Ermənistan hakimiyyəti əmin edir ki, İrəvan Sünikdəki (Zəngəzur -red) yola nəzarəti özündə saxlayacaq.
Globaıinfo.az xəbər verir ki, bunu İran səfiri Mehdi Sübhani deyib.
O bildirib ki, İranın mövqeyi dəyişməyib. Dəhliz Ermənistanın suverenliyi və ərazi bütövlüyü çərçivəsində fəaliyyət göstərməlidir.
“Ermənistan hakimiyyəti dəfələrlə vurğulayıb ki, kommunikasiyaların blokdan çıxarılması ölkənin ərazi bütövlüyü və suverenliyinə uyğun aparılmalıdır. Bu həm nəzarət, həm də sərhəd funksiyalarına aiddir. Məndə başqa məlumat yoxdur. Regional kommunikasiyaların açılması məsələsində İranın mövqeyi də dəyişməz olaraq qalır. Bu proses müstəsna olaraq Ermənistanın ərazi bütövlüyü və milli suverenliyi çərçivəsində həyata keçirilməlidir. Qalanları rəsmi şərh edə bilməyəcəyimiz media fərziyyələridir”, – Sübhani vurğulayıb.