sülhdən də danışıb. Qeyd edib ki, sülh sazişinin paraflanması mümkündür.

“Bəli, belə bir fikir var. Belə bir fikir masanın üstündədir”, deyə qeyd edib.

Baş nazirin sözlərinə görə, “Ermənistan Azərbaycanla sülh sazişi imzalamaq yolunda heç bir fürsəti əldən vermir”.

Mövzu ilə bağlı AYNA.AZ-ın suallarını cavablandıran Milli Məclisin deputatı Rasim Musabəyovun sözlərinə görə, Paşinyan göstərmək istəyir ki, “dəhliz” sözündən qorxmur:

- Onun təklifləri əslində dəhlizin reallaşmasını sözdə reallaşdırmağa hesablanıb, amma reallıqda yeni maneələr yaradır. Məsələn, dəhlizin ABŞ-a yüz illik icarəyə verilməsi məsələsini götürək. Üstəlik, ABŞ şirkətinin sərhədə də nəzarəti məsələsi var. Nəzərə almaq lazımdır ki, orada Rusiya sərhədçiləri mövcuddur. Belə olan halda, Amerikanın oraya gəlişi necə mümkün olacaq? Ermənistan dəhlizi yox, sərhədini də Amerikaya icarəyə vermək istəyir. Dünyada belə nümunə yoxdur. Rusiyanın Kalininqrada Litva ərazisindən keçən dəhliz heç kəsə icarəyə verilməyib. Litva üzərinə götürdüyü öhdəliklərə əməl edir və gediş-gəlişə heç bir maneə yoxdur. Azərbaycan da Zəngəzurdan Naxçıvana maneəsiz gediş-gəliş istəyir. 10 noyabr 2020-ci ildə imzalanmış Üçtərəfli Birgə Bəyanatın 9-cu bəndində dəhlizə Rusiya hərbçilərinin nəzarəti məsələsi ona görə salınmışdı ki, orada faktiki olaraq, Rusiya hərbçiləri mövcuddur. Yəni ki, hər bir halda, orada təhlükəsizliyi və keçidi təmin edən qüvvə kimi rus sərhədçiləri idi və ona görə də bu bənddə Rusiya sərhədçiləri qeyd edilmişdi. Bu, Rusiyanın xoşuna gəlmək üçün yazılmamışdı. Necə ki, Rusiya sülhməramlı qüvvələri həmin vaxt mövcud olan Laçın dəhlizinə nəzarət edirdilər. İndi Ermənistan dəhlizə Rusiya sərhədçilərinin nəzarətini istəmirsə, rusları oradan çıxarmaq, özü nəzarət etmək istəyirsə, o zaman zəhmət çəksin çıxarsın, üzərinə də təhlükəsizliyi təmin edəcəyinə dair öhdəlik götürsün. Eyni zamanda, bu təhlükəsizliyi təmin edəcəyinə zəmanət versin.

- Yəni, Azərbaycana təhlükəsiz və maneəsiz keçid verilməsi maraqlıdır...

- Bizim tələbimiz heç bir şirkətə, yaxud Rusiya sərhədçilərinə yönəlməyib. Bakının tələbi Ermənistandandır və Ermənistana yönəlib. Amerikalılar təkcə dəhlizə yox, həm də sərhədə 99 il nəzarət edəcəklərsə, bu o deməkdir ki, İrəvan Moskvanı qəzəbləndirmək istəyir. Ümumiyyətlə, bunu həyata keçirmək mümkün olacaqmı? Təsəvvür edək ki, bütün əngəlləri keçərək Amerika şirkəti dəhlizə nəzarətə başladı. Oradan nə Rusiya, nə İran, nə Çin istifadə edəcək. Amerika şirkəti gəlib oraya vəsait qoyacaqsa, əvvəldən qazancını hesablamalıdır. Təkcə Azərbaycandan Naxçıvana maneəsiz keçid hesabına, gedib-gələn qatarların hesabına heç əməliyyat xərclərini ödəmək mümkün deyil. Paşinyan hansısa gurultulu təkliflər irəli sürməyə öyrənib, amma onun təklifləri prosesi irəli aparmır, əksinə, problemləri daha da mürəkkəbləşdirir.

Əslində Paşinyan oyun-oynamaqla, zaman qazanmaqla məşğuldur. Amma bu oyunları sonra İrəvanın özünə zərər gətirir. Azərbaycana təhlükəsiz və maneəsiz keçid vacibdir. İstəyir Amerikaya həvalə etsin, istəyir Avstraliyaya həvalə etsin. Bakı bunu Ermənistandan tələb edir.

- Paşinyan mətbuat konfransında eyni zamanda, sülh sazişindən danışdı və bildirdi ki, saziş layihəsi paraflana bilər...

- Mən də razıyam ki, sülh sazişi layihəsi paraflana bilər. Bilirsiniz, sənəd əslində razılaşdırılıb. Paraflama o deməkdir ki, sənədin hər səhifəsində imzalar qoyulur, təsdiqlənir. Paraflanandan sonra həmin səhifəyə dəyişiklik etmək mümkün deyil. Amma Azərbaycan o paraflanmada Minsk Qrupunun ləğvi ilə bağlı ATƏT-ə birgə müraciət və Ermənistan Konstitusiyasında dəyişiklik qeydini də etməlidir. Paraflanandan sonra sənədlə bağlı sonradan bəhanə gətirmək, məsələni uzatmaq, yenədən buna qayıtmaq olmamalıdır. Düşünürəm ki, bu məsələlər razılaşdırılandan sonra sülh sazişi layihəsini paraflamaq olar.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycanın imtina etdiyi MDB iclasında “çəyirtkə” müzakirəsi
Bu gün, 12:44
Məktəbdə dərnək adına büdcə soyğunçuluğu... - Direktor ailəsi ilə “pul dərnəyi” qurub
Bu gün, 12:37
AZAL Gürcüstan aviasiya bazarında ilk beşlikdə yer alıb - TƏFƏRRÜAT
Bu gün, 12:31
Mehdiyevlərin bankının zərəri yenə Banklar Assosiasiyasının hesabatında yoxdur - İLGİNC
Bu gün, 12:28
BAHALAŞMA GÖZLƏNİLİR... - DİQQƏT!
Bu gün, 12:26
Buna görə Gürcüstandan GERİDƏYİK... - AXI NİYƏ?
Bu gün, 12:24
"Elçin mənim mükafatımdır"
Bu gün, 11:19
Xəstəxanada çəkilən video haqda detallar məlum oldu - 3 nəfərə cinayət işi açıldı
Bu gün, 11:17
SOCAR-da VƏZİFƏ STANDARTI MÜƏMMASI... - BU NƏDİ BELƏ?
Bu gün, 10:25
Rusiyaya qarşı yeni "Antanta" yaradıldı: - İlk sazişlər imzalandı
Bu gün, 10:19
"UNIKAL-MTK" vergi qanunvericiliyini pozub - Borcu da var
Bu gün, 10:03
Azərbaycan öz məhsulunu baha qiymətə reallaşdırmaq imkanı qazanar - Neft qiymətləri 200 dollar olacaqsa...
Bu gün, 09:45
Rusiya və İran Azərbaycanla Ermənistanın sülh sazişi bağlamasını istəmirlər - FAKT BUDUR...
Bu gün, 09:43
“Dərsinə girmirdim, necə tələbəsi olmuşamsa heç özüm bilmirəm” - Alim Qasımovdan CAVAB
Bu gün, 09:36
Milli Məclis Belçikanın Azərbaycana qarşı əsassız iddiaları RƏDD ETDİ
Bu gün, 09:25
“Moskva bizə müttəfiq olmadığını sübut edib” - ONA GÖRƏ DƏ...
Bu gün, 09:15
Görkəmli memar Arif Əzizov vəfat edib
Bu gün, 09:13
SOCAR-da rəhbərlik: `Burda mənəm... Bağdadda KOR XƏLİFƏ...` - "Telefonda deyiləni birtəhər uduruq, amma..."
Bu gün, 09:07
Tehrandan İrəvana qəfil zəng: Zəngəzur “sancısı” - NƏ BAŞ VERİR?
Bu gün, 09:00
"`Kontakt Home`a dəfələrlə şikayət etmişik, amma NƏ OLSUN Kİ..." - NARAZILIQ VAR...
Bu gün, 08:57
Ermənistan “Putin NATO-su”ndan bu tarixdə çıxır - Azərbaycana təsiri
Bu gün, 08:41
Azərbaycan və Ermənistan sülh razılaşmasına yaxındır - Tramp
Bu gün, 08:38
İşçilərin əmək hüququ bu hallarda da pozulur... - Ekspert danışır...
Bu gün, 08:36
“Daşkəsən Dəmir Filiz”in 4 milyon manatlıq tenderini Çin şirkəti uddu - DETALLAR
Bu gün, 07:41
ŞƏHİD ATASINA QARŞI ŞOK DƏLƏDUZLUQ – MİDA-dan “güzəştli şərtlərlə” ev almaq adı ilə 67 min manatı ələ keçirildi
Bu gün, 07:38
Burda işçinin qara qəpik qədərində DƏYƏRİ YOXDUR - dövlətin bahalı TENDERYEYƏNİ
Bu gün, 07:28
Aİ Azərbaycan, Hindistan, Çind, BƏƏ və Sinqapurdan olan 18 şirkətə sanksiya tətbiq edib - SİYAHI
Bu gün, 07:11
Həm işçinin pulunu vermir, həm də hədələyir... - BU NƏDİ BELƏ?
Bu gün, 07:09
Cəbrayılov: yerində olmayan başçı... Sakinlər problem içində, başçı para peşində...
Bu gün, 07:03
Aİ Belarusa qarşı sanksiyaları genişləndirib
Bu gün, 07:00
"Nazirlik imtina cavabı verir" - GİLEY
Bu gün, 06:58
“Bolton planı” addım-addım həyata keçir - GƏLİŞMƏ
Bu gün, 06:55
Ağdamda kəndlinin HARAYI ƏRŞƏ QALXIR - icra başçısına desə də...
Bu gün, 06:52
Rusiyanın “Tərk et, ya da döyüşə get” DİLEMMASI: - Miqrantların aqibəti NECƏ OLACAQ?
Bu gün, 06:27
Kəmalə Nəhmətovanın KRATON klinikasının dövlətə yenidən vergi borcu üzə çıxdı - FOTO
Bu gün, 06:16
"Ali məktəblərə qəbul zamanı təxminən 3 min yer boş qalacaq" - Ekspert həll yolu GÖSTƏRDİ
Bu gün, 06:13
Zəngəzur dəhlizi barədə gurultulu təklif: İrəvan oyununu davam etdirir - GƏLİŞMƏ
Bu gün, 06:09
Kreditlə bağlı narahatlıq yaradan məsələ: minlərlə insan… – “Bunu etməyin!”
Bu gün, 06:06
“Çin üçün Zəngəzur dəhlizinin kimin nəzarətində olması prinsipial əhəmiyyət daşımır...” - Etibar Məmmədov
Bu gün, 06:01
Avropa İttifaqının Rusiyaya qarşı sanksiyaları bir Azərbaycan vətəndaşına da şamil edildi - BUNDAN SONRA...
Bu gün, 05:59
Məktəblərdə şagirdlərin hüquqları belə pozulur - AKTUAL
Bu gün, 05:57
İran-Azərbaycan arasında kütləvi informasiya savaşı gedir - İranın keçmiş səfirindən ilginc açıqlamalar
Bu gün, 05:54
"Yeganə müğənnidir ki, üz-üzə gələndə salamlaşmırıq"
Bu gün, 05:51
İsrail və Suriya Vaşinqtonun dəstəyi ilə atəşkəs barədə razılığa gəliblər
Bu gün, 05:47
Aİ-nin Rusiya əleyhinə 18-ci sanksiyalar paketi qüvvəyə minib - Rusiya nefti BAHA SATILA BİLMƏZ
Bu gün, 05:43
Ramin İsayevin əmlakı müsadirə edilə bilər - 15 il həbsi istənilir
Dünən, 23:43
İrandan Zəngəzurla bağlı növbəti AÇIQLAMA - “Dəhlizin yaradılması…”
Dünən, 23:41
Xadimələrə maşınını yudurdan Esmira Məmmədova işdən ÇIXARILDI
Dünən, 23:38
Bakıda qadın ərinin başına telefonla vuraraq öldürüb?
Dünən, 18:03
Vəkili "Oleq Bakinski"yə bəraət istədi
Dünən, 17:54
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru